Məhkəmə qərarları › İş №2-1(118)-65/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-65/2023

09.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-65/2023 09.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Xaçmaz Ərazi İdarəsinin üzərinə Şabran rayon Gəndab kənd sakini X2 adına verilmiş Seriya RX ******* sayh Çıxarışın hissəvi-0,65 ha torpaq sahəsinə aid olan hissədə ləğv edilməsi və Şabran rayonu, Gəndab Bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 26 yanvar 2007-ci il tarixli, 01 saylı 0,65 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında olan müqaviləyə əsasən iddiaçının istifadəsində olan 0,65 ha torpaq sahəsinə Çıxarışın qanunda nəzərdə tutulduğu müddətdə hazırlanıb verilməsi öhdəliyinin qoyulması”na dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Xaçmaz Ərazi İdarəsinin üzərinə Şabran rayon Gəndab kənd sakini X2 adına verilmiş Seriya RX ******* sayh Çıxarışın hissəvi-0,65 ha torpaq sahəsinə aid olan hissədə ləğv edilməsi və Şabran rayonu, Gəndab Bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 26 yanvar 2007-ci il tarixli, 01 saylı 0,65 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında olan müqaviləyə əsasən iddiaçının istifadəsində olan 0,65 ha torpaq sahəsinə Çıxarışın qanunda nəzərdə tutulduğu müddətdə hazırlanıb verilməsi öhdəliyinin qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddia “iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququ barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün hesab edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İşin müəyyən edilmiş hallarından görünür ki, Şabran rayon Məhkəməsinin 13 iyun 2011-ci il tarixli, 2(031)-316 saylı qətnaməsi ilə X2 mülkiyyət hüqununun və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilmiş, Şabran rayon X7 Kompleksinə və yerləşdiyi 4.90 ha torpaq sahəsinə 13 avqust 2005-ci ildə vəfat etmiş X1 mülkiyyət hüququ müəyyən edilməklə və həmin miras qalmış daşınmaz əmlakın X3 tərəfindən qəbul edilmə faktı müəyyən edilmiş, Şabran rayon X7 Kompleksinin yerləşdiyi 4.90 ha torpaq sahəsinin X2 adına plan və ölçüsünün verilməsinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon Şöbəsinə, mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışın verilməsinin isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. X2 adına RX seriyalı ******* saylı, reyestr nömrəsi **********41-12301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib edilmişdir. Hazırda mübahisələndirilən 0.65 ha torpaq sahəsi üzərində üçüncü şəxsin mülkiyyət hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldığından, ilk öncə torpaq sahəsinə dair üçüncü şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat ləğv edilə bilər. iddiası uğurlu olacağı halda iddiaçı inzibati orqana təkrar müraciət edərək torpaq sahəsi üzərində hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini tələb edə, müsbət cavab almadıqda isə inzibati məhkəməyə müraciət edilə bilər. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, torpaq sahəsinə dair iddiaçının adına çıxarışın verilməsi hissəsində iddia mümkünhesab edilə bilməz. İddiaçıya izah edilsin ki, iddia tələbinin “Şabran rayon Gəndab kənd sakini X2 adına verilmiş RX seriyalı ******* saylı Çıxarış hissəvi-0,65 ha torpaq sahəsinə aid olan hissədə ləğv edilməsi” hissəsi uğulu olacağı və müvafiq məhkəmə qərarı qanuni qüvvəyə minəcəyi halda iddiaçı yeni əsaslarla yenidən hüquqlarının qeydiyyatı ilə bağlı müvafiq inzibati orqana müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Xaçmaz Ərazi İdarəsinin üzərinə Şabran rayon Gəndab kənd sakini X2 adına verilmiş Seriya RX ******* sayh Çıxarışın hissəvi-0,65 ha torpaq sahəsinə aid olan hissədə ləğv edilməsi və Şabran rayonu, Gəndab Bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 26 yanvar 2007-ci il tarixli, 01 saylı 0,65 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında olan müqaviləyə əsasən iddiaçının istifadəsində olan 0,65 ha torpaq sahəsinə Çıxarışın qanunda nəzərdə tutulduğu müddətdə hazırlanıb verilməsi öhdəliyinin qoyulması”na dair iddiası “Şabran rayonu, Gəndab Bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış 26 yanvar 2007-ci il tarixli, 01 saylı 0,65 ha torpaq sahəsinin icarəyə verilməsi haqqında olan müqaviləyə əsasən iddiaçının istifadəsində olan 0,65 ha torpaq sahəsinə Çıxarışın qanunda nəzərdə tutulduğu müddətdə hazırlanıb verilməsi” hissəsində mümkün hesab edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar