Məhkəmə qərarları › İş №2-1(118)-651/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-651/2020

10.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-651/2020 10.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Cavabdehnə qarşı “1934-cü il təvəllüdlü mərhumə anası X2 2004-cü il tarixdən 2019-cu il tarixə qədər, 1930-cu il təvəllüdlü atası X1 2000-ci il tarixdən halhazırkı günədək öhdəsində olması faktlarının müəyyən edilməsinə və həmin illərin əmək pensiyası təyin edilərkən onun üçün iş stajı kimi hesablanmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq 1934-cü il təvəllüdlü mərhumə anası X2 2004-cü il tarixdən 2019-cu il tarixə qədər, 1930-cu il təvəllüdlü atası X1 2000-ci il tarixdən hal-hazırkı günədək öhdəsində olması faktlarının müəyyən edilməsini və həmin illərin əmək pensiyası təyin edilərkən onun üçün iş stajı kimi hesablanmasını məhkəmədən xahiş etmişdir. İddiçı məhkəməyə dəvət olunsada, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, belə hesab edir ki, iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçının iddiası 1934-cü il təvəllüdlü mərhumə anası X2 2004-cü il tarixdən 2019-cu il tarixə qədər, 1930-cu il təvəllüdlü atası X1 2000-ci il tarixdən halhazırkı günədək öhdəsində olması faktlarının müəyyən edilməsi və həmin illərin əmək pensiyası təyin edilərkən onun üçün iş stajı kimi hesablanmasından ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə iş üzrə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31-ci fəsili ilə tənzimlənir və həmin işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılır. Buna görə də məhkəmə hesab edir ki, müharibə iştirakçısı olması faktının müəyyən edilməsinə dair tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Müəyyən dövrlərin pensiya təyinatı zamanı sosial sığorta stajı kimi nəzərə alınması formasında iddiada inzibati məhkəmə icraatında nəzərdə tutulan iddialara uyğun deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia qeyri mümkün hesab edilməlidir. İddiaçıya izah olunsun ki, hüquqi faktın təsdiq edilməsinə dair iddia ilə ümumi məhkəməyə, cavabdeh inzibati orqanın onun hər hansı hüquq və qanunla qorunan maraqlarını pozan hərəkət və ya hərəkətsizliyindən müvafiq iddia ilə İnzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar