Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-666/2024 17.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin qeydiyyata alınması və çıxarış verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 17 may 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası Abşeron rayonu X32 28 iyun 2007-ci il tarixli, 12 nömrəli qərarından görünür ki, Abşeron rayonu Qobu bələdiyyəsi perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında vətəndaş İddiaçı fərdi mənzil tikmək məqsədilə 0,0.765 ha torpaq sahəsinin satılması barədə X26 Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması, vətəndaş İddiaçı perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədi ilə torpaq sahəsinin satılması qərara alınmışdır.
2. 12 mart 2008-ci il tarixli, 42 nömrəli qəbzdən görünür ki, İddiaçı Qobu bələdiyyəsinə 800 manat ödəmişdir.
3. 30 dekabr 2013-cü il tarixli, 2213/13 nömrəli “Torpaqların alqı-satqısına dair akt”dan görünür ki, 28 iyun 2007-ci il tarixli qərara (§1) əsasən İddiaçı 0,0.765 ha torpaq sahəsinin satılmasının müqabilində onun tərəfindən Qobu bələdiyyəsinin Abşeron filialındakı xüsusi hesabına 800 manat haqq ödənilməsi həvalə edilmişdir. Həmin akt Abşeron rayonu Qobu bələdiyyəsinin sədri X14, torpaq alan İddiaçı və X26 Komitəsinin rayon şöbə müdiri X9 iştirakları ilə tərtib edilərək imza və möhürlə təsdiq edilmişdir.
4. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin 30 dekabr 2013-cü il tarixli, 2242 nömrəli rəyindən görünür ki, Qobu bələdiyyəsinin 28 iyun 2007-ci il tarixli, 12 saylı qərarı ilə İddiaçı 765 kv.m olmaqla fərdi ev tikmək məqsədilə satılmış torpaq sahəsi qanunamüvafiqdir və DT və XK-nın Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verməsinə etiraz etməmişdir.
5. 11 aprel 2014-cü il tarixli Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışda (miqyas 1:10.000) olan məlumatlardan görünür ki, 0,0.765 ha torpaq sahəsi, döngə nöqtələri, koordinatları, nöqtələr arasında məsafə, torpaq sahəsinin qonşu sərhədləri müəyyən edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin X5 gödərilmiş 27 mart 2023-cü il tarixli, 3- 21-3-32/2-F0010-8/2023 nömrəli məktubundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından aşağıda göstərilən əsaslara görə imtina edilmişdir: - aparılan araşdırma zamanı Qobu bələdiyyəsi tərəfindən vətəndaşa 0,0.765 ha torpaq sahəsinin 28 iyun 2007-ci il tarixli, 12 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 30 dekabr 2013-cü il tarixdə verilməklə qanunamüvafiq qaydada tərtib və təsdiq olunmadığı, həmçinin arxiv arayışının müraciətə əlavə olunmadığı aşkar edilmişdir. - müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi müəyyən edilmişdir; - sözügedən torpaq sahəsinin bir hissəsinin başqa şəxslərin mülkiyyətində olan sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşür; - təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid olması aşkar edilmişdir.
Cavabdeh tərəfindən etiraza qoşma şəklində əlavə edilmiş və məhkəmə sorğusu əsasında təqdim edilmiş və məhkəmə baxışında tədqiq edilmiş sənədlər:
6. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsi tərəfindən verilmiş 20 iyul 2007-ci il tarixli rəydən görünür ki, Qobu bələdiyəsinin perspektiv inkişaf fondundan: ... X11, ... 0,08 ha olmaqla Qobu qəsəbəsi ərazisində fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılması haqqında məktubunuza baxılmışdır. Həmin torpaq sahələri bələdiyyənin alqı-satqı predmeti olmasını nəzərə alaraq yuxarıda adları göstərilən vətəndaşlara satılmasına DTXKnın Abşeron rayon şöbəsi aşağıdakı şərtlərlə etiraz etmir: 1. veriləcək sahələrdə yeraltı və yerüstü kommunikasiya - qaz, su, neft və kabel elektrik, telefon xətlərinin mühafizə zonasında yerləşmədiyi müəyyən edildikdən sonra ayrılsın; 2. torpaqda tikinti işləri aparılması nəzərdə tutulursa, tikinti işlərindən əvvəl tikintinin layihəsi tərtib edilsin və Memarlıq Xidmətində təsdiq edilsin, tikintiyə başlamaq üçün icazə alınsın.
7. Abşeron rayonu X32 1 avqust 2007-ci il tarixli, 17 saylı qərarından görünür ki, Abşeron rayonu Qobu qəsəbəsinin bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti torpaq sahəsindən alqı-satqı qaydasında X6 fərdi mənzil tikintisi məqsədilə 0,08 ha torpaq satılması barədə Torpaq şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınaraq, torpaqda tikinti işlərinin aparılması nəzərdə tutularsa, tikinti işlərindən əvvəl tikintinin layihəsinin tərtib edilməsi və Memarlıq Xidmətində təsdiq edilməsi, tikintiyə başlamaq üçün memarlıq xidmətindən icazə alınması; Qobu bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədilə 0,08 ha torpaq sahəsinin satılması qərara alınmışdır (1, 2-ci bəndlər).
8. 1 avqust 2007-ci il tarixli Aktdan görünür ki, Abşeron rayonu Qobu bələdiyyəsinin nümayəndələri: üzv Ə.N.Əmiraslanov torpaq şöbəsi S.B.Rəcəbəliyev Qobu bələdiyyəsinin 17 saylı, 1 avqust 2007-ci il tarixli qərarına əsasən aşağıda adları göstərilmiş 0,08 ha torpaq sahəsini yerində ölçüb ayırmış, bütün sərhəd dönüşlərində naturada qeyd olunmuş daimi nişangahlar qoymuş və vətəndaş X6 yerində təhvil verilmişdir. Digər tərəfdən, Abşeron rayonu Qobu bələdiyyəsinin ərazisində fərdi yaşayış evi tikintisi məqsədi ilə layihələndirilməsi üçün 0,08 ha 1726 saylı torpaq sahəsini vətəndaş X11 cizgidə olduğu kimi qəbul etmişdir.
9. Abşeron rayon şöbəsində 11 iyul 2014-cü il tarixdə 948/14 nömrə ilə qeydə alınmış “Torpaqların alqı-satqısına dair” Aktından görünür ki, bu akta görə Abşeron ray. Qobu qəs. ünvanında yaşayan X23 (AZE 14900942, Abşeron tərəfindən) rayon şəhər bələdiyyə orqanına 2006-cı il tarixdə torpaq sahəsi almaq barədə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Abşeron rayonu Qobu bələdiyyəsi ərazisindən 0,08 ha torpaq sahəsinin satılması 1 avqust 2007-ci il tarixli, 17 saylı qərarla qəbul edilmişdir. Bunun müqabilində X23 tərəfindən Qobu bələdiyyəsinin Abşeron rayon filialındakı xüsusi hesabına 300 haqq ödənilməsi vətəndaşa həvalə edilmişdir. Bu akt Abşeron rayonu Qobu bələdiyyəsinin sədri X14, torpaq alan N,Səmədova, DT və XK rayon şöbə müdiri X9 iştirakı ilə tərtib edilmiş, imza və möhürlə təsdiq edilmişdir.
10. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsi tərəfindən verilmiş 11 iyul 2014-cü il tarixli rəydən görünür ki, Qobu bələdiyyəsinin 1 avqust 2007-ci il tarixli, 17 saylı qərarı ilə X15 800 kv.m olmaqla fərdi ev tikmək məqsədilə satılmış torpaq sahəsi qanunamüvafiqdir və DT və XK-nın Abşeron rayonu şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verməsinə etiraz etmir.
11. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, X15 Abşeron rayonu Qobu bələdiyyəsinin 1 avqust 2007-ci il tarixli, 17 nömrəli qərarı ilə 763 kv.m fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X37 kitabında 26 avqust 2014-cü il tarixdə A №512602, 24537 nömrə ilə uçota alınmışdır.
12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 3 sentyabr 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ünvanda yerləşən, əmlakın reyestr nömrəsi **********09 olan 0,0763 ha torpaq sahəsi X12 xüsusi mülkiyyətindədir.
13. AN-İ seriyalı ******* saylı, 15 oktyabr 2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı X23 ilə alıcı X28 arasında Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən tam mülkiyyət üzrə ona məxsus ümumi sahəsi 0.0763 ha torpaq sahəsinin 0.02 ha hissəsinə dair müqavilə imzalanmışdır (müqavilənin 2 və 4-cü bəndləri).
14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 21 oktyabr 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ünvanda yerləşən, əmlakın reyestr nömrəsi **********12 olan 0,02 ha olan torpaq sahəsi X20 xüsusi mülkiyyətindədir.
15. AN-İ seriyalı ******* saylı “Daşınmaz əmlakln alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı X28 ilə alıcı X16 arasında Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus ümumi sahəsi 0.02 ha hissəsinə dair müqavilə imzalanmışdır. Müqavilənin: - 3-cü bəndinə görə, real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 10 mart 2017-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlanarkən daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır; - 4-cü bəndinə görə, alıcı X3 X2 hissəni (0,02 ha) ondan 2.000 manat qitmətinə aldı; - 8-ci bəndinə görə, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür; - 13-cü bəndinə görə, müqavilə notariat qaydasında təsdiq olunduğu zaman qeydiyyatda heç kim yoxdur; - 17-ci bəndinə görə, bu müqavilə bağlandığı andan qüvvəyə minir və müddəaları tərəflər üçün məcburi olur.
16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, 6 aprel 2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ünvanda yerləşən, əmlakın reyestr nömrəsi **********12 olan 0,02 ha torpaq sahəsi X7 xüsusi mülkiyyətindədir.
17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən X7 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin 28 mart 2017-ci il tarixli, A seriyalı, 150310 nömrəli planı və ölçüsü (miqyas 1:10.000) verilmişdir, döngə nöqtələri, koordinatları və s. müəyyən edilmişdir.
18. AN-İ seriyalı ******* saylı, 15 oktyabr 2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcı X23 ilə alıcı X18 arasında Abşeron rayonu, Qobu qəsəbəsi ünvanında yerləşən tam mülkiyyət üzrə ona məxsus ümumi sahəsi 0.0763 ha torpaq sahəsinin 0.02 ha hissəsinə dair müqavilə imzalanmışdır (müqavilənin 2 və 4-cü bəndləri).
19. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 21 oktyabr 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ünvanda yerləşən, əmlakın reyestr nömrəsi **********15 olan 0,02 ha torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “yaşayış məntəqələrinin torpaqları – həyətyanı torpaq sahəsi” X8 xüsusi mülkiyyətindədir.
20. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 11 noyabr 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi ünvanda yerləşən, əmlakın reyestr nömrəsi **********15 olan 0,02 ha torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) “yaşayış məntəqələrinin torpaqları” torpaq sahəsi X21 xüsusi mülkiyyətindədir.
21. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X21 xüsusi mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,02 ha torpaq sahəsinin 23 iyun 2021-ci il tarixli, AA seriyalı, 625737 nömrəli planı və ölçüsü (miqyas 1:10.000) verilmişdir, döngə nöqtələri, koordinatları, nöqtələr arasında məsafə və s. müəyyən edilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri
22. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh” və ya “cavabdeh orqan”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən ona məxsus 28 iyun 2007-ci il tarixli Abşeron rayonu Qobu bələdiyyəsinin 12 nömrəli qərarı ilə ayrılmış 0.0765 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
23. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı torpaq sahəsi almaq məqsədi ilə Abşeron Rayonu Qobu bələdiyyəsinə müraciət etmiş, Bələdiyyə Şurasının 28 iyun 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə ona alqı-satqı predmeti olan 0,0.765 ha torpaq sahəsi fərdi mənzil tikintisi məqsədi ilə satılmışdır. 30 dekabr 2013cü ildə Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı qaydasına əlavə” “Torpaqların alqısatqısına dair” akt ona təqdim edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin 30 dekabr 2013-cü il, 2242 nömrəli rəyi ilə DT və XK-nın Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair sənəd verilməsinə heç bir etiraz etmədiyini bildirmişdir. Lazım olan hüquqmüəyyənedici sənədlər - bələdiyyənin qərarı və onun əsasında tərtib edilmiş akt, torpaq sahəsinin plan və ölçüsü, rəy cavabdehə təqdim edilmişdir (§1-4). Göstərilənlər əsasında hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
24. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26, 28, 29, 60, 71, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 73.2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 139.1, 152.1, 154.1, 157.1, 157.8, 240.1, 240.2-ci maddələrinə, İnsan Hüquqlarının və X13 haqqında Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, “Mellaxez və digərləri Avstriyaya qarşı iş üzrə Avropa Məhkəməsinin qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.2, 14.3, 16.1, 33.1, 33.2, 38.2, 68.2, 70.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 4.1-ci maddələrinə istinad olunmuşdur.
25. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
26. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş, o cümlədən müvafiq qurumlara mübahisə predmetinə dair sorğular göndərilmiş, mütəxəssis rəyi alınmışdır.
27. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, Abşeron rayon Qobu bələdiyyəsinin 28 iyul 2007-ci il tarixli qərarına əsasən ona ayrılmış 0, 0.765 ha torpaq sahəsinin mütəxəssis rəyinə əsasən 0.0133 ha və 0.0131 ha hissəsi qonşu torpaq sahəsi ilə üst-üstə düşdüyündən, yerdə qalan 0,501 ha torpaq sahəsinə mülkiyyət hüququna dair tələbinin təmin edilməsini xahiş etmişdir. Ərizə 17 may 2024-cü il tarixli protokol qərardadla icraata qəbul edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri
28. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda torpaq sahəsinin satışının qanunla müəyyən edilmiş qaydada həyata keçirilməməsinə istinad edilərək, iş üzrə imtinanın (§ 5) qanuni hesab edilməsi və iddianın mümkün sayılmaması xahiş edilmişdir.
29. Etirazın dəlilləri kimi qeyd olunmuşdur: - Qobu bələdiyyəsi tərəfindən vətəndaşa 0.0765 ha torpaq sahəsinin 28 iyun 2007-ci il tarixdə ayrılmasına baxmayaraq, alqı-satqı aktının və ləğv edilmiş DT və XK- nın Abşeron rayon şöbəsinin rəyinin 30 dekabr 2013-cü il tarixdə verilmişdir; - müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin ərizəyə əlavə edilməmişdir; - baxış keçirilmiş ərazidə yerləşən faktiki torpaq sahəsinin başqa mülkiyyətçilərə (X16) **********12 və (X18) **********15 reyestr nömrəli çıxarışlarla məxsus olan torpaq sahələri ilə üst-üstə düşür; - iddiaçı tərəfindən İPM-in 38-ci maddəsinin tələblərinə riayət edilmədiyi müəyyən olunmuşdur. Məcəllənin 38-ci maddəsinə müvafiq olaraq, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Belə ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 25 oktyabr 2019-cu il tarixli müraciətinə imtina xx.xx.2019-cu il tarixində verilmişdir.
30. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra - “TM”) 67-68, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9,11.1, 15, 23-cü maddələrinə, Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndi (4-cü cümləsi), 18-19, 21-22-ci bəndləri, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na Əlavəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
31. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında təmsil olunmamışdırlar.
32. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
33. Məhkəmənin 6 may 2023-cü il tarixli iclasında iştirak etmiş cavabdeh orqanın səlahiyyətli nümayəndəsi X22 etirazı müdafiə etmiş və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...
42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
35. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
36. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, o cümlədən yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
37. Bundan əlavə, tərəflər öz ərizə və etirazlarını (müvafiq sübutlar qoşma şəklində əlavə edilmişdir) yazılı qaydada məhkəməyə təqdim etməklə də mübahisəyə dair öz mövqelərini bildirmişdirlər.
38. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə iddiaçı və cavabdeh tərəfin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
39. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
40. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
41. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
42. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
43. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
44. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalar nəzərdə tutulmuşdur:
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...
45. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
“Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.”
“Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. ...”
“Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...”
“Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9- 1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 10.3. Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Ərizəni verən şəxslər öz şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər (ərizənin notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə verildiyi hallar istisna olmaqla). 10.3-1. Hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların X19 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların X19 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 10.4. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
“Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...”
46. TM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
“ Maddə 5 5 . Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; ...”
“Maddə 6 6 . Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
“Maddə 6 7 . Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. ...”
“Maddə 6 8 . Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
47. MM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
“Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. ...”
“Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar
139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...”
48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
49. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”
“Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.”
“Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; ...”
“Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ...”
50. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”
“Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”
c) Məhkəmənin mövqeyi
51. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir.
52. İddiaçı tərəfin əsaslarına görə, lazım olan hüquqmüəyyənedici sənədlər bələdiyyənin qərarı və onun əsasında tərtib edilmiş akt, torpaq sahəsinin plan və ölçüsü, rəy cavabdehə təqdim edildiyi üçün, sonuncunun imtinası əsassız olmuşdur (§ 1-5, 23).
53. Cavabdeh orqan isə etirazında aşağıdakı dəlillərə istinad etmişdir (§ 28- 30): 53.1. Qobu bələdiyyəsi tərəfindən vətəndaşa 0.0765 ha torpaq sahasinin 28 iyun 2007-ci il tarixdə ayrılmasına baxmayaraq, alqı-satqı aktının və ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 30 dekabr 2013-cü il tarixdə verilmişdir; 53.2. müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyi ərizəyə əlavə edilməmişdir; 53.3. baxış keçirilmiş ərazidə yerləşən faktiki torpaq sahəsinin başqa mülkiyyətçilərə (X16) **********12 və (X18) **********15 reyestr nömrəli çıxarışlarla məxsus olan torpaq sahələri ilə üst-üstə düşür; 53.4. İPM-in 38-ci maddəsinə müvafiq olaraq, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçının 25 oktyabr 2019-cu il tarixli müraciətinə imtina 15 noyabr 2019-cu il tarixində verilmişdir.
54. Etirazda qeyd olunan birinci dəlil ilə bağlı - Qobu bələdiyyəsi tərəfindən vətəndaşa torpaq sahasinin 28 iyun 2007-ci il tarixdə ayrılmasına baxmayaraq, alqısatqı aktının və ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 30 dekabr 2013-cü il tarixdə verilməsinin hansıəsasla imtina üçün səbəb olduğu etirazda Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndi (4-cü cümləsi), 18-19, 21-22-ci bəndlərinə istinad edilməklə əsaslandırılmışdır.
55. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin istinad olunan (§ 54) normaların məzmunundan aydın olur ki; - torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir; - müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir; - ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; - bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir.
56. İş materialında olan sənədlərdən müəyyən olunur ki, Abşeron rayonu X32 28 iyun 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə Abşeron rayonu Qobu bələdiyyəsi perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında iddiaçıya fərdi mənzil tikmək məqsədilə 0,0.765 ha torpaq sahəsinin satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması, ona perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədi ilə torpaq sahəsinin satılması qərara alınmışdır. 30 dekabr 2013-cü il tarixli, 2213/13 nömrəli “Torpaqların alqı-satqısına dair akt”dan görünür ki, 28 iyun 2007-ci il tarixli qərara (§1) əsasən İddiaçı 0,0.765 ha torpaq sahəsinin satılmasının müqabilində onun tərəfindən Qobu bələdiyyəsinin Abşeron filialındakı xüsusi hesabına 800 manat haqq ödənilməsi həvalə edilmişdir və iddiaçı Qobu bələdiyyəsinə 800 manat ödəmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin 30 dekabr 2013-cü il tarixli, 2242 nömrəli rəyindən görünür ki, Qobu bələdiyyəsinin 28 iyun 2007-ci il tarixli, 12 saylı qərarı ilə iddiaçıya 765 kv.m olmaqla fərdi ev tikmək məqsədilə satılmış torpaq sahəsi qanunamüvafiqdir və DT və XK-nın Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verməsinə etiraz etməmişdir. 11 aprel 2014-cü il tarixli Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışda (miqyas 1:10.000) olan məlumatlardan görünür ki, 0,0.765 ha torpaq sahəsi, döngə nöqtələri, koordinatları, nöqtələr arasında məsafə, torpaq sahəsinin qonşu sərhədləri müəyyən edilmişdir.
57. Məhkəmə etirazın dəlilinə münasibədə Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir.
58. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, § 49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.”
59. Etirazda qeyd olunan ikinci dəlil ilə bağlı məhkəmə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsinin tələbini əsas götürərək qeyd edir ki, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağan olduğundan, bu dəlil imtina üçün əsas ola bilməz.
60. Etirazın üçüncü dəlili ərazidə yerləşən faktiki torpaq sahəsinin başqa mülkiyyətçilərə - X16 və X10 məxsus olan torpaq sahələri ilə üst-üstə düşməsi ilə bağlıdır.
61. Sumqayıt İnzibati Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli, 2-1(118)- 3424/2023 saylı qərardadı ilə hazırki iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış, mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə (müvafiq səlahiyyətli qurumuna) tapşırılmış, mütəxəssis qaşısında aşağıdakı suallar qoyulmuşdur: - iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları nədir? (sxematik xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin.) - iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları Abşeron rayon Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışa uyğundurmu? Uyğun deyilsə, hansı hissələrdə uyğun deyil? (sxematik xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin.) - iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən digər şəxslərin istifadəsinə olan torpaq sahələri ilə üst-üstə düşürmü? Düşürsə, hansı hissədə və kimlərlə üst-üstə düşür? (müvafiq xəritə və ortofoto görüntülər məhkəməyə təqdim edilsin.) - iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin təyinatı, kateqoriyası, uqodiyası nədən ibarətdir?
62. Təqdim olunmuş “Mütəxəssis rəyi”nə görə araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edilmişdir:
1. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin (1 tərəfi daş hasar digər tərəfləri şərti) koordinatları sxemdə göstərilmişdir.
2. Abşeron rayon Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır, lakin vətəndaşın faktiki istifadəsində olan torpaq sahəsinin (1 tərəfi daş hasar digər tərəfləri şərti) koordinatları ilə Abşeron rayon Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar ilə üst-üstə düşən hissəsi 0.0741 ha təşkil edir. 3 Elektron məlumat bazasına əsasən Abşeron rayon Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar ilə **********12 reyestr nömrəli çıxarışla X1 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üstüstə düşən hissəsi 0.0133 ha, **********15 reyestr nömrəli çıxarışla X4 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0131 ha təşkil edir.
3. Elektron məlumat bazasına əsasən Abşeron rayon Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi kateqoriyası yaşayış məntəqələri təyinatlı (KPİ) torpaqlara aiddir.
63. Beləliklə, təqdim edilmiş mütəxəssis rəyindən aydın olur ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə Abşeron rayon Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar ilə üst-üstə düşən hissəsi 0.0741 ha təşkil edir. 0.0741 ha torpaq sahəsinin də elektron məlumat bazasına əsasən Abşeron rayon Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar ilə **********12 reyestr nömrəli çıxarışla S.Mirzəyevin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0133 ha, **********15 reyestr nömrəli çıxarışla E.Vəliyevanın sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0131 ha təşkil edir.
64. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
65. MPM-in 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 97.1-ci bəndinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
66. Normaların məzmunundan aydın olur ki, “xüsusi bilik tələb olunan sualları” izah etmək üçün, məhkəmə tərəfindən işə mütəxəssis cəlb edilə və ekspert qarşısına müvafiq sual qoyula bilər. Buradan belə bir nəticəyə gəlmək olar ki, sadə, xüsusi bilik, bacarıq tələb etməyən, mürəkkəb düsturlara və ya hesablamalara ehtiyac olmayan hallarda isə işə baxan hakimin özü də müvafiq məsələyə aydınlıq gətirə bilər.
67. Bu baxımdan məhkəmə hesab edir ki, mütəxəssis rəyində birbaşa göstərilməsə də, 0,0477 ha (0,0.741 ha - (0,0.133 ha + 0,0.131 ha) = 0,0477 ha) torpaq sahəsi ilə bağlı üst-üstə düşmə halının mövcud olmaması mübahisəsizdir.
68. Bu barədə iddiaçı təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə bildirmişdir ki, Abşeron rayon Qobu bələdiyyəsinin 28 iyul 2007-ci il tarixli qərarına əsasən ona ayrılmış torpaq sahəsinin mütəxəssis rəyinə əsasən 0.0133 ha və 0.0131 ha hissəsi qonşu torpaq sahəsi ilə üst-üstə düşdüyündən, yerdə qalan 0,501 ha torpaq sahəsinə mülkiyyət hüququna dair tələbinin təmin edilməsini xahiş edir.
69. Göründüyü kimi ərizədə iddiaçı Abşeron rayon Qobu bələdiyyəsinin 28 iyul 2007-ci il tarixli qərarına əsasən ona ayrılmış torpaq sahəsinin mütəxəssis rəyinə əsasən 0.0133 ha və 0.0131 ha hissəsi qonşu torpaq sahəsi ilə üst-üstə düşdüyündən, həmin torpaq sahələrinə münasibətdə iddia tələbinə dəqiqləşmə vermişdir.
70. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 2022-ci il 17 fevral tarixli, 01/2022 saylı qərardadına əsasən; “...
25. Üçüncü şəxslərə icraatda iştirak imkanlarının yaradılması həm də onların mümkün maraqlarına ədalətli münasibət göstərilməsi ilə bağlıdır və mübahisənin tərəfi (iddiaçı və ya cavabdeh) olmayan şəxslərin hüquqlarının müdafiəsi məqsədinə yönəlir. Bununla da onlar icraatda tərəf statusu əldə etməsələr belə, öz mənafelərini məhkəmə qarşısında bəyan etmək və qərarın qəbulu prosesində öz maraqlarını təmsil etmək imkanı qazanırlar. Belə qoşulma, həm də işin faktiki hallarının tam və hərtərəfli araşdırılmasına töhfə verir, obyektiv və qanuni qərarın qəbul edilməsinə xidmət edir. Üçüncü şəxs özünə bəlli olan halları məhkəməyə bildirməklə, eləcə də tərəflərin istinad etmədiyi yeni baxışlar və dəlillər ortaya qoymaqla mübahisə predmeti ilə bağlı işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi işinə yardım etmiş olur. Beləliklə, həm mübahisədə iştirak edən tərəflərin və üçüncü şəxslərin maraqlarının balanslaşdırılmış müdafiəsi təmin edilmiş olur, həm də inzibati prosesdə tətbiq olunan inkvizisiya prinsipinə uyğun olaraq işin hallarının tam və obyektiv müəyyənləşdirilməsi mümkün olur. ...
27. İnzibati məhkəmə icraatında üçüncü şəxslərin iştirakı qəbul edilən məhkəmə qərarının qüvvəsinin onlara da şamil edilməsi ilə bağlı hüquqi nəticə yaradır. Belə ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquq varisləri üçün məcburidir. Qanunverici üçüncü şəxslərin icraata cəlb edilməsi vasitəsilə növbəti hüquqi mübahisələrin və ziddiyyətli məhkəmə qərarlarının qəbul olunmasının qarşısını almaq məqsədi də güdür. Mübahisəyə baxılması nəticəsində qəbul edilmiş məhkəmə qərarının qanuni qüvvəsi sözügedən prosesin bütün iştirakçılarına, o cümlədən icraatda iştirak etmiş üçüncü şəxslərə şamil edilir. Beləliklə, qəbul edilmiş həmin vahid qərar yeni məhkəmə çəkişmələrinin yaranmasının qarşısını alır, münasibətlərin davamlı mübahisə predmetinə çevrilməsini önləyir, prossesual qənaət prinsipinə uyğun olaraq icraat iştirakçılarını əlavə zaman itkisindən və xərclərlə bağlı məsrəflər çəkilməsindən qoruyur. ...
39. Beləliklə, icraatda tətbiq edilən və ya edilməli olan maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyini müdafiə edirsə, bu zaman, həmin icraatın nəticəsində qəbul ediləcək qərar onun maraqlarına toxunma halını yaradacaqdır. Ona görə də, maraqlara toxunma halının mövcudluğunu müəyyənləşdirmək üçün mübahisənin həlli ilə əlaqədar tətbiq edilməli olan maddi hüquq normalarının hər hansı birinin üçüncü şəxslərə münasibətdə qoruyucu təsirə malik olub-olmadığına qiymət verilməlidir. Belə maraqlar o zaman mövcud olur ki, cəlb edilən şəxslə tərəflərdən biri və ya hər ikisi, yaxud mübahisə predmeti arasında əlaqə mövcud olsun və prosesin nəticəsi bu əlaqəyə toxuna bilsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı məhkəmənin qəbul edəcəyi qərarın potensial təsiridir. ...”
71. Bu səbəbdən, məhkəmə hesab edir ki, üst-üstə düşən torpaq sahələrinə dair - Abşeron rayon Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar ilə **********12 reyestr nömrəli çıxarışla X1 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0133 ha, **********15 reyestr nömrəli çıxarışla X24 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 2022-ci il 17 fevral tarixli, 01/2022 saylı qərardadının yuxarıda qeyd edilən müddəalarında göstərilən hal mövcud deyildir.
72. Etirazda qeyd olunan dördüncü dəlili məhkəmə yuxarıda göstərilənlərə əsasən (§ 39-43) əsassız hesab edərək bildirir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia deyil, öhdəliyin icrası haqqında iddiadır.
73. İPM-in müvafiq müddəalarında öhdəliyin icrası haqqında iddia ilə bağlı aşağıdakılar nəzərdə tutlmuşdur: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: (-) 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); (-) 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. (-)
74. Sadalanmış normaların məzmunundan görünür ki, öhdəliyin icrası haqqında iddia - inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialardır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
75. ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “... Beləliklə, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Bununla belə, MM-in 141.1-ci maddəsində göstərilir ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Qeyd olunan normanın mənasına görə hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs DƏDRX qarşısında qanuni tələbini irəli sürərək müvafiq düzəlişin edilməsinə nail ola bilər. Bu vəzifənin icrası isə DƏDRX tərəfindən həyata keçirilən passiv funksiyanı ifadə edən göstəricidir. ...”
76. Göründüyü kimi irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olduğundan, qanunvericiliyə əsasən, hər hansı bir müddətə riayət edilməsinə ehtiyac yoxdur.
77. Beləliklə, yuxarıda göstərilmiş işin hallarını və tətbiq edilmiş maddi hüquq normalarının tələblərini əsas götürərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı mütəxəssis rəyində qeyd edilən Abşeron rayon Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar ilə **********12 reyestr nömrəli çıxarışla X1 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0133 ha, **********15 reyestr nömrəli çıxarışla X4 üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşən hissəsi 0.0131 ha torpaq sahəsinə dair iddia tələbinə dəqiqləşmə vermişdir və hazırda həmin hissələrə dair tələbi mövcud deyildir.
78. Lakin iddia tələbinə dəqiqləşmə ərizəsində “yerdə qalan 0,501 ha torpaq sahəsinə mülkiyyət hüququnu”na dair tələb irəli sürmüşdür. Halbuki, mübahisələndirilməyən torpaq sahəsi 0,501 ha deyil, 0,0477 ha-dır.
79. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu şəkildə (§1-21, 62) qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən iddiaçıya məxsus 28 iyun 2007-ci il tarixli Abşeron rayonu Qobu bələdiyyəsinin 12 nömrəli qərarı ilə ayrılmış 0,0477 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
80. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia qismən təmin edilsin. Abşeron rayonu Qobu bələdiyyəsinin 28 iyun 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə ayrılmış Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,0477 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Könül Həbibova