Məhkəmə qərarları › İş №2-1(118)-657/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-657/2020

28.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-657/2020 28.08.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndə və vəkili X6, Cavabdehin nümayəndəsi X7 iştrakları ilə, X11 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin yanında 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin xx.xx.2019-cu il tarixli, **********195816 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi tələbinə” dair iddiasınaSumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2048-ci il tarixli **********172876 nömrəli qərarına əsasən iddiaçı "xxxxx" firmasında yanvar 2013-avqust 2018 hesabat dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2018-ci il tarixdə başlamış və xx.xx.2019-cu il tarixdə bitmişdir. 8 halda yoxlamanın müvəqqəti olaraq dayandırılması, 1 halda isə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir.Səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2019 cu il tarixli **********1 761 70 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında xx.xx.2019-cu il tarixli **********195816 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən iddiaçıya , Mənfəət vergisi üzrə 2015-ci ilə 3767,75 manat, 2016-cı ilə 3019,16 manat, 2017-ci ilə 11710,90 manat, cəmi 18497,81 manat: ƏDV üzrə 2015-ci ilə 1790,77 manat: Əmlak vergisi üzrə 2016-cı ilə 56,06 manat:Torpaq vergisi üzrə 2016-cı ilə 5040,0 manat, 2017-ci ilə 50-10,0 manat və 2018-ci ilə 5040,0 manat, cəmi 15120,0 manat: Mədən vergisi üzrə 2015-ci ilə 400,73 manat, 2016-cı ilə 26724,24 manat, 2017-ci ilə 39693,16 manat, 2018-ci ilə 30440,24 manat, cəmi 97258,37 manat: Sadələşdirilmiş vergi üzrə 2016-cı ilə 1197,0 manat:Ümumilikdə 133927,01 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 52244,68 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Vergi Məcəlləsinin 58.4-cü maddəsinə əsasən ƏDV (qeydiyyatsız) üzrə 126237,77 manat əlavə vergi məbləği hesablanmış və 56923,41 manat maliyyə sanksiyası tətbiq edilmişdir.Aşağıda göstərinlərə əsasən, iddiaçı barasində qabul edilmiş xx.xx.2019-cu il tarixli **********195816 nömrəli"Vergi ödayicisinin vergi qanunvericiliyinin pozulmasına göra məsuliyyətə cəlb edilməsi haqqında" Qərarı tamamilə əsassız va qanunsuz hesab edir.Səyyar vergi yoxlamasından göründüyü kimi, yoxlama zamanı cavabdeh vergi orqanı iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi daş karxanasında istehsal edilən mişar daşının həcmini və real satış dəyərini dəvət etdiyi ekspert və mütəxəssis tərəfindən verilmiş rəylər əsasında müəyyən etmiş və həmin rəylərin əsasında iddiaçıya əlavə vergi məbləği hesablamışdır. Mütəxəssis öz rəyində istehsal həcmini iddiaçının enerji sərfiyyatı əsasında müəyyən etmişdir. Ekspert rəyində isə mişar daşının real bazar dəyəri müəyyən edilmişdir.İlk öncə qeyd etmək lazımdır ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı bazar qiymətini müəyyən edərkən vergi qanunvericiliyinin tələbini pozmuşdur.Belə ki, Vergi Məcəlləsinin 14.3 və 14.3.3-ci maddələrinə əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 44.6.1 -ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər.Qeyd etdi ki, "xxxxx" firmasına məxsus daş karxanasında mişar daşının faktiki satış dəyəri 0,20 manat olduğu halda, ekspert rəyində bazar qiyməti 0,25 manat müəyyən edilmiş və vergilər hesablanan zamanı vergi orqanı bazar qiyməti qismində 0,25 manatı qəbul etmişdir. Halbuki, iddiaçının faktiki satış dəyəri bazar qiymətindən 30%-dən çox fərqlənməmiş və vergi orqanı əsassız olaraq iddiaçının öz satış dəyərini deyil, ekspert rəyində qeyd olunan dəyəri əsas götürmüşdür: (0,20 * 30 % = 0,06 : 0,20 + 0,06 = 0,26). Bundan başqa, cavabdeh vergi orqanı iddiaçıya mənfəət vergisi hesablayan zaman vergi qanunvericiliyində müəyyən edilən ardıcıllığı pozmuşdur. Belə ki, Vergi Məcəlləsinin: 67.1 -ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada apaarmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkünolmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini 67.1.1-67.1.9-cu maddələrdə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir:67.4-ci maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır.67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması" Qaydalarının 1-ci bəndinə əsasən Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması qaydalarını müəyyən edir.Sadalanan normalardan aydın olduğu kimi, vergi orqanı vergi ödəyicisinin vergitutma obyektinin müəyyənləşdirilməsi məqsədilə ödənilməli olan verginin məbləğini 67.1.1-67.1.9-cü maddələrdə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə, bu mümkün olmadıqda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında, bu da mümkün olmadıqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001 ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa "iiəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması" Qaydalarına” əsasən hesablayır.Göründüyü kimi, cavabdeh vergi orqanı vergi qanunvericiliyində nəzərdə tutulan ardıcıllığı gözləmədən, yəni əlaqəli məlumatları və analoji vergi ödəyicisi barədə uçot və hesabat məlumatlarını əldə etmədən birbaşa Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 "omrəli qərarı ilə təsdiq edilmiş qaydaları tətbiq etmişdir.Eyni zamanda, cavabdeh vergi orqanı səyyar vergi yoxlamasının nəticəsinə dair V 12.2019-cu il tarixli **********195816 saylı qərarı qəbul edərkən Vergi Məcəlləsinin 49.1-ci maddəsinin tələblərini də pozmuşdur.Belə ki, Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının materillarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: 49.1.1. vergi ödoyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; 49.1.2. vergi ödəvicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; 49.1.3. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında; 49.1.4. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın qüvvədə saxlanılması; 49.1.5. əvvəlki vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarın tam və ya qismən ləğv edilməsi və ya qərara dəyişikliklər edilməsi; 49.1.6. yeni qərarın qəbul edilməsi.Həmin Məcəllənin 49.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 49.1.4-cü-49.1.6-cı maddələrinin müddəaları bu Məcəllənin 38.3-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə keçirilən səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qəbul olunan qərarlara münasibətdə tətbiq edilir.Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün mtirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı təblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur.Göründüyü kimi, növbədənkənar səyyar vergi yoxlaması nəticəsində vergi orqanı Vergi Məcəlləsinin 49.1.4-49.1.6-cı maddələrində olan qərarlardan birini qəbul edə bilər.Lakin cavabdeh vergi orqanı əvvəlki yoxlamalarla əhatə edilən hesabat dövrləri üzrə yenidən səyyar vergi yoxlaması həyata keçirdiyi halda, Vergi Məcəlləsinin 49.1.1-ci maddəsində nəzərdə tııtualn qərarı qəbul etmiş və əvvəlki yoxlmaları nəticəsində qəbul edilimiş qərarları ləğv etmədən hesablanmış əlavə vergi məbləğlərini hazırda şəxsi hesab vərəqəsində aktiv şəkildə və qüvvədə saxlamışdır.Həmçinin bildirdi ki, yoxlama zamanı verilmiş mütəxəssis rəyində istehsal həcmi enerji sərfiyyatı əsasında verilsə də, mütəxəssis bu zaman enerji itkisini 30 %, istehsal itkisini isə 25 % həddində götürmüşdür. Halbuki, enerji və istehsal itkisi faktiki olaraq ekspertin müəyyən etdiyi həddən azı 15-20 % yuxarı həddədir.Beləliklə, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyinin tələblərini və iddiaçının qanunla qorunan hüquq və maraqlarını pozaraq sonuncuya əsassız və qanunsuz əlavə vergi məbləği hesablamış və maliyyə sanksiyası tətbiq etmişdir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndə və vəkili X9 eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsi ilə əlaqədar olaraq bildirilir ki, cavabdeh vergi orqanının xx.xx.2018-ci il tarixli **********172876 nömrəli qərarına əsasən iddiaçıda xx.xx.2017-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrlərini əhatə etməklə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır.Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi üçün iddiaçıya xx.xx.2018-ci il tarixli **********172955 nömrəli Tələbnamə verilmişdir.Vergi yoxlaması nəticəsində vergi ödəyicisinə 270244.78 manat məbləğində (o cümlədən mənfəət vergisi 18497.81 manat, əlavə dəyər vergisi 128028.48 manat, mədən vergisi 97261.37 manat, torpaq vergisi üzrə 25200.0 manat, sadələşdirilmiş vergi 1192.0 manat,) (sadələşdirilmiş vergi artıq ödəmə 5092.2 manat, ödəmə mənbəyində vergi artıq ödəmə 46639.99 manat nəzərə alınmaqla.) əlavə vergi hesablanması, vergi hüquqpozuntusuna yol verdiyinə görə Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən 137827.31 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.Səyyar vergi yoxlamasının aparılması zamanı yaranan sualların aydınlaşdırılması üçün xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixə aylar üzrə Qaradağ rayonu, Güzdək qəsəbəsi ünvanda yerləşən Daş karxanasında hasil olunan mişar daşının real bazar qiymətlərinə uyğun satış qiymətlərinin müəyyənləşdirilməsi sahəsində xüsusi biliklərə malik olan ekspertiza təyin edilmiş və X1 Birliyinin nümayəndəsi ekspert təyin edimişdir. Ekspertizanın keçrilməsi haqqında qərarla xx.xx.2019-cu il tarixdə tanış olmanın Protokolu tərtib edilmişdir. xx.xx.2019-cu il tarixdə Azərekspertiza Birliyi tərəfindən tərtib edilmiş Ekspertiza rəyində 1 ədəd mişar daşının satış qiyməti 0.25 manat (ƏDV-lə birlikdə) məbləğində müəyyən edilmişdir.Səyyar vergi yoxlamasının aparılması zamanı yaranan sualların aydınlaşdırılması üçün xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tarixə aylar üzrə Qaradağ rayonu, Güzdək qəsəbəsi ünvanda yerləşən Daş karxanasında hasil olunan mişar daşının istehsal həcminin müəyyənləşdirilməsi sahəsində xüsusi biliyə və təcrübəyə malik olan mütəxəssis dəvət olunmuş və X2 birliyinin nümayəndəsi mütəxəssis təyin edilmişdir. xx.xx.2019-cu il tarixdə Azərekspertiza birliyi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən Yoxlanılan dövr üzrə 6.900.868 ədəd mişar daşı istehsal olunması müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixdə Azərekspertiza birliyi tərəfindən tərtib edilmiş Mütəxəsis-Ekspert əsasən Yoxlanılan dövr üzrə 6.900.868 ədəd mişar daşı istehsal olunması müəyyən edilmiş və 1 daşın bazar qiyməti 0.25 manat (ƏDV-lə) qiymətləndirilmişdir. Ekspert rəyinəəsasən 2016-cı il üzrə 59850 manat əlavə dövriyyə müəyyən edilmişdir. Azaldılmış 59850.0 manat dövriyyəyə 2% dərəcə ilə 1197.0 manat vergi hesablanmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1197.0 manat Sadələşdirilmiş vergi azaldılmasına görə 50% məbləğində, yəni 1004.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. 2017-ci il tarixdə ödənilmiş 3394.0 manat və 2018-ci il tarixdə ödənilmiş 1698.20 manat artıq ödəmələr nəzərə alınmışdır.Vergi ödəyicisi 2016-cı il üzrə təqdim etdiyi bəyannamədə hesablanacaq məbləği 0 göstərmişdir. Yoxlama ilə vergi ödəyicisinin 5605.67 manat dəyərində əmlakının olduğu müəyyən edildi. Vergi məcəlləsinə uyğun olaraq vergi ödəyicisinə 56.06 manat əmlak vergisi hesablandı.Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən Əmlak vergisi məbləğinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 56.06 manat Əmlak vergisi azaldılmasına görə 50% məbləğində, yəni 28.03 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir.Ekspert Rəyinə əsasən 2015-ci il dövrü üzrə mənfəət vergisi bəyannaməsində dövriyyə "3032.0 manat, ümümi xərci 94193.87 manat, vergiyyə cəlb olunan mənfəət 18838.77 manat, mənfəət vergisi 3767.75 manat , 2016-cı il üzrə mənfəət vergisi bəyannaməsində 90574.70 manat, ümumi xərci 75478.92 manat, vergiyyə cəlb olunan mənfəət 15095.78 manat, mənfəət vergisi 3019.16 manat və 2017-ci il üzrə mənfəət vergisi bəyannaməsində 351327.0 manat, ümumi xərci 292772.50 manat, vergiyyə cəlb olunan mənfəət 58554.50 manat, mənfəət vergisi 11710.90 ümumilikdə 554933.7 manat vergiyə cəlb olunan dövriyyə müəyyən edilmişdir.Vergi Məcəlləsinin 83.9 maddəsini əldə rəhbər tutaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (xx xxxxx 2003-cü il tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət müəyyən edildi. Yoxlama zamanı müəssisənin 2015-2016-2017-ci illər dövrü izrə müəyyən edilmiş 92489.0 manat mənfəətdən =18497.81 manat məbləğində mənfəət vergisi hesablandı. 2015-ci il üzrə 3767.xx xxxxx 2016-cı il üzrə 3019.16 manat, və 2017-ci il mənfəət vergisi üzrə 11710.90 manat ümumilikdə 18497.81 manat məbləğində azalmışdır. Mənfəət vergisinin azaldılmasının səbəbi gəlirin düzgün müəyyən edilməməsi olmuşdur.Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən 18497.81 manat məbləğində mənfəət vergisinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış vergi məbləğinin 50% miqdarında, yəni 9249.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2019-cu il tarixdə Azərekspertiza birliyi tərəfindən tərtib edilmiş Mütəxəsis-Ekspert rəyinə əsasən Yoxlanılan dövr üzrə ******* ədəd mişar daşı istehsal olunması müəyyən ecilmiş və 1 daşın bazar qiyməti 0.25 manat (ƏDV-lə) qiymətləndirilmişdir. Vergi ödəyicisi təqdim etdiyi ƏDV-si bəyannaməsi ilə 2015ci il üzrə 9700.0 manat (ƏDV-siz) dövriyyə göstərmişdir. Ekspert rəyinə əsasən yoxlama ilə 19648.73 manat müəyyən edilmiş nətisədə 2948.73 manat dövriyyə kənarlaşması aşkar edilmişdir. Aşkar edilmiş 9948.73 manat dövriyyə fərqinə 1790.80 manat əlavə vəsait və 895.0 manat maliyyə sanksiyası, 2016- ci il üzrə 00 manat (ƏDV-siz) dövriyyə göstərmişdir. Ekspert rəyinə əsasən yoxlama ilə 268748.50 manat müəyyən edilmiş nəticədə 268748.50 manat dövriyyə kənarlaşması aşkar edmişdir. Aşkar edilmiş 268748.50 manat dövriyyə fərqinə 16303.38 manat əlavə vəsait və 8151.69 manat maliyyə sanksiyası, 2017- ci il üzrə 00 manat (ƏDV-siz) dövriyyə göstərmişdir. Ekspert rəyinə əsasən yoxlama ilə 351326.97 manat müəyyən edilmiş nətisədə 251326.97 manat dövriyyə kənarlaşması aşkar edilmişdir. Aşkar edilmiş 351326.97 manat dövriyyə fərqinə 63238.86 manat əlavə vəsait və 31619.43 manat maliyyə sanksiyası, 2018-ci, il üzrə 00 manat (ƏDV-siz) dövriyyə göstərmişdir. Ekspert rəyinə əsasən yoxlama ilə 259418.72 manat müəyyən edilmiş nəticədə 259418.72 manat dövriyyə kənarlaşması aşkar edmişdir. Aşkar edilmiş 259418.72 manat dövriyyə fərqinə 46695.40 manat əlavə vəsait və 23347.70 manat maliyyə sanksiyası, ümumilikdə 128028.48 manat əlavə vəsait 64014.25 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. 2015-ci il üzrə 1790.77,2016-ci il üzrə 16303.38 manat, 2017-ci il üzrə 63238.93 -anat və 2018-ci il üzrə 46695.40 manat ümumilikdə 128028.48 manat ƏDV azaldılmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 128028.48 manat ƏDV azaldılmasına görə 50% məbləğində, yəni 64014.25 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir.İddiaçının 2018-ci ilin mart ayı üzrə təqdim etdiyi hesabatla 564.82 manat MİÖMV hesablamışdır. SVY-sı ilə 568.82 manat MİÖMV olduğu müəyyən edildi və 4.0 manat məbləğində MİÖMV azaldılmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən MİÖMV məbləğinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 4.0 manat azaldılmasına görə 50% məbləğində, yəni 2.0manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir.Vergi ödəyicisi Vergi Məcələsinin 206.3 maddəsinə əsasən 2013-cü il üçün təqdim etdiyi Torpaq vergisi bəyannaməsində Sənaye Tikinti təyinatlı sahələrə aid olan Abşeron rayon Güzdək qəsəbəsində yerləşən daş karxanası ilə bağlı 116500 kv sahə üzrə 9320.0 manat, vergi hesablamalı olduğu halda 85000 kv sahə üzrə 6800 manat, 2014-cü il üzrə 116500 kv sahə üzrə 9320.0 manat, vergi hesablamalı olduğu halda 85000 kv sahə üzrə 6800 manat, 2015-ci il üzrə 116500 kv sahə üzrə 17840.0 manat, vergi hesablamalı olduğu halda 85000 kv sahə üzrə 12800 manat, 2016-cı il üzrə 116500 kv sahə üzrə 17840.0 manat, vergi hesablamalı olduğu halda 85000 kv sahə üzrə 12800 manat, 2017-ci il üzrə 116500 kv sahə üzrə 17840.0 manat, vergi hesablamalı olduğu halda 85000 kv sahə üzrə 128xx xxxxx 2018-ci il üzrə 116500 kv sahə üzrə 17840.0 manat, vergi hesablamalı olduğu halda 55300 kv sahə üzrə 12800 manat ümumilikdə 25200 manat torpaq vergisi hesablamışdır. Nəticədə 25200.0 manat vegi məbləği azaldılmışdır. Vergi Vəcəlləsinin 58,1 maddəsinə əsasən torpaq vergisinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 25200.0 manat azaldılmasına görə 50% məbləğində, yəni 12660.0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. xx.xx.2019-cu il tarixdə Azərekspertiza birliyi tərəfindən tərtib edilmiş Mütəxəsis-Ekspert rəyinə əsasən Yoxlanılan dövr üzrə ******* ədəd mişar daşı istehsal olunması müəyyən edilmiş və 1 daşın bazar qiyməti 0.25 manat (ƏDV-lə) qiymətləndirilmişdir. Vergi ödəyicisi təqdim etdiyi Mədən vergisi bəyannaməsi ilə 2015- ci il üzrə istehsal həcmini 916 kyb metr çcstərmiş vergi dərəcəsi 0.5 manatla 458.0 manat mədən vergisi hesablamışdır.Ekspert -əyinə əsasən yoxlama ilə istehsal həcminin 1717.46 kyb metr olduğu müəyyən edilmiş 0.5 ,ergi dərəcəsi ilə 858.73 manat mədən vergisi hesablanmış nətisədə 858.73 kyb metr kənarlaşması aşkar edilmişdir. Aşkar edilmiş 801.46 kyb metr istehsal həcmi fərqinə vergi cərəcəsi 0.5 manatla 400.72 manat əlavə vəsait və 200.37 manat maliyyə sanksiyası, Vergi idəyicisi təqdim etdiyi Mədən vergisi bəyannaməsi ilə 2016- ci il üzrə istehsal həcmini 10165 kyb metr göstərmiş vergi dərəcəsi 2.x xxxxxxx 20330.0 manat mədən vergisi -esablamişdir.Ekspert rəyinə əsasən yoxlama ilə istehsal həcminin 23490.62 kyb metr olduğu müəyyən edilmiş 0.5 vergi dərəcəsi ilə 46881.24 manat mədən vergisi hesablanmış nəticədə 13325.62 kyb metr kənarlaşması aşkar edilmişdir. Aşkar edilmiş 13325.62 kyb metr istehsal həcmi fərqinə vergi dərəcəsi 2.x xxxxxxx 26727.24 manat əlavə vəsait və 13463.02 manat maliyyə sanksiyası, Vergi ödəyicisi təqdim etdiyi Mədən vergisi bəyannaməsi ilə 2318- ci il üzrə istehsal həcmini 7455 kub metr göstərmiş vergi dərəcəsi 2.x xxxxxxx 14910.0 manat mədən vergisi hesablamışdır. Ekspert rəyinə əsasən yoxlama ilə istehsal həcminin 22675.12 kyb metr olduğu müəyyən edilmiş 2.0 manat vergi dərəcəsi ilə 45350 manat mədən vergisi hesablanmış nətisədə 15220.12 kyb metr kənarlaşması aşkar edilmişdir. Aşkar edilmiş 15220.12 kyb metr istehsal həcmi fərqinə vergi dərəcəsi 2.x xxxxxxx 30440.24 manat əlavə vəsait və 15220.12 manat maliyyə sanksiyası, Ümumilikdə 97261.37 manat əlavə vəsait 48731.09 manat maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilməsi təklif olunmuşdur. 2015-ci il üzrə 400.xx xxxxx 2016-cı il üzrə 26727.24manat 2017-ci il üzrə 39693.16 manat və 2018-ci il üzrə 30440.24 manat ümumilikdə 97261.37 manat Mədən vergisi məbləği azaldılmışdır.Vergi Məcəlləsinin 58,1 maddəsinə əsasən Mədən vergisi -əbləğinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə - sbətən 97261.37 manat azaldılmasına görə 50% məbləğində, yəni 48731.09 manat -əbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir.Vergi ödəyicisi əvvəlki yoxlama ilə büdcəyə Yoxlama aktına əsasən 46639.99 manat ÖMV məbləği ödəmişdir. Hal-hazırkı dövr üzrə aparılan SVY-sı əvvəlki yoxlamanı əhatə e:diyindən 46639.99 manat məbləğ artıq ödəmə kimi nəzərə alınmışdır.Səyyar vergi yoxlamasının nəticələri xx.xx.2019-cu il tarixli **********176170 nömrəli e-da rəsmiləşdirilmiş və həmin akta əsasən “Vergi ödəyicisinin vergi qanunverciliyinin ıczulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019cu il tarixli **********195816 nömrəli Qərar qəbul edilmişdir.Səyyar vergi yoxlaması zamanı tərtib edilmiş bütün qərarlar vergi ödəyicisinin elektron və poçt ünvanına göndərilmişdir. Keçirilmiş növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi üçün , vergi Məcəlləsinin 49.1 -ci maddəsinə əsasən vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına, onların aradan qaldırılması və müvafiq sanksiyaların tətbiq edilməsi məsələsinə baxılması məqsədilə xx.xx.2019-cu il tarixli **********272400 nömrəli məktubla müəssisənin direktorunun və ya nümayəndəsinin şəxsiyyətini təsdiq edən vəsiqənin surəti səlahiyyətlərini təsdiq edən etibarnamə ilə birlikdə iştirakı üçün xx.xx.2019-cu il tarixdə vergi orqanına dəvət edilmişdir. xx.xx.2019-cu il tarixdə müəssisənin direktoru heç bir səbəb göstərmədən müzakirələrdə iştirak etməmişdir. Yuxarıda göstərilənlərə əsasən yoxlamanın materiallarına və digər sənədlərə vergi ödəyicisinin nümayədəsinin iştirakı olmadan baxılmış və baxılmış sənədlərin sürətləri xx.xx.2019-cü il tarixdə **********045900 AVİS nömrəli məktubla vergi ödəyicisinə göndərilmişdir.Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar.Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın imtina məktubu, xx.xx.2019-cu il tarixli **********168000 nömrəli etirazı və xx.xx.2019-cu il tarixli, **********195816 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın surəti, Səyyar vergi yoxlaması haqqında xx.xx.2019-cu il tarixli, **********176170 saylı Aktın surəti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1478 nömrəli ekspert rəyi və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia qismən təmin edilməlidir. Belə ki, xx.xx.2018-ci il **********172876 nömrəli qərarına əsasən iddiaçı “xxxxx” firmasında yanvar 2013 – avqust 2017 hesabat dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2019-cu il tarixli **********176170 nömrəli aktla rəsmiləşdirilmişdir. Yoxlama xx.xx.2018-ci il tarixdə başlanmış, 8 halda ümumilikdə 251 gün müddətinə müvəqqəti dayandırılmış, 1 halda 30 gün müddətinə əlavə yoxlama tədbiri həyata keçirilmiş və xx.xx.2019-cu il tarixdə bitmişdir. Səyyar vergi yoxlamasının 4-cü səhifəsində qeyd edilənlərə əsasən xx.xx.2019-cu il tarixli **********173796 nömrəli qərara əsasən dəvət edilmiş Azərekspertiza Birliyinin nümayəndəsi X5 xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən firma tərəfindən hasil edilmiş 1 ədəd mişar daşının satış qiyməti 0.25 manat (ƏDV ilə birlikdə) məbləğində müəyyən edilmişdir. Azərekspertiza Birliyinin nümayəndəsi X5 xx.xx.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən yoxlanılan dövr ərzində firma tərəfindən hasil edilmiş mişar daşının həcmi ******* ədəd müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının 11-ci səhifəsində qeyd edilənlərə əsasən Azərekspertiza Birliyinin nümayəndəsi X5 xx.xx.2019cu il tarixli ekspert və mütəxəssis rəyləri nəzərə alınmaqla “xxxxx” Firmasının mənfəət vergisi məqsədləri üçün vergiyə cəlb edilən ümumi gəliri 2015-ci il üzrə 113032,0 manat, 2016-cı il üzrə 90574,70 manat, 2017-ci il üzrə 351327,0 manat, ümumilikdə 554933,70 manat müəyyən edilmişdir. “xxxxx” firmasının əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından, firmanın 2015-2017-ci illər üzrə mənfəət vergisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanmış və nəticədə firma tərəfindən 2015-2017-ci illər üzrə ümumilikdə 18497,81 manat mənfəət vergisinin azaldılması müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının 12-ci səhifəsində qeyd edilənlərə əsasən Azərekspertiza Birliyinin nümayəndəsi X5 xx.xx.2019-cu il tarixli ekspert və mütəxəssis rəyləri nəzərə alınmaqla “xxxxx” Firmasının ƏDV məqsədləri üçün vergiyə cəlb edilən ümumi dövriyyəsi 2015-ci il üzrə 19648,73 manat, 2016-cı il üzrə 268748,50 manat, 2017-ci il üzrə 351326,97 manat, 2018-ci il üzrə 259418,72 manat və nəticədə hesablanmalı və dövlət büdcəsinə ödənilməli ƏDV-nin isə 2015-ci il üzrə 1790,77 manat, 2016-cı il üzrə 16303,38 manat, 2017-ci il üzrə 63238,93 manat, 2018-ci il üzrə 46695,40 manat, ümumilikdə isə 128028,48 manat azaldılması müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının 14-cü səhifəsində qeyd edilənlərə əsasən “xxxxx” firmasının 2016-cı il üzrə 5605,67 manat əmlakı (əsas vəsaiti) olduğu halda, həmin il üzrə təqdim edilən əmlak vergisi bəyannamısində hər hansı verginin hesablanmadığı və nəticədə 2016-ci il üzrə 56,06 manat məbləğində əmlak vergisinin azaldıldığı müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının 14-cü səhifəsində qeyd edilənlərə əsasən “xxxxx” firmasının Abşeron rayonu, Güzdək qəsəbəsi ərazisində mülkiyyətində (və ya istifadəsində) 116500 m² torpaq sahəsi olduğu halda, 2013-2018-ci illər üzrə təqdim edilmiş vergi bəyannamələrində torpağın sahəsini əksik göstərməklə, nəticədə həmin illər üzrə ümumilikdə 25200,0 manat məbləğində torpaq vergisini az bəyan etmişdir. Səyyar vergi yoxlamasının 16-17-ci səhifələrində qeyd edilənlərə əsasən Azərekspertiza Birliyinin nümayəndəsi X5 xx.xx.2019-cu il tarixli ekspert və mütəxəssis rəyləri nəzərə alınmaqla “xxxxx” firması tərəfindən 2015-ci il üzrə 400,73 manat, 2016-cı il üzrə 26727,24 manat, 2017-ci il üzrə 39693,16 manat, 2018-ci il üzrə 30440,24 manat, ümumilikdə isə 97261,37 manat azaldılması müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının 18-ci səhifəsində qeyd edilənlərə əsasən Azərekspertiza Birliyinin nümayəndəsi X5 xx.xx.2019-cu il tarixli ekspert və mütəxəssis rəyləri nəzərə alınmaqla Sadələşdirilmiş vergi məqsədləri üçün 2016-cı il üzrə 59850 manat vergiyə cəlb edilən əlavə dövriyyə müəyyən edilmiş və nəticədə 1197,0 manat əlavə vergi məbləği hesablanmışdır. Səyyar vergi yoxlamasının 19-cu səhifəsində qeyd edilənlərə əsasən “xxxxx” firması tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 4,0 manat azaldılması müəyyən edilmişdir. Səyyar vergi yoxlamasının 19-20-ci səhifələrində qeyd edilənlərə əsasən “xxxxx” firmasına 46639,99 manat məbləğində ödəmə mənbəyində tutulan verginin əvvəlki səyyar vergi yoxlaması zamanı artıq hesablanması müəyyən edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 3012.2019-cu il tarixli **********195816 saylı Qərara əsasən “xxxxx” firmasına 2015-2017-ci illər üzrə 18497,81 manat Mənfəət vergisi, 2015-ci il üzrə 1790,77 manat ƏDV, 2016-2018-ci illər üzrə 126237,77 manat ƏDV (qeydiyyatsız), 2016-cı il üzrə 56,06 manat Əmlak vergisi, 2016- 2018-ci illər üzrə 15120,0 manat torpaq vergisi, 2015-2018-ci illər üzrə 97261,37 manat Mədən vergisi, 2016-cı il üzrə 1197,0 manat Sadələşdirilmiş vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 52244,68 manat, 57.1-ci maddəsinə əsasən 1200 manat, 58.4-cü maddəsinə əsasən isə 56923,44 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş materiallarını, tərəflərin təqdim etdikləri sübutları və verdikləri izahatları tam və hərtərəfli araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və mübahisələndirilən xx.xx.2019-cu il tarixli **********177350 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qismən ləğv edilməlidir. Belə ki, səyyar vergi yoxlaması aktından göründüyü kimi, yoxlanılan dövrdə “xxxxx” firmasının Abşeron rayonu, Güzdək qəsəbsində yerləşən istehsalat obyektində vergiyə cəlb edilən dövriyyə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssis və ekspert rəylərinə əsasən müəyyən olunmuşdur. “Azərekspertiza” Birliyinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində istehsal həcmi sərf edilən elektrik enerjisinə əsasən müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1478 nömrəli ekspert rəyində qeyd edilir ki, “vergitutma bazasının vergi ödəyicisinin faktiki enerji sərfiyyatı əsasında müəyyələşdirilməsi qaydası Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Bu səbəbdən həmçinin rəyin tədqiqat hissəsində qeyd edilənlərə əsasən “xxxxx” firmasının fəaliyyət dövrü üzrə vergitutma bazasının Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisinin faktiki enerji sərfiyyatı əsasında apardığı hesablamalara görə müəyyənləşdirilməsi əsaslı hesab olunmur. Məhkəmə hesab edir ki, mədən vergisi, mənfəət vergisi, sadələşdirilmiş vergi və ƏDV-nin hesablanması zamanı vergi orqanı tərəfindən istinad edilən “Azərekspertiza” Birliyinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyi mötəbər sübut qismində qəbul edilə bilməz. Belə ki, məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/1478 nömrəli ekspert rəyində əks etdirilən mövqe ilə razılaşaraq qeyd edir ki, mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarətdir: - xammal və materiallar; - qaytarılmış tullantılar; - texniki məqsədlər üçün yanacaq, enerji və su; istehsal fəhlələrinin əsas əmək haqqı; - istehsal fəhlələrinin əlavə əmək haqqı; - sosial sığorta ayırmalar; - avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiyası; - ümumi sex xərcləri; - ümumi zavod xərcləri; - zay məhsul və itkilər; - sair istehsalat xərcləri; - əmtəəlik məhsulun tam maya dəyəri. Məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elektrik enerjisi xərclərindən olmayıb, yuxarıda göstərilən kompleks xərc elementrləindən ibarətdir. İş materiallarında müəssisə tərəfindən istehsal edilmiş məhsulun maya dəyəri və xərc maddələrinin kalkulyasiyası haqqında hesabat məmulatları və eləcə də, istehsalat məsrəfləri və məhsulun maya dəyəri haqqında hesabatlar olmadığına görə yuxarıda qeyd edilən xərc maddələrindən konkret olaraq maya dəyərinə daxil edilmiş xərclərin səviyyəsini müəyyən etmək mümkün deyildir. Buna baxmayaraq, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən mütəxəssis cəlb olunmuş və mütəxəssis tərəfindən müəssisəinin fəaliyyəti üzrə faktiki istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyərinin yalnız sərf edilmiş elektrik enerjisindən ibarət olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin mütəxəssisi tərəfindən faktiki istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, faktiki enerji sərfiyyatı əsasında istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb edilən dövriyyənin belə qaydada hesablanması Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Bütün yuxarıda göstərilən səbəblərdən hazırkı Azərekspertiza Birliyinin ekspertiza təqdiqatı ilə səyyar vergi yoxlaması zamanı istehsal həcmi müəyyən edilmiş mal-materiala görə hesablanmış ƏDV, mənfəət, mədən və sadələşdirilmiş vergilərin düzgünlüyü müəyyən edilmir. Belə ki, Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini 67.1.1-67.1.9-cu maddələrdə göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün 67.2.1-67.2.3-cü maddələrdə göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Həmin Məcəllənin 67.14-cü maddəsinə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara Qeyd olunan hüquq normalarının təhlilindən belə nəticə əldə olunur ki, kameral və ya səyyar vergi yoxlamaları zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəbdən (sənədlər təqdim edilmədikdə, mühasibat uçotu aparılmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda və s.) mümkün olmadıqda, vergi orqanı vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin məbləğini Vergi Məcəlləsinin 67.1.1-67.1.9-cu maddələrində göstərilən əlaqəli məlumatlardan hər hansı birini (və ya bir neçəsini) və vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə etməklə, bu mümkün olmadıqda analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablayır. Hər iki metodun tətbiqi nəticəsində vergi ödəyicisinin gəlir və ya xərclərindən hər hansı birini müəyyən etmək mümkün olmadıqda isə, vergilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarına əsasən hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Vergi Məcəlləsində nəzərdə tutulan maddələrin ardıcıllığını nəzərə alaraq “xxxxx” firmasında aparılan səyyar vergi yoxlaması zamanı mənfəət vergisinin hesablanması üçün birinci növbədə Məcəllənin 67-ci maddəsində nəzərədə tutulan əlaqəli məlumatlardan, yəni hazırkı halda vergi ödəyicisinin gəlirləri barədə olan məlumatlardan və analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatlarından istifadə etməklə, Vergi Məcəlləsinin 67.3-cü maddəsinə müvafiq olaraq mənfəət vergisi hesablamalı idi. Lakin “xxxxx” firmasının yoxlamasına dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli səyyar vergi yoxlaması aktından göründüyü kimi, vergi müfəttişi Vergi Məcəlləsinin 67 və 83.2-ci maddələrində nəzərdə tutulan hüquqlardan və hesablama qaydasından istifadə etmədən, birbaşa Məcəllədə son tədbir kimi nəzərdə tutulan 83.9-cu maddəsindən istifadə etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması” Qaydalarında göstərilən üsulla, yəni şərti rentabellik səviyyəsini 20 % götürməklə mənfəət vergisini hesablamışdır ki, bu nəticədə iddiaçıya əsassız əlavə vergi məbləğinin hesablanması ilə nəticələnmişdir. “xxxxx” firması tərəfindən istehsal edilmiş mişar daşının ekspert rəyi ilə müəyyən edilmiş bazar qiymətinə münasibətdə isə məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı bazar qiymətini müəyyən edərkən Vergi Məcəlləsinin 14cü maddəsinin tələbini pozmuşdur. Belə ki, Vergi Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bazar qiyməti malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti deməkdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işin, xidmətin) qiyməti tərəflərin əməliyyatda (əqdə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Həmin Məcəllənin 14.3 və 14.3.3-cü maddələrinə əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi, bu Məcəllənin 14.6.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, bazarda eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan qiymətlərin səviyyəsindən 30 faizdən çox (aşağı və yuxarı) fərqləndikdə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. Qeyd olunan hüquq normasının təhlilindən aydın olur ki, vergi ödəyicisi tərəfindən təsbit edilmiş qiymət həmin məhsul üzrə bazarda təşəkkül tapan qiymətlərdən 30 faizdən çox (aşağı və ya yuxarı) fərqlənmirsə, vergi ödəyicisinin təsbit etdiyi qiymət vergitutma məqədləri üçün bazar qiyməti kimi qəbul edilir və vergilərin hesablanması həmin qiymət əsasında həyata keçirilir. İş materiallarından göründüyü kimi, “xxxxx” firmasına məxsus daş karxanasında mişar daşının faktiki satış dəyəri 0,20 manat olduğu halda, ekspert rəyində bazar qiyməti 0,25 manat müəyyən edilmiş və vergilər hesablanan zamanı vergi orqanı bazar qiyməti qismində 0,25 manatı qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının faktiki satış dəyəri bazar qiymətindən 30 %-dən çox (aşağı və ya yuxarı) fərqlənməmiş (0.20 + 30 % = 0.26) və vergi orqanı Vergi Məcəlləsinin 14-cü maddəsinin tələblərini pozaraq iddiaçının öz satış dəyərini (0.20 manat) deyil, “Azərekspertiza” Birliyinin ekspert rəyində qeyd olunan dəyəri (0.25 manat) bazar qiyməti kimi götürərək əlavə vergi məbləği hesablamışdır. Bundan başqa, məhkəmə qeyd edir ki, cavabdeh vergi orqanı iddiaçı “xxxxx” firmasında həyata keçirilmiş səyyar vergi yoxlamasının sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qanunla müəyyən edilmiş qaydada və müddətdə qeydiyyata alınmasını təmin etməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 3.4-cü bəndinə əsasən reyestrə yoxlama ilə bağlı aşağıdakı məlumatlar daxil edilir: 3.4.1. yoxlamanın kodu; 3.4.2. yoxlayıcı orqanın adı (birgə yoxlama həyata keçirilən zaman bütün yoxlayıcı orqanların da adları göstərilməlidir); 3.4.3. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 3.4.4. yoxlanılması nəzərdə tutulan sahibkarlıq fəaliyyəti subyektinin hüquqi ünvanı; 3.4.5. yoxlanılması nəzərdə tutulan sahibkarlıq subyektinin adı; 3.4.10. yoxlanılan dövr (dövrün başlanğıc və son tarixləri göstərilməklə) və ya yoxlamanın xüsusiyyətlərindən asılı olaraq cari fəaliyyəti; 3.4.16. yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması barədə məlumat (tarix, müddət, əsas, qərarı verən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı göstərilməklə); 3.4.18. yoxlamanın nəticəsi (yoxlama suallarının siyahısından (vergi yoxlamaları istisna olmaqla) bu yoxlama üçün seçilmiş hər bir konkret suala münasibətdə qanun pozuntusunun aşkar olunubolunmaması); 3.4.19. aşkarlanmış qanun pozuntusunun məzmunu, pozuntuda cinayət, inzibati xəta və ya digər əlamətlərin olması, tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri; Həmin Əsasnamənin 4.5-1-ci bəndinə əsasən yoxlamanın dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlamanın başaçatma tarixindən ən geci 1 iş günü əvvəl bu Əsasnamənin 3.4.16-cı yarımbəndində göstərilən məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. Həmin Əsasnamənin 4.5-2ci bəndinə əsasən yoxlayıcı orqandan asılı olmayan səbəblərdən Reyestrdə qeydiyyata alınmış yoxlama ilə bağlı hər hansı dəyişiklik baş verərsə, yoxlamanın başlama tarixinə ən geci 1 gün qalmış (yoxlayıcı ilə bağlı dəyişiklik baş verdikdə isə yoxlama başa çatanadək) zəruri məlumatlar yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, Reyestrdə yerləşdirilməsi üçün informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. Həmin Əsasnamənin 4.7-ci bəndinə əsasən yoxlayıcı orqan aparılmış hər bir yoxlamanın başa çatmasından sonra 5 iş günü ərzində yoxlamanın keçirildiyi barədə, sonrakı 15 iş günü ərzində (vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının qərarının qəbulundan sonra 5 iş günü ərzində) isə 3.4.18-ci və 3.4.19-cu yarımbəndlərdə nəzərdə tutulmuş məlumatları Reyestrə təqdim edir. Bu Əsasnamənin 3.4.20-ci və 3.4.21-ci yarımbəndlərində göstərilən məlumatların müəyyən edilməsi üçün qanunvericiliklə daha uzun müddət tələb olunduqda, həmin müddət reyestrdə göstərilir və məlumat ona uyğun təqdim edilir. Sadalanan hüquq normalarından aydın olur ki, yoxlayıcı orqan sahibkarlıq sahəsində aparılan hər bir yoxlamanın və həmin yoxlama ilə bağlı Əsasnamənin 3.4-cü bəndində göstərilən məlumatların, o cümlədən yoxlamanın dayandırılması və ya vergi yoxlamalarının müddətinin artırılması, vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarının qəbulundan sonra 5 iş günü ərzində isə yoxlamanın nəticəsi barədə məlumatların reyestrə daxil edilməsini təmin etməlidirlər. Lakin iş materiallarından görünür ki, cavabdeh vergi orqanı vergi yoxlamalarının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlarının – “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi” haqqında xx.xx.2019-cu il tarixli qərarın qəbulundan sonra 5 iş günü ərzində yoxlamanın nəticəsi barədə məlumatların reyestrə daxil edilməsini təmin etməmiş, nəticədə iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli KY191322318 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışda yoxlamanın xx.xx.2019-cu il tarixdə başlaması, xx.xx.2019-cu il tarixdə bitməsi barədə qeydlər aparılsa da, xx.xx.2019-cu il tarixdən ümumilikdə 30 gün müddətinə əlavə vergi yoxlamalarının keçirilməsi və yoxlamanın nəticəsi barədə hər hansı qeyd aşkar edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh vergi orqanı qanunvericiliyin tələblərini və iddiaçının qanunla qorunan hüquq və maraqlarını pozaraq sonuncuda xx.xx.2019-cu il tarixdən ümumilikdə 30 gün müddətinə həyata keçirilmiş əlavə vergi yoxlaması tədbirlərinin və yoxlamanın nəticəsi barədə məlumatların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmasını təmin etməmişdir. “xxxxx” firmasına hesablanmış torpaq vergisinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı “xxxxx” firmasının istifadəsində olan torpaq sahəsinin ölçüsü 116500 m² olduğu halda, sonuncu 2016-2018-ci illər üzrə təqdim etdiyi vergi bəyannamələrində həmin sahəni 9320 m² göstərmiş və bunu ümumi sahənin yalnız 9320 m² hissəsinin işlək olması ilə izah etmişdir. Vergi Məcəlləsinin 203.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. Həmin Məcəllənin 208.1-ci maddəsinə əsasən torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur. Sadalanan normaların təhlilindən aydın olur ki, torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında hər il sabit tədiyə şəklində hesablanır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı “xxxxx” firması torpaq vergisinin vergi bəyannaməsində az hesablanmasını əsaslandıran hər hansı mötəbər sübut təqdim edə bilmədiyindən, iddia həmin hissədə təmin edilə bilməz. Bundan başqa, “xxxxx” firmasına hesablanmış əmlak vergisi üzrə 56,06 manat və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 4 manat əlavə vergi məbləğinə münasibətdə məhkəmə hesab edir ki, həmin vergi məbləğlərinin hesablanmasını cavabdeh inzibati orqan məhkəmə baxışı zamanı sübuta yetirdiyindən və həmin hesablamanın əsassız olmasına dair iddiaçı tərəfindən də hər hansı mötəbər sübut təqdim edilmədiyindən, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati akt qəbul edilərkən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar cavabdeh vergi orqanı tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmadığından, vergi qanunvericiliyinin tələbləri düzgün tətbiq edilmədiyindən və məhkəmə baxışı zamanı da həmin inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmədiyindən, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il tarixli **********195816 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar mənfəət vergisi, ƏDV, mədən vergisi və sadələşdirilmiş verginin hesablanması və onlara müvafiq olaraq maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində qanunsuz və əsassız hesab edilərək ləğv edilməli, torpaq vergisi, əmlak vergisi və muzdlu işlə əlaqədar olaraq ödəmə mənbəyində tutulan vergisinin hesablanması və onlara müvafiq olaraq hesablanmış maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində isə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68,69,73,75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli **********195816 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar 18497,81 manat mənfəət vergisi, 1790,77 manat ƏDV, 126237,77 manat ƏDV (qeydiyyatsız), 97261,37 manat mədən vergisi və 1197,0 manat sadələşdirilmiş verginin hesablanması və 101578,09 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar