Məhkəmə qərarları › İş №2-1(118)-655/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-655/2021

21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-655/2021 21.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, S.Vurğun küçəsi, ev 1, mənzil 10-da yaşayan), Cavabdehin nümayəndəsi X1 (DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsində hüquqşünas işləyən, Bakı şəhəri, Cavanşir küçəsi, yat.2 ev 21 A mənzil 108-də yaşayan) iştirakı ilə, Üçüncü şəxs X7 (işləməyən, Sumqayıt şəhəri, 20-ci məhəllə, ev 54 mənzil 4-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh ƏMDX yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı mənzilin özəlləşdirilməsinin ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh ƏMDX yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzilin özəlləşdirilməsinin ləğv edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 17.09.2020-ci il tarixli 2-1(118)-1093/2020-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-437/2002-ci il tarixli 28.10.2020-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin 17.09.2020-ci il tarixli 2-1(118)-1093/ 2020-ci il tarixli qərardadı ləğv edilərək iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbini müdafiə etdi və izah etdi ki, o, 1994-cü ildən Rusiya Federasiyasına işləmək üçün getmişdir və həmin il qardaşı X16 da onun yanına getmişdir. 1996-cı ildə digər qardaşı Səfərov Şamil hərbi xidmətdən fərarilik etdiyindən həbs olunmaması üçün anası onunla birgə yaşadığı Leninqrad şəhərinə gəlmişdir. 2 il orada yaşayan anası və qardaşı Şamil 1998-ci ildə Azərbaycana qayıtmışlar. 1998-ci ilin yanvar ayının15-də Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi ilə atası və anası arasındakı nikah ləğv olunmuşdur. Ata evi satılmış, qardaşı Şamil Sumqayıt şəhəri, 20-ci məhəllə, 54 saylı evdə yerləşən 4 saylı mənzildə yaşamışdır və hal-hazırda da orada yaşayır. Məhkəmə prosesləri sona çatandan sonra anası yenidən Leninqrada qayıtmışdır.2003-cü ildə anasının pensiya yaşı çatdığına görə sənədləri hazırlamaq üçün Azərbaycana qayıtmışdır. Həmin il anası, onun verdiyi pulla H.Z.Tağıyev qəsəbəsi, S.Vurğun küçəsi 1 saylı ünvanda yerləşən 1 saylı yataqxananın 10 saylı mənzilini almış, bu barədə 23 nömrəli order də vardır. Anası qətlə yetirildiyi tarixə, yəni, 13.09.2018-ci il tarixə kimi həmin ünvanda tək yaşamışdır. Anası qətlə yetirilməmişdən əvvəl o, həmin evə öz evi kimi ildə 3-4 dəfə gəlib hər dəfə 1 ay olmaqla anasının yanında yaşamışdır. Həmişə ona bir övlad kimi qayğı göstərmiş, maddi sıxıntı çəkməsinə imkan verməmişdir. Qardaşı Şamil isə bir dəfə də olsun anası ilə maraqlanmamış, qayğısına qalmamışdır. İddiaçı 2018-ci il oktyabr ayında anasının 40 mərasiminə kimi Azərbaycana gəlmiş və həmin vaxtdan göstərilən ünvanda yaşayır. O, 27 iyun 2019-cu il tarixdə Sumqayıt şəhər Məhkəməsində istifadə hüququnun tanınması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin vaxt vərəsəliklə bağlı məsələnin həll etmək üçün Sumqayıt ASAN Xidmətin notarusuna müraciət etmişdir. Qardaşları da həmin vaxt notariat ofisində olmuşlar. Notariat ofisi vərəsəliyin rəsmiləşdirilməsi üçün DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edəcəyini bildirmişdir. Lakin bir müddətdən sonra ona məlum olmuşdur ki, həmin mənzil tam pay olaraq X7 adına özəlləşdirilmişdir. Cavabdeh orqan tərəfindən özəlləşdirmə ilə bağlı müraciət edən qardaşı X11 tək vərəsə kimi qəbul etmişdir. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədi və bildirdi ki, İddiaçı ünvan 3 ünvanda yerləşən 10 saylı mənzilə dair verilmiş reyestrdən çıxarışın ləğv olunması ilə əlaqədar 21 yanvar 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar İddiaçı bildirilmişdir ki, ünvan 3 ünvanda yerləşən 10 saylı mənzil qanunvericiliklə tələb olunan hüquq müəyyənedici sənədlər: order, mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələr əsasında X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdr. Bu səbəbdən də iddia mümkün sayılmamalıdır. Üçüncü şəxs X17 iddianı qəbul etmədi və izah etdi ki, 2018-ci ildə anası vəfat etdikdən 1 ay sonra mənzilin özəlləşdirilməsi ilə bağlı müraciət etmişdir. Mənzil verilən gündən həmin evə anası və özü qeydiyyatda olmuşdur. 2006-cı ilədək, yəni ailə quranadək özü, ailə qurduqdan 2013-cü ilədək isə ailəsi ilə birlikdə mübahisəli mənzildə yaşamışdır. 2013-cü ildən kirayədə yaşamağa başlamışdır. Belə ki, uşağın məktəbi ilə əlaqədar köçmək məcburiyyətində qalmışdır. İddiaçı daimi Rusiyada yaşamış, anası vəfat etdikdən sonra həmin mənzildə yaşamağa başlamışdır. Qardaşının həmin evdə yaşamasına etitaz etmir, lakin pasport qeydiyyatına salınmasına etiraz edir. 1 ay əvvəl evin satılaraq məbləğin bir hissəsini qardaşına verilməsini təklif etmiş, lakin o, razılaşmamışdır. İş materiallarında olan : - 23 nömrəli A seriyalı 18.05.2003-cü il tarixli orderin kötüyündən görünür ki, SMK zavodu tərəfindən X9 ünvan 3, 10 saylı otaq verilmişdir, ailə üzvü kimi 30.12.1972-ci il təvəllüdlü X18 göstərilmişdir. - AZ-İ № 971132 seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X14 10 sentyabr 2018-ci ildə vəfat etmişdir. - **********25 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, S.Vurğun küçəsi, 1 saylı evdə yerləşən 10 saylı mənzil X8 xüsusi mülkiyyətindədir. - X7 notariat ofisinə ünvanlanmış ərizədən görünür ki, o, İddiaçı və X10 10.09.2018-cu il tarixdə vəfat etmiş X4 vərəsələr sırasına adlarının əlavə edilməsinə etiraz etmir. - Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat ofisi tərəfindən DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə ünvanlanmış 22.08.2019-cu il tarilxi 5442 saylı məktubdan görünür ki, 10.09.2018-cu il tarixdə vəfat etmiş X4 vərəsəsi SəfərovŞamil Almaz oğlu müraciət etmiş və vərəsələr siyahısına daxil edilmişdir. X3 miras qalmış ünvan 3, ev 10 ünbvanına dair hüquqmüəyyənedici sənədin (çıxarış) verilməsi xahiş edilmişdir. - Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat ofisi tərəfindən məhkəmənin sorğusuna ünvanladığı 07.04.2021-xi il tarixli 953 saylıl məktubdan görünür ki, 10.09.2018-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlaka dair hüquqmüəyyənedici sənədin verilməsi üçün DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə 22.08.2019-cu il tarilxdə ünvanlanmış 5442 saylı məktub vərəsəsi – oğlu X12 verilmişdir. -DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna əsasən verilmiş 29 mart 2021-ci il tarixli cavab məktubundan görünür ki, Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat ofisinin 22.08.2019-cu il tarixli 5442 nömrəli məktubu 25.10.2019cu il tarixdə idarəyə daxil olmuşdur. -Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.08.2020-ci il tarixli 2(102)-2910/2020 saylı qərarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6280/2019 saylı 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X13 qarşı yaşayış sahəsinə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddiası rədd edilmiş,Sumqayıt Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(105)-3859 saylı qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6280/2019 saylı 02 avqust 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.08.2020-ci il tarixli 2(102)- 2910/2020 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 2(105)-3859 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsinə görə mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, üçüncü şəxs X17 anasının vəfatından sonra mənzilə dair orderi, anasının ölüm haqqında şəhadətnaməsiin surətini və mənzildə qeydiyyatda olan ailə üzvlərinin razılıq ərizələrini təqdim etməklə mənzili özəlləşdirmişdir. Sumqayıt ASAN Xidmətinin notariat ofisi tərəfindən verilən məktub DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə mənzilin özəlləşdirilməsindən sonra daxil olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasəlar sadalanmışdır. Qanunun 8.0.11-ci maddəsində göstərilən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi həmin əsaslardann biridir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə hazırki iş üzrə məhkəmə inzibati məhkəmə icraatının çərçivəsində inzibati orqanın hərəkətlərinin qanuni və ya qeyri-qanuni olmasına qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın hərəkətlərində qeyri-qanunilik müəyyən edilməmişdir. Cavabdeh orqan daxil olan sənədləri əsaslı hesab edərək mübahisəli mənzili özəlləşdirmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin təmin olunması üçün qanuni əsas müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 6 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar