Məhkəmə qərarları › İş №2-1(118)-663/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-663/2020

12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-663/2020 12.02.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X1rşı “onun adına verilmiş JN-5066A, kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi kimi daşınmaz əmlakın dövlət reyestrinin elektron baza xəritəsinə işlənilməsinin və qeydiyyata alınmasının vəzifə kimi cavabdehin üzərinə qoyulması”-na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X1rşı onun adına verilmiş JN-5066A, kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməni Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi kimi daşınmaz əmlakın dövlət reyestrinin elektron baza xəritəsinə işlənilməsinin və qeydiyyata alınmasının vəzifə kimi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı onun adına verilmiş JN-5066A, kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməni Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hüquqi varisi kimi daşınmaz əmlakın dövlət reyestrinin elektron baza xəritəsinə işlənilməsi və qeydiyyata alınmasının vəzifə kimi cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş edir. Lakin, o, cavabdeh inzibati orqana Quba şəhəri ərazisində yerləşən 0.06 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X2 2018-ci il tarixində müraciət etsə də, onun adına verilmiş JN-5066A, kod 30301004 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin daşınmaz əmlakın dövlət reyestrinin elektron baza xəritəsinə işlənilməsi və qeydiyyata alınmasına dair inzibati orqana müraciətinə dair hərhansı sübut iş materiallarına əlavə olunmamışdır. Məhkəmə qeyd edir ki, qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Hazırki iddia da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə daxildir ki,həmin növ iddia ilə də məhkəmədə iddia qaldırılması üçün İnzibati Prosessual Məcəllədə müəyyən müddət müəyyən olunmuşdur. Belə ki, həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin hazırki işdə iddiaçının cavabdeh orqana müraciət etmədən cavabdehə qarşı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçıya izah olunsun ki, inzibati məhkəmə icraat qaydasında məcburetmə haqqında iddialara baxılması üçün səlahiyyətli inzibati orqana istədiyi inzibati aktın qəbul edilməsi üçün həmin aktın qəbul edilməsini istəyən şəxs tərəfindən qanunda nəzərdə tutulmuş formada müraciət edilməlidir. İnzibati orqan istənilən inzibati aktı qəbul etməkdən imtina edərsə 30 gün müddətində, hərəkətsizlik etdiyi halda isə müraciətdən 35 gün sonra məcburetmə haqqında iddia qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar