Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6505/2025 15.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi 5 saylı Mənzil Kommunal Sahəsinə qarşı “iddianın yenidən araşdırılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sənədlər:
1. 25 iyul 1967-сi il tarixli 3 saylı Mənzil Kommunal Kontorunun arayışından görünür ki, X18 ünvan 3 ünvanda yaşayır.
2. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 4 iyul 2022-ci il tarixli, 771 nömrəli arxiv çıxarışından görünür ki, Azərbaycan SSR Sumqayıt şəhəri X12 28 iyul 1961-ci il tarixli, 21 nömrəli protokol qərarı ilə X22 30-cu məhəllə, ev 8, mənzil 7 ünvanda yerləşən yaşayış sahəsi ayrılmışdır.
3. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 23 sentyabr 2022-ci il tarixli, 150 nömrəli arxiv çıxarışından görünür ki, Azərbaycan SSR Sumqayıt şəhəri X12 11 iyun 1965-ci il tarixli, 12 nömrəli protokol qərarı ilə X6 bağ sahəsi ayrılmışdır.
4. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialının 14 oktyabr 2022-ci il tarixli, 201 nömrəli arxiv çıxarışından görünür ki, Sumqayıt Şəhər Xalq Məhkəməsinin 14 avqust 1970-ci il tarixli, 2-660-1970 nömrəli qətnaməsi ilə iddiaçı Sumqayıt Şəhər Mənzil İdarəsinin cavabdeh X4 adına verilmiş orderin ləğv edilməsi və X7 mənzildən köçürülməsinə dair iddia tələbi təmin edilmişdir.
5. İddiaçı Həsən oğluna məxsus 16 sentyabr 1968-ci il tarixli “Əmək kitabçası”nın surəti.
MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ
6. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Sumqayıt şəhər MKTBİİ-yə qarşı “qərəzli iddianın yenidən araşdırılması və pozulmuş hüququnun bərpa olunması, qərəzli surətdə dəymiş maddi və mənəvi ziyanının əvəzinin ödənilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia ərizəsi oxunaqlı və məzmunu anlaşılan formada tərtib edilməmişdir: Ərizədə tələb barədə qeyd olunnmuşdur ki, “X19 1917 ci ilde Kirov rayonunda Delovoy (İş adami) ailesinde anadanolub. 1922 ci ilde anasini:1924 ci ilde atasini itirib. 1900cu ilden olan X8 ve ana nenesi X2in himayesinde olur. 1939 cu ilden 1946 ci ile qeder X35 (Leytenat) rutbesinde qulluq edib. 1946 ci ilde Kirov rayonu Binəqədide olan qezali olan ata evine qayidir. Ata svini berpa ederek 1950 ciilde Babayeva (Rzayeva) Həcər Mirzebala qızı ile aile qurur. Rzayeva (Babayeva) Həcərin xahşi ile X15i (atasi Quliyev Abbas) imtina edildiyi ucun himayye voturulur. 1954 ci ilde X15i N. Narimanov rayonunda olan internat mektebe oxumaqa qoyulur. Sumqayıt Şeheri (ÇK) kaucuk zavodunda calişan Rzayev H. H. oğlu Kirov rayonu Binəqədi 2cİ meden be olan ata evinden arayış vererek 5 aile uzvİ olan ( l)Rzayev H.H. Oq. Ozu.2)Rzayeva H. M. qızı.3)X20. 4)İddiaçı Hesenaq oğlu.5)X10) Sumqayıt Şeheri N ariman Narimanov 2 menzil 7 sayli menzil ile temin olunur ve ailesi ile birlikde o men,ilde olur. 1965 ci ilde zavod (CK) işcİlere baq sahesi verir.X19 9 aile uzvu olaraq (Rzayev H.H. 2)Rzayeva H.M. 3)X20 4)Rzayeva Nuride H. qızı.5)Rzayeva Ezize H.qızı.6)Rzayev Faxretdin N oğlu.7)İddiaçı H.oğlu. 8)Rzayev Sedretdin H. oğlu) Novxan baqlarindan baq alir ve yay aylarinda movsumu aylarda 5 6 ay orada ailevi olur. 1968 ci ilde X3 Texnikumunu labarator ixtisasini alaraq Super Fosfat zavodunda labarant işleyir X43 ile tanişolaraq X5 ^eyir duasi ile aile qururlar, ve zavodun ale yataqxanasinda qalirlar. 1969 cu ilde Qasımova(Quliyeva)Vəsilənİn Derya adlİ qızı olur cetinlik çekdiyi ucun Rzayeva Həcər M qızı Vəsiləye komek etmek ucun yanina cagirir ve o a komek edir. N. Nerimanov 2 menzil 13 de 5cİ mertebede olan X1 ile oln mubahiseye Şixeliyevinrehberliyi ile 30 cu kvartal M.K.T.B.İ.(J.E.K.). Sumqayıt məhkəməsine X19 N.Narimanov 2 menzil 7 olmadıqi (yaşamadiqi) barede iddia qaldirilir. İşin neticesi. Şixeliyev başlladiqi mubahiseni bitirmek meqsedi ile Sumqayir şeher 30 cu kvartalİn menzil idare 3. ile elaqe yaradaraq elbir şekilde anonim idia ile Sumqayıt məhkəməsine muracuet edilib. Sumqayıt şeher məhkəməsi 1970 ci il tarixde 2-660 sayli mulki iş acmişdir. Teleb ; Sumqayıt Şeher İ. H.nin X9 xx-xx-1961 ci ilN-21 sayli protokola esasen verilmiş Sumqayıt Şeheri 30 cu mehelle Neriman Narimanov 23/2 nomreli binada olan 7 sayli menzİle aid olan sahesi 29_7 kvm olan 2 otawli menziln 5/08 1961 ci il verilmiş 02/759 sayli orderin leqvİ: X21 ve X17 evden cixarilmasi olub. Anonim ifadelere ve Sumqayit Şeher 30 cu mehellenin menzil idaresinin telebine esasen iddia temin olunub, ve icraata yonelib. Men İddiaçı 1968 ci ilden Sumqayıt (C.K.) zavodunda ıbacim X10 ise Sumqayıt Şeher tikiş fabrikinde işleyirdik. Yeni yetme olduqumuz ucun İş vaxt qisaldilma olaraq 15.30./ lö.OOda bitirdi. 16.OOda eve gelib ev eşyalaromzi colde menzilin qapİsİnda ise mohurlu yazi vardi (qapini acmayİn) . Biz baci qardaş bilmedik ne edek cunki atam X16 mehkeme zamani esebleşerek aqir xestelenmişdi. O Sumqayıt şeher xeste xanasinda mualice olurdu onu narahat etmek istemedik. Qohumlara gedib veziyet melumat etdik. Qohumlar bize komek edib ev eşyalarini baqa apardiq. X16 xeste olduqu ucun mehkeme qerarindan şikayet ede bilmeyİb. Uzun ilerden sonra elde olunan xebernameye esasen Sumqayıt Şeher mehkemesinin qerari elde olunmuşdur ve ona esasende muddetin buraxilmasİna baxmayaraq mehkemeden bu 1970 ci il tarixli 2- 660 sayli mulki işi ye iden araşdirisin. Yeni acilmiş hallarla baqli şikayetin sebebi. Qelebenin 15 illiyi ile elaqedar olaraq X39 Veteranİ olan X9 Sumqayıt Şeher İ. H. İ terefınden 21 sayli protokoluna esasen verilmiş menzile olan qesden iddia . Uşaqlarinin Sumqayıt şeher mekteblerinde oxumamaqlari telebi absuddur. Tanimadiqi qadinin kiraye qolma iddiasi absuddur. Adını bilmedikleri qadin ev sahibesi X11 olub. Quliyeva (Qasımova) Vəsilə Abbas qızı ise himayede olandir. ve 1969 cu ilde anadan olan korpe X24 olubki ev sahibi himayesinde olan Qasımova Vəsiləye komek etmek ucun yaninda saxlayib.Buda qonşu 13 menzilde olan Şixeliyevin qerezli iddiasina esas olub. Qasımova (Quliyeva)Vəsilə Abbas qızınin hazirda 1 qızı X24. 2)X25, var Hazirda evlidirle ve Sumqayıt Şeherinde yaşayirlar. Vəsilə ise aqir xeste olaraq yataq xestesidİr. Sumqayıt Şeherinde yaşayir. Elaqe yoxdur. Mehkemeden bu absud olan qerezli iddiani yeniden araşdirimasini ve pozulmuş huqumuzun berpa olunmasi ; qerezli suretde deymİş maadi ve menevi ziyanini evezinin odenilmesi Carede qerar verilsin. X39 ve emek veterani olan X31 owlu 1967 ci ilde guzeştli;1975 ci ilde ise qocaliqa gore teqaude cixib. 1970 ci ilde keçirdiyi aqir xestelikden 1977 ci İlde vefat edib. Xesteliye sebeb Sumqayıt Şeher 30 uncu mehelenin menzİl(J.E.K.)İdaresi ve polis olan qonş 5 ci mertebede olan 13 menzilin sahibi Şixeliyevin qerezli iddiasi olub. Sumqayıt Şeher İnzibati məhkəməsinden xaihşedrem ki bu faklari nezere alaraq subut kimi qiymetlendirsin.”
8. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdehin adında texniki səhv olduğunu bildirmiş, cavabdeh orqanın adının Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi 5 saylı Mənzil Kommunal Sahəsi (bundan sonra – “cavabdeh”) olaraq qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 15 avqust 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
10. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
11. Belə ki, İPM-in 13-cü maddəsinin tələbi əsas götürülərək, məhkəmə tərəfindən iddiaçıya müvafiq hüquqi yardım göstərilməsi məqsədi ilə iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün tərəflər məhkəməyə dəvət olunmuşlar.
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, həmçinin izahat verərək daşınar və yaxud daşınmaz əmlakının ləğv edilməsi üçün məhkəmə aktının, icra hakimiyyətinin və ya mənzil-kommunal idarəsinin qərarının mövcud olduğunu, daha sonra vətəndaşların məhkəməyə müraciət edilməsinin mümkün olduğunu, Şıxəliyev soyadlı şəxsin iddiaçının yaşadığı binanın 5-ci mərtəbəsindəki qonşusu olduğunu, onun evinə, yəni 3-cü mərtəbədəki mənzilə, iddiaçının isə onun mənzilinə köçürülməsinin istədiyini, bununla bağlı əsassız iddia tələbinin irəli sürdüyünü və qanunsuz şəkildə mübahisənin yaratdığını bildirmişdir. Həmçinin, uzun müddət keçdikdən sonra müvafiq sənədlər əsasında məhkəmə qətnaməsinin əldə etdiyini, hazırkı iş üzrə müraciət edərək işə yenidən baxılmasının xahiş edilməsini, cavabdeh orqana tərəfindən müraciətin daxil olunduğunu, ona bu iş üzrə cavabdeh orqanın səlahiyyətlərinin olmadığının bildirildiyini, keçmiş məhkəmə qətnaməsinin, nəzərə alınmalı olan, lakin nəzərə alınmamış hallar mövcud olduğu üçün, yenidən araşdırılmasının istədiyini, uzun illər ərzində sübutların toplamağa çalışdığını qeyd etmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi izahat verərək, 5 saylı Sumqayıt Mənzil Kommunal Təsərrüfat Birliyində vətəndaşların qəbulunun onun tərəfindən həyata keçirildiyini, iddiaçı tərəfindən cavabdeh orqana müraciətin olmadığını, tələbin aydın olmadığını, iddiaçının iddia etdiyi yerdə olan (hətta ehtimal olsa belə) mənzilin başqa şəxslərə aid olduğunu bildirmiş və qeyd olunanlara əsasən iddianın mümkün hesab edilməməsini bildirmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü
14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
15. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir.
16. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
17. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən, inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.
18. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.
19. Məhkəmə iş materialında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır.
20. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.
21. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.
22. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
23. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
24. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
25. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
26. Hazırkı iddia tələbi iki hissədən ibarətdir: 1) iddianın yenidən araşdırılması; 2) dəymiş maddi və mənəvi ziyanının əvəzinin ödənilməsi.
27. Göstərilən tələbin aydınlaşdırılması və İPM-in 13-cü maddəsinə uyğun olaraq iddiaçıya müvafiq hüquqi yardımın göstərilməsi məqsədi ilə məhkəmə mümkünlük iclasını təyin edərək, bu barədə iddiaçı və cavabdeh tərəfi məlumatlandırmışdır.
28. Məhkəmə iclasında iştirak edən iddiaçının izahatından məhkəmə müəyyən etmişdir ki, hazırkı iddia tələbi Sumqayıt Şəhər Xalq Məhkəməsində baxılmış 2-660-1970 nömrəli işin yenidən baxılmasından, araşdırılmasından ibarətdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
30. Məhkəmə hazırkı iddia tələbini araşdıraraq müəyyən etmişdir ki, iddiaçı Sumqayıt Şəhər Xalq Məhkəməsinin 14 avqust 1970-ci il tarixli, 2-660-1970 nömrəli qətnaməsindən 14 oktyabr 2022-ci il tarixdən məlumatlı olmuş, həmin dövr qeyd edilən mübahisə ilə əlaqədar digər sənədlərin Dövlət Arxivi vasitəsilə əldə etdiyinə baxmayaraq, uzun müddət hazırkı tələblə məhkəməyə müraciət etməmişdir.
31. Bundan başqa, məhkəmə iclasında cavabdehin nümayəndəsi tərəfindən verilmiş izahatdan iddiaçının cavabdeh orqana hazırkı mübahisə ilə bağlı müraciətin olmadığı müəyyən edilmiş, ümumiyyətlə həmin orqanın iş üzrə cavabdeh qismində olduğu səbəbi iddiaçı tərəfindən əsaslandırılmamışdır.
32. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbin sürülməsi üçün müddətin ötürülməsindən, iş üzrə cavabdeh qismində iştirak edən orqanın iddiaya cavab verməli olub-olmamasının qeyri-müəyyən olduğundan, iddiaçı tərəfindən iddia tələbinin inzibati ircaat qaydasında həll edilməsi üçün müraciətin olmadığından, iddia tələbinin, həmçinin onun əsaslandırılmasının aydın ifadə olunmadığından, tələblər konkretlikdən uzaq yazıldığından iddia mümkün hesab edilməməlidir.
33. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə tərəfə hüquqi yardım edərək bildirir ki, tələb(lər)ini, hüquqi marağını dəqiq və aydın şəkildə ifadə edərək, əsasları göstərməklə, ilk öncə cavabdeh orqana müraciət etməklə məhkəməyə yenidən müraciət edə bilər. Həmçinin, əgər hər hansı bir inzibati aktı (cavabdeh orqanın qərarı və s.) mübahisələndirildiyi halda isə, müddət bərpa ilə bağlı mümkünlük şərtlərini nəzərdən keçirməlidir. (https://e-qanun.az/framework/46956 https://e-qanun.az/framework/47300)
34. Bundan əlavə, iddiaçıya izah olunur ki, İPM-in 31.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında inzibati məhkəmə icraatı iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 67-1.2-ci maddəsinə əsasən, birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır.
36. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67 və 423-cü maddələrinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 11 iyun 2002-ci il tarixli Qərarında göstərilir ki, “Mülki Prosessual Məcəllənin 67-ci maddəsi və 423-cü maddəsinin “Şikayəti işdə vəkillə iştirak edən şəxs verə bilər” müddəası tətbiq olunarkən Azərbaycan Respublikası Konstitusiyasının 25, 60 və 61-ci maddələrinin, habelə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 20-ci maddəsinin müddəaları nəzərə alınmaqla, maddi vəsaitlərin olmamasına görə vəkilin təyin edilməsini xahiş edən işdə iştirak edən şəxslərin vəsatəti olduqda məhkəmə onları vəkillə təmin olunması məsələsini müzakirə etməlidir”.
37. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
38. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova