Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-65/2021 29.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı (Adil oğlunun) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının onun barəsində olan 18 oktyabr 2019-cu il tarixli (0244003 AAJVA) əlillik dərəcəsi barədə aktını (rəyini) ləğv edərək cavabdehə yenidən Tibbi-Sosial Ekspert Komissiyası keçirməyi məcbur etmə haqqına qərar qəbul edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Adil oğlu (Adimoviç) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia qaldıraraq, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının onun barəsində olan 18 oktyabr 2019-cu il tarixli (0244003 AAJVA) əlillik dərəcəsi barədə aktını (rəyini) ləğv edərək cavabdehə yenidən Tibbi-Sosial Ekspert Komissiyası keçirməyi məcbur etmə haqqına qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının 18 oktyabr 2019-cu il tarixli rəyi ilə iddiaçı ikinci dərəcəli əlil hesab olunmuşdur. Həmin rəylə iddiaçının diaqnozu aşağıdakı formada müəyyən edilmişdir: “Qapalı kəllə boyun travması, baş beyin ezilməsi, subaroxnoidal qansızma, subtoral hemotama, sağ baldırın qəlpəli sınıqları, sağ İ-İV-İX qabırğaların L1-L2-L5 fəqərələrinin yan çıxıntılarının, çanaq sümüklərinin sınıqlarından sonrakı vəziyyət sağ İ-İV-İX qabırğaların qeyri düzgün bitişmiş sınıqları. Kəllədaxili travmaların nəticələri, postravmatik ensefaloptaiya, bel fəqərəsinin smığı L1-L2- L5 fəqərələrinin yan çıxıntılarının qeyri düzgün bitişmiş sınıqları, çanaq orqanları funksiyasının pozulması, Xoşxassəli kəllədaxili hipertenziya, xroniki respirator çatmamamazlıq, TC İİ dərəcə sidik ifrazının ləngiməsi, sağ baldırın yuxarı 3/1-nin amputasion güdülü, hər iki qasıq sümüyünün bitişmiş sınığı”. Aşağıda göstərilən səbəblərə görə Tibbi-Sosial Ekspert Komissiyasının rəyi ilə razılaşmır. Belə ki, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər kabinetinin 30 dekabr 2015-ci il tarxili qərarının 2.1-ci bəndinə əsasən əlillik dərəcəsi birinci dərəcə əllillikdir. Həmin bənddə göstərilir ki, birinci dərəcə əllillik-xəstəlik, travma və anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil xususi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Yuxarıda göstərilən bəndin məzmununa görə şəxsin birinci dərəli əlil olmasının əsas meyarı ondan ibarətdir ki, xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. İddiaçı 2018-ci ilin avqust ayından etibarən yataq xəstəsidir. Tibbi-Sosial Ekspert Komissiyasına göndərişində yazılmışdır ki, xəstə məcburi vəziyyət alıb, hərəkətsizdir. Selikli qişaları avazımışdır, təngənəfəslik, ürək döyünmə, qarnında assit, sağ baldırın yuxarı 3/1-nin ampitasion güdülü, sol aşağı ətrafında ödəm, dizaltı topuqda nəbzin çətinliklə əllənməsi müşahidə olunur. Həkimin qoyduğu diaqnoz onu sübut edir ki, iddiaçının kənar şəxsin yardım və qulluğuna ehtiyacı vardır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, X2 əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0244003AAHQVsaylı göndərişi əsasında 18.01.2019-au il tarixdə, 0244003AAJVA saylı göndərişi əsasında 18.10.2019-cu ıl tarixdə qiymətləndirilmiş və müddətsiz ümumi səbəbdən ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Hər iki halda qiymətləndirməyə əsas verən göndərişlərdə qeyd edilmiş “Döş qəfəsini, beldən aşağı hissəni, çanağı və ətrafı (lari) əhatə edən sınıqlar, qapalı Kəllə beyin travması ,baş beyin ezilmesi,subaroxnoidal qansizma.subtoral hematoma,sağ baldirin qəlpəli siniqlari.sağ İ-İV-İX qabırğaların L1-L2-L5 fəqərələrinin yan cixintilarinin.canaq sümüklerinin siniqlarindan sonraki vəziyyət.Qabırğaların çoxsaylı sınıqları, sağ l-İV-İX qabirgalarin qeyri düzgün bitişmiş siniqlari.Kəllədaxili travmaların nəticələri, postravmatik ensefaloptaiya. Bel fəqərəsinin sınığı, L1-L2-L5 fəqərələrinin yan cixintilarinin qeyri düzgün bitişmiş siniqlari.canaq orqanları funksiyasinin pozulmasi. Özünə xidmət zamanı köməyə ehtiyac, Xoşxassəli kəllədaxili hipertenziya, Xroniki respirator çatmamazlıq, TÇ İİ dərəcə. Sidik ifrazının ləngiməsi, Assit, Diz oynağı səviyyəsində travmatik amputasiya, sağ baldirin yuxari 3/1 nin amputasion güdülü.Qasıq sümüyünün sınığı, hər iki qasiq sümüyünün bitişmiş siniqi. Onurğanın bel-oma şöbəsinin sinir kökünün travması.Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması. Təkərli kreslodan asılılıq. Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14. diabetik nefropatiya. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, QDÇ İİ dərəcə.İnsulindən asılı şəkərli diabet, Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Aortakoronar şuntlu transplantatın olması” diaqnozları Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1. bölməsinə müvafiq olaraq birinci dərəcə əlilliyin təyininə əsas vermir. Buna görə də əsaslı olaraq ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə Əlillik altsistemi üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0244003AAHQV və 0244003AAJVA saylı göndərişdə qeyd edilmiş məlumatlara əsasən ikinci dərəcə əlillik düzgün təyin edilmişdir Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.26. bəndinə müvafiq olaraq “Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır” Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının18.10 2019-cu il tarixli müayinə aktına əsasən İddiaçı Adil oğluna “qapalı kəllə boyun travması, baş beyin ezilməsi, subaroxnoidal qansızma, subtoral hemotama, sağ baldırın qəlpəli sınıqları, sağ İ-İV-İX qabırğaların L1-L2-L5 fəqərələrinin yan çıxıntılarının, çanaq sümüklərinin sınıqlarından sonrakı vəziyyət sağ İ-İV-İX qabırğaların qeyri düzgün bitişmiş sınıqları. Kəllədaxili travmaların nəticələri, postravmatik ensefaloptaiya, bel fəqərəsinin sınığı L1-L2-L5 fəqərələrinin yan çıxıntılarının qeyri düzgün bitişmiş sınıqları, çanaq orqanları funksiyasının pozulması, Xoşxassəli kəllədaxili hipertenziya, xroniki respirator çatmamamazlıq, TC İİ dərəcə sidik ifrazının ləngiməsi, sağ baldırın yuxarı 3/1-nin amputasion güdülü, hər iki qasıq sümüyünün bitişmiş sınığı” diaqnozu əsasında ikinci dərəcəli əlillik müəyyən olunmuşdur. İddiaçının 27.02.2021-ci il tarixli ərizəsində qeyd olunur ki, onun şəxsiyyət vəsiqəsində ata adı düz yazılmadığına görə “İddiaçı Adil oğlu” olaraq qeyd olunmuşdur. O şəxsiyyət vəsiqəsini dəyişmiş, yeni şəxsiyyət vəsiqəsində “İddiaçı” olaraq qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir, İddiaçı Adil oğlunun yeni şəxsiyyət vəsiqəsində ad soyad və ata adı olaraq İddiaçı kimi qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, həm də əsaslıdır. Belə ki, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının müayinəsi nəticəsində ona okinci dərəcəli əlillik təyin edilməsindən narazıdır və əlillik dərəcəsi barədə qərarın ləğv edilərək yenidən Tibbi-Sosial Ekspert Komissiyasının keçirilməsini istəyir. Cavabdeh inzibati orqan iddiya etiraz edərək qeyd edir ki, X2 əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0244003AAHQV saylı göndərişi əsasında 18.01.2019-au il tarixdə, 0244003AAJVA saylı göndərişi əsasında 18.10.2019-cu ıl tarixdə qiymətləndirilmiş və müddətsiz ümumi səbəbdən ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Hər iki halda qiymətləndirməyə əsas verən göndərişlərdə qeyd edilmiş “Döş qəfəsini, beldən aşağı hissəni, çanağı və ətrafı (lari) əhatə edən sınıqlar, qapalı Kəllə beyin travması ,baş beyin ezilmesi,subaroxnoidal qansizma.subtoral hematoma,sağ baldirin qəlpəli siniqlari.sağ İ-İV-İX qabırğaların L1-L2-L5 fəqərələrinin yan cixintilarinin.canaq sümüklerinin siniqlarindan sonraki vəziyyət.Qabırğaların çoxsaylı sınıqları, sağ l-İV-İX qabirgalarin qeyri düzgün bitişmiş siniqlari.Kəllədaxili travmaların nəticələri, postravmatik ensefaloptaiya. Bel fəqərəsinin sınığı, L1-L2-L5 fəqərələrinin yan cixintilarinin qeyri düzgün bitişmiş siniqlari.canaq orqanları funksiyasinin pozulmasi. Özünə xidmət zamanı köməyə ehtiyac, Xoşxassəli kəllədaxili hipertenziya, Xroniki respirator çatmamazlıq, TÇ İİ dərəcə. Sidik ifrazının ləngiməsi, Assit, Diz oynağı səviyyəsində travmatik amputasiya, sağ baldirin yuxari 3/1 nin amputasion güdülü.Qasıq sümüyünün sınığı, hər iki qasiq sümüyünün bitişmiş siniqi. Onurğanın bel-oma şöbəsinin sinir kökünün travması.Əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması. Təkərli kreslodan asılılıq. Şəkərli diabet zamanı yumaqcıq zədələnmələri (E10-E14. diabetik nefropatiya. Qan dövranı sisteminin digər və dəqiqləşdirilməmiş pozğunluqlar, QDÇ İİ dərəcə.İnsulindən asılı şəkərli diabet, Xroniki böyrək xəstəliyi İİİ mərhələ, Aortakoronar şuntlu transplantatın olması” diaqnozları Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1. bölməsinə müvafiq olaraq birinci dərəcə əlilliyin təyininə əsas vermir. Buna görə də əsaslı olaraq ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında tibbi-sosial ekspert komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə Əlillik altsistemi üzərindən qiymətləndirilməklə müəyyən edilir, qərar elektron imza ilə imzalanmaqla rəsmiləşdirilir İddiaçı səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş 0244003AAHQV və 0244003AAJVA saylı göndərişdə qeyd edilmiş məlumatlara əsasən ikinci dərəcə əlillik düzgün təyin edilmişdir. İş materiallarından görsənir ki, mübahisələndirilən qərarla iddiaçının diaqnozu aşağıdakı formada müəyyən edilmişdir: “Qapalı kəllə boyun travması, baş beyin ezilməsi, subaroxnoidal qansızma, subtoral hemotama, sağ baldırın qəlpəli sınıqları, sağ İ-İV-İX qabırğaların L1-L2-L5 fəqərələrinin yan çıxıntılarının, çanaq sümüklərinin sınıqlarından sonrakı vəziyyət sağ İ-İV-İX qabırğaların qeyri düzgün bitişmiş sınıqları. Kəllədaxili travmaların nəticələri, postravmatik ensefaloptaiya, bel fəqərəsinin smığı L1-L2- L5 fəqərələrinin yan çıxıntılarının qeyri düzgün bitişmiş sınıqları, çanaq orqanları funksiyasının pozulması, Xoşxassəli kəllədaxili hipertenziya, xroniki respirator çatmamamazlıq, TC İİ dərəcə sidik ifrazının ləngiməsi, sağ baldırın yuxarı 3/1-nin amputasion güdülü, hər iki qasıq sümüyünün bitişmiş sınığı”. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya əlillik dərəcəsi müəyyən olunarkən tib müəssisəsinin göndərişləri kifayət qədər araşdırılmamışdır. Beləki tibb müəssisənin göndərişində qeyd edilən ağırlaşma hallarından əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqdar fəaliyyətin məhdudlaşması, təkərli kreslodan asılılıq, özünə xidmət zamanı köməyə ehtiyacın olması və eyni zamanda qeyd edilən mövcud yanaşı xəstəliklər nəzərə alınmamış, iddiaçının kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacının olması araşdırılmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 2.1-ci bəndinə əsasən 2.1. Birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Həmin əsasnamənin 2.2-ci bəndinə əsasən iİkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Lakin cavabdeh inzibati orqan iddiaçının kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsmasını araşdırmadan iddiaçıya ikinci dərəcəli əlillik təyin etmişdir. İnzibati İcraat Haqqında Qanunun 24-cü maddəsinə maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh inzibati orqan iddiaçının kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsmasını araşdırmadan mübahisələndirilən qərarı qəbul etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının iddiaçı barəsində olan 18 oktyabr 2019-cu il tarixli əlillik dərəcəsi barədə aktı ləğv edilərək, iddiaçının yenidən Tibbi-Sosial Ekspert Komissiyasından keçirilməyi cavabdehə həvalə edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının İddiaçı (Adil oğlunun) barəsində olan 18 oktyabr 2019-cu il tarixli əlillik dərəcəsi barədə aktı ləğv edilsin, iddiaçının yenidən Tibbi-Sosial Ekspert Komissiyasından keçirilməyi cavabdehə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-65/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-65/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver