Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6538/2025 29.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: işlədiyi dövrlər üzrə ona ödənilməmiş gecə əməkhaqqı (gecə pulu) və əlavə növbə ödənişlərinin hesablanaraq ödənilməsi, işdən azad olunarkən ödənilməli olan məzuniyyət haqqının və işləmədiyi dövr üzrə almalı olduğu işsizlikdən sığorta haqqı məbləğinin hesablanaraq ödənilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “cavabdeh inzibati orqan ilə iddiaçı arasında əmək müqaviləsinin bağlanmamasının və rəsmiləşdirmə aparılmamasının qanunsuz hesab edilməsi, işlədiyi dövrlər üzrə ona ödənilməmiş gecə əməkhaqqı(gecə pulu) və əlavə növbə ödənişlərinin hesablanaraq ödənilməsi, işdən azad olunarkən ödənilməli olan məzuniyyət haqqının və işləmədiyi dövr üzrə almalı olduğu işsizlikdən sığorta haqqı məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, iddiaçı arasında əmək müqaviləsinin bağlanmamasının və rəsmiləşdirmə aparılmamasının qanunsuz hesab edilməsi, işlədiyi dövrlər üzrə ona ödənilməmiş gecə əməkhaqqı(gecə pulu) və əlavə növbə ödənişlərinin hesablanaraq ödənilməsi, işdən azad olunarkən ödənilməli olan məzuniyyət haqqının və işləmədiyi dövr üzrə almalı olduğu işsizlikdən sığorta haqqı məbləğinin hesablanaraq ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, 2012-ci ildən 2024-cü ilin yanvar ayına qədər Azərbaycan Respublikası Cavabdeh X4 Xidmətində fasiləsiz olaraq yanğınsöndürən peşəsi üzrə əmək fəaliyyətində olmuşdur. Həmin dövr ərzində əmək rejimim sutkalıq növbə prinsipi ilə həyata keçirilmiş və bununla bağlı gecə növbəsində də işləmişdir. Lakin buna baxmayaraq, gecə növbəsindəki əmək fəaliyyətinə görə "gecə pulu” adlanan əlavə haqq almaq hüququ yaranmış olsa da ona bu ödənişlər edilməmişdir. Həmçinin, xidməti dövründə bir sıra dövlət əhəmiyyətli tədbirlər zamanı əlavə növbələrə cəlb olunmuşdur. Bu zaman da ona heç bir əlavə ödəniş və ya kompensasiya verilməmişdir. Bu da müvafiq qanunvericiliyin tələblərinin pozulması deməkdir. Belə ki, AR Əmək Məcəlləsinin 165-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.8, 31.5-ci və 33.1.12-ci maddələrinə əsasən intizam tənbehi qaydasında fövqəladə hallar orqanlarından xx.xx.2024-cü il tarixdə xaric edilmişdir. Lakin, ona işdən azad olunarkən ödənilməli olan məzuniyyət haqqı da ödənilməmişdir. Ən ciddi hüquq pozuntularından biri odur ki, onunla əmək müqaviləsi rəsmən bağlanmamışdır. Bu hal da qanunvericiliyin tələblərinin pozulması deməkdir. Belə ki, AR Əmək Məcəlləsinin 42 və 43-cü maddələrinə ziddir. Əgər onunla əmək müqaviləsi bağlanmış olsa idi, işdən çıxarıldığı dövrdən sonrakı müddət ərzində işsizlikdən sığorta ödənişini almaq hüququndan məhrum olmazdı. Əmək münasibətləri rəsmiləşdirilmədiyindən bu hüquqdan tam məhrum olmuşdur. Cavbdeh inzibati orqan tərəfindən onunla əmək müqaviləsi bağlanmamış, rəsmiləşdirmə aparılmamış və elektron sistem üzrə onun əmək fəaliyyəti mövcud olmamışdır. Bununla da onun hüquqları pozulmuş və maddi ziyan dəymişdir. Onun inzibati orqana axırıncı müraciətindən öncə də bununla bağlı müraciəti olmuşdur, lakin inzibati orqan tərəfindən heç bir cavab verilməmişdir. Hal-hazırda inzibati orqana təkrar müraciət ünvanlamışdır. Həmin müraciətə də bugünkü tarixədək cavab ala bilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Fövqəladə hallar orqanlarına xidmətə qəbulun qaydaları və şərtləri "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsi ilə tənzimlənir. Qanunun 4.7-ci maddəsinə əsasən, fövqəladə hallar orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələri müsahibə əsasında müqavilə (kontrakt) yolu ilə komplektləşdirilir. İddiaçı arxiv şəxsi iş materiallarında həmin kontrakt mövcuddur (surəti əlavə olunur). Xidmətə qəbul isə, həmin Qanunun 4.10-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı rəhbərinin və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslərin əmri ilə rəsmiləşdirilir (surəti əlavə olunur). FHN-də xidmət keçən əməkdaşlara münasibətdə əmək müqaviləsi olaraq qiymətləndirilən yuxanda qeyd olunan müqavilənin (kontraktın) elektron sistemə işlənilməsi isə, qanunvericiliklə nəzərdə tutulmayıb. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinin tələblərinə görə, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə qəbul edilən işçilərlə işəgötürən arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanıldıqda yaranır. “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 206 nömrəli 8 iyul 2014-cü İl tarixli Fərmanına əsasən isə, fövqəladə hallar orqanlarında xüsusi rütbəli vəzifələr əmək müqaviləsi kağız üzərində bağlanılanlara aid edilmişdir və bu səbəbdən fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında müqavilə (kontrakt) elektron sistemə daxil edilmir. İddiaçının xidməti fəaliyyəti xx.xx.2012-ci ildən xx.xx.2024-cü ilədək olan müddəti əhatə edir. Həmin müddət ərzində o, xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək sürücü vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək isə, yanğınsöndürən vəzifəsində xidmət etmişdir. İddiaçının qeyd olunan vəzifələrdə işlədiyi dövr gecə vaxtı və çoxnövbəli iş rejiminə aid edilir. Belə ki, bu vəzifələrdə işləyənlər 3 növbəli olmaqla (2 gündən bir) sutkalıq işə çıxırlar. Lakin FHN-nin müvafiq vəzifələrdə xidmət edən və sutkalıq iş rejimi ilə işləyən heç bir əməkdaşına bununla bağlı əlavə ödəniş verilmir. Belə ki, həmin vəzifələr üzrə vəzifə maaşının konkret məbləği təsdiq edilmişdir və fövqəladə hallar orqanları əməkdaşlarının maddi təminatı, habelə buraya aid edilən ödəniş növləri “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi ilə müəyyən olunmuşdur. Həmin maddənin məzmununda gecə vaxtı və ya çoxnövbəli iş rejiminə görə ödəniş növü nəzərdə tutulmayıb. Habelə, həmin Qanunun 2.3-cü maddəsinin tələblərinə görə, yalnız əmək münasibətlərinə dair bu Qanunla nəzərdə tutulmayan məsələlər barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin normaları tətbiq olunur. Bu baxımdan, maddi təminat şərtləri "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimləndiyi üçün, bu məsələdə hər hansı digər normativ akta istinad edilməsinə yol verilmir. Eyni zamanda, Əmək Məcəlləsinin 166-cı maddəsinə əsasən, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi ilə müəyyən edilir. İddiaçı ilə bağlanılmış xidmətkeçmə haqqında müqavilədə (kontraktda) isə, bu barədə müddəa yoxdur. İddiaçının xidmət etdiyi Yasamal rayon X4 hissəsi tərəfindən verilən məlumata əsasən (məktubun surəti əlavə olunur)., hissənin sabiq əməkdaşı İddiaçı xidmət müddəti ərzində illik əmək məzuniyyətlərindən tam olaraq istifadə etmişdir. Bu baxımdan, ona istifadə edilməmiş məzuniyyətə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsi ilə nəzərdə tutulan pul əvəzi ödənişi şamil edilmir. İddiaçı əmək münasibətlərinə 24 yanvar 2024-cü il tarixdə xitam verilməsi səbəbindən, 2024-cü təqvim ili üzrə əməkdaşın məzuniyyət hüququ yaranmamışdır. Xidmət dövrü ərzində sabiq əməkdaşın əlavə işə cəlb olunub-olunmaması ilə əlaqədar isə bildirilir ki, 2020-2024-cü illər üzrə iş vaxtının uçot cədvəllərində (tabellərdə) İddiaçı növbədən kənar əlavə işə cəlb olunması halları qeydə alınmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2016-cı il tarixli 3/1 qeydiyyat nömrəli Qərarına (389-cu bənd) əsasən, iş vaxtının uçot cədvəllərinin (tabellərin) saxlanılması müddəti 5 il müəyyən olunmuşdur. Bu baxımdan, İş vaxtı məsələsi ilə bağlı əməkdaşın 11 illik xidmət dövrünün tam olaraq araşdırılması mümkün hesab edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, hazırki İddia tələbi üzrə əmək qanunvericiliyinin tələblərinə görə qanunla müəyyən edilmiş iddia müddəti ötürülüb. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandınr, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçının əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Cavabdeh X4 Xidmətinin 02 oktyabr 2012-ci il tarixli 1641/ş əmrinə əsasən sınaq müddəti başa çatdıqdan sonra müsbət rəy almış İddiaçı X4 Xidmətinin Bakı şəhəri Yasamal rayonu X4 hissəsinin yanğınsöndürmə növbəsinin sürücüsü vəzifəsinə təyin edilməklə daimi xidmətə qəbul edilmiş və ona daxili xidmət baş çavuşu ilk xüsusi rütbəsi verilmişdir. Azərbaycan Respublikası Cavabdeh X4 Xidmətinin 14 noyabr 2018-ci il tarixli 1676/ş əmrinə əsasən X4 Xidmətinin Bakı şəhəri Yasamal rayonu X4 hissəsinin yanğınsöndürmə növbəsinin sürücüsü daxili xidmət baş çavuşu İddiaçı tutduğu vəzifədən azad edilərək həmin hissənin 31 nömrəli yanğından mühafizə bölməsinin yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Cavabdeh Nazirliyin X4 Xidmətinin əməkdaşı İddiaçı barəsində intizam tənbehinin tətbiq edilməsi haqqında 24 yanvar 2024-cü il tarixli 0098/ş saylı əmrindən çıxarışa əsasən vəzifələrinin icrası zamanı kobud pozultulara görə Nazirliyin X4 Xidmətinin Bakı şəhəri Yasamal rayonu X4 bölməsinin böyük yanğınsöndürəni daxili xidmət çavuşu İddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir. Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında xx.xx.2022-ci il tarixli DYMX-01720/2022 müqavilənin surəti məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı onunla əmək müqaviləsinin bağlanmamasının və rəsmiləşdirmə aparılmamasının qanunsuz hesab edilməsi, işlədiyi dövrlər üzrə ona ödənilməmiş gecə əməkhaqqı (gecə pulu) və əlavə növbə ödənişlərinin hesablanaraq ödənilməsi, işdən azad olunarkən ödənilməli olan məzuniyyət haqqının və işləmədiyi dövr üzrə almalı olduğu işsizlikdən sığorta haqqı məbləğinin hesablanaraq ödənilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, FHN-də xidmət keçən əməkdaşlara münasibətdə əmək müqaviləsi olaraq qiymətləndirilən yuxanda qeyd olunan müqavilənin (kontraktın) elektron sistemə işlənilməsi isə, qanunvericiliklə nəzərdə tutulmayıb. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinin tələblərinə görə, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə qəbul edilən işçilərlə işəgötürən arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlanıldıqda yaranır. “Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 206 nömrəli 8 iyul 2014-cü İl tarixli Fərmanına əsasən isə, fövqəladə hallar orqanlarında xüsusi rütbəli vəzifələr əmək müqaviləsi kağız üzərində bağlanılanlara aid edilmişdir və bu səbəbdən fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında müqavilə (kontrakt) elektron sistemə daxil edilmir. İddiaçının xidməti fəaliyyəti xx.xx.2012-ci ildən xx.xx.2024-cü ilədək olan müddəti əhatə edir. Həmin müddət ərzində o, xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək sürücü vəzifəsində, xx.xx.2018-ci il tarixdən xx.xx.2024-cü il tarixədək isə yanğınsöndürən vəzifəsində xidmət etmişdir. İddiaçının qeyd olunan vəzifələrdə işlədiyi dövr gecə vaxtı və çoxnövbəli iş rejiminə aid edilir. Belə ki, bu vəzifələrdə işləyənlər 3 növbəli olmaqla (2 gündən bir) sutkalıq işə çıxırlar. Lakin FHN-nin müvafiq vəzifələrdə xidmət edən və sutkalıq iş rejimi ilə işləyən heç bir əməkdaşına bununla bağlı əlavə ödəniş verilmir. Belə ki, həmin vəzifələr üzrə vəzifə maaşının konkret məbləği təsdiq edilmişdir və fövqəladə hallar orqanları əməkdaşlarının maddi təminatı, habelə buraya aid edilən ödəniş növləri “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi ilə müəyyən olunmuşdur. Həmin maddənin məzmununda gecə vaxtı və ya çoxnövbəli iş rejiminə görə ödəniş növü nəzərdə tutulmayıb. Eyni zamanda, Əmək Məcəlləsinin 166-cı maddəsinə əsasən, gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi ilə müəyyən edilir. İddiaçı ilə bağlanılmış xidmətkeçmə haqqında müqavilədə (kontraktda) isə, bu barədə müddəa yoxdur. İddiaçının xidmət etdiyi Yasamal rayon X4 hissəsi tərəfindən verilən məlumata əsasən (məktubun surəti əlavə olunur)., hissənin sabiq əməkdaşı İddiaçı xidmət müddəti ərzində illik əmək məzuniyyətlərindən tam olaraq istifadə etmişdir. Bu baxımdan, ona istifadə edilməmiş məzuniyyətə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsi ilə nəzərdə tutulan pul əvəzi ödənişi şamil edilmir. İddiaçı əmək münasibətlərinə 24 yanvar 2024-cü il tarixdə xitam verilməsi səbəbindən, 2024-cü təqvim ili üzrə əməkdaşın məzuniyyət hüququ yaranmamışdır. Xidmət dövrü ərzində sabiq əməkdaşın əlavə işə cəlb olunub-olunmaması ilə əlaqədar isə bildirilir ki, 2020-2024-cü illər üzrə iş vaxtının uçot cədvəllərində (tabellərdə) İddiaçı növbədənkənar əlavə işə cəlb olunması halları qeydə alınmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, İddiaçının tələbi 3 hissədən ibarətdir:
1. əmək müqaviləsinin bağlanmamasının və rəsmiləşdirmə aparılmamasının qanunsuz hesab edilməsi
2. işlədiyi dövrlər üzrə ona ödənilməmiş gecə əməkhaqqı (gecə pulu) və əlavə növbə ödənişlərinin hesablanaraq ödənilməsi
3. işdən azad olunarkən ödənilməli olan məzuniyyət haqqının və işləmədiyi dövr üzrə almalı olduğu işsizlikdən sığorta haqqı məbləğinin hesablanaraq ödənilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən:
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. 2-1. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 206 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət orqanlarında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranan vəzifələrin (peşələrin) Siyahısında nəzərdə tutulur:
1. Seçkisi və ya təyinatı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən aparılan vəzifələr;
2. təyinatı Azərbaycan Respublikasının Prezidenti və ya Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən aparılan vəzifələr;
3. seçkisi və ya təyinatı Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, təyinatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən aparılan vəzifələr;
4. prokurorluq, ədliyyə, fövqəladə hallar, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi orqanlarında xüsusi rütbəli vəzifələr və xarici işlər orqanlarında diplomatik rütbəli vəzifələr;
5. kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin mülki işçilərinin tutduğu vəzifələr. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 4.7. Fövqəladə hallar orqanlarında sıravi heyət və kiçik rəis heyəti vəzifələri bir qayda olaraq, tam orta və ya orta ixtisas təhsilli şəxslər hesabına müsahibə əsasında müqavilə (kontrakt) yolu ilə komplektləşdirilir. Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında müqavilənin (kontraktın) forması və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 4.10. Fövqəladə hallar orqanlarına xidmətə qəbul müvafiq icra hakimiyyəti orqanı rəhbərinin və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslərin əmri ilə rəsmiləşdirilir. Maddə 20. Xüsusi rütbələr 20.1. Fövqəladə hallar orqanlarının əməkdaşları üçün aşağıdakı xüsusi rütbələr müəyyən edilir: 20.1.1. Sıravi heyət vəzifələri üçün xüsusi rütbə: - daxili xidmət sıravisi; tibb xidməti sıravisi; 20.1.2. kiçik rəis heyəti vəzifələri üçün xüsusi rütbələr: - daxili xidmət kiçik çavuşu; tibb xidməti kiçik çavuşu; - daxili xidmət çavuşu; tibb xidməti çavuşu; - daxili xidmət baş çavuşu; tibb xidməti baş çavuşu; - daxili xidmət kiçik giziri; tibb xidməti kiçik giziri; - daxili xidmət giziri; tibb xidməti giziri; - daxili xidmət baş giziri; tibb xidməti baş giziri; 20.1.3. orta rəis heyəti vəzifələri üçün xüsusi rütbələr: - daxili xidmət kiçik leytenantı; tibb xidməti kiçik leytenantı; - daxili xidmət leytenantı; tibb xidməti leytenantı; - daxili xidmət baş leytenantı; tibb xidməti baş leytenantı; - daxili xidmət kapitanı; tibb xidməti kapitanı; 20.1.4. böyük rəis heyəti vəzifələri üçün xüsusi rütbələr: - daxili xidmət mayoru; tibb xidməti mayoru; - daxili xidmət polkovnik-leytenantı; tibb xidməti polkovnik-leytenantı; - daxili xidmət polkovniki; tibb xidməti polkovniki; 20.1.5. ali rəis heyəti vəzifələri üçün xüsusi rütbələr: - daxili xidmət general-mayoru; tibb xidməti general-mayoru; - daxili xidmət general-leytenantı; tibb xidməti general-leytenantı.
İş materiallarından görünür ki, iddiaçı ilə əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-1 maddəsinin tələbinə uyğun olaraq yazılı qaydada bağlanmış, Xidmətə qəbul isə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 4.10-cu maddəsinə uyğun olaraq rəsmiləşdirilmişdir. Qeyd edilənlərdən görünür ki, tələb birinci hissədə əsaslı olmamışdır. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 12.2. Fövqəladə hallar orqanları əməkdaşları zəruri hallarda iş vaxtından sonra, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində, ümumxalq hüzn günündə və digər günlərdə xidməti vəzifələrinin yerinə yetirilməsinə cəlb edilə bilərlər. Bu halda onlara qanunvericiliklə müəyyən edilmiş qaydada ödənc və ya istirahət vaxtı verilir. Növbəli işdə - gündüz, axşam və gecə növbələri üçün eyni müddətli iş vaxtı müəyyən edilir. İddiaçı qeyd edir ki, gecə növbəsindəki əmək fəaliyyətinə görə "gecə pulu” adlanan əlavə haqq almaq hüququ yaranmış olsa da ona bu ödənişlər edilməmişdir. Lakin “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsindən də göründüyü kimi növbəli işdə - gündüz, axşam və gecə növbələri üçün eyni müddətli iş vaxtı müəyyən edilir və gecə növbəsində görülən işlərə görə əlavə ödəncin verilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi iddia tələbi ikinci hissədə də əsassızdır. İddiaçının xidmət etdiyi Yasamal rayon X4 hissəsi tərəfindən verilən məlumata əsasən hissənin sabiq əməkdaşı İddiaçı xidmət müddəti ərzində illik əmək məzuniyyətlərindən tam olaraq istifadə etmişdir. Bu baxımdan, ona istifadə edilməmiş məzuniyyətə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsi ilə nəzərdə tutulan pul əvəzi ödənişi şamil edilmir. İddiaçı əmək münasibətlərinə 24 yanvar 2024-cü il tarixdə xitam verilməsi səbəbindən, 2024-cü təqvim ili üzrə əməkdaşın məzuniyyət hüququ yaranmamışdır. Xidmət dövrü ərzində sabiq əməkdaşın əlavə işə cəlb olunub-olunmaması ilə əlaqədar isə bildirilir ki, 2020-2024-cü illər üzrə iş vaxtının uçot cədvəllərində (tabellərdə) İddiaçı növbədənkənar əlavə işə cəlb olunması halları qeydə alınmamışdır. Göründüyü kimi iddia tələbi üçüncü hissədə də əsassızdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olmuşdur və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova