Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-650/2020 16.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı “Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən mərhum atası X5 adına tərtib edilmiş 162 saylı, xx xxxxxx 2019-cu il tarixli Ölüm haqqında akt qeydində ölüm tarixinin xx xxxxxx 1975-ci ildən xx xxxxxx 1999-cu ilə dəyişdirilməsi və yeni “Ölüm haqqında şəhadətnamə” verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı mərhum atası X5 adına tərtib edilmiş 162 saylı, xx xxxxxx 2019-cu il tarixli Ölüm haqqında akt qeydində ölüm tarixinin xx xxxxxx 1975-ci ildən xx xxxxxx 1999-cu ilə dəyişdirilməsi və yeni “Ölüm haqqında şəhadətnamə” verilməsi ilə bağlı cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X8 iddiaçının atasıdır. Atası səfil həyat keçirmiş, vəfat edəndən sonra meyidi bir müddət Sumqayıt şəhər Morqunda saxlanılmış, bir müddətdən sonra isə təqribən 1999-cu ilin yanvar ayının 5-də Sumqayıt şəhər Qəbirstanlığında dəfn edilmişdir. X1 xx xxxx 1978-ci ildə vəfat etmişdir. Atasının ölümü tibb müəssisələri tərəfindən rəsmiləşmədiyinə görə iddiaçı faktın təsdiqi üçün Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(105)-2025/2019 saylı qətnaməsi ilə X5 xx.xx.1975-ci ildə vəfat etdiyi təsdiq edilmişdir. Həmin qətnamə qanuni qüvvə almış və Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən atasının adına xx.xx.2019-cu il tarixli, AZ-İİ Seriyalı 025077 saylı “Ölüm haqqında şəhadətnamə” verilmişdir. Həmin şəhadətnamədə atasının ölüm tarixi səhvən xx xxxxxx 1975-ci il kimi göstərilmişdir. Əslində atası 1999-cu ilin yanvar ayının 5-də Sumqayıt şəhərində vəfat etmiş və Sumqayıt şəhər Qəbirstanlığında dəfn edilmişdir. Mərhum atasının xx.xx.1975-ci ildə vəfat etmədiyini “Qanun üzrə vərəslik hüququ haqqında” şəhadətnamə təsdiq edir. Həmin şəhadətnamə Sumqayıt şəhər 3 saylı Notariat Kontoru tərəfindən xx xxxx 1994-cü ildə iddiaçının mərhum qardaşı C.Əmirovun varisi kimi mərhum atasına verilmişdir. Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş “Ölüm haqqında şəhadətnamə”də dəyişiklik edilməsi xahişi ilə cavabdeh olan Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Sumqayıt şəhər Qeydiyyat Şöbəsi özünün xx.xx.2019-cu il tarixli məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Buna görə də məhkəməyə müraciət etməli olmuşdur. Sumqayıt şəhər Məhkəməsinə etdiyi müraciətlə əlaqədar olaraq qəbul edilmiş xx.xx.2019-cu il tarixli, 2(060)-10279/2019 saylı qərardadı lə inzibati qaydada məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. AR Ailə Məcəlləsinin 161.1-ci maddəsinə görə “Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimivyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsinə görə “Müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər”. Həmin Məcəllənin 161.3-cü maddəsinə görə “Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır”. AR İMP-nin 33-cii maddəsinə görə “Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər”. AR İMP-nin 73-cii maddəsinə görə “İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur” Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iştirak etmiş, izahatında bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(105)- 2025/2019 saylı qətnaməsi ilə X5 xx.xx.1975-ci ildə vəfat etdiyi təsdiq edilmişdir. X5 adına AZ-İİ Seriyalı 025077 saylı “Ölüm haqqında şəhadətnamə” həmin qətnamə əsasında verilmişdir. Ona görədə iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8-ci bəndində ölümün qeydə alınması qaydaları göstərilmişdir. Həmin qaydalara əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır (8.1). Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır (8.2).Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır (8.3). Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir (8.5). Ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir(8.6).Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümünün, ölüm haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra ölümün qeydiyyatı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində ölüm haqqında aktların qeydiyyat kitabında ümumi qaydalarla ilk qeydiyyat kimi həyata keçirilir, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir (8.7). Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir(8.14). Ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur(8.15). Cavabdeh inzibati orqanın ölümün qeydiyyatının apara bilməsi üçün yuxarıda qeyd olunan “Ölüm haqqında tibbi şəhadətnamə’' vəya məhkəmə qərarı təqdim edilməlidir. İddiaçı Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən mərhum atası X5 adına tərtib edilmiş 162 saylı, xx xxxxxx 2019-cu il tarixli Ölüm haqqında akt qeydində ölüm tarixinin xx xxxxxx 1975-ci ildən xx xxxxxx 1999-cu ilə dəyişdirilməsi və yeni “Ölüm haqqında şəhadətnamə” verilməsini istəyir. X6 Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(105)- 2025/2019 saylı qətnaməsi ilə X5 xx.xx.1975-ci ildə vəfat etdiyi təsdiq edilmişdir. Cavabdeh inzibati orqan Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(105)-2025/2019 saylı qətnaməsi əsasında X5 adına “Ölüm haqqında şəhadətnamə” verilmişdir. Cavabdeh inzibati orqanın məhkəmə qərarı əsasında aparılmış qeydi dəyişdirmək səlahiyyəti olmadığına görə, onun hərəkətlərində hər hansı bir qanunsuzluq müəyyən olunmur və məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olduğu üçün, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68,69,73,75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia rədd edilsin. Qərar təqdim olunan gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkməsinəapellyasiya şikayəti verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-650/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-650/2020
16.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver