Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-668/2022 10.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “Cavabdeh adına olan 12.02.2018-ci il tərtib edilmə tarixi, A№ 224052 torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsini, 4 saylı Abşeron Ərazi idarəsi Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0.0236 ha torpaq sahəsi olması daşınmaz əmlakın dövlət reyestrində 956 nömrəli reyestr kitabının 87 nömrəli çıxarışın təmin edilməsi və bütün sənədləşmənin qanuni şəkildə aparılması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh adına olan 12.02.2018-ci il tərtib edilmə tarixi, A№ 224052 torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsini, 4 saylı Abşeron Ərazi İdarəsi Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0.0236 ha torpaq sahəsi olması daşınmaz əmlakın dövlət reyestrində 956 nömrəli reyestr kitabının 87 nömrəli çıxarışın təmin edilməsi və bütün sənədləşmənin qanuni şəkildə aparılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki İddiaçı xx xxxxxxx 1999-cu ildə Ağsu rayonu, Rəhimli kəndində anadan olmuşdur. Sonra Bakı şəhərinə köçüb valideynləri ilə birlikdə yaşamışdır. Cavabdeh 0.0236 ha torpaq sahəsini 15200 manata 16 qəpik alqı-satqı qaydasında almış və adına Daşınmaz əmlakın dövlət reyestrində 956 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin **********72 saylı, 08.10.2020-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsinə dair 4 saylı Abşeron Ərazi İdarəsinin ona ünvanladığı bildirişdə Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0.0236 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 25 sentyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron müraciətə baxılmış, guya araşdırılan zamanı, daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə onun tərəfindən şərait yaradılmamışdır. Ona görə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini əsas gətirərək ərizənin icrasından imtina edilmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin ona ünvanladığı bildiriş əsassızdır. 4 saylı Abşeron Ərazi İdarəsinin 08.10.2020-ci il tarixli bildirişi heç bir əsası olmayan sübuta söykənir. Bildirişdən aydın olur ki, Abşeron rayonunun Məmmədli kəndində yerləşən 0.0236 ha torpaq sahəmin üzərinə dövlət reyestrində qeydiyyata aldırması ilə əlaqədar 25 sentyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron müraciəti olmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün texniki baxışın keçirilməsinə 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndələri heç gəlməmişdirlər. Ona görə də iddiaçı, “torpaq sahəsinin planı və ölçüsü” nün ləğv edilməsini, 4 saylı Abşeron Ərazi İdarəsi Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0.0236 ha torpaq sahəsi olması Daşınmaz əmlakın dövlət reyestrində 956 nömrəli reyestr kitabının 87 nömrəli çıxarışın təmin edilməsini və bütün sənədləşmənin qanuni şəkildə aparılmasın tələb edir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi **********1 saylı, 11.11.2020-ci il tarixli məktubu ilə iddiaçıya Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0.0236 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə daxil olmuş 16.10.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə baxılmışdır. Bununla əlaqədar bildirir ki, Abşeron rayonu, Məmmədli kəndi ərazisində 19.02.2018-ci il tarixli, **********11 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində çıxarışla Cavabdeh mülkiyyətinə verilmiş 0.0236 ha torpaq sahəsinə texniki baxış keçirilmiş və məlumatlar idarənin elektron kadastr bazasında araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin coğrafi vəziyyəti təqdim edilmiş sənədlər toplusundakı məlumatlarla uyğunsuzluq (1000 m) təşkil edir. Ona görə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən ərizənin ikinci məqsədi olan "torpaq sahəsinin planı və ölçüsü"nün verilməsindən imtina edilmişdir. 4 saylı Abşeron Ərazi İdarəsinin 11.11.2020-ci il tarixli məktubunda Abşeron rayonunun Məmmədli kəndində yerləşən 0.0236 ha torpaq sahəsinin üzərinə dövlət reyestrində qeydiyyata aldırması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində ərizəyə baxılmış 1000 m uyğunsuzluq olmuşdur. İddiaçı 0.0236 ha torpaq sahəsinin uyğunsuzluğunun aradan qaldırılmasını, torpaq sahəsinə 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndələri tərəfindən yerində baxmasını dəfələrlə demiş, lakin buna əməl etməmişdilər. Torpaq sahəsi ölçülərək verilməmişdir. Halbuki, iddiaçının adına Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0.0236 ha torpaq sahəsi olması Daşınmaz əmlakın dövlət reyestrində 956 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyat çıxarışı verilmişdir. Belə ki, 4 saylı Abşeron Ərazi İdarəsinin Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0.0236 ha toıpaq sahəsi olması Daşınmaz əmlakın dövlət reyestrində 956 nömrəli reyestr kitabının 87 nömrəli çıxarışı əsaslıdır və qanunidir. Lakin bu günə kimi torpaq sahəsinin kadastrı verilməyib. İddiaçı bu barədə aidiyyəti qurumlara müraciət etsə də heç bir nəticəsi olmamışdır. İddiaçıya aidiyyəti üzrə Abşeron rayon məhkəməsinə müraciət etmək hüquqları izah olunmuşdur. Hazırda o, “torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsini və bütün sənədləşmənin qanuni şəkildə aparılmasını tələb edir. İddiaçı bildirir ki, Məmmədli kəndi ərazisində yerləşən 0.0236 ha torpaq sahəsi Abşeron rayonunda yerləşdiyindən Cavabdeh adına olan 12.02.2018-ci il tərtib edilmə tarixi, A№ 224052 torpaq sahəsinin planı və ölçüsü”nün ləğv edilməsini, 4 saylı Abşeron Ərazi İdarəsi Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0.0236 ha torpaq sahəsi olması Daşınmaz əmlakın dövlət reyestrində 956 nömrəli reyestr kitabının 87 nömrəli çıxarışın təmin edilməsini və bütün sənədləşmənin qanuni şəkildə aparılmasına dair qətnamə çıxarılmasını Abşeron Rayon Məhkəməsindən xahiş etmişdir. Lakin Abşeron Rayon Məhkəməsi 2(012)-6786/2021 saylı. 15.11.2021-ci il tarixli Qərardad qəbul edərək iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından AR MPM-nin 153-cü maddəsinə əsasən qəbul etməkdən imtina etmiş və "inzibati icraat haqqında" AR nın Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsini, icra olunmasını və ya ləğv edilməsini inzibati orqan tərəfindən həyata keçirtdiyini və prosedur qaydaları inzibati orqan hesab etdiyini qərara alaraq aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququm izah olunmuş və iddia ərizəmi baxmadan geri qaytarmışdır. Ona görə də iddiaçı, Cavabdeh adına olan 12.02.2018-ci il tərtib edilmə tarixi, A№ 224052 “torpaq sahəsinin planı və ölçüsü” nün ləğv edilməsini, 4 saylı Abşeron Ərazi İdarəsi Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0.0236 ha torpaq sahəsi olması Daşınmaz əmlakın dövlət reyestrində 956 nömrəli reyestr kitabının 87 nömrəli çıxarışın təmin edilməsini və bütün sənədləşmənin qanuni şəkildə aparılmasını tələb edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi ilə iddiaçı Cavabdeh adına olan 12.02.2018-ci il tərtib edilmə tarixi, A№ 224052 torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsini, 4 saylı Abşeron Ərazi İdarəsi Abşeron rayonu, Məmmədli kəndi ərazisində 0.0236 ha torpaq sahəsi olması daşınmaz əmlakın dövlət reyestrində 956 nömrəli reyestr kitabının 87 nömrəli çıxarışın təmin edilməsi və bütün sənədləşmənin qanuni şəkildə aparılmasını tələb edir. Göründüyü kimi iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmişdir. İddiaçının müraciəti torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı olmuşdur. Məhkəmə iclasında İddiaçı hüquqi yardım edilmiş, izah edilmişdir ki, hazırki tələblə cavabdeh inzibati orqana müraciət etdikdən sonra cavabdehin imtina və ya hərəkətsizlik etdiyi halda məhkəməyə müraciət edə bilər. İnzibati orqana hansı tələblə müraciət edilmişdirsə, eyni tələblə məhkəməyə müraciət edilə bilər, fərqli tələb irəli sürülməsi iddianın mümkünsüzlüyünə səbəb olur. Bundan əlavə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Göründüyü kimi inzibati hüquq münasibətlərində cavabdeh kimi mütləq qaydada inzibati orqan çıxış edir. Lakin, iddiaçı cavabdeh qismində fiziki şəxsi göstərmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah edilsin ki, digər şəxslərlə bağlı mübahisələrlə əlaqədar mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquqi müdafiyə vasitələrindən istifadə edə bilər. Cavabdeh qismində inzibati orqanı göstərəcəyi təqdirdə məhkəmədə qaldırdığı tələb ilə ilkin olaraq inzibati orqana müracət edə bilər. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə inzibati orqana müraciəti ilə əlaqədar tələblə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-668/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-668/2022
10.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver