Məhkəmə qərarları › İş №2-1(118)-655/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-655/2022

11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-655/2022 11.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı X4 (işləməyən, Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 25/16, mənzil 4-də yaşayan) iştirakı ilə, İddiaçılar X4 və İddiaçı cavabdeh Sumqayıt Cavabdeh qeydiyyat şöbəsinə qarşı 01 noyabr 2021-ci il təvəllüdlü X1 “Həsənova”dan “Sənanlı”ya dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması barədə iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçılar X7 və İddiaçı cavabdeh Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 01 noyabr 2021-ci il təvəllüdlü X1 “Həsənova”dan “Sənanlı”ya dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı X7 iddia tələbini müdafiə edərək izah etdi ki, o, İddiaçı ilə 21 sentyabr 2020-ci ildə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həmin nikahdan 01 noyabr 2021-ci il təvəllüdlü X6 anadan olmuşdur. Uşağın soyadının baba adına uyğun olaraq "Həsənovadan "Sənanlı”ya dəyişdirilməsini istəyirlər. Bu məqsədlə Sumqayıt "Asan Xidmət’’ Mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmişlər. Lakin onlara 10.12.2021-ci il tarixli imtina məktubu verilərək məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı və vavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən İddiaçı cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, zərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir.Həmin Məcəllənin 54-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Eyni zamanda Məcəllənin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bu səbəbdən X1 dəyişdirilməsi ilə bağlı müraciətinin təmin edilməsi qanunvericiliyə əsasən mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş : - 1 saylı Bakı “Asan Xidmət “mərkəzi tərəfindən verilmiş 21.09.2020-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X7 və X5 həmin tarixdə rəsmi nikaha daxil olmuşlar. -AZ-İV N665875 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X6 01.11.2021-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçılar X7 və İddiaçı övladlarının soyadının “Sənanlı”ya dəyişmək üçün cavabdeh Sumqayıt Cavabdehin qeydiyyat şöbəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən 10 dekabr 2021-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçı Ü.Həsənovun izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-ci maddəsinə görə uşağın soyadı valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Qeyd olunan müddəa Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”n 4.1-ci bəndində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 54.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyi nəzərə alınaraq icazə verilə bilər. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da görünür ki, uşağın soyadı yalnız valideynlərin soyadı ilə müəyyən edilir, yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən uşaq 18 yaşına çatana qədər onun soyadının dəyişdirilməsinə icazə verilməsi isə yalnız soyad digər valideynin soyadına dəyişdirilərsə yol verilir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçılar X7 və İddiaçı iddia tələbinin təmin olunmasından imtina edilməsi qanunauyğun olmuşdur. İş materiallarından göründüyü kimi soyadının dəyişdirilməsi tələb olunan uşağın hər iki valideyninin soyadı müvafiq olaraq «Həsənov» və «Həsənova» kimi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıların uşaqlarının soyadının dəyişdirilməsi üçün əsas olan yuxarıda sadalanan hallardan heç biri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar X4 və İddiaçı cavabdeh Sumqayıt Cavabdeh Qeydiyyat şöbəsinə qarşı 01 noyabr 2021-ci il təvəllüdlü X1 “Həsənova”dan “Sənanlı”ya dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar