Məhkəmə qərarları › İş №2-1(118)-650/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-650/2022

28.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-650/2022 28.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ona verilən 303 manat pensiyanın bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia qaldıraraq “ona verilən 303 manat pensiyanın bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilmiş, onun tələbi aydınlaşdırılmışdır. İddiaçı birinci ay 303 manat pensiya aldığını, sonrakı aylarda isə pensiyasının 200 manata enməsindən narazıdır. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nümayəndəsi X2 iştirakı etmiş, müvafiq sənədləri iddiaçıya təqdim edərək, izah etmişdir ki, İddiaçı 16.05.2021-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondu tərəfindən 200 manat məbləğində yaşa görə əmək pensiyası təyin olunmuşdur. Vətəndaşa pensiya ödənişi olunarkən ilk ayda 303 manat ödənilmişdir. Buna səbəb keçmiş dövrə görə - (iddiaçının pensiya hüququ 16.05.2021-ci il tarixində 65 yaşı tamam olduqda yaranmışdır :16.05.2021-31.05.2021-ci il yarım ay) ödənilməyən 103 manat məbləğində pensiya qalığının ilk aya əlavə edilərək ödənilməsi olmuşdur. Nəticədə iddiaçı növbəti aylarda onun pensiyasından 103 manat tutulduğunu zənn edərək ,yaşa görə əmək pensiyasının bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıya məhkəmə tərəfindəndə hüquqi yardım edilmiş, eyni zamanda iddiaçıya izah edilmişdir ki, pensiya hesablanan zaman nəzərə alınmayan dövrlər olduğu halda, həmin dövrlərə aid sənədləri inzibati orqana təqdim edərək, həmin dövrlərin nəzərə alınaraq pensiyasının yenidən hesablanmasını tələb etmək hüququ vardır. İddiaçı ərizə təqdim edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia ərizəsinin geri qaytarılmasını xahiş etməsi hazırkı şərtlərdə onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilsin ki, pensiya hesablanan zaman nəzərə alınmayan dövrlər olduğu halda, həmin dövrlərə aid sənədləri inzibati orqana təqdim edərək, həmin dövrlərin nəzərə alınaraq pensiyasının yenidən hesablanmasını tələb etmək hüququ vardır. İnzibati orqan imtina vəya hərəkətsizlik edərsə inzibati məhkəmə icvraatı qaydasında məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İnzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt şəhər, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt İnzibati Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar