Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6499/2025 02.03.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı “X4 Quba rayonu, Alekseyevka kəndində torpaq ayrılması haqqında Aqrar islahat komissiyasının xx.xx.2000-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsi cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı “X4 Quba rayonu, Alekseyevka kəndində torpaq ayrılması haqqında Aqrar islahat komissiyasının xx.xx.2000-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli qərarı ilə vətəndaş X4 Quba rayonu, Alekseyevka kəndində torpağa dair JN-1039F saylı şəhadətnamə verilmiş, həmin torpaq sahəsi sonradan müxtəlif şəxslərin adma özgəninkiləşdirilmiş, sonuncu dəfə X1 adına mülkiyyət hüququ tanınmaqla xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.Quba Rayon Məhkəməsinin icraatında olan həmin torpaq sahəsinə dair mübahisə üzrə Azərbaycan respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi - Quba rayonu, Alekseyevka kəndinin ərazisində X2 tərəfindən inşa olunmuş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi "Qaz İxrac" idarəsinin istismarında olan 325 mm diametri 12 atm təzyiqli "Quba QPS qolu" yüksək təzyiqli magistral qaz kəmərindən metal darvazaya və daş hasara qədər 8.84 metr, evə qədər isə 20.28 metr olduğu nəzərə almnaraq, metal darvazanın, daş hasarın və evin 325 mm diametrli 12 atm təzyiqli "Quba QPS qolu" yüksək təzyiqli magistral qaz kəmərinin Azərbaycan respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nm 2.7 bəndində göstərilən 50.0 m-lik mühafizə zonasına düşür.Aqrar İslahat Komissiyası tərəfindən xx.xx.2000-ci il tarixli qərarla X4 fərdi yaşayış tikintisi üçün torpaq sahəsi ayrılarkən, torpağın 325 mm diametrli 12 atm təzyiqli "Quba QPS qolu" yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşməsi nəzərə alınmamış, Dövlət Neft Şirkətinə məlumat verilməmiş, razılığı alınmamış, qəbul edilmiş qərar SOCAR-a təqdim etməmişdir. Aqrar İslahat Komissiyası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş, dövlətin müstəsna mülkiyyətinə aid olan sənaye təyinatlı torpaq sahəsinin mühafizə zonasından fərdi yaşayış evi tikintisi üçün X4 torpaq sahəsinin ayrılması barədə inzibati akt qəbul etməklə, qanunvericiliyin tələblərini pozmuşdur.Qeyd edilən torpaq sahəsində aparılan tikili yüksək təhlükə mənbəyi olmaqla yanaşı həm "Qaz İxrac İdarəsinin" qanuni maraqlarına toxunur, həm də Azərbaycan Respublikası Qanunvericilik aktlarının tələblərini kobud şəkildə pozur.Magistral qaz və neft kəmərinin mühafizə zonasında tərəfinizdən verilmiş hüquqmüəyyənedici sənədlər əsasında vətəndaş R.Ələsgərovun mülkiyyətində olan həmin torpaq sahəsində apardığı tikinti işləri həm vətəndaşın özü, həm də ətrafdakılar üçün yüksək təhlükə mənbəyidir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə münasibət bildirməmişdir. Üçüncü şəxs X6 iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, AİK-nın xx.xx.2000ci il tarixində qərar ilə ona 0.30 ha həyətyanı torpaq sahəsi kimi ayrılmış və JN-1039 nömrəli Şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsini bölərək satmış və həmin şəxslər də həmin torpaqda fərdi yaşayış evləri inşa etdirərək bu gün də yaşamaqda davam edirlər. Əlavə olaraq bildirir ki, həmin dövrdə iddiaçının idarə ərazisi kişik bir ərazini əhatə edirdi və bu torpaq sahələri o dövr üçün mühafizə zolağına düşməmiş və bütün ərazidə tikilən evlər hərəsi ayrılıqda müvafiq qurumlardan müvafiq icazələr alınaraq inşa edilmişdir. Ona görə də iddia tələbinə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il, 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5-ci bənd). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Məhkəmə ilk növbədə qeyd edir ki, “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyası 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli, 313 nömrəli Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası prezidentinin 20 aprel 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür. Göründüyü kimi iddiaçı hal-hazırda mövcud olmayan orqan Quba rayon Aqrar İslahat Komissiyasının qərarını mübahisələndirir və iddia tələbini Quba Rayon İcra Hakimiyyətinə yönəltmişdir. Quba Rayon İcra Hakimiyyətinin Quba rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi olması ilə bağlı hər hansı bir hüquqi tənzimləmə mövcud deyil. Belə olan halda Quba Rayon İcra Hakimiyyətin mübahisələndirilən qərar ilə bağlı məsuliyyət daşımır və bu iş üzrə cavabdeh ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh, yaxud da onun sələfləri tərəfindən qəbul edilməmiş bir qərarla bağlı ona yönəldilən tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz.Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin cavabdeh Quba Rayon İcra Hakimiyyətinə qarşı “X4 Quba rayonu, Alekseyevka kəndində torpaq ayrılması haqqında Aqrar islahat komissiyasının xx.xx.2000-ci il tarixli qərarının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X7
Məhkəmə qərarları › İş №2-1(118)-6499/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-6499/2025
02.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver