Məhkəmə qərarları › İş №2-1(118)-659/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-659/2021

29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-659/2021 29.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Maliyyə Plan İdarəsinə qarşı cavabdehin hərəkətinin qeyri-qanuni hesab edilməsi, iş stajlarına görə əlavə kompensasiyanın hesablanaraq ödənilməsi cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Maliyyə Plan İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətinin qeyriqanuni hesab edilməsi, iş stajlarına görə əlavə kompensasiyanın hesablanaraq ödənilməsi cavabdehin üzərinə qoyulmasına dair qərarın çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14.08.2020-ci il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı , iş stajlarına görə əlavə kompensasiyanın hesablanaraq ödənilməsi üçün cavabdeh inzibati orqana yazılı qaydada müraciət etməmiş və həmin orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından yazılı qaydada imtina edilməmişdir. Belə ki, iddia ərizəsinə müraciətein edilməsi ilə bağlı bir ədəd 28.07.2020-ci il tarixli qəbz əlavə edilmişdir. Həmin qəbzdə göndərən şəxs kimi “İsmayılov Yaşar” göstərilmişdir. İş materiallarından həmin qəbzə iddiaçının cavabdehə müraciətinə aid olub-olmaması və ümumiyyətlə, iddiaçının müraciətinin surəti əlavə edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh Azrvaycan Respubliası DİN Maliyyə Plan İdarəsi özünün 11.06.2021-ci il tarixli məktubunda bldirmişdir ki, İddiaçı tərəfindən kompensasiyanın ödənilməsi ilə bağlı DİN-nin Maliyyə Plan İdarəsinin heç bir müraciəti daxil olmamışdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi və ya iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi öhdəliyin icrası növündə baxılan iddialarda da mümkünlük şərtlərindən biridir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bu şərt yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Maliyyə Plan İdarəsinə qarşı cavabdehin hərəkətinin qeyri-qanuni hesab edilməsi, iş stajlarına görə əlavə kompensasiyanın hesablanaraq ödənilməsi cavabdehin üzərinə qoyulması tələbinə tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası DİN Maliyyə Plan İdarəsinə qarşı cavabdehin hərəkətinin qeyri-qanuni hesab edilməsi, iş stajlarına görə əlavə kompensasiyanın hesablanaraq ödənilməsi cavabdehin üzərinə qoyulması tələbinə tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar