Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-653/2023 25.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə , İddiaçılar İddiaçı1, onun nümayəndəsi və vəkili X3 və iddiçı İddiaçı3 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdehnə qarşı “Cavabdeh Abşeron İcra və Probasiva şöbəsinin iddiaçıları Abşeron rayon, Xırdalan şəhəri, Nizami küçəsi, ev 19A-da yerləşən 3 otaqlı evdən (Özbaşına tikilidən) və evin yerləşdiyi 0,06 ha torpaq sahəsindən çıxarmasının qanunsuz hesab edilməsi, mənəvi ziyana görə Azərbaycan Dövləti tərəfindən hərəsinə 10.000 manat olmaqla, cəmi 50.000 manat kompensasiya ödənilməsinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdehnə qarşı iddia qaldıraraq “Cavabdeh hərəkətsizliyinə son qoyulması və onların ünvan 3-da yerləşən 3 otaqlı evlərinə(özbaşına tikiliyə) və evin yerləşdiyi 0.06 ha torpaq sahəsinə köçürülmə vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Daha sonra iddialarını dəqiqləşdirərək cavabdeh Abşeron İcra və Probasiya şöbəsinin iddiaçıları Abşeron rayon, Xırdalan şəhəri, Nizami küçəsi, ev 19A-da yerləşən 3 otaqlı evdən (Özbaşına tikilidən) və evin yerləşdiyi 0,06 ha torpaq sahəsindən çıxarmasının qanunsuz hesab edilməsi, mənəvi ziyana görə Azərbaycan Dövləti tərəfindən hərəsinə 10.000 manat olmaqla, cəmi 50.000 manat kompensasiya ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdeh Abşeron icraçıları polislər və s. dövlət nümayəndələri həyətlərinə gəlib bütün əmlakları ilə birlikdə iddiaçıları zorla evlərindən və həyətlərindən çıxarıb küçəyə atmışlar. Onlar iddiaçılara ev əşyalarını yığmağa imkan verməmişdirlər. Özləri ilə gətirdiyi fəhlələr əşyalarını yük maşınlarına yığıb həyətdən çıxarmışdırlar. Onları faktiki olaraq küçəyə atmışlar. İddiaçılar başqa-başqa qohumlarının evinə sığınmışdır. Sonra evlərinin icra sənədinə aid olmayan hissəsindən qanunsuz çıxarıldıqlarını bilmiş, xx.xx.2022-ci il tarixdə evlərinə - Xırdalan şəhəri, Nizami küçəsi, ev 109A-da yerləşən özbaşına tikilidə qayıtmışdırlar (3 otağa) və həyətlərinə qayıtmışdırlar. Hazırda orada yaşayırılar. Bu barədə cavabdeh icra şöbəsinə, məhkəməyə, polisə və evlərinə sahib çıxmış Aqil Hüseynova da məlumat vermişdirlər. Yəni, artıq ilkin iddia tələbi öz əhəmiyyətini itirmişdir. Lakin, cavabdeh icra şöbəsinin heç bir əsas olmadan onları evdən çıxarması və ailəsini didərgin salması qanunsuzdur. İddiaçılar 3 ay 8 gün yaşayış yerindən məhrum olmuşdur. Cavabdeh icra şöbəsinin heç bir əsas olmadan onları evlərindən və həyətlərindən çıxarması qanunsuz hesab edilməlidir. Bundən başqa icra şöbəsinin bu qaunusuz əməli ilə ailəsinə ağır mənəvi zərər vurulmuşdur. Ailəyə vurulmuş bu mənəvi zərəri hər ailə üzvünə 10.000 manat olmaqla, cəmi 50.000 manat məbləğində qiymətləndirirlər. Bu zərəri dövlət məmurları vurduğundan həmin məbləğ də dövlət tərəfindən ödənilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında İddiaçı1, onun nümayəndəsi və vəkili X4 və iddiçı İddiaçı3 iştirak etmiş, iddiaçının vəkili və nümayəndəsi iddiaçı müdafiə edərək bildirmişdir ki, icra vərəqəsi ilə tutma Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanında yerləşən əmlaka yönədildiyi halda, burada özbaşına tikilinin olub-olmaması araşdırılmamışdır. Əlavə 2 otaq özbaşına tikili və torpaq sahəsi var. Cavabdeh etirazında qeyd etmişdir ki, Cavabdeh icraatında olan. Abşeron rayon 2 savlı Notariat Ofisinin 2053 savlı. xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən İddiaçı1 50000 (əlli min) manat pul vəsaitinin tutularaq X6 ödənilməli, tutulma ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən əmlaka yönəldilməli, əmlak satıldıqdan 30 gün müddətinə boşaldılması qeyd olunmuşdur. Qeyd olunan icra sənədi xx.xx.2021-ci il tarixdə Abşeron rayon icra şöbəsinin icraatında daxil olmuş, həmin tarixdə də icraata başlama haqqında qərar qəbul edilərək tərəflərə və aidiyyatı məhkəməyə göndərilmişdir. İş üzrə borclu xx.xx.2021-ci il tarixdə Cavabdehnə gələrək bildirişi şəxsən imza edərək qəbul etmişdir. xx.xx.2021-ci il tarixdə əmlakın qiymətləndirilməsi üçün müvafiq qərarla “Energy Service" MMC-yə müraciət edilmişdir. MMC-nin vermiş olduğu hesabata əsasən əmlakın qiyməti 70000 (yetmiş min) müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə əmlakın hərracının keçrilməsi üçün sifariş məktubu ilə "xxxx" MMC-yə müraciət edilmişdir. Əmlakın hərracı baş tutmadığınan (alıcı olmadığından) “İpoteka Haqqında” AR qanunun 43.7-ci maddəsinə əsasən əmlak ilkin satış qiymətindən 25 %-dən az olmayan qiymətə yəni 44625 (qırx dörd min altı yüz iyirmi beş) manata ipoteka saxlayana yəni X6 təklif edilmişdir. Hərrac təşkilatının xx.xx.2022-ci il tarixli 26/01 nömrəli protokoluna əsasən əmlak Aqil Hüseynovun adına rəsmiləşdirilmişdir. Bundan sonra borcluya dəfələrlə vaxt verilərək icra sənədində qeyd olunan əmlakı boşaldaraq tələbkara təhvil verməsi tələb olunsa da o, öz növbəsində hər dəfəsində müxtəlif bəhanələr gətirərək icra sənədini icra etməkdən yayınmışdır. Bütün bunları nəzərə alaraq əvvəlcədən borcluya rəsmi xəbərdarlıq olunmaqla “İcra Haqqında” AR qanunun 72.1 və 72.2-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixli aktla əmlak boşaldılaraq tələbkara təhvil verilmişdir. xx.xx.2022-ci il tarixdə “İcra Haqqında” AR qanunun 20.1.5-ci maddəsinə əsasən icra məmuru tərəfindən müvafiq qərarla icra sənədinin icrasına xitam verilmişdir. Borcluya dəfələrlə icra sənədini könüllü olaraq icra etməsi və ya tələbkarla hərhansı bir razılığa gəlməsi üçün vaxt verilsədə o, bu imkanlardan istifadə etməmişdir. Eyni zamanda iş üzrə borcluların yenidən ünvan 3 ünvanında yerləşən 3 otaqlı evlərinə və evin yerləşdiyi 0,06 ha torpaq sahəsinə köçrülməsi və ya bununla bağlı hər hansı icra icraatının başlanılması mümkünsüzdür. Belə ki, köçürülmə ilə bağlı şöbənin icraatında hər-hansı icra sənədi yoxdur bunun üçün yeni məhkəmə qətnaməsinin olması və buna əsasəndə icra vərəqəsinin icraya yönəldilməsi vacibdir. Beləliklə, işin yuxarıda sadalanan hallarından müəyyən olunur ki, sözügedən icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən hərhansı hərəkətsizlik edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İlk növbədə məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yerləşən 19A nömrəli fərdi yaşayış evi xx.xx.2016-cı il tarixli, 3M-1249 reyestr nömrəli kredit müqaviləsinə əsasən İddiaçı1 hüququ X5 xeyrinə yüklü edilmişdir. Cavabdeh icra sənədinə əsasən İddiaçı1 50000 manat tutularaq X6 ödənilməsi və İddiaçı1 məxsus ipoteka predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanında yerləşən əmlaka tutma yönəldilmiş, ev satıldıqdan sonra 30 gün müddətinə boşaldılması qət edilmiş, 08 iyun 2022-ci il tarixli icraata xitam verilməsi haqqında qərara əsasən icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğuna görə icra sənədinə xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, icra vərəqəsi ilə tutma Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanında yerləşən əmlaka yönədildiyi halda, burada özbaşına tikilinin olub-olmaması araşdırılmamışdır. Əlavə 2 otaq özbaşına tikili və torpaq sahəsi var. Məhkəmə qeyd edir ki, Cavabdeh icra sənədi üzrə tutma Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1 ünvanında yerləşən əmlaka yönəlmiş, iddiaçıların özbaşına tikildən və torpaq sahəsindən çıxarılması icra vərəqində göstərilməmişdir. Hazırda iddiaçılar həmin icra sənədində qeyd edilən edilməyən özbaşına tikildən və torpaq sahəsindən istifadə edirlər və bu tərəflər arasında mübahisə olunmur. Məhkəmə qeyd edir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddialara baxılması üçün mümkünlük şərtləri nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da İPM-nin 2.2.7 –ci maddəsinə uyğun olaraq inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsindən ibarətdir ki, həmin növ iddiaya mahiyəti üzrə baxılması üçün də müəyyən şərt nəzərdə tutulmuşdur. Bu şərt isə ziyana görə kompensasiyanın ödənilməsi üçün müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsi, inzibati orqanın imtina etməsi və ya hərəkətsizlik etməsindən ibarətdir. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı işdə iddiaçının kompensasiya ödənişi ilə bağlı cavabdeh orqana müraciəti müəyyən olunmur. Halbuki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. İddiaçılara izah edilsin ki, məhkəmədə inzibati orqandan hansı məbləğdə ziyanla bağlı kompensasiya tələb edilərsə, əsaslandırılmış formada eyni məbləği ilkin olaraq həmin inzibati orqandan tələb edilməlidir. İnzibati orqan bununla bağlı müvafiq qərar qəbul edərsə, imtina edərsə və ya hərəkətsizlik edərsə, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edə bilər. Bundan əlavə iddiaçılar məhkəmə qərarı əsasında verilmiş icra sənədində qeyd edilməyən əmlakdan çıxarılmalarından narahatdırlar. İddiaçılara izah edilsin ki, bu hal baş verərsə inzibati məhkəmə icraatında nəzərdə tutulmuş hüquqlardan istifadə etmələri istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-653/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-653/2023
25.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver