Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-656/2025 26.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X11 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğvi; X35, VM-in 58.10-cu maddəsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X12 iştirakı ilə İddiaçı X11 (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi” tələbinə dair iddiası üzrə inzibati işə 26 may 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında inzibati icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 6 noyabr 2023-cü il tarixli, **********4717 nömrəli qərardan görünür ki, X11 (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra - “VM”) 58.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində (bundan sonra - “ƏM”) nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 20 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 40.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır.
Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
2. “X35nin həyata keçirilməsi haqqında” 22 sentyabr 2023-cü il tarixli, **********5231 nömrəli iddiaçıya dair qəbul edilmiş qərardan görünür ki, ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halların aşkar edilməsi məsələsi üzrə 23 sentyabr 2023-cü il tarixdən 21 oktyabr 2023-cü il tarixədək (21 oktyabr 2023-cü il tarixi daxil olmaqla) X35n həyata keçirilməsi qərara alınmışdır.
3. 22 sentyabr 2023-cü il tarixli “Yoxlanılması nəzərdə tutulan vergi ödəyicisi barədə” **********099200 nömrəli məlumat.
4. “X35nin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 22 sentyabr 2023-cü il tarixli, **********5232 nömrəli tələbnamə.
5. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 22 sentyabr 2023-cü il tarixli, KY231984908 nömrəli çıxarış.
6. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cü maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X35nin nəticəsi haqqında” 22 sentyabr 2023-cü il tarixli, 000847 nömrəli Akt və akta əlavə.
7. 22 sentyabr 2023-cü il tarixli, **********5233 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərar.
8. 22 sentyabr 2023-cü il tarixli, DVX seriyalı, 007052 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” protokol.
9. 22 sentyabr 2023-cü il tarixli, DVX seriyalı “Vergi ödəyicisinin ərazisinə və binalarına, habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi barədə” protokol.
10. “Əmək müqavilələrinin rəsmiləşdirilməsi haqqında” bildiriş.
11. İddiaçıya dair 22 sentyabr 2023-cü il tarixli iltizam.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X40 üzrə Baş İdarəsi tərəfindən alınmış izahatlar.
13. “Vergi ödəyiciləri üzrə hüquqi qüvvəyə minmiş əmək müqavilələri barədə” 25 sentyabr 2023-cü il tarixli elektron çıxarış.
14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X35 və Uçotun Təşkili Baş İdarəsinin 2 sentyabr 2024-cü il tarixli, 3-21-2-4/2- 63255/2024 nömrəli məktubundan görünür ki, VM-in 23.1.1-ci maddəsinə müvafiq olaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X40 üzrə Baş İdarəsinin 22 sentyabr 2023-cü il tarixli, **********5231 nömrəli “X35nin həyata keçirilməsi haqqında” qərarına əsasən, iddiaçıya məxsus Abşeron rayonu, donuz kökəltmə sovxozu ərazisi ünvanda yerləşən “Leon Palace” adlı obyektdə X35 tədbirinin həyata keçirilmişdir. Keçirilmiş X35 tədbiri nəticəsində obyektdə işçi kimi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş 36 nəfər fiziki şəxslərdən 20 nəfər fiziki şəxslərlə əmək müqaviləsinin bağlanılmaması faktı aşkar edilərək, nəticəsi 22 sentyabr 2023-cü il tarixli, DVX seriyalı, 000847 nömrəli aktla rəsmiləşdirilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq, vergi ödəyicisi barədə 6 noyabr 2023-cü il tarixli, **********4717 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərək, vergi ödəyicisinə 40.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bildirilmişdir ki, əməldə cinayət tərkibi olduğundan yoxlama materialları baxılması üçün Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilmişdir. Müəyyən olunmuşdur ki, fərdi sahibkar tərəfindən işçilər X30, X34, X3, X5, X18, X6, X31, X19, X25, X8, X13, Abdullayev Hüseyn Hicran oğlu, X7, X23, X14, X39, X32, X26, Babaşov İldırım Səbuhi oğlu və X20 adına ümumilikdə 3.749,52 manat məbləğində işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları ödənilməkdən yayındırılmışdır. Fərdi sahibkar tərəfindən təqdim olunmuş ödəniş tapşırıqlarına əsasən, yayındırılmış 3.219,58 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqqı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – “DSMF”), 529,94 manat icbari tibbi sığorta haqları isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ödənildiyi üçün toplanmış material üzrə cinayət işinin başlanılması 8 fevral 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – “CPM”) 40.3-cü maddəsinə əsasən rədd edilmişdir. Yoxlamanın açılmasına əsas olmuş hallar barədə qeyd edilmişdir ki, fərdi sahibkar tərəfindən işçi sayının azaldılması halları müşahidə edildiyindən, ona 14 aprel 2023-cü il tarixdə **********697200 nömrəli xəbərdarlıq bildirişi göndərilmişdir. Buna baxmayaraq, sahibkar faktiki fəaliyyət göstərdiyi halda, 23 iyul 2024-cü il tarixdə **********217400 nömrəli ərizə ilə müraciət edərək, fəaliyyətini dayandırdığını bildirmişdir. Bu səbəbdən fərdi sahibkara məxsus obyekt nəzarətə götürülmüşdür. 22 sentyabr 2023-cü il tarixdə vergi nəzarəti tədbiri keçirilərkən vergi ödəyicisinin faktiki fəaliyyət göstərdiyi bir daha təsdiqini tapmışdır. Vergi ödəyicisi yalnız nəzarət tədbiri keçirilən gün, yəni 22 sentyabr 2023-cü il tarixdə **********598300 nömrəli ərizə ilə vergi orqanına müraciət edərək, fəaliyyətini bərpa etdiyini açıqlamışdır.
15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin 6 may 2025-ci il tarixli, 3-21-2-5/2- 7315/2025 nömrəli məktubu ilə qoşma şəklində aşağıdakı sənəd göndərilmişdir: - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 8 fevral 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar”ı ilə: 1) ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxsləri, yəni 20 nəfəri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə fərdi sahibkar olan iddiaçı barəsində cinayət işinin başlanması, bu cür əməli ilk dəfə törətməsi, işçilərlə əmək müqaviləsi bağladığı, ödənilməkdən yayındırılmış işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədiyi üçün cinayət qanunu müddəalarının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad olunduğundan, CPM-in 40.3-cü maddəsinə əsasən rədd edilmişdir; 2) Qərarın razılaşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi; 3) X1, X34, X3, X5, X18, X6, X31, X19, X25, X8, X13, Abdullayev Hüseyn Hicran oğlu, X7, X23, X14, X39, X32, X26, Babaşov İldırım Səbuhi oğlu və X21 ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri nəticəsində ödənilməkdən yayındırılmış 3.219,58 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının onların DSMF-də, 529,94 manat icbari tibbi sığorta haqlarının isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində olan hesablarına köçürülməsinin təmin olunması üçün müvafiq hesabatların alınması, habelə gələcəkdə analoji halların baş verməsinin qarşısının alınmasından ötrü vergi ödəyicisi tərəfindən təqdim olunan bəyannamələrin nəzarətdə saxlanılması və işçi sayında azalma olduğu halda, məlumatın dəqiqləşdirilməsi məqsədilə zəruri tədbirlərin görülməsi 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra – “cavabdeh”) tapşırılması qərara alınmışdır.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
16. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq hesablanmış 40.000 manat məbləğində maliyyə sanksiyasının silinməsi məqsədilə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 6 noyabr 2023-cü il tarixli, **********4717 nömrəli qərarın (bundan sonra – “qərar”) ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 sentyabr 2023-cü il tarixdə X35 tədbiri keçirilmiş və nəticəsi 22 sentyabr 2023-cü il tarixli, DVX seriyalı, 000847 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin akt əsas götürülərək, hazırda mübahisələndirilən qərar qəbul olunmuşdur. Qərarla iddiaçıya 20 nəfər fiziki şəxsi ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə VM-in 58.10-cu maddəsinə əsasən, hər bir fiziki şəxs üzrə 2.000 manat olmaqla, ümumilikdə 40.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Halbuki, 20 nəfər fiziki şəxs hər hansı işlərin görülməsinə cəlb edilməmiş, 15 nəfəri yeni işə daxil olmaq üçün müraciət etməyə gəlmiş, geri qalan 5 nəfərin isə ümumiyyətlə müəssisəyə aidiyyəti olmamışdır. Vergi orqanı əməkdaşları isə kobud pozuntuya yol verərək, həmin şəxslərin işçi olduğunu qəbul edərək, akt tərtib etmişlər. Bundan əlavə, X35nin keçirilməsinə əsas vergi orqanı tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar olmuşdur (VM-in 50.2.2-ci maddəsi). Ancaq həmin məlumatların hansı mənbədən və şəxslərdən əldə olunması ilə bağlı hər hansı bir sənəd qərara əlavə edilməmişdir. Yoxlama qərarının əsası oldmadığına görə, bu halın olması belə yoxlamanın keçirilməsinin qanunsuz olduğundan xəbər verir.
18. İddia tələbinin maddi hüquqi əsası kimi VM-in 50.2.2, 62, “İnzibat icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İİQ”) 72.1, 80.1-ci maddələrinə, Azərbaycan Respublikasının 2 aprel 2021-ci il tarixli, 286-VİQD nömrəli Qanununa, prosessual hüquqi əsası kimi isə İPM-in 2.2.1, 14, 32, 70, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddələrinə istinad olunmuşdur.
19. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
20. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
21. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək, onun təmin edilməməsini xahiş etmişdir.
22. Etiraz onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yaninda Dövlət Vergi Xidmətinin Bakı şəhəri X40 üzrə Baş İdarəsinin 22 sentyabr 2023-cü il tarixli, **********5231 nömrəli “X35nin həyata keçirilməsi haqqında” qərarına əsasən, Baş İdarənin əməkdaşları (adları iş materialına əlavə edilmiş etirazda sadalanmışdır) tərəfindən fiziki şəxs iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Abşeron rayonu, Kökəltmə Sovxozu ərazisində yerləşən obyektdə X35 tədbiri keçirilmişdir. Yoxlama zamanı ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 20 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Bu barədə 22 sentyabr 2023-cü il tarixli, DVX seriyali, 000847 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə hallarının aşkar edilməsi üzrə X35nin nəticəsi haqqında” akt tərtib edilmiş və vergi ödəyicisi aktı imzalamaqdan imtina etmiş, lakin bir nüsxəsini qəbul etmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən mübahisə predmeti olan qərar qəbul olunaraq vergi ödəyicisinə 40.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” tələbnamə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana va elektron qutusuna göndərilmişdir.
23. Etirazın maddi hüquqi əsası kimi VM-in 50.1, 58.10, prosessual hüquqi əsası kimi isə İPM-in 48.2-ci maddəsinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakları və izahatları:
24. Məhkəmə iclasının iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin əsaslarını (§ 17) müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.
25. Məhkəmə iclasının iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazın dəlillərini (§22) müdafiə edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
26. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
27. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
28. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
29. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir.
Tətbiq edilən hüquq:
30. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ.Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.
31. VM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər (-) 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur.
Maddə 15. Vergi ödəyicisinin hüquqları 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: (-) 15.1.15-3. hesablanmış, yenidən hesablanmış, ödənilmiş və artıq ödənilmiş vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları, fаizlər, maliyyə sanksiyaları və inzibati cərimələrlə bağlı vergi orqanlarından elektron və (və ya) kağız daşıyıcılarda üzləşmə aktı tələb etmək; (-)
Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; (-) 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; (-) 16.1.6. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan kağız və elektron daşıyıcılarda olan məlumatları və sənədləri (orta və iri sahibkarlıq subyektləri eləcə də maliyyə hesabatlarını), mühasibat uçotu elektron formatda aparıldığı halda, vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarında olan məlumatlara və uçot bazalarına, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək; 16.1.7. qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat uçotu sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
Maddə 50. X35 50.1. X35 sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: (-) 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; (27 dekabr 2013-cü il tarixli 877-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddə yeni redaksiyada verilmişdir.) (-) 50.2. X35nin həyata kecirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. 50.3. X35 vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X35 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X35nin müddəti və X35ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.4. X35 vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. X35ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. 50.4-1. Bu Məcəllənin 50.1-ci maddəsi üzrə X35 bu Məcəllənin 56.1-ci və 85.4-cü maddələrində nəzərdə tutulan dövr üzrə həyata keçirilir. 50.5. X35ni həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 50.6. X35nin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. X35 tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-49-cu maddələrinin müddəaları tətbiq edilir. 50.7. Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər.
Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları (-) 58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. (-)
32. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 08 may 2023-cü il tarixli **********083400 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın (bundan sonra – “Qaydalar”) müvafiq müddəalarında aşağıdakılar qeyd edilmişdir:
1.2. Bu Qaydaların məqsədi sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında, ərazilərində (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) dövlət vergi orqanları tərəfindən həyata keçirilən X35nin tənzimlənməsi, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada sənədləşdirilməyən, habelə əmtəə-nəqliyyat qaiməsi olmayan malların, o cümlədən kənd təsərrüfatı məhsullarının topdan satışı ilə məşğul olan ticarət obyektlərinə, bazarlara gətirilməsinin qarşısının alınması məqsədi ilə həmin ticarət obyektlərində və bazarlarda nəzarət postlarının qurulması, Vergi Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq aksizli malların istehsalı, satışı və xarab olması ilə bağlı nəzarətin edilməsi, vergidən yayınma hallarının və vergi ödəyicilərinin qanuni hüquq və mənafelərinin pozulması hallarının qarşısının alınması, yol verilə biləcək qanun pozuntularının əvvəlcədən qarşısının alınmasını təmin etməkdir. 1.3. Operativ vergi və digər nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı Vergi Məcəlləsinin 23.1.3-1-ci və 39-cu-50-2-ci maddələrinin müddəaları tətbiq edilir. 1.4. X35 Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş X35 istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə X35 ilə əhatə olunmalı olan məsələ (məsələlər), X35nin müddəti və X35ni həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 1.6. X35 tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq strukturları tərəfindən müəyyən edilmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təsdiq edilmiş risk meyarları. 1.7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi auditi baş idarəsi tərəfindən X35 tədbirlərinin həyata keçirilməsi bu Qaydaların 1.6.1ci və 1.6.2-ci yarımbəndlərində göstərlən risk meyarları ilə yanaşı öz təşəbbüsü ilə də risk meyarlarına əsasən aparıla bilər. 1.8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən X35 tədbirlərinin həyata keçirilməsi bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərində göstərlən risk meyarları ilə yanaşı aşağıdakılarla da əsaslandırıla bilər: 1.8.1. Baş idarənin öz təşəbbüsü ilə əməliyyat-müşahidə qaydasında əldə etdiyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən risk meyarları kimi təsdiq olunmuş məlumatlar; 1.8.2. vətəndaşlardan, hüquq-mühafizə orqanlarından, habelə digər dövlət və özəl qurumlardan daxil olan və əməliyyat-müşahidə qaydasında yoxlanıldıqdan sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən risk meyarları kimi təsdiq olunmuş rəsmi müraciətlər. (-)
33. ƏM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. (-)
Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: (-) b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; (-) k) elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam və düzgün olmasını təmin etmək; (-)
Maddə 46. Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası
1. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (-)
Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi[
1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. (-)
3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir.
4. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir. Bu zaman əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeyd aparılır.
5. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin 1-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin 1-1-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz.
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur:
“... Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin tərəflər arasında yaranmış münasibətlərin məhz əmək münasibətləri olaraq qiymətləndirilməsinin və əmək müqaviləsinin bağlanılmasının məcburiliyini müəyyən edən 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələri ilə bağlı qeyd edir ki, bu norma ilə qanunverici şəxsin azad seçimi olaraq, heç bir təsir olmadan müstəqil şəkildə artıq daxil olduğu faktiki əmək münasibətlərinin hüquqi müstəviyə gətirilməsi, rəsmiləşdirilməsi məqsədini güdür. ... Əmək Məcəlləsinin göstərilən norması əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadan, fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, şəxsin əməyə olan bacarığı əmək müqaviləsi üzrə olduğu kimi, həm də mülki-hüquqi müqavilələr üzrə müəyyən işlərin görülməsi, xidmətlərin göstərilməsi və ya fərdi sahibkarlıq fəaliyyəti formasında realizə edilə bilər. Beləliklə, şəxsin azad seçimi əsasında reallaşdırdığı əmək fəaliyyəti ilə bağlı əmək və ya mülki hüquq münasibətlərinin yaranması mümkündür. ... Əmək müqavilələrində işçi əmək funksiyasını şəxsən icra etməli və işəgötürəndən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirməli olduğu halda, mülkihüquqi müqavilələrdə icraçı müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirməlidir. Mülki-hüquqi müqavilələrdən fərqli olaraq, əmək müqavilələri üzrə işəgötürən işçiyə təhlükəsiz və sağlam əmək şəraiti yaratmaq öhdəliyi daşıyır. Əmək müqavilələrində işçinin əmək qanunvericiliyi ilə müəyyən edilən əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları və işəgötürənin bununla bağlı vəzifələri olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçının yalnız müqavilədə göstərilən və qanunvericiliklə bu hal üçün müəyyən edilən təminatlardan istifadə etmək hüququ vardır. ... Beləliklə, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun, sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti göstərməklə, müqavilənin daha zəif və asılı tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alındığı halda, mülki hüquq normaları, əsasən tərəflərin bərabərliyinə, mənafelərinin qarşılıqlı təmin olunmasına əsaslanır. Bu səbəbdəndir ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməz olduğu qeyd olunur. Əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi ilə bağlı norma BƏT-in “Əmək hüquq münasibətləri haqqında” 198 nömrəli Tövsiyəsinə uyğun olaraq 2021-ci il 2 aprel tarixində Əmək Məcəlləsinə daxil edilmişdir. Qeyd olunan Tövsiyə əmək münasibətlərinin xarakterik əlamətlərini fərqləndirməklə əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə pərdələnməsinin, rəsmiləşdirilməsinin qarşısının alınmasına yönəlmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2-3-cü və 2-4-cü hissələr də qeyd edilən Tövsiyəyə uyğun olaraq əlavə edilmiş və 2-3-cü hissədə göstərilən hallarda, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda (2-3.4-cü hissə), həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu və əmək müqaviləsinin bağlanılmasının məcburiliyi müəyyən edilmişdir. Əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi işəgötürənin üzərinə qoyulmuş öhdəlikdir və bu öhdəliyin pozulması əvvəldə də göstərildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyətin yaranmasına səbəb olur. Həmin maddəyə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. ...”
35. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
M a d d ə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur; 1.1.2. sahibkar - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslər; (-) 1.1.6. plandankənar (növbədənkənar) yoxlama - yoxlamaların bu Qanunla müəyyənləşdirilmiş dövriliyi nəzərə alınmadan bu Qanunun 16-cı maddəsində göstərilən əsaslarla aparılan yoxlama; (-) 1.1.11. yoxlamaların vahid məlumat reyestri - bu Qanunun 13-cü maddəsində nəzərdə tutulan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri; (-)
M a d d ə 2. Qanunun tətbiq dairəsi 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.
36. CPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 40. Cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar (-) 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 40.4. Şəxsin iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 40.5. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 - 73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur
37. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)
Məhkəmənin mövqeyi
38. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını, iş materiallarını yuxarıda sadalanmış maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
39. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə, 20 nəfər fiziki şəxs hər hansı işlərin görülməsinə cəlb edilməmiş, 15 nəfəri yeni işə daxil olmaq üçün müraciət etməyə gəlmiş, geri qalan 5 nəfərin isə ümumiyyətlə müəssisəyə aidiyyəti olmamışdır, həmçinin X35nin keçirilməsinə əsas vergi orqanı tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar olmuşdur (VM-in 50.2.2-ci maddəsi). Ancaq həmin məlumatların hansı mənbədən və şəxslərdən əldə olunması ilə bağlı hər hansı bir sənəd qərara əlavə edilməmişdir.
40. Cavabdeh orqanın etirazının əsaslarına görə, X35 tədbiri zamanı ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 20 nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən mübahisə predmeti olan qərar qəbul olunaraq vergi ödəyicisinə 40.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
41. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir.
42. Əmək münasibətləri yazılı qaydada bağlanılmalı olan əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir.
43. Məhkəmə araşdırması aparılan zaman, yuxarıda sadalanmış normalarla yanaşı, adıçəkilən Qaydaların 9-cu bəndinin müddəaları da nəzərə alınmışdır. Qeyd olunan norma Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X35nin həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir.
44. Həmin Qaydaların: 9.5-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqlarının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. 9.6-cı bəndinə əsasən, X35 tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilməməsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar, eyni zamanda izahatın alınma tarixi və saatı əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. X35 tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. 9.7-ci bəndinə əsasən, X35 tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. 9.8-ci bəndinə əsasən, vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən həmin akta əsasən müvafiq köməklik göstərilməsi üçün Vergi Məcəlləsinin 26.2ci maddəsinə uyğun olaraq digər dövlət hakimiyyəti orqanlarına müraciət oluna bilər. 9.9-cu bəndinə əsasən, X35 nəticəsində əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən on nəfər və ondan çox olan işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi aşkar edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1-ci maddəsində nəzərdə tutulan cinayətin (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) əlamətləri yarandığından bu pozuntular barədə sənədlər tam və əhatəli tərtib olunmalı və materiallar “Cinayət Xarakterli materialların aidiyyəti üzrə göndərilməsi Qaydaları”na uyğun hazırlanaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə təqdim olunmalıdır. 9.10-cu bəndinə əsasən, X35 tədbiri aparılan təsərrüfat subyektində (subyektlərində) Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər istisna olmaqla digər fəaliyyət növləri ilə xidmət müqaviləsi əsasında fəaliyyət göstərən şəxslər aşkar edildikdə həmin şəxslər barədə məlumatlar nəzarət tədbirini həyata keçirən vergi orqanı əməkdaş(lar)ı tərəfindən araşdırmanın aparılması üçün bəyannamə strukturlarına təqdim olunur.
45. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “X35nin həyata keçirilməsi haqqında” 22 sentyabr 2023-cü il tarixli, **********5231 nömrəli iddiaçıya dair qəbul edilmiş qərara əsasən, ƏM-də nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halların aşkar edilməsi məsələsi üzrə 23 sentyabr 2023cü il tarixdən 21 oktyabr 2023-cü il tarixədək (21 oktyabr 2023-cü il tarixi daxil olmaqla) X35n həyata keçirilməsi qərara alınmışdır. Yoxlamanın nəticəsi olaraq iddiaçıya münasibətdə VM-in 58.10-cu maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 20 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 40.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışdır.
46. Bundan əlavə, müəyyən edilmişdir ki, iddiaçı tərəfindən işçilər X30, X34, X3, X5, X18, X6, X31, X19, X25, X8, X13, Abdullayev Hüseyn Hicran oğlu, X7, X23, X14, X39, X32, X26, Babaşov İldırım Səbuhi oğlu və X20 adına ümumilikdə 3.749,52 manat məbləğində işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları ödənilməkdən yayındırılmışdır.
47. İş materialına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X40 üzrə Baş İdarəsi tərəfindən alınmış izahatlar əlavə olunmuşdur. Belə ki, - 22 sentyabr 2023-cü il tarixli X15 yazılı izahatından görünür ki, o, 17 sentyabr 2023-cü il tarixdən iddiaçı tərəfindən ambardar vəzifəsinə işə qəbul olunmuş, əmək və xidmət müqaviləsinin olmadığını və təqdim edilmədiyini, aylıq əmək haqqının 280 manat məbləğində olduğunu bildirmişdir. - 22 sentyabr 2023-cü il tarixli X2 yazılı izahatından görünür ki, o, 19 sentyabr 2023-cü il tarixdən iddiaçı tərəfindən qabyuyan işinə qəbul olunmuş, əmək və xidmət müqaviləsinin bağlanmadığını və bildirişin təqdim edilmədiyini, gündəlik əmək haqqının 15 manat məbləğində olduğunu bildirmişdir. - 22 sentyabr 2023-cü il tarixli X9 yazılı izahatından görünür ki, o, 2 gün olaraq iddiaçı tərəfindən ofisiant vəzifəsinə qəbul olunmuş, əmək və xidmət müqaviləsinin bağlanmadığını və bildirişin təqdim edilmədiyini, gündəlik əmək haqqının 15 manat məbləğində olduğunu bildirmişdir. - 22 sentyabr 2023-cü il tarixli X16 yazılı izahatından görünür ki, o, 1 avqust 2023-cü il tarixdən iddiaçı tərəfindən ofisiant olaraq qəbul olunmuş, əmək və xidmət müqaviləsinin bağlanmadığını və bildirişin təqdim edilmədiyini, hər keçirilmiş mərasimə görə əmək haqqının 12 manat məbləğində olduğunu bildirmişdir. - 22 sentyabr 2023-cü il tarixli X4 yazılı izahatından görünür ki, o, 5 aydır ki, iddiaçı tərəfindən ofisiant olaraq qəbul olunmuş, əmək və xidmət müqaviləsinin bağlanmadığını və bildirişin təqdim edilmədiyini, hər keçirilmiş mərasimə görə əmək haqqının 15 manat məbləğində olduğunu bildirmişdir. - 22 sentyabr 2023-cü il tarixli X10 yazılı izahatından görünür ki, o, 22 sentyabr 2023-cü il tarixdən iddiaçı tərəfindən ofisiant vəzifəsinə qəbul olunmuş, əmək və xidmət müqaviləsinin bağlanmadığını və bildirişin təqdim edilmədiyini, gündəlik əmək haqqının 15 manat məbləğində olduğunu bildirmişdir. - 22 sentyabr 2023-cü il tarixli X22 yazılı izahatından görünür ki, o, 18 sentyabr 2023-cü il tarixdən iddiaçı tərəfindən aşbaz vəzifəsinə qəbul olunmuş, əmək və xidmət müqaviləsinin bağlanmadığını və bildirişin təqdim edilmədiyini, gündəlik əmək haqqının 15 manat məbləğində olduğunu bildirmişdir. - həmçinin, iş materialına əlavə edilmiş digər şəxslərin yazılı izahatları.
48. Bundan əlavə, məhkəmə tərəfindən nəzərə alınır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X35 və Uçotun Təşkili Baş İdarəsinin 2 sentyabr 2024-cü il tarixli, 3-21-2-4/2-63255/2024 nömrəli məktubundan (§15) görünür ki, fərdi sahibkar tərəfindən təqdim olunmuş ödəniş tapşırıqlarına əsasən, yayındırılmış 3.219,58 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqqı DSMF-yə 529,94 manat icbari tibbi sığorta haqları isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ödənildiyi üçün toplanmış material üzrə cinayət işinin başlanılması 8 fevral 2024-cü il tarixli qərarla CPM-in 40.3-cü maddəsinə əsasən rədd edilmişdir.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 7 iyul 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “... Cinayət məsuliyyətindən azad etmə isə təqsirləndirilən şəxsi məhkəmənin ittiham hökmündən və dövlət-məcburiyyət tədbirlərinin təsirinə məruz qalmaq vəzifəsindən azad etmək barədə səlahiyyətli dövlət orqanının rəsmi aktında ifadə edilmiş qərardır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” 2022-ci il 28 dekabr tarixli ... Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı zəruri hesab edir ki, qanunverici hər bir cinayət əməlinin xarakterini nəzərə almaqla, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində həmin Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş şərtlərdən birini və ya bir neçəsini cinayət məsuliyyətindən azad edilmə üçün əsas kimi müəyyənləşdirmişdir. ... O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 72.1 və 73.1-ci maddələri dispozitiv norma kimi müəyyən edilməklə, qeyd olunan maddələrə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə cinayət məsuliyyətindən azad etmə hüquq tətbiqedicinin qiymətləndirilməsinə buraxılmışdır. Buna baxmayaraq, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində ictimai təhlükəlilik dərəcəsi daha yüksək olan cinayətlərə görə məsuliyyətdən azad edilmənin imperativ qaydada müəyyənləşdirilməsi də, belə normaların qəbul edilməsində qanunvericinin fərqli məqsədlər güddüyünün göstəricisidir. ... Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə müvafiq olaraq, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Cinayət Məcəlləsinin 72.2, 73.2, 73.3, 73-1.1 və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə uyğun olaraq, Cinayət-Prosessual Məcəlləsinin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi, qanunverici imperativ qayda müəyyənləşdirməklə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş halları şəxs barəsində cinayət təqibinin başlanılmamasına və ya başlanmış cinayət təqibinə xitam verilməsinə əsas verən hal kimi göstərməklə, bunu müvafiq olaraq təhqiqatçı, müstəntiq və ya məhkəmənin vəzifəsi olaraq təsbit etmişdir. ...”
50. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair” 28 dekabr 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “... qanunverici şəxsin cinayət məsuliyyətindən azad olunması ilə bağlı müvafiq müddəalardan cinayətin ilk dəfə törədilmiş olması tələbini çıxararaq, cinayət məsuliyyətindən azad etmənin “yalnız bir dəfə” tətbiq oluna bildiyini təsbit etmişdir. Bu dəyişikliklərin səbəbi ondan ibarət olmuşdur ki, əvvəllər törədilmiş cinayətə görə cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən yenidən eyni və ya başqa cinayətlərin törədilməsi Cinayət Məcəlləsinin 16, 17 və 18-ci maddələrinin tələblərinə əsasən nə təkrarlığı, nə cinayətlərin məcmusunu, nə də residivi yaratdığından, həmin əməllər ilk dəfə törədilmiş hesab edilməklə şəxsin təkrar-təkrar məsuliyyətdən azad edilməsini mümkün edirdi. Qanunverici tərəfindən Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi ilə məhdudiyyətin tətbiq edilməsi, yəni şəxsin müvafiq qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilə bilməsinin müəyyənləşdirilməsi şəxsin məhdudiyyətsiz şəkildə məsuliyyətdən azad edilməsinin qarşısını alır ki, burada da məqsəd cəmiyyətdə cəzasızlıq və məsuliyyətdən yayınmağın mümkünlüyü hissinin yaranmasının qarşısını almaq, məsuliyyətdən azad etmə institutunun tətbiqi zamanı Cinayət Məcəlləsinin qarşısında duran vəzifələrə mütənasibliyi qoruyub saxlamaqdır. ... Qeyd edilməlidir ki, cinayət məsuliyyətindən azad etmə dövlət adından mühakimə edilməməsi və barəsində ittihamedici hökm çıxarılmaması ilə əlaqədar təqsirləndirilən şəxs üçün tanınan imkandır. ... Belə ki, qanunvericiliklə müəyyən olunmuş qaydada cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən yenidən cinayət əməlinin törədilməsi cinayətin ilk dəfə törədilməsi hesab edilməməlidir. Çünki əməli ilk dəfə törətmiş şəxs qanunvericiliklə müəyyənləşdirilmiş şərtləri yerinə yetirdiyi halda artıq ictimai təhlükəli olmadığını ifadə etməklə, cinayət məsuliyyətinə cəlb edilmədən də onun belə davranışlardan çəkinməsinə, islah olunmasına nail olmaq mümkün olur. Lakin şəxsin bir neçə cinayət əməlinin törədilməsində və ya eyni əməli bir neçə dəfə törətməsində təqsirləndirilməsi artıq həmin şəxsin şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət edir. Bu kimi hallarda şəxsi cinayət məsuliyyətindən azad etmək, yəni onu dövlət adından mühakimə etməmək, hüquq qaydalarının qorunmasına mane olmaqla və şəxsin təkrar cinayət törətməsinə imkan yaratmaqla bərabər, cinayət qanunvericiliyinin qarşısında duran vəzifələrin həllinə imkan verməmiş olar.Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin məzmunu kifayət qədər aydın və birmənalı olmaqla, imperativ qaydada Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə nəzərdə tutulmuş əsaslar üzrə mühakimə olunmaqdan ümumilikdə yalnız bir dəfə azad edilmənin mümkünlüyünü müəyyən etmişdir. ...”
51. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cinayət məsuliyyətindən azad etmə o hallarda mümkündür ki, əməlin törədilməsi bu institutu nəzərdə tutan normalarda göstərilən şərtlərlə bağlı olsun. Buna görə də cinayət məsuliyyətindən azad etmənin tətbiqi üçün öncə cinayətin törədilmə faktı aydınlaşdırılmalıdır. Törədilən cinayətə əsasən şəxsin cinayətkar olması müəyyən edildikdən sonra, onun məsuliyyətdən azad edilməsinin mümkünlüyü məsələsi həll edilir. Yəni bu institutun mahiyyəti ondan ibarətdir ki, cinayət məsuliyyətindən azad etmə, şəxsin cinayəti törətmədiyi demək deyildir, əksinə şəxsin törətdiyi cinayətə görə dövlət adından mühakimə edilməsindən və barəsində ittihamedici hökm çıxarılmaqdan, habelə cəzanın tətbiq edilməsindən imtina etməklə azad edilməsidir.
52. Məhkəmə tərəfindən nəzərə alınır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X35 və Uçotun Təşkili Baş İdarəsinin 2 sentyabr 2024-cü il tarixli, 3-21-2-4/2-63255/2024 nömrəli məktubunda qeyd edilən halları təkzib edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 8 avqust 2024cü il tarixli, 2-1(102)-1617/2024 saylı qərarında qeyd olunur ki, “... halların araşdırılması və qiymətləndirilməsi məhkəmənin xidməti vəzifəsinə görə müstəqil qaydada toplayacağı sübutlarla yanaşı, həm də sübutetmə yükünün bölüşdürülməsi qaydasında tərəflərin hər birinin təqdim etməli olduğu sübutlardan da asılıdır.” (bənd 37)
54. Eyni zamanda, hazırki mübahisə ilə bağlı aşağıda qeyd edilən hallar da məhkəmənin araşdırma predmetinə daxil omuşdur.
55. Belə ki, ƏM-in 2-ci maddəsinin 3-cü hissəsinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: ... əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi ... prinsiplərinə əsaslanır.
56. Bu abzas “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2 aprel 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə maddəyə əlavə edilmişdir.
57. Göründüyü kimi, qeyd olunan imperativ norma “X35nin həyata keçirilməsi haqqında” 22 sentyabr 2023-cü il tarixli, **********5231 nömrəli iddiaçıya dair qəbul edilmiş qərardan çox daha əvvəl artıq işəgötürənlər üçün vəzifə kimi müəyyən edilmişdir.
58. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddiaçının cavabdehə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi” tələbinə dair iddiası əsassız olduğundan təmin еdilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
59. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı X11 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı ““Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 6 noyabr 2023cü il tarixli, **********4717 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova