Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-660/2025 12.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional Cavabdeh Qeydiyyat şöbəsinə qarşı “Rusiya Federasiyası Krasnodar diyarı VVAQ İdarəsinin Anapa kurort şəhərinin VVAQ şöbəsində xx.xx.2017-ci il tarixdə tərtib olunmuş 2393 saylı doğum haqqında akt qeydində onun soyadının “Mahmudova”dan – “Məmmədova”ya, doğum tarixinin “xx.xx.1999-cu ildən” - “xx.xx.1998-ci ilə”, Rusiya Federasiyası Krasnodar diyarı VVAQ İdarəsinin Anapa kurort şəhərinin VVAQ şöbəsində xx.xx.2017-ci il tarixdə tərtib olunmuş 355 saylı atalığın müəyyən olunması haqqında akt qeydində onun soyadının “Mahmudova”dan – “Məmmədova”ya, doğum tarixinin isə “xx.xx.1999-cu ildən” - “xx.xx.1998-ci ilə” düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib cavabdehin üzərinə Rusiya Federasiyası Krasnodar diyarı VVAQ idarəsinin Anapa kurort şəhərinin VVAQ şöbəsində xx.xx.2017-ci il tarixdə tərtib olunmuş 2393 saylı doğum haqqında akt qeydində onun soyadının "Mahmudova"dan - "Məmmədova"ya, Rusiya Federasiyası Krasnodar diyarı VVAQ idarəsinin Anapa kurort şəhərinin VVAQ şöbəsində xx.xx.2017-ci il tarixdə tərtib olunmuş 355 saylı atalığın müəyyən olunması haqqında akt qeydində isə doğum tarixinin "xx.xx.1999-cu ildən" - "xx.xx.1998-ci ilə" düzəliş olunması vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, atası X8, anası isə X1r. ünvan 1 ünvanında qeydiyyatdadır.Ailəlidir və bir övladı var. Belə ki, o X4 ilə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş, birgə faktiki nikahından xx.xx.2017-ci il təvəllüdlü X6 anadan olmuşdur. Bildirir ki, övladı Rusiya Federasiyasında anadan olmuşdur.Onun doğumu Rusiya Federasiyası Krasnodar diyarı VVAQ İdarəsinin Anapa kurort şəhərinin VVAQ şöbəsində xx.xx.2017-ci il tarixdə 2393 saylı akt qeydi ilə qeydə alınmışdır.Həmçinin onun atalığı da xx.xx.2017-ci ildə 355 saylı akt qeydi ilə qeydə alınmışdır.Lakin qızının doğum haqqında akt qeydində onun soyadı "Mahmudova", atalığın müəyyən olunması haqqında akt qeydində isə onun doğum tarixi xx.xx.1999-cu il kimi qeyd olunmuşdur. Əslində isə onun soyadı "Məmmədova", doğum tarixi isə xx.xx.1998-ci ildir.Bunun üçün o cavabdehə müraciət edərək, müvafiq düzəlişlər aparılmasını xahiş etmişdir. Lakin xahişinin təmin olunmasından imtina edilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddiaçıya imtina məktubu təqdim edərək bildirmişdir ki, “X3 doğum və atalığın müəyyən edilməsi haqqında akt qeydlərinə düzəliş olunmasına dair xx.xx.2023-cü il tarixli müraciətinizə baxılmışdır. Təqdim etdiyiniz şəxsiyyət vəsiqəsində xx.xx.1998-ci il təvəllüdlü İddiaçı məlumatları göstərilmişdir. Bildiririk ki, Rusiya Federasiyası Krasnodar diyarı WAQ idarəsinin Anapa kurort şəhərinin WAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2393 saylı doğum haqqında, xx.xx.2017-ci il tarixli, 355 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdə ana haqqında məlumat qrafasında “xx.xx.1999-cu il təvəllüdlü X2” məlumatları yazılmışdır.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1 -ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyatı şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin seçdikləri yerin qeydiyyat orqanı tərəfindən həyata keçirilir.Rusiya Federasiyası Krasnodar diyarı WAQ idarəsinin Anapa kurort şəhərinin WAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2017ci il tarixli, 2393 saylı doğum haqqında, xx.xx.2017-ci il tarixli, 355 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdə ana haqqında məlumat qrafasında soyadın “Mahmudova” dan “Məmmədova” ya, doğum tarixinin “xx.xx.1999-cu il” dən “xx.xx.1998- ci il” ə düzəliş edilməsinə kifayət qədər əsas olmamışdır.Eyni zamanda bildiririk ki, qanunvericiliyin qeyd olunan tələbinə uyğun olaraq qeydiyyat şöbəsi tərəfindən doğum və atalığın müəyyən edilməsi haqqında akt qeydlərinə düzəliş olunmasına əsaslar olmadığından akt qeydinə düzəliş edilməsi üçün yaşayış yeri üzrə məhkəməyə müraciət edə bilərsiniz”. Cavabdeh təşkilat məhkəməyə ərizə ilə müraciət edərək iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini nəzərə alaraq işə şöbənin nümayəndəsinin iştirakı olmadan baxmağını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər məhkəməyə təqdim edilmişdir.Həmin sənədlərə: Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3- 16-5/8-4447/2023 nömrəli imtina məktubu, 1 saylı Sumqayıt regional Cavabdeh Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktub, Rusiya Federasiyası Krasnodar diyarı VVAQ İdarəsinin Anapa kurort şəhərinin VVAQ şöbəsinin xx.xx.2017-ci il tarixli, 2393 saylı doğum haqqında akt qeydinin surəti, Rusiya Federasiyası Krasnodar diyarı VVAQ İdarəsinin Anapa kurort şəhərinin VVAQ şöbəsinin xx.xx.2017-ci il tarixli, 355 saylı atalığın müəyyən olunması haqqında akt qeydinin surəti, şəxsiyyət vəsiqəsinin surəti, iddiaçıya aid doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilir. Həmin Müddəaların 9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Rusiya Federasiyası Krasnodar diyarı VVAQ İdarəsinin Anapa kurort şəhərinin VVAQ şöbəsinin xx.xx.2017-ci il tarixli, 2393 saylı doğum haqqında akt qeydində iddiaçının soyadı Mahmudova, onun doğum tarixi xx.xx.1999-cu il kimi, Rusiya Federasiyası Krasnodar diyarı VVAQ İdarəsinin Anapa kurort şəhərinin VVAQ şöbəsinin xx.xx.2017-ci il tarixli, 355 saylı atalığın müəyyən olunması haqqında akt qeydində də iddiaçının soyadı Mahmudova, onun doğum tarixi xx.xx.1999-cu il kimi qeyd edilmişdir. Halbuki, iddiaçının soyadı Məmmədova, doğum tarixi isə xx.xx.1998-ci ildir. İddiaçı müvafiq akt qeydlərində uyğunsuzluğu aradan qaldırmaq niyyətindədir. Bununla bağlı iddiaçı 1 saylı Sumqayıt regional Cavabdeh Qeydiyyat şöbəsinə müraciət edərək, müvafiq dəyişiklikləri istəmiş, lakin cavabdeh təşkilat dəyişikliyin məhkəmə qərarı əsasında ola biləcəyini ona bildirərək tələbin təmin edilməsindən imtina etmişdir. İş materiallarında olan iddiaçıya aid hüquqmüəyyənedici sənədlərdən görünür ki, iddiaçı uzun illərdir ki, müvafiq kimliyi daşımış və ona məlum olan akt qeydindəki yanlışlığı başqa qaydada düzəldə bilməmişdir. Ona görə də məhkəməyə müraciət edir. İşin araşdırılan hallarını nəzərə alan məhkəmə tələbin təmin edilməsini məqsdəmüvafiq hesab etdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Rusiya Federasiyası Krasnodar diyarı VVAQ İdarəsinin Anapa kurort şəhərinin VVAQ şöbəsinin xx.xx.2017-ci il tarixli, 2393 saylı doğum haqqında akt qeydində iddiaçının soyadı Mahmudovadan- Məmmədovaya, onun doğum tarixi xx.xx.1999-cu ildən xx.xx.1998-ci il kimi, Rusiya Federasiyası Krasnodar diyarı VVAQ İdarəsinin Anapa kurort şəhərinin VVAQ şöbəsinin xx.xx.2017-ci il tarixli, 355 saylı atalığın müəyyən olunması haqqında akt qeydində də iddiaçının soyadı Mahmudovadan-Məmmədovaya, onun doğum tarixi xx.xx.1999-cu ildən xx.xx.1998-ci il kimi müvafiq düzəlişin edilməsində istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, müvafiq qeydlərin aparılması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional Cavabdeh Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Rusiya Federasiyası Krasnodar diyarı VVAQ İdarəsinin Anapa kurort şəhərinin VVAQ şöbəsində xx.xx.2017-ci il tarixdə tərtib olunmuş 2393 saylı doğum haqqında akt qeydində onun soyadının “Mahmudova”dan – “Məmmədova”ya, doğum tarixinin “xx.xx.1999-cu ildən” - “xx.xx.1998-ci ilə”, Rusiya Federasiyası Krasnodar diyarı VVAQ İdarəsinin Anapa kurort şəhərinin VVAQ şöbəsində xx.xx.2017-ci il tarixdə tərtib olunmuş 355 saylı atalığın müəyyən olunması haqqında akt qeydində onun soyadının “Mahmudova”dan – “Məmmədova”ya, doğum tarixinin isə “xx.xx.1999-cu ildən” - “xx.xx.1998-ci ilə” düzəliş olunması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt regional Cavabdeh Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №2-1(118)-660/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-660/2025
12.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver