Məhkəmə qərarları › İş №2-1(118)-666/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-666/2021

12.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-666/2021 12.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı qızının iştirakı ilə, İddiaçı cavabdeh Abşeron Rayon Polis İdarəsinə qarşı “üçüncü şəxs - X4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsində yerləşən 20 A saylı fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX-in Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı xx.xx.2014-cü il tarixli Çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsində yerləşən 20 A saylı fərdi yaşayış evi üzrə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində iddiaçı- İddiaçı qızının mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Hazırda sözügedən evdə o, ailə üzvləri və üçüncü şəxs-X6 pasport qeydiyyatında olsalar da, faktiki 3-cü şəxs həmin mənzildə yaşamır, yəni onun mənzildə pasport qeydiyyatı formal xarakter daşıyır.Belə ki, Bahar Rüstəmova sosila evlə təmin olunub və hal hazırda həmin evdə yaşayır. Məlumat üçün bildirilmişdir ki, üçüncü şəxs-X6 ilə iddiaçının oğlu-X9 arasında nikah münasibətləri xx.xx.2014-cü ildə 2 saylı Bakı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmiş və bu əsasdan iddiaçı onu mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsində yerləşən 20 A saylı fərdi yaşayış evinə pasport qeydiyyatına salmışdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikah münasibətlərinə xitam verilmişdir. Bildirdi ki, üçüncü şəxs-X6 “nikahın pozulması və aliment tələbinə dair” iddia ərizəsi ilə Abşeron rayon məhkəməsinə müraciət etmiş və onun iddia tələbinin təmin edilməsi barədə 2(012)-221/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamə qəbul etmişdir. Yuxarıda qeyd edilən faktları nəzərə alaraq, üçüncü şəxs- X4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsində yerləşən 20 A saylı fərdi yaşayış evi pasport qeydiyyatından çıxarılması ilə bağlı xx.xx.2020-ci il tarixli ərizə ilə Abşeron RPİ-ə müraciət etmiş, lakin həmin müraciətin idarəyə xx.xx.2020-ci ildə daxil olmasına baxmayaraq, iddiaçıya müsbət bir cavabb verilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən İddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. 3-cü şəxs X7 pasport qeydiyyatında olan ünvana məhkəmə bildirişinin göndərilməsinə və adında olan (050) ***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılmasına baxmayaraq, üçüncü şəxs məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmiş və müvafiq evdən qeydiyyatdan çıxarılmasına etirazının olmadığını bildirmişdir. Ona görədə məhkəmə iclasının üçüncü şəxsin iştirakı olmadan baxılmasını məhkəmə mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(012)-221/2020 saylı qətnaməsinin surəti, Daşınmaz Əmlakın Dövlət Reyester Xidməti tərəfindən verilmiş RX ******* seriyalı xx.xx.2014-cü il tarixli Çıxarışın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 221/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən X9 ilə X6 arasında nikaha xitam verilmişdir. Nəzərə alınmalıdır ki, X3 gedən fərdi yaşayış evində pasport qeydiyyatına düşməsi onun həmin evdə istifadə hüququnun yaranmasına əsas ola bilməz. Qeyd olunan fərdi yaşayış evi X1 əri olan X5 mülkiyyətində olduğu tədqirdə Bahar Rüstəmovanın həmin mənzildə istifadə hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaranmış olardı. X12 pasport qeydiyyatına düşdüyü mənzil keçmiş ərinin deyil, qaynanası İddiaçı mülkiyyətində olduğuna görə onun həmin mənzilə istifadə hüququ Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İşin araşdırılan hallarından məlum olmuşdur ki, istifadə hüququnun yaranması üçün tələb edilən razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmamışdır. Ona görədə məhkəmə hesab edir ki, Bahar Rüstəmovanın mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalması yolverilməzdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsində yerləşən 20 A saylı fərdi yaşayış evi üzərində hər hansı hüquqa malik olmadığı tədqirdə İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X4 İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsində yerləşən 20 A saylı fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Abşeron Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar