Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-666/2020 11.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştrakı ilə, İddiaçı Gülbala oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Siyəzən rayon Şöbəsinə qarşı “ona güzəştli şərtlərlə 2010-cu il tarixdən, 55 yaşdan hesablanmasına və Qanunun 37-ci maddəsinin 7ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğininmüddətindən asılı olmayaraq xx.xx.2006-cı ildən xx.xx.2010-cu il tarixinədək qüvvədə olmuş qanunla əmək haqqından hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Gülbala oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Siyəzən rayon Şöbəsinə qarşı “ona güzəştli şərtlərlə 2010-cu il tarixdən, 55 yaşdan hesablanmasına və Qanunun 37-ci maddəsinin 7ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin müddətindən asılı olmayaraq xx.xx.2006-cı ildən xx.xx.2010-cu il tarixinədək qüvvədə olmuş qanunla əmək haqqından hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-88/2019 saylı xx.xx.2019-cu il tarixli qərarına əsasən iddiaçının iddia tələbi təmin edilmişdir. Qeyd olunan qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmişdir. Qeyd olunan qərarın ləğv edilməsinə səbəb kimi birinci instansiya məhkəməsinin mübahisə ilə bağlı düzgün qərar qəbul edilməməsi göstərilmiş, işə yenidən baxılması və müvafiq qərar qəbul edilməsi üçün Sumqayıt İnzibati Məhkəməsinə geri göndərmişdir. Sumqayıt İnzibati Məhkəməsində iddia tələbinə yenidən baxılarkən müəyyən edilmişdir ki, iddiaçı müxtəlif illərdə X5 İdarəsində bir sıra vəzifələrdə (qazmaçı, çilingər və s) çalışmışdır. Nəzərə alınmalıdır ki, İddiaçı Gülbala oğlu 21 avqust 2012-ci ildən etibarən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilmiş, ancaq iddiaçı bununla razılaşmayaraq güzəştli şərtlərlə 55 yaşının tamam olduğu 2010-cu ildən hesablanaraq qalıq pensiya məbləğinin verilməsini xahiş etmişdir. Məhkəmədə cavabdehin nümayəndəsi X2 qeyd olunan iddia tələbinəAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsində baxılmalıdır. Belə ki, iddiaçının tələbi güşəştli şərtlərlə pensiyanın yenidən hesablanması ilə bağlıdır. Məhkəmə hesab edir ki, İddiaçı Gülbala oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Siyəzən rayon Şöbəsinə qarşı “ona güzəştli şərtlərlə 2010-cu il tarixdən, 55 yaşdan hesablanmasına və Qanunun 37-ci maddəsinin 7-ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğinin müddətindən asılı olmayaraq xx.xx.2006-cı ildən xx.xx.2010-cu il tarixinədək qüvvədə olmuş qanunla əmək haqqından hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun xx xxxxx 2019-cu il tarixli, **********7 saylı əmrinin 1-ci bəndində qeyd olunub ki, 2019-cu il 10 may tarixindən etibarən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsi tərəfındən aparılması ilə əlaqədar Fondun rayon (şəhər) şöbələri tərəfindən belə təyinatların həyata keçirilməsi həmin tarixdən dayandırılmışdır. Hazırki işin hallarından görünür ki, iddiaçı güzəştli şərtlərlə ona pensiya təyin olunmasını xahiş etmiş və tələbini Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə yönəltmişdir. Lakin istinad olunan əmrdən görünür ki, qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 20-ci maddələrinə əsasən pensiya hüququ qazanmış şəxslərə pensiya təyinatlarının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsi tərəfindən aparılması qərara alınmışdır. Belə olan halda iddiaçı iddia tələbində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsini cavabdeh qismində qoymalıdır. İddiaçıya tövsiyyə olunur ki, güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı ilk öncə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X3 İdarəsinə müraciət etsin, iddiaçının tələbi inzibati orqan tərəfindən təmin olunmadığı tədqirdə aidiyyatı üzrə inzibati orqanın yerləşdiyi yerin inzibati məhkəməsinə müraciət etsin. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Gülbala oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Siyəzən rayon Şöbəsinə qarşı “ona güzəştli şərtlərlə 2010-cu il tarixdən, 55 yaşdan hesablanmasına və Qanunun 37-ci maddəsinin 7ci bəndinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləğininmüddətindən asılı olmayaraq xx.xx.2006-cı ildən xx.xx.2010-cu il tarixinədək qüvvədə olmuş qanunla əmək haqqından hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə barədə iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-666/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-666/2020
11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver