Məhkəmə qərarları › İş №2-1(118)-654/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-654/2021

13.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-654/2021 13.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı10, İddiaçı8, İddiaçı2, X7, İddiaçı11, X4, İddiaçı7, İddiaçı6 nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı11, X7, İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı1, İddiaçı2, İddiaçı10, X4 və İddiaçı3 cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı inzibati aktın qanunsuz sayılaraq ləğv edilməsi, öhdəlyin icrası və ziyana görə kompensasiya tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı11, İddiaçı9, İddiaçı8, İddiaçı7, İddiaçı6, İddiaçı1, İddiaçı2, İddiaçı10, İddiaçı3, X8 və İddiaçı5 21 may 2020-ci ildə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq söküntünün qanunsuz hesab edilməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulan ziyanın əvəzi kimi kompensasiyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddiaçı9 və X7 məhkəməyə təqdim etdiyi ərizələr nəzərə alınaraq, İddiaçı9 əmlakını X1 ilə əlaqədar, İddiaçı9 prosessual həmiştirakçıların sıyahısından çıxarılaraq X13 prosessual həmiştirakçı kimi qəbul edilmişdir. Eyni zamanda İddiaçı5 ərizəsinə əsasən, əmlakını digər prosessual həmiştirakçı İddiaçı4 satdığı üçün, prosessual həmiştirakçılar siyahısından çıxarılmışdır. İddia onunla əsaslandırılmışdır ki, şkayətçilər Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən və sökülənə qədər mağaza kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsələrinin mülkiyyətçisi olublar. Onların əmlak üzərində mülkiyyət hüququ dövlət orqanları tərəfindən təsdiqlənib. Belə ki: İddiaçı11 06 aprel 2013-cü il tarixli ******* nömrəli qeydiyyat vəsiqəsi əsasında dövlət qeydiyyatına alınmış ümumi sahəsi 9,5 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. İddiaçı9 23 may 2017-cı il tarixli ******* nömrəli qeydiyyat vəsiqəsi əsasında dövlət qeydiyyatına alınmış ümumi sahəsi 9,5 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. İddiaçı8 06 aprel 2013-cü il tarixdə ******* nömrəli qeydiyyat vəsiqəsi əsasında dövlət qeydiyyatına alınmış ümumi sahəsi 9,6 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. İddiaçı6 ümumi sahəsi 9 kv.m olan və mağaza kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. İddiaçı1 23 may 2017-ci il tarixdə ******* nömrəli qeydiyyat vəsiqəsi əsasında dövlət qeydiyyatına alınmış ümumi sahəsi 9,5 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. İddiaçı2 23 may 2017-ci il tarixdə ******* nömrəli qeydiyyat vəsiqəsi əsasında dövlət qeydiyyatına alınmış ümumi sahəsi 9,5 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. İddiaçı10 23 may 2017-cı il tarixli ******* nömrəli qeydiyyat vəsiqəsi əsasında dövlət qeydiyyatına alınmış ümumi sahəsi 9,5 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. İddiaçı3 23 may 2017-ci il tarixdə ******* nömrəli qeydiyyat vəsiqəsi əsasında dövlət qeydiyyatına alınmış ümumi sahəsi 9,2 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. İddiaçı7 Qurban oğlu ümumi sahəsi 9,2 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. İddiaçı5 23 iyun 2017-cı il tarixdə ******* nömrəli qeydiyyat vəsiqəsi əsasında ümumi sahəsi 9,2 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. İddiaçı4 23 iyun 2017-cı il tarixdə ******* nömrəli qeydiyyat vəsiqəsi əsasında ümumi sahəsi 9,1 kv.m olan, 23 iyun 2017-cı il tarixdə ******* nömrəli qeydiyyat vəsiqəsi əsasında ümumi sahəsi 9,5 kv.m olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir. Əmlak məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2017-ci ildə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almış iddiaçılara verdiyi “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair Arayış”da obyektlərin 6 may 2020-ci il tarixə ona bazar qiyməti 30.000 (otuz min) AZN həcmində dəyərləndirilib. 2017-ci ilin may ayında iddiaçılar Sumqayıt Şəhər İcra Hakimiyyətinə dəvət edilərək onlara İH Başçısının müavini Sahib Quliyevin imzası ilə aşağıdakı məzmunda sənəd təqdim olunub: “Sumqayıt şəhərinin baş planına, memarlıq və şəhərsalma prinsiplərinə, inşaat normalarına riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafının təmin edilməsi məqsədi ilə şəhərdə aparılan bərpa, yenidənqurma və abadlıq işlərinin davamı olaraq şəhərin 9-cu mikrarayon ərazisində yerləşən “Şərq bazarı ’’ Ticarət Mərkzəinin və həmin əraziyə bitişik 66 ticarət obyektinin yerində müasir memarlıq tələblərinə cavab verərək yeni Ticarət Mərkəzinin tikintisi layihələndirilir. İnşa olunacaq yeni Ticarət Mərkəzində hazırda mülkiyyətinizdə olan 9 kv. m ticarət sahəsinin əvəzinə Siziin mülkiyyətinizə 18 kv. m. təmirsiz ticarət sahəsi veriləcəkdir. Qeyd olunanlara əsasən, qısa müddət ərzində mağazanı boşaldaraq tikinti işlərinin başlanmasına şərait yaratmağınız xahiş olunur. " Şikayətçilər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Nazirlər Kabinetinin müvafiq qərarı və həmin qərar əsasında mülklərin özgəninkiləşdirilməsinin şərtləri, o cümlədən kompensasiyanın məbləği razılaşdırılmadan belə bir tələbin qoyulmasının qanunsuz olduğunu uırğulayaraq onu icra etməyəcəklərini bildiriblər. Onlar həmçinin Prezident Aparatına və müxtəlif qurumlara bu özbaşınalığın qarşısının alınmasında onlara yardımçı olmalarını xahiş ediblər. Şikayətçilərə obyektlərin söküntü üçün boşaldılması barədə bildirişin təqdim edilməsindən cəmi bir neşə gün sonra -may ayının 21-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbər vəzifəli şəxslərinin, o cümlədən polislərin iştirakı iddiaçıların etirazlarına baxmayaraq onların mülkləri çoxsaylı traktor və digər maşınların köməyi ilə sökülüb. Bir çox mağazaların sahiblərinə içəridə olan əmlakı və sənədləri götürməyə imkan verilməyib. Sumqayıt Şəhər İcra Hakimiyyəti mağazaları sökdükdən sonra keçən 3 il ərzində həmin ərazidə yeni salınacağı barədə vəd verdiyi Tikinti Mərkəzinin inşası istiqamətində heç bir real addım atılmamışdır. Şikayətçilər mağaza kimi işlətdikləri qeyd olunan tikililərdə əsasən inşaat materiallarının ticarəti ilə məşğul olublar və onların əksəriyyəti bu gəlir hesabına ailələrini dolandırıblar. Mağazalarının qanunsuz sökülməsi, onları təkcə əmlaklarından deyil, həm də ailələrinin dolanış mənbəyindən məhrum etməklə, onları ağır duruma salıb. Qeyd edilənlərə əsasən xahiş edirlər ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin şikayətçilərə məxsus mülklərini sökməsi qanunsuz hesab edilsin. qanunsuz sökülmüş qeyri-yaşayış sahələrinin bazar qiyməti kimi 30.000 (otuz min) AZN, Şikayətçilərdən qanunsuz olaraq alınmış torpaq sahəsinə görə 20.000 (iyirmi min) AZN, sökülmüş qeyri-yaşayış sahəsinin ticarət obyekti kimi fəaliyyətinə qanunsuz olaraq son qoyulması nəticəsində əldən çıxmış faydaya görə 36.000 (otuz altı min) AZN olmaqla, Cavabdehin qanunsuz hərəkətləri nəticəsində məruz qaldıqları mənəvi sarsıntıya görə 50.000 (əlli min) AZN cavabdehdən tutularaq şikayətçilərə ödənilsin. 12 avqust 2021-ci il tarixində iddiaçılar iddia ərizəsinə dəqiqləşmə barədə ərizə məhkəməyə təqdim etmiş və tələblərini aşağıdakı kimi qeyd etmişdirlər. Şikayətçilər 19 may 2020-ci iddia ərizəsində göstəriln tələblərində dəqiqləşdirmə və dəyişiklik edərək məhkəmədən aşağıdakıları xahiş edirlər:

1. Ayrı-ayrı iddia növləri üzrə tələblər. Mübahisələndirmə haqqında iddia üzrə tələblər İPM-in 32-ci maddəsinə əsasən: Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Hesab edirlər ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Şikayətçilərə məxsus mülklərinin sökülməsi barədə inzibati aktı qanunsuz olduğu üçün ləğv olunmalıdır. Öhdəliyin icrası haqqında iddia üzrə tələblər İPM-in 34-cü maddəsinə əsasən: Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən Şikayətçilərə təqdim olunan sənədlərdə onlara sökülən obyektlərinin yerində yeni tikiləcək ticarət mərkəzində iki dəfə artıq sahəsi olan qeyri-yaşayış sahəsi veriləcəyi barədə öhdəlik var. Şikayətçilər İPM-in 34-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia vasitəsilə cavabdehin üzərinə həmin öhdəliyi icra etmək vəzifəsinin qoyulmasını məhkəmədən xahiş edirlər. Müəyyən etmə haqqında iddia üzrə tələblər İPM-in 36-cı maddəsinə əsasən: Maddə 36. Müəyyən etmə və ya tanınma haqqında iddia Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Maddə 71. İnzibati aktın icrasının dönüşü haqqında məhkəmə qərardadı İnzibati aktın icra olunduğu hallarda, məhkəmə inzibati aktı ləğv etməklə yanaşı, müvafiq ərizə əsasında inzibati orqanın üzərinə icranın nəticələrini aradan qaldırmaq barədə öhdəlik qoya bilər. Məhkəmə baxışının davam etdirilməsinə artıq ehtiyac qalmadığı və inzibati orqanın icranın nəticələrinin aradan qaldırılması üsulları ilə bağlı diskresion səlahiyyətlərə malik olmadığı hallarda, məhkəmə icranın nəticələrinin aradan qaldırılması üsulu və qaydası barədə göstəriş (təkliflər) verməyə haqlıdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Şikayətçilərin mülklərinin söküntüsü barədə inzibati aktı artıq icra edilib. Şikayətçilər İPM-in 36-cı maddəsində nəzərdə tutulmuş müəyyən etmə artıq icra edilmiş inzibati aktın qanunsuz sayılmasının məhkəmədən xahiş edirlər. Kompensasiya barədə iddia üzrə İPM-ə əsasən: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; Maddə 32. Mübahisələndirmə haqqında iddia Maddə 32. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia ...Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 71. İnzibati aktın icrasının dönüşü haqqında məhkəmə qərardadı 71.3. İnzibati aktın icrasının nəticələrini aradan qaldırmaq mümkün olmadıqda, məhkəmə inzibati orqan tərəfindən kompensasiyanın ödənilməsi barədə qərar qəbul edə bilər. İPM-in verdiyi hüquqlardan yararlanaraq cavabdeh inzibati oqanın qanunsuz hərəkətləri nəticəsində Şikayətçilərə vurulan ziyanın əvəzi və itkilərinin kompensasiyası kimi qanunsuz sökülmüş qeyri-yaşayış sahələrinin bazar qiyməti kimi 30.000 (otuz min) AZN, Şikayətçilərdən qanunsuz olaraq alınmış torpaq sahəsinə görə 20.000 (iyirmi min) AZN, sökülmüş qeyri-yaşayış sahəsinin ticarət obyekti kimi fəaliyyətinə qanunsuz olaraq son qoyulması nəticəsində əldən çıxmış faydaya görə 36.000 (otuz altı min) AZN olmaqla, Cavabdehin qanunsuz hərəkətləri nəticəsində məruz qaldıqları mənəvi sarsıntıya görə 50.000 (əlli min) AZN Cavabdehdən tutularaq onlara ödənilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı10, İddiaçı8, İddiaçı2, X12, İddiaçı11, X8, İddiaçı7, İddiaçı6 nümayəndəsi X10 iştirak etmişlər. İddiaçı10 iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, digər iddiaçlarda onunla razı olduqlarını bildirmişlər. Cavabdeh iddiaya etirazında qeyd edir ki, vətəndaş İddiaçı10 və digərlərinin Sumqayıt şəhər icra Hakimiyyətinə qarşı söküntünün qanunsuz hesab edilməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulan ziyanın əvəzi kimi kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə əlavəyə etiraz edərək bildirirlər ki, iddiaçılara məxsus mülklərin sökülməsinə dair Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən heç bir inzibati akt qəbul edilməmişdir. Belə ki, 22 may 2017-ci il tarixdə "xxxx" Şirkəti Ticarət Mərkəzi (“Şərq bazarı") ilə Sumqayıt şəhər Təmizlik Departamenti arasında bağlanmış “Söküntü və təmizlik işlərinin aparılması barədə” müqavilənin 1.1-ci bəndinə uyğun olaraq, “Sifarişçi” "xxxx" Şirkəti Ticarət Mərkəzi Sumqayıt şəhərinin mövcud baş planına, memarlıq və şəhərsalma prinsiplərinə, inşaat normalarına riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafını təmin etmək məqsədilə şəhərdə aparılan bərpa, yenidənqurma, abadlıq işləri çərçivəsində ”Şərq bazarı” adlanan Ticarət Mərkəzinin yənidən qurularaq müasir standartlara uyğun istifadəyə verilməsi məqsədilə həmin ticarət mərkəzinin sökülməsini və söküntü materiallarının ərazidən daşınaraq ərazinin təmizlənməsini öz öhdəsinə götürmüşdür. Bildirirlər ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən nə "xxxx" Şirkəti “Şərq bazarı” adlanan Ticarət Mərkəzinin, nə də orada çalışan 66 nəfər sahibkara məxsus obyektlərin sökülməsinə dair heç bir inzibati akt qəbul edilməmiş, eləcə də, bilavasitə onların hüquq və azadlıqlarını pozan heç bir qanunsuz müdaxiləyə yol verilməmişdir. Bundan əlavə bildirirlər ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 28 noyabr 2019-cu il tarixli, 343 saylı Sərəncamı ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən ticarət sırasında olan obyektlərin (66 nəfərdən ibarət) istifadəsində olan sahədə, ticarət obyektlərinin müasir memarlıq üslubunda yenidən qurulmasının layihələndirilməsinə icazə verilməsi qərara alınmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazda qeyd edilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçılarında daxil olduğu 66 nəfər sahibkarın tikinti işlərinin lahiyələndirilməsi üçün sərəncam verilmişdir. Sahibkarların torpaqla bağlı sənədlərinin təqdim ediləcəyi halda, tikinti işlərinin aparılması üçün lazımı addımları atılacaqdır.

Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçıların tələbləri mahiyyəti etibarı ilə inzibati orqanın iddiaçılara məxsus əmlakların sökülməsi ilə bağlı qərarlarının və hərəkətlərinin qanunsuz olmasının müəyyən edilməsi, sökülmüş tikililərə görə mülkiyyətlərində olan əmlakdan artıq ölçüdə tilkilinin verilməsi ilə bağlı cavabdehin öz üzərinə götürdüyü öhdəliklərinin yerinə yetirilməsi və ziyanla bağlı kompensasiya tələbindən ibarətdir. İddiaçıların cavabdeh inzibati orqana müvafiq müraciətləri olmuşdur, iddiaçıların bu iddianı qaldırmaqda subyektiv hüquqları olduğuna və bu iddialara iddia müddəti tətbiq edilmədiyinə görə iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın mahiyyətinə gələndə isə məhkəmə hesab edir ki iddia əsaslı deyil. Beləki iddiaçılar iddia tələblərini onunla əsaslandırırlar ki, onlar Sumqayıt şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən və sökülənə qədər mağaza kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsələrinin mülkiyyətçisi olublar. Onların əmlak üzərində mülkiyyət hüququ dövlət orqanları tərəfindən təsdiqlənib. Əmlak məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2017-ci ildə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almış iddiaçılara verdiyi “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair Arayış”da obyektlərin 6 may 2020-ci il tarixə ona bazar qiyməti 30.000 (otuz min) AZN həcmində dəyərləndirilib. 2017-ci ilin may ayında iddiaçılar Sumqayıt Şəhər İcra Hakimiyyətinə dəvət edilərək onlara İcra hakimiyyəti Başçısının müavini Sahib Quliyevin imzası ilə aşağıdakı məzmunda sənəd təqdim olunub:“Sumqayıt şəhərinin baş planına, memarlıq və şəhərsalma prinsiplərinə, inşaat normalarına riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafının təmin edilməsi məqsədi ilə şəhərdə aparılan bərpa, yenidənqurma və abadlıq işlərinin davamı olaraq şəhərin 9-cu mikrarayon ərazisində yerləşən “Şərq bazarı ’’ Ticarət Mərkzəinin və həmin əraziyə bitişik 66 ticarət obyektinin yerində müasir memarlıq tələblərinə cavab verərək yeni Ticarət Mərkəzinin tikintisi layihələndirilir. İnşa olunacaq yeni Ticarət Mərkəzində hazırda mülkiyyətinizdə olan 9 kv. m ticarət sahəsinin əvəzinə Siziin mülkiyyətinizə 18 kv. m. təmirsiz ticarət sahəsi veriləcəkdir. Qeyd olunanlara əsasən, qısa müddət ərzində mağazanı boşaldaraq tikinti işlərinin başlanmasına şərait yaratmağınız xahiş olunur." Şikayətçilər Sumqayıt Şəhər İcra Hakimiyyətinin Nazirlər Kabinetinin müvafiq qərarı və həmin qərar əsasında mülklərin özgəninkiləşdirilməsinin şərtləri, o cümlədən kompensasiyanın məbləği razılaşdırılmadan belə bir tələbin qoyulmasının qanunsuz olduğunu vurğulayaraq onu icra etməyəcəklərini bildiriblər. Onlar həmçinin Prezident Aparatına və müxtəlif qurumlara bu özbaşınalığın qarşısının alınmasında onlara yardımçı olmalarını xahiş ediblər.Şikayətçilərə obyektlərin söküntü üçün boşaldılması barədə bildirişin təqdim edilməsindən cəmi bir neşə gün sonra -may ayının 21-də Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbər vəzifəli şəxslərinin, o cümlədən polislərin iştirakı iddiaçıların etirazlarına baxmayaraq onların mülkləri çoxsaylı traktor və digər maşınların köməyi ilə sökülüb. Bir çox mağazaların sahiblərinə içəridə olan əmlakı və sənədləri götürməyə imkan verilməyib. Sumqayıt Şəhər İcra Hakimiyyəti mağazaları sökdükdən sonra keçən 3 il ərzində həmin ərazidə yeni salınacağı barədə vəd verdiyi Tikinti Mərkəzinin inşası istiqamətində heç bir real addım atılmamışdır. Şikayətçilər mağaza kimi işlətdikləri qeyd olunan tikililərdə əsasən inşaat materiallarının ticarəti ilə məşğul olublar və onların əksəriyyəti bu gəlir hesabına ailələrini dolandırıblar. Mağazalarının qanunsuz sökülməsi, onları təkcə əmlaklarından deyil, həm də ailələrinin dolanış mənbəyindən məhrum etməklə, onları ağır duruma salıb. İdddiaçıların qeyd etdiklərindən göründüyü kimi onların iddiasının əsasını onlara aid əmlakaların cavabdeh inzibati orqan tərəfindən onların razılığı olmadan sökülmasi təşkil edir. İddiaçıların bununla bağlı dəlilləri Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının müavini Sahib Quliyevin imzası ilə onlara təqdim edilən sənəd və internetdə mövcud olan məlumatlar təşkil edir. Məhkəmə araşdırması zamanı iddiaçıların mülkiyyətində olan tikililərin və həmin tikililərin yerləşdiyi bazar ərazisində olan digər tikililərin sökülməsi barədə inzibati akt qəbul edilməsi və ya torpaqların dövlət ehtiyacları üçün geri alınması hallarının mövcud olması müəyyən olunmadı. İddiaçılar Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının müavini Sahib Quliyevin imzası ilə onlara təqdim edilən məktubu, həm onların əmlaklarının sökülməsi ilə bağlı inzibati akt, həmdə onların əmlaklarının iki qatı həcmində əmlak tələb etmək hüququ verən öhdəlik kimi qəbul edirlər. Məhkəmə istinad edilən Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının müavini Sahib Quliyevin imzası ilə onlara təqdim edilən sənədlərlə bağlı qeyd edir ki, həmin sənədlər icra hakimiyyəti tərəfindən sərəncam formasında verilməmişdir, həmin qurumun möhürü ilə təsdiq edilməmişdir və həmin sənədi imzlayan şəxs dünyasını dəyişmişdir. Həmin sənədi verən şəxs həyatda olmadığına görə məhkəmə iclasında həmin şəxsin izahatını almaq, həmin məktububun verilmə əsaslarını tam müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, həmin sənədlər cavabdeh inzibati orqanın sərəncam formasında verdiyi inzibati akt kimi qiymətləndirilə bilməz. Lakin hər bir halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın səlahiyyətli şəxsi tərəfindən imzalanan məktub yaratdığı hüquqi nəticəyə görə məktubda qeyd edilənlərə inzibati orqanın praktikasına uyğun olaraq cavabdehlərin etimad hüququnun qorunduğu sənəd kimi qəbul edilməlidir. Lakin həmin sənədlərdə dövlət ehtiyacları üçün alınma, söküntünün icra hakimiyyəti tərəfindən həyata keçiriləcəyi, yeni tikintilərin icra hakimiyyəti tərəfindən aparılacağı, daşınmaz əmlakların əvəzində artıq ölçüdə təmirsiz tikililərin icra hakimiyyəti tərəfindən veriləcəyi qeyd olunmamışdır. Eyni zamanda məhkəməyə təqdim edilən 22 may 2017-ci il tarixli "xxxx" Şirkəti Ticarət Mərkəzi ilə Sumqayıt şəhər Təmizlik Departamenti arasında bağlanmış “Söküntü və təmizlik işlərinin aparılması barədə” müqavilənin 1.1-ci bəndinə əsasən, “Sifarişçi” "xxxx" Şirkəti Ticarət Mərkəzi Sumqayıt şəhərinin mövcud baş planına, memarlıq və şəhərsalma prinsiplərinə, inşaat normalarına riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafını təmin etmək məqsədilə şəhərdə aparılan bərpa, yenidənqurma, abadlıq işləri çərçivəsində RŞHT şirkəti “Şərq bazarı” adlanan ticarət mərkəzinin yenidən qurularaq müasir standartlara uyğun istifadəyə verilməsi məqsədilə həmin ticarət mərkəzinin sökülməsini və söküntü materiallarının ərazidən daşınaraq ərazinin təmizlənməsini öz öhdəsinə götürmüşdür. Və eyni zamanda məhkəməyə təqdim edilmiş, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 28 noyabr 2019-cu il tarixli, 343 saylı Sərəncamı ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən ticarət sırasında olan obyektlərin (66 nəfərdən ibarət) istifadəsində olan sahədə, ticarət obyektlərinin müasir memarlıq üslubunda yenidən qurulmasının layihələndirilməsinə icazə verilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, bu qeyd edilənlər hazırkı iddianın əsaslı olmadığını göstərir və iddiaçılar düzgün olmayan hüquq müafiə vasitəsi seçmişlər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçıların mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı və hazırda sökülmüş olan əmlaklar Sumqayıt şəhərində “Şərq Bazarı” adlandırılan ərazidə yerləşirmiş və həmin bazar RHŞT şirkətinin istifadəsində olmuşdur. İddiaçıların əmlakalarıda daxil olmaqla 66 nəfər sahibkarın RHŞT şirkəti ilə mübahisələri olmuş, həmin 66 nəfər sahibkar mülkiyyət sənədlərini məhkəmə qərarı əsasında əldə etmişlər. Həmin şəxslər tikililərə mülkiyət sənədi əldə etsələrdə, həmin tikililərin yerləşdiyi torpaq sahələrinə olan hüquqların dövlət qeydiyyatı aparılmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, həmin qeyd edilən 66 nəfərin, RHŞT şirkətinin, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatnı aparan müvafiq qurumun, dövlət əmlakına nəzarət edən müvafiq qurumun, Sumqayıt İcra Hakimiyyətinin prosessual tərəf olduğu çoxsaylı məhkəmə mübahisələri olmuşdur, hazırdada davam edən məhkəmə mübahisələri və tam icra olunmamış məhkəmə qərarları vardır. Məhkəmə hesab edir ki, hazırkı yaranmış vəziyyət yuxarıda qeyd edilən mübahisələrin davamı formasında meydana çıxmışdır. Məhkəmə iclasındada cavabdeh inzibati orqanın nümayəndəsi bildirmişdir ki, iddiaçılarında daxil olduğu 66 nəfər sahibkarın tikinti işlərinin lahiyələndirilməsi üçün sərəncam verilmişdir. Sahibkarların torpaqla bağlı sənədlərinin təqdim ediləcəyi halda, tikinti işlərinin aparılmasına icra hakimiyyəti tərəfindən hər hansı bir məhdudiyyət qoyulmayacaq. Bu qeyd edilənlərdə iddianın əsaslı olmadığını göstərir. İddiaçıların onların əmlaklarının cavabdeh inzibati orqan tərəfindən onların razılığı olmadan sökülməsi ilə bağlı digər dəlili internet resuslarında olan linklərə istinad etməsidir. İddiaçılar qeyd edir ki, söküntü ilə bağlı mediada gedən çoxsaylı yazı və reportajlarda söküntünün məhz yerli icra hakimiyyəti tərəfindən həyata keçirildiyi həmin dövlət qurumunun rəsmiləri tərəfindən etiraf olunur. Lakin məhkəməyə təqdim edilən internet mənbələrində “Sərq Bazarı” adlanan ərazidə antisanitariya vəziyyətində olan tikililərin sökülərək yerində müasir tələblərə cavab verən lahiyənin həyata keçiriləcəyi qeyd olunmuş, lakin söküntünün cavabdeh inzibati orqan tərəfindən həyata keçirildiyi, söküntü işlərinin sahibkarların iradəsi kənarında həyata keçirildiyi cavabdeh inzibati orqanın rəsmiləri tərəfindən etiraf olunmamışdır. Beləliklə yuxarıda qeyd olunanlar iddianın əsaslı olmadığını göstərir və məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar