Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-662/2021 22.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Mövsümov Emin Nazim oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıy Şəhər İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi tələbə görə 60.000 manat pulun cavabdeh təşkilatdan tutulması tələbinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sumqayıy Şəhər İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi tələbə görə 60.000 manat pulun cavabdeh təşkilatdan tutulması tələbinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırkı iddia ərizəsilə o hüquqi şəxs kimi yox, sahibkar kimi yox, Sumqayıt şəhərində yaşayan bir fərdi şəxs kimi, bir vətəndaş kimi pozulmuş insan hüquqlarına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, artıq bir ildən çoxdur ki, pozulmuş insan hüquqları barədə Sumqayıt şəhər İcra Hakimiyyəti müraciətlərini alsa da, bu günə kimi müraciətlərində qaldırdığı məsələlər həll olunmamış qalmışdır. Belə ki, Sumqayıt şəhər 2-ci mikrorayon ərazisində Nizami kinoteatrının tikintisi zamanı Sumqayıt şəhər İcra Hakimiyyətinin 22N-li Uşaq Bağçasının darvazasından (X1 binası adlanan) 38b\44 N-İi binasına qədər olan (təxminən 150 metr) məhəllədaxili asvalt yolıı tamamilə dağıdılmışdır. Normadan artıq yüklü olan ağır tonnajlı avtomobillər hərəkət edərkən yük (keramzit, çıngıl, qum) daşaraq yola tökülən zamanı onlar dəfələrlə həmin avtomobillərin sürücülərinə iradımızı bildirmişlər. Nəticədə ərazidə əlverişsiz mühit yaradılmışdır, ekoloji təhlükəsizlik pozulmuşdur, hətta yüklü ağır tonnajlı avtomobillərin hərəkəti nəticəsində toz-torpaq ağız-burnumuza dolaraq mənfi təsirlərlər göstərir. Bu haqda Sumqayıt şəhər 2-ci mikrorayon ərazisində yaşayan sakinlərlə birlikdə yazdıqları xx.xx.2019-cu il tarixli kollektiv müraciətinizi alsanız, da, baxılmamış qalmışdır. Sifarişli-xəbərnaməli məktubla göndədiyi Kollektiv şikayətlərini xx.xx.2019-cu il tarixdə rəsmi qaydada Sumqayıt şəhər icra Hakimiyyəti almışdır. Dağıdılmış asvalt yolunun bərpa edilməsini dəfələrə müraciətlərinizdə sizdən istəsək də, müvafiq tədbirlər görməyi istəsək də. müraciətləri Sumqayıt şəhər icra Hakimiyyəti tərəfindən baxılmamış qalmışdır, bununla yalnız məna 60 min manat ziyan dəymişdir. Azərbaycan Respublikasının Prezidentinə göndərdikləri kollektiv şikayətlərinə Azərbaycan Avtomobil Yolları Agentliyindən xx.xx.2020-ci il tarixli cavab məktubu aldıq. Həmin məktubda göstərilmişdir ki, şikayətlərinə əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Sumqayıt şəhər daxili küçələrin təmiri Azərbaycan Avtomobil Yolları Aqentliyinə həvalə olunmuşdur və bununla bağlı Sumqayıt şəhər icra Hakimiyyətinə müraciət etmək tövsiyyə olunmuşdur. xx.xx.2020-ci tarixli kollektiv şikayət də nəticəsiz qalmışdır. xx.xx.2020-ci il tarixli şikayət əriz, əmdə bununla bağlı ona vurulmuş 60 min manat maddi və mənəvi ziyan barədə ona yazsa da, nəticəsiz qalmışdır. Təxminən 150 metr yolu başqa ərazilərdə bir gün ərzində asvaldayırsınız, lakin bizim qaldırdığımız məsələyə əhəmiyyət vermirsiniz. Hazırkı ərizə məhkəməyə qədər pretenziya qaydasında ərizə kimi qəbul edilməlidir. Bir həftədən sonra ona vurulmuş 60 min manat maddi və mənəvi ziyanın tələbi barədə iddianı məhkəməyə verəcəy. Sumqayıt şəhər 2-ci mikrorayon ev 38a/44 saylı 9 mərtəbəli çoxmənzilli yaşayış binasının birinci mərtəbəsindəki sanitariya qovşağı, məlumata görə mənzil istismar sahəsinin əvvəlki keçmiş rəhbərliyinin şəxsi marağından, Qanun-qaydaları pozaraq ləğv edilmişdir və həmin sanitariya qovşağı yaşayış otağı kimi həll edilmişdir. Qanun-qaydalara əsasən 9 mərtəbəli çoxmənzilli yaşayış binasının birinci mərtəbəsindəki sanitariya qovşağı mütləq olmalıdır. Onun hüquqları pozulmuşdur. Pandemiya dövründə, ciddi karantin qaydaları dövründə, SMS olmadan evdən çıxmaq qadağan olunduğundan, yaşadığı 9 mərtəbəli binanın dördüncü mərtəbəsindən çıxmamışdan əvvəl miivafıq SMS göndərib, yalnız, icazə cavabı gələndən sonra təxminən 300 metr aralıqda yerləşən Sumqayıt şəhər icra Hakimiyyətinin 22N-li Uşaq Bağçasının darvazasının qarşısındakı zibilxanaya zibili aparmaq üçün çıxa bilər. Sanitariya qovşağı ləğv olunduğundan, yaşlı insanın yaşamasına zəruri olanlar üçün yox, zibil atmaq üçün, gün ərzində bir dəfə icazə verilən SMS götürmək məcburiyyətindədir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmişdir.Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə iddiaçının iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh təşkilat iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçının iddia tələbində qeyd etdiyi Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində “Nizami”kinoteatırının tikintisi zamanı 150 metr məhəllədaxili asfalt yolunun dağıtılması Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına əsasən Sumqayıt şəhərinin daxili küçələrinin təmiri Azərbaycan Avtomobil Yolları Agentliyinə havələ edilmişdir. Bundan başqa iddiaçıya həmin məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Agentliyindən xx.xx.2020-ci il tarixli cavab məktubu göndərilmişdir. Qeyd olunan iddia tələbinə cavabdeh olmaması səbəbindən onlara qarşı qaldırılmış iddia tələbinin məhkəmədə baxılmasının mümkün olmaması ilə bağlı qərardad qəbul edilməsini məhkəmədən xahiş olunmuşdur. Məhkəmədə iştrak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddia tələbinin qeyri mümkün hesab edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia tələbi Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində “Nizami”kinoteatırının tikintisi zamanı, cavabdeh təşkilata məxsus yük daşıyan avtomobilləri tərəfindən 150 metr məhəllədaxili asfalt yolunun dağıtılması nəticəsində ona dəymiş maddi və mənəvi tələbin ödənilməsi ilə əlaqədardır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi nəzərdə tutulub. Göründüyü kimi hazır ki, iddia tələbi kompensasiya ilə bağlı deyil, vurulmuş maddi və mənəvi tələb ilə əlaqədar olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan maddənin şərhindən bəlli olur ki, maddi zərər dedikdə əmlak hüquqları ilə bağlı hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər mövcud olmalıdır. Mənəvi zərər isə adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Göründüyü kimi, İddiaçı Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən maddi və mənəvi zərərin vurulması, yəni iddiaçıya məxsus əmlakın məhv edilməsi nəticəsində maddi zərərə düşməsi, o cümlədən əmlakın məhv edilməsi ilə bağlı mənəvi istirabların çəkməsi öz təsdiqini tapmamışdır. Belə ki, iddia tələbini predmeti Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 150 metr asfalt örtüyünün dağıtılması ilə əlaqədar olmuşdur. Hesab olunur ki, iddiaçı tərəfindən qaldırılmış hazır ki, iddia tələbi üzrə subyektiv hüquq iddiaçıya deyil yolun balansaxlayıcısına məxsusdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə qeyd olunan kompensasiya tələbi isə iddiaçıya vurulmuş ziyandan irəli gəlməlidir. Başqa sözlə desək, inzibati orqandan kompensasiya tələbi o halda tələb edilə bilər ki, inzibati orqanının şəxsə əmlak ilə bağlı vurduğu maddi ziyan mövcud olmuş olsun. Ona görədə məhkəmə iddiaçıya hüquqi yardımın göstərilərək, iddia tələbinin maddi və mənəvi zərər tələbindən kompensasiya tələbinə dəyişdirilməsinə lüzum bilmədi. Mənəvi zərərin şəxsin qeyri-əmlak hüquqlarından irəli gələ biləcəyini nəzərə alınaraq, iddiaçının mənəvi zərərlə bağlı mülki mübahisə qaydasında Sumqayıt Şəhər Məhkəməsində Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia qaldırmaq hüququnun olması diqqətinə çatdırılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıy Şəhər İcra Hakimiyyətinə qarşı “maddi və mənəvi tələbə görə 60.000 manat pulun cavabdeh təşkilatdan tutulması tələbinə” dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-662/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-662/2021
22.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver