Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-659/2022 01.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qusar rayon İcra Hakimiyyətinə qarşı “05 avqust 2002-ci il 45 saylı protokolda göstərilmiş iddiaçıya 0.90 hektar, anasına 0.50 hektar torpaq sahəsinə torpaq mülkiyyət hüququna dair dövlət aktı verilməsinin Qusar rayon İcra Hakimiyyətinin üzərinə vəzifə kimi qoyulmasına” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı oğlu cavabdeh Azərbaycan Respublikası Qusar rayon İcra Hakimiyyətinə qarşı iddia qaldıraraq “05 avqust 2002-ci il 45 saylı protokolda göstərilmiş iddiaçıya 0.90 hektar, anasına 0.50 hektar torpaq sahəsinə torpaq mülkiyyət hüququna dair dövlət aktı verilməsinin Qusar rayon İcra Hakimiyyətinin üzərinə bir vəzifə kimi qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayon Şəfəq sovxozu AİK-nin 10.04.1998-ci ildə 15 saylı qərarı ilə bütün Əcəxur kənd camaatına torpaq islahatı zamanı torpaq bölgüsü aparılmışdır. O cümlədən 208 № li aktında göstərildiyi kimi ailə üzvlərinə iddiaçıya normativə uyğun olaraq torpaq sahəsi verilmişdir. O cümlədən anası X1 219 № li dövlət aktı ilə torpaq sahəsi verilmişdir. Lakin onlara paylanmış torpaq sahəsi qonşu Böyük Muruq kəndinin sahələri ilə münaqişə yarandığına görə və paylanmış sahəsinin müəyyən hissəsi kənd təsərrüfata yararsız dağ ərazisinə düşdüyünə görə həmin sahəsinin əvəzinə iddiaçının ailə üzvlərinə 2002-ci il tarixli 45 saylı iclas protokolunda göstərilmiş qaydada iddiaçıya 0,90 hektar anasına 0,50 hektar otlaq sahədən pay torpaq sahəsi verilmişdir. Hal hazırda həmin torpaq sahəsindən istifadə edirlər. Lakin torpaq sahəsinin iddiaçının mülkiyyətinə veriməsi haqqında 05 avqust 2002- ci il 45 saylı iclas protokolundan başqa heç bir dövlət aktı verilməmişdir. 2006-ci ildə iddiaçının və anasının suvarılan əkin sahələrini pul lazım olduğuna görə məcburiyyət qarşısında qalıb satmışdır. Satılmış suvarılan torpaqlar çıxılaraq Qusar rayon Məhkəməsinin 12.04.2006 tarixli 2-292 saylı qətnaməsi ilə əvvəlki xəritədə göstərilmiş otlaq sahələri cizgidə göstərilmiş sərhəd daxilində iddiaçıya JN 0518 kod 30104018 anasına JN 0520 kod 30104018 olan dövlət aktları verilmişdir. Lakin həmin dövlət aktında göstərilmiş xəritələr köhnə dövlət aktında göstərilmiş xəritələrlə uyğundur. Yararsız münaqişəyə düşən sahələri ləğv edib 45 saylı protokolda göstərilmiş torpaqlara dövlət aktı verilməmişdir. Dəfələrlə aidiyyatı orqanlara AİK- in 05 avqust 2002-ci il 45 saylı protokolda göstərilmiş sahələrə dövlət aktı çıxarılması üçün şikayətlər etməsinə baxmayaraq bir nəticə əldə etməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı “05 avqust 2002-ci il 45 saylı protokolda göstərilmiş iddiaçıya 0.90 hektar, anasına 0.50 hektar torpaq sahəsinə torpaq mülkiyyət hüququna dair dövlət aktı verilməsinin Qusar rayon İcra Hakimiyyətinin üzərinə bir vəzifə kimi qoyulmasını istəyir. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Belə ki, qanunvericiliyin tələbindən göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İcra hakimiyyəti orqanının isə belə bir səlahiyyəti yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı oğlunun cavabdeh Azərbaycan Respublikası Qusar rayon İcra Hakimiyyətinə qarşı “05 avqust 2002-ci il 45 saylı protokolda göstərilmiş iddiaçıya 0.90 hektar, anasına 0.50 hektar torpaq sahəsinə torpaq mülkiyyət hüququna dair dövlət aktı verilməsinin Qusar rayon İcra Hakimiyyətinin üzərinə vəzifə kimi qoyulmasına” dair iddiası mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-659/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-659/2022
01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver