Məhkəmə qərarları › İş №2-1(118)-670/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-670/2021

19.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-670/2021 19.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili İddiaçı2, Cavabdehin nümayəndələri X4 və X1, Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X2 iştirakları ilə, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı1 MMC barəsində çıxarılmış 23.12.2020-ci il tarixli **********142911 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi 25.01.2011-ci il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. İddiaçı1 MMC faktiki olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşınması, avtomobilər üçün hissələrin, qovşaqların və ləvazimatların topdansatışı ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. İddiaçı1 MMC-də 2011-ci ildən hal-hazırkı vaxta kimi MMC-nin sahibkarlıq fəaliyyəti dövründə bir neçə dəfə səyyar vergi yoxlaması aparılmış və heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Axırıncı dəfə 20.02.2020-ci il tarixdən 12.11.2020-ci il tarixədək müəssisədə sonuncu mübasiləndirilən səyyar vergi yoxlaması aparılmışdır. Bu səyyar vergi yoxlaması sentyabr 2017-ci il dekabr 2019-cu illəri əhatə etmişdir. Vergi yoxlaması təqdim olunmuş ilkin mühasibat sənədləri, gömrük bəyannamələri, memorial-orderlər, baş kitab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri sənədlər əsasında aparılmışdır. Yoxlama zamanı müəssisənin faktiki rekvizitləri ilə vergi orqanlarında olan uçot məlumatlarında olan rekvizitlər arasında kənarlaşma aşkar edilməmişdir. Lakin bütün yuxarıdakılara baxmayaraq 13.11.2020-ci il tarixdə **********197467 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmiş, bu aktın əsasında 23.12.2020-ci il tarixli **********142911 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmışdır. Yoxlama dövrünə 2017-ci il üçün 30.692,93 AZN, 2018-ci il üçün 168.580,26 AZN, 2019-cu il üçün 151.883,43 AZN mənfəət vergisi və 2017-ci il üçün 9.448,32 AZN, 2018-ci il üçün 3.657,20 AZN, 2019-cu il üçün 26.748,14 AZN, ƏDV, 2018-ci il üçün 45.729,28 AZN, 2019-cu il üçün 5.214,48 AZN ödəmə mənbəyində tutulan vergi, 2018-ci il üçün 5.079, 50 AZN, 2019-cu il ili üçün 37.150,18 AZN. MDSS - Mülki xarakterli müqavilələrlə işləyənlər üzrə, ümumilikdə 484.183,72 AZN vergilərin azaldılması və bütün bunlara müvafiq 242.251,87 AZN maliyyə sanksiyası hesablanmışdır. Əslində isə müəssisənin mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafiq olaraq araşdırıb nəzərdən keçirsək, vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı görsənir. Vergilər əesaManarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyəi göstəricələri düzgün araşdırılmamış, faktiki göstəriciləri hansı tarixdə müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdir. Müəssisəyə əlavə hesablanmış vergilərin əsasını təşkil edən vergitutma obyekti və qaydaları səyyar vergi yoxlaması ilə düzgün müəyyən edilmədiyindən müəssisəyə yoxlama aktı ilə əlavə vergilər vergi qanunvericiliyinə uyğun olmayaraq, qeyri obyektiv, reallıqdan uzaq olaraq hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı müəssisənin fəaliyyəti ilə əlaqədar və götürdüyü digər vergi öhdəlikləri üzrə vergiləri azadılması müəyyən edilməmişdir, çünki bu faktlar heç olmamışdır. İddiaçı1 MMC-də 01.09.2017-ci il tarixdən 31.12.2019-cu il tarixədək dövrü əhatə edən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələri 13.11.2020-ci il tarixdə **********197467 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin səyyar vergi yoxlaması aktı qanunvericiliyin tələbləri kobud sürətdə pozulmaqla tərtib edildiyindən həmin aktı imzalamaqdan imtina edilmişdir. Bütün bunlar göstərir ki, vergi ödəyicisi İddiaçı1 MMC-yə qarşı qərəzli mövqe tutulmuş, ona qarşı ədalətsiz və qeyri qanuni vergilər hesablanmışdır. Heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Səyyar vergi yoxlaması aktından görsəndiyi kimi əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Yoxlamanın aparılma müddətinə də nəzər salsaq bunun prosessual qanun pozuntusu ilə aparılması halı mövcuddur, yəni göründüyü kimi 10 ay ərizində səyyar vergi yoxlaması aparılmışdır. Təqdim edilmiş səyyar vergi yoxlaması aktı, səyyar vergi yoxlamasının keçirilməsi qaydalarına əməl etmədən və konkret sənədlərə, görülmüş işlərə, çəkilən xərclərə əsaslanmadan vergi məcəlləsinin müddəaları pozulmaqla tərtib edilmişdir. Bundan başqa qeyd etmək zəruridir ki, müələrssisə gördüyü işlərə görə əldə etdiyi gəlirdən Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq bütün vergiləri hesablamış və dövlət büdcəsinə ödəmişdir. Lakin 3 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşları tərəfindən apardan yoxlama zamanı görülmüş işlərə və göstərilmiş xidmətlərə görə çəkilmiş xərclərin düzgün hesablanmadığı, işləri qəbul edən bütün cavabdeh dövlət orqanlarının hesablamalarının səhv aparıldığı iddia edilərək müəssisə tərəfindən işlərin görülməsi üçün alınmış, alınarkən ödənilmiş və əvəzləşdirilmiş ƏDV-İərin bir hissəsi müəssisəyə sanksiya kimi hesablanmışdır. Müəssisədə aparılan bütün ödəmələr nağdsız qaydada həyata keçirilmişdir. Səyyar Vergi yoxlaması zamanı İddiaçı1 MMC-nin balansında olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının sərhəd keçid məntəqələrindən keçərkən sənədlərdə daşıyıcı olaraq hansı şəxslərin adının qeyd olunmasına və İddiaçı1 MMC tərəfindən həyata keçirilmiş daşımalara dair məlumatların Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən alınmasına zərurət yaranmış və yaranmış zərurət İlə əlaqədar olaraq 07.07.2020-ci il tarixli **********771600 nömrəli məktubla Dövlət Gömrük Komitəsinə Dövlət Vergi Xidməti tərəfindən rəsmi müraciət olunmuşdur. Gömrük Komitəsi tərəfindən qeyd olunan müraciət 19.08.2020-ci il tarixli **********330100 nömrəli məktubla cavablandırılmış və İddiaçı1 MMC-nin balansında olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının sərhəd keçid məntəqələrindən keçərkən tərtib olunan sənədlər (ygb, İnvoys, CMR) 5 (beş) ədəd diskdə (disklər yoxlama materiallarına əlavə olunur) Dövlət Vergi Xidmətinə təqdim edilmişdir. Gömrük Komitəsi tərəfmdən təqdim edilən disklər araşdırılarkən məlum olmuşdur ki, İddiaçı1 MMC balansında olan nəqliyyat vasitələri ilə həyata keçirdiyi daşımaların müəyyən qismi ilə bağlı qarşı tərəflərə e-qaımə təəqdim etməmiş daşımalarla bağlı İddiaçı1 MMC gəlirini və xərcini Gömrük Komitəsi tərəfindən təqdim edilən sənədlərdə müəyyən etmək mümkün olmadığından nəqliyyat vasitələri ilə həyata keçirilmiş daşımaların bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi və həmin daşımalar üzrə çəkilmiş xərcin müəyyən edilməsi üçün ekspertizanın təyin edilməsi zərurəti yaranmışdır. 24.09.2020-ci il tarixli **********140267 nömrəli “ekspertizanın təyin edilməsi haqqında” qərar qəbul edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ticarət-Sənayə Palatasının “Azərekspertiza” Birliyinin (VÖEN: **********) eksperti X5 tapşırılmışdır. “Azərekspertiza” Birliyinin eksperti X16 01.09.2017-ci il tarixdən 31.12.2019- cu il tarixədək olan dövr ərzində İddiaçı1 MMC-yə məxsus nəqliyyat vasitələri İlə həyata keçirilmiş daşımaların bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi və həmin daşımalar üzrə çəkilmiş xərcin müəyyən edilməsinin imkanları xaricində olduğunu bildirmişdir. Bundan sonra yoxlama ilə əhatə olunan dövrdə, yəni 01.09.2017-ci il tarixdən 31.12.2019-cu il tarixədək olan dövr ərzində “M-Trans" MMC-yə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmiş daşımaların bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi və həmin daşımalar üzrə çəkilmiş xərcin müəyyən edilməsi məqsədi ilə 01.10.2020-ci il tarixli **********140476 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərar qəbul edilmiş, qərar üzrə Ekspertizanın aparılması "xxxx" MMC-nin (VÖEN: **********) eksperti X6 tapşırılmışdır. "xxxx" MMC-nin eksperti X3 01.09.2017-ci il tarixdən 31.12.2019-cu il tarixədək olan dövr ərzində İddiaçı1 MMC-nə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmiş daşımaların bazarında qiymətinə uyğunluğunun müəyyən edilməsi və həmin daşımalar üzrə çəkilmiş xərcin müəyyən edilməsinin imkanları xaricində olduğunu bildirmişdir. Göründüyü kimi Vergi orqanının dəvət etdiyi iki mütəxəssisdən heç biri Vergi orqanının dəlilləri əsasında hər hansı bir vergilərin hesablanmasının mümkün olmadığını bildirmişdirlər. Buna baxmayaraq yoxlamanın sonrakı gedişatında Vergi orqanı mütəxəssis səlahiyyətlərini də sanki öz üzərinə götürmüşdür. Həmin sürücülərlə bağlı heç bir obyektiv araşdırılma aparılmadan sürücülərlə müəssisə arasında olan iş münasibətlərinin hansı formada olması yoxlanılmamışdır. Bütün bunlardan sonra Vergi orqanı heç bir əlaqəli məlumatlara istinad etmədən birbaşa olaraq mənfəəti ümumi dövriyyənin 20% şərti rentabelliyi əsasında Nazirlər Kabinetinin qərarı əsasında aparmışdır. ƏDV hissəsində isə Vergi orqanı tərəfindən süni olaraq aylar üzrə ƏDV-in sürüşdürməsi üzrə maliyyə sanksiyaları tətbiq edilmiş, həmçinin Gürcüstan Respublikasının vətəndaşları tərəfindən müəssisəyə məxsus yük avtomobilləri ilə sürücü xidməti göstərilmiş qeyri-rezident fiziki şəxslərə əsassız olaraq ödəmə mənbəyində 18% ƏDV hesablanmışdır. Ödəmə mənbəyindən olan hissədə Vergi Məcəlləsinin 125.1.4 və 125.1.5 maddələrinə istinad edilməklə vergilər hesablanmışdır. Həmçinin Gürcüstan Respublikasının vətəndaşlarına məxsus yük avtomobilləri ilə sürücü xidməti göstərilməsinin əsaslanaraq “Sosial sığorta haqqında” qanunun 14.5.2-ci maddəsinə uyğun olaraq 25% miqdarında sosial sığorta məbləği tətbiq edilmişdir. Əlbətdə ki, düzgün və qanuni mühasibatlıq ekspertizası həyata keçirilərsə və müəssisənin xərclərinin uçotu qanuna uyğun və ciddi hesabat blankları əsasında aparılarsa səyyar vergi yoxlamasının nəticələri düzgün olmaması öz əksini tapa bilər. Halbuki, səyyar vergi yoxlaması aktında da, göstərildiyi kimi Vergi Məcəlləsinin 36.2ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Yuxarıda qeyd edilənlərdən bir daha aydın olur ki, aparılmış səyyar vergi yoxlamasının nəticələri düzgün deyil və həmin məbləğlər ehtimallara əsasən müəyyən edilmişdir. Vergilər isə ehtimallar əsasında hesablana bilməz. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edilir: Belə ki, 3 saylı Ərazi Vergilər idarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 05.02.2020-ci il tarixli **********196853 nömrəli qərarına əsasən “M-TRANS" MMC-nin sahibkarlıq fəaliyyətində növbəti səyyar vergi yoxlaması təyin edilmiş və vergi yoxlaması yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində 05.02.2020-ci il tarixdə KY201436633 nömrə ilə qeydiyyata alınmışdır. Yoxlamanın nəticəsi olaraq 13.11.2020-ci il tarixli **********197467 nömrəli “Səyyar vergi yoxlaması” Aktı tərtib edilmiş və həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23.12.2020-ci il tarixli **********142911 nömrəli qərar qəbul edilmişdir. Müəssisənin fəaliyyət göstərdiyi Abşeron rayonu Xırdalan şəhəri sənaye zonası ünvanlarında yerləşən təsərrüfat subyektinə 12.03.2020-ci tarixdə baxış keçirilmiş və baxışın keçirilməsi ilə bağlı protokol tərtib olunmuşdur. Vergi Məcəlləsinin 23 və 43-ü maddələrinə əsasən Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 04.03.2020-ci il tarixli **********197902 nömrəli qərar çıxarılmış və sənədlərin götürülməsi həyata keçirilmişdir. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında 12.03.2020-ci il tarixli protokol tərtib olunmuşdur. Eyni zamanda vergi ödəyicisinə təqdim edilən 05.02.2020-ci il tarixli **********196860 saylı Tələbnaməyə əsasən vergi ödəyicisi aşağıdakı sənədləri təqdim etmiş və bu barədə 26.02.2020-ci il tarixli Akt tərtib edilmişdir: 01.01.2017-ci il tarixdən 31.12.2019-cu il tarixədək olan dövr üzrə Malların alışına dair Qaimə Fakturalar və YGB-lər, EVHF-lar, Əmək haqqı cədvəlləri, Əmək bildirişləri, kassa sənədləri, Bank lesablarından çıxarışlar, İcarə haqqı müqaviləsi, digər icbari ödənişlərə dair sənədlər, əsas vəsaitlərin və dövriyyə aktivlərinin hərəkətinə dair sənədlər, xərcləri təsdiq edən sənədlər, h KA-nın aylar üzrə fiskal hesabatları, xəzinə kitabıları, invoyslar,səyyar vergi yoxlamasını predmentinə aid olan digər sənədlər. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən 2017-ci il üzrə mənfəət vergisinin 30692,93 manat, 2018-ci İl üzrə mənfəət vergisinin 168580,26 manat, 2019-cu il üzrə mənfəət vergisinin 151883,43 manat, 2017-ci il üzrə əlavə dəyər vergisinin (mətndə ƏDV) 9448,32 manat artıq, 2018-ci il üzrə əlavə dəyər vergisinin 3657,20 manat, 2019-cu il üzrə əlavə dəyər vergisinin 26748,14 manat, 2018-ci il üzrə ödəmə mənbəyindən tutulan verginin 45729,23 manat, 2019-cui il üzrə ödəmə mənbəyindən tutulan verginin 5214,48 manat, 2018-ci il üzrə MDSS görə 5079,50 manat, 2019-cu il üzrə MDSS görə 37150,18 manat olmaqla, ümumilikdə 474.735,40 manat vergi məbləğinin azaldılması müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə ümumilikdə vergi ödəyicisinə 474735,40 manat məbləğində əlavə vergi hesablanmışdır. Yoxlama ilə azaldılmış vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 242091,87 manat və həmin məcəllənin 57.1-ci maddəsinə əsasən vergi hesabatlarını müəyyən edilən müddətdə vergi orqanına təqdim etmədiyinə görə 160,0 ümumilikdə 242251,87 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan səndlərin təqdim olunması haqqında” 05.02.2020-ci il tarixli **********196860 nömrəli tələbnamə verilmiş, sənədlərin təqdim edilməsi 26.02.2020-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Aparılan yoxlama ilə müəssisənin 2017-2019-cu illər üzrə mənfəət vergisi yoxlanılmış və aşağıdakılar müəyyən edilmişdir: Vergi yoxlaması zamanı "M-TRANS” MMC-nin balansında olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının sərhəd keçid məntəqələrindən keçərkən sənədlərdə daşlyıcı olaraq hansı şəxslərin adının qeyd olunmasına və "xxxx" MMC tərəfindən həyata keçirilmiş daşımalara dair məlumatların Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən alınmasına zərurət yaranmış və yaranmış zərurət ilə əlaqədar olaraq 07.07.2020-ci il tarixli **********771600 nömrəli məktubla Gömrük Komitəsinə Dövlət Vergi Xidməti tərəfindən rəsmi müraciət olunmuşdur, Gömrük Komitəsi tərəfindən qeyd olunan müraciət 19.08.2020-ci il tarixli **********220100 nömrəli məktubla cavablandırılmış və M- TRANS" MMC-nin balansında olan nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının sərhəd keçid məntəqələrindən keçərkən tərtib olunan sənədlər (ygb, invoys, CMR) 5 (beş) ədəd diskdə (disklər yoxlama materiallarına əlavə olunur) Dövlət Vergi Xidmətinə təqdim edilmişdir. Gömrük Komitəsi tərəfindən təqdim edilən disklər araşdırılarkən məlum olmuşdur ki, "xxxx" MMC balansında olan nəqliyyat vasitələri ilə həyata keçirdiyi daşımaların müəyyən qismi ilə bağlı qarşı tərəflərə e-qaimə təqdim etməmiş və bununlada həyata keçirdiyi daşımalarla bağlı gəlirini vergidən yayındırmışdır. Qeyd olunan e-qaimə təqdim edilməmiş daşımalarla bağlı M-TRANS" MMC gəlirini və xərcin Gömrük Komitəsi tərəfindən təqdim edilən sənədlərdə müəyyən etmək mümkün olmadığından nəqliyyat vasitələri ilə həyata keçirilmiş daşımaların bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi və həmin daşımalar üzrə çəkilmiş xərclərin müəyyən edilməsi üçün ekperizanın təyin edilməsi zərurəti yaranmışdır. 24.09.2020-ci il tarixli **********140267 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərar qəbul edilmişdir. Ekspertizanın aparılması Azərbaycan Respublikasi Ticarət-Sənaye Palatasinin "Azarekspertiza" Birliyinin (VÖEN: **********) eksperti X7 tapşırılmışdır. "Azərekspertiza" Birliyinin eksperti X10 01.09.2017-ci İl tarixdən 31.12.2019- cu il tarixədək olan dövr ərzində "xxxx" MMC- yə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmiş daşımaların bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi və həmin daşımalar üzrə çəkilmiş xərcin müəyyən edilməsinin imkanları xaricində olduğunu bildirmişdir. Bundan sonra yoxlama ilə əhatə olunan dövrdə yəni 01.09.2017-ci il tarixdən 31.12.2019-cu il tarixədək olan dövr ərzində "xxxx" MMC-yə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmiş daşımaların bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi və həmin daşımalar üzrə çəkilmiş xərcin müəyyən edilməsi məqsədi ilə 01.10.2020-ci il tarixli **********140476 nömrəli "Ekspertizanın təyin edilməsi haqqında " qərar qəbul edilmiş, qərar üzrə Ekspertizanın aparılması "xxxx" MMC-nin (VÖEN **********) eksperti X8 tapşırılmışdır. "xxxx" MMC-nin eksperti X9 da 01.09.2017-ci il tarixdən 31.12.2019-cu il tarixədək olan dövr ərzində "xxxx" MMC- yə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmiş daşımaların bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi və həmin daşımalar üzrə çəkilmiş xərcin müəyyən edilməsinin imkanları xaricində olduğunu bildirmişdir. Göründüyü kimi müəssisə tərəfindən həyata keçirilən daşımalarla bağlı əldə olunan gəlir müəssisənin gəlirini tam müəyyən etmək mümkün olmamışdır. Müəssisə 2019-cü illər üzrə mənfəət vergisi bəyannamələrində xərc maddələrində ar öz təsdiqini tapmışdır. Qeyd olunan hallar əsas götürülərək müəssisənin 2017-2019-cu illər üzrə mənfəət vergisinin hesablanması üçün Vergi Məcəlləsinin 67.2 maddəsinə əsasən analoji fəaliyyət ilə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilməsinə zərurət yaranmış və **********926400 nömrəli məktubla 3 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin təhlili və kameral vergi yoxlamaları şöbəsinə müraciət olunmuş lakin analoji fəaliyyətlə məşğql olan vergi ödəyicisi tapılmadığından Vergi Məcəlləsinin 83.9 maddəsinə və nin 01.03.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) (xərcə görə) şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə edilmişdir. M= X x R:100 (M – vergiyə cəlb olunmalı mənfəət məbləği ; X - vergi ödəyicisinin fəaliyyəti ilə bağlı xərclər ; R - şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür). Vergi ödəyicisinin 2017-ci il üzrə xərcinin 767323,24 manat olduğunu nəzərə alsaq onda həmin il üzrə hesablanmış mənfəət vergisinin məbləği aşağıdakı kimi olacaqdır. M 2017 = 767323,24 x 20 /100 = 153464,64. Vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəətinin 153464,64 manat olduğundan həmin mənfəətdən hesablanacaq mənfəət vergisinin məbləği 30692,93 manat (153464,64 * 20% = 30692,92) olacaqdır. Vergi ödəyicisinə 2017-ci ilin mənfəət vergisi üzrə 30692,93 manat vergi hesablanması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 15346.46 manat maliyyə sanksiyası tətbiq edilmşdir. Vergi ödəyicisinin 2018-ci il üzrə xərcinin 5120591,56 manat olduğunu nəzərə alsaq onda həmin il üzrə hesablanmış mənfəət vergisinin məbləği aşağıdakı kimi olacaqdır. M 2018 = 5120591,56 x 20/100 = 1024118,31 : Vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəətinin 1024118,31 manat olduğundan həmin mənfəətdən hesablanacaq mənfəət vergisinin məbləği 204823,66 manat (1024118,31* 20% = 204823,66) olacaqdır. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2018-cı ilin mənfəət vergisi üzrə 36243,4 manat hesablama nəzərə alındıqda yoxlama ilə Vergi ödəyicisinə 2018-ci ilin mənfəət vergisi üzrə 168580,27 manat vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 84290,13 manat maliyyə sanksiyası tətbiq edilmşdir. Vergi ödəyicisinin 2019-cu il üzrə xərcinin 7074011,39 manat olduğunu nəzərə alsaq onda həmin il üzrə hesablanmış mənfəət vergisinin məbləği aşağıdakı kimi olacaqdır. M 2019 = 7074011,39 x 20 / 100 = 1414802,27 ; Vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəətinin 1414802,27 manat olduğundan həmin mənfəətdən hesablanacaq mənfəət vergisinin məbləği 282960,45 manat (1414802,27* 20% = 282960,45) olacaqdır. Vergi ödəyicisi tərəfindən təqdim olunmuş 2019-cu ilin mənfəət vergisi üzrə 131077,03 manat hesablama nəzərə alındıqda yoxlama ilə Vergi ödəyicisinə 2019-cu ilin mənfəət vergisi üzrə 151883,42 manat vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 75941,71 manat maliyyə sanksiyası tətbiq edilmşdir. Vergi ödəyicisi 25.01.2011-ci il tarixdə vergi orqanında qeydiyyatdan keçmiş və 3 saylı Ərazi Vergilər idarəsi tərəfindən 01.07.2011-ci il tarixli **********0 nömrəli ƏDV-nin əsasında qeydiyyata alınmış, ƏDV-nin qüvvəyə minmə tarixi 01.07.2011-ci əhatə olunan dövr ərzində müəssisə faktiki yük avtomobil nəqliyyatları ilə və yük avtomobil nəqliyyatlarının ehtiyyat hissələrinin satışı ilə məşğulqeydiyyat bildiriş ildir. Yoxlama ilə daşıma ximətləri ilə məşğul olmuşdur. Yoxlama ilə 01.09.2017-ci il tarixdən 31.12.2018-ci il tarixədək olan dövr əhatə olunmuşdur. Yoxlama ilə əhatə olunan dövrdə ümümi dəyərləri 52490,65 manat olan **********9291 və **********9292 nömrəli YGB-lər üzrə əvəzləşmə hüququ 2017-ci ilin noyabr ayında yaranmasına baxmayaraq vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2017-ci oktyabr ƏDV bəyannaməsində əvəzləşməyə salınmışdır. SVY ilə qeyd olunan YGB-lər 2017- ci ilin noyabr ayında ƏDV bəyannaməsində əvəzləşməyə salınmışdır. Qeyd olunanlarla əlaqədar 2017-ci okytabr ayı üzrə 4724.16 manat maliyyə sanksiyası tətbiq edilmşdir. Həmçinin Gürcüstan Respublikası vətəndaşları olan fiziki şəxslər müəssəyə məxsus yük avtomobilləri ilə müəssisəyə sürücü xidməti göstərmiş, göstərilən xidmətin müqabilində müəssisə qeyrirezident fiziki şəxslərə ödədiyi vəsaitdən ödəmə məndəyində VM-nin 169.1 -ci maddəsinə əsasən ödəmə məndəyində 18% ƏDV tutmamışdır (şəxslərin adlı siyahısı və ödənişlər barədə məlumat yoxlama materiallarına əlavə olunmuşdur). Qeyd olunan hallara əsasən vergi ödəyicisinə ƏDV üzrə 30405,34 manat vergi hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsnə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 15202.67 manat maliyyə s anksiyası tətbiq edilmşdir. ƏDV üzrə qeyri-rezident fiziki şəxslər tərəfindən “M-TRANS" MMC-də göstərilən sürücülük xidmətlərinə görə həmin fiziki şəxslərə edilən ödəmələrdən Vergi Məcəlləsinin 169.1-ci maddəsinə uyğun olaraq 18 faiz dərəcə ilə ƏDV hesablanmışdır. Ümumilikdə 30,41 min manat verginin hesablanması, yayındırılmış vergi məbləğinin 50% miqdarında yəni 15,2 min manat maliyyə sanksiyası hesablanmışdır. Həmçinin 2019-cu ilin okytabr ayı ƏDV bəyannaməsində əvəzləşdirməyə salınan ədv dəyəri 9,45 min manat olan YGB noyabr ayı ƏDV bəyannaməsinə salınmışdır, qeyd olunanlara əsasən 4,72 min manat maliyyə sanksiyasının tətbiq edilmişdir. ÖMV üzrə MMC tərəfindən əldə olunan xidmətlərə görə digər şəxslərə ödənilən vəsaitlərdən Vergi Məcəlləsinin 124, 125.1.4, 125.1.5-ci maddələrinə əsasən ÖVM tutulmadığı üçün ümümilikdə 65,4 min manat (beynəlxalq yük daşımalarla bağlı ödənişlərdən 6 % - 48,51 inin manat, qeyri-rezident fiziki şəxslər tərəfindən İddiaçı1 MMC-yə göstərilən sürücülük xidmətlərinə görə həmin fiziki şəxslərə edilən ödəmələrdən 10% - 16,89 min manat) verg nin hesablanmış, yayındırılmış vergi məbləğinin 50% miqdarında yəni 32,7 min manat maliyyə sanksiyası tətbiq edilmişdir. MDSS üzr 3 qeyri-rezident fiziki şəxslər tərəfindən rezident müəssisəyə göstərilən sürücülük xidmetlərinə görə həmin fiziki şəxslərə aparılan ödəmələrdən “Sosial sığorta haqqında” Qanunun 14.5.2-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyindən 25 faizi miqdarında yəni 42,23 min manat sosial sığorta haqları hesablanmış, yayındırılmış sosial sığorta haqlarının məbləğinin 50% miqdarında yəni 21,12 min manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddia ərizəsində göstərilənlərlə bağlı 3 saylı Ərazi Vergilər İdarəsi bildirir ki, Azərbaycan Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının fələri göstərilməlidir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Yuxarıda qeyd olunduğu kimi, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 05.02.2020-ci il tarixli **********196853 nömrəli qərarına əsasən “M-TRANS" MMC-də səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlamasının obyektiv və dolğun aparılması üçün sənədlərin ətraflı araşdırılması, əldə edilmiş məlumatların, eləcə də bütün yatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün səyyar vergi yoxlamasının keçirilməsi müdc ətinin artırılmasına zərurət yaranmışdır. Buna görə də “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” 04.05.2020-ci il tarixli **********199450 nömrəli qərarına əsasən yoxlamanın müddəti 30 iş günü artırılmışdır. Bundan sonra, cəmiyyətdə ekspertiza aparıldığına görə “Səyyar vergi yoxlamasının dayandırılması haqqında” 20.05.2020-ci il tarixli **********199959 nömrəli qərarına əsasən 20.05.2020-ci il tarixdən 19.06.2020-ci il tarixədək 26 gün, 22.06.2020-ci il larixli **********137492 nömrəli qərarına əsasən 22.06.2020-ci il tarixdən 22.07.2020-ci il tarixədək 30 gün, 23.07.2020-ci il tarixli **********138344 nömrəli qərarına əsasən 23.07.2C20-Cİ il tarixdən 21.08.2020-ci il tarixədək 28 gün, 24.08.2020-ci İl tarixli **********139390 nömrəli qərarına əsasən 24.08.2020-ci il tarixdən 23.09.2020-ci il tarixədək 30 gi.n, 24.09.2020-ci il tarixli **********140268 nömrəli qərarına əsasən 24.09.2020- ci il tarixdən 23.10.2020-ci il tarixədək 30 gün dayandırılmışdır.“Dayandırılmış səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” 01.10.2020-ci İl tarixli 20000370 ******* nömrəli qərarına əsasən dayandırılmış yoxlama 01.10.2020-ci il tarixdən bərpa edilmişdir. Bundan sonra dayandırılması cəmiyyətdə ekspertiza aparıldığına görə “Səyyar vergi yoxlamasının əxirə salınması) haqqında” 01.10,2020-ci il tarixli **********140478 nömrəli qərarına əsasən 01.10.2020-ci il tarixdən 23.10.2020-ci il tarixədək 22 gün müddətinə dayandırılmışdır. Daha sonra Yoxlamanın nəticəsi olaraq 13.11.2020-ci il tarixli **********197467 vergi yoxlaması" Aktı tərtib edilmiş və həmin akt əsasında “Vergi ödəyicisinin biliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 23.12.2020-cİ '023142911 nömrəli qərar qəbul edilmişdir. İddiaçının iddiası tamamilə əsassızdır. İddia ərizəsində göstərilənlərlə bağlı 3 saylı Ərazi Vergilər İdarəsi bildirir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.14-cü maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bu Məcəllə İlə müəyyən edilmiş qaydada mütəxəssisləri, ekspertləri, tərcüməçiləri, müşahidəçiləri cəlb etmək vergi orqanlarının hüquqlarına aiddir. Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ekspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Həmin Məcəllənin 44.7-ci maddəsinə əsasən ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı yoxlanılan şəxsin ekspertə etiraz etmək hüquqları vardır. Həmin Məcəllənin 44.10-cu maddəsinə əsasən əlavə ekspertiza ekspertin rəyi kifayət dolğun olmadığı hallarda təyin edilir və bu ekspertiza həmin və ya başqa edilir. Ekspertiza ekspertin rəyi əsaslı olmadığı və onun düzgün olmasında şübhələrin təyin edilir və başqa ekspertə həvalə edilir. Qeyd olunmalıdır ki, vergi orqanı tərəfindən ekspertizanın təyin edilməsi ilə bağlı qanunvericiliyin ələblərinə tam əməl edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndiril nəsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialar mübahisələndirmə haqqında iddia hesab olunur. İnzibati Pnsessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aklın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Eyni zamanda həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən İnzibati Prosessual Məcəlləsi ilə başqa qayda müəyyən edilmədiyi və inzibati Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin olunmuş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdirsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Qeyd olunan halla bağlı 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddia müddətinin tətbiq edilməsi haqqında vəsatətlə məhkəməyə müraciət olunacaqdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1 -ci maddəsi ilə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin, 24.0.1-ci maddəsi ilə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Vergi Mecəlləsinin 23.1.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasını həyata keçirmək vergi orqanının hüququdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin 3-cü bəndinə əsasən Nazirlik Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vəxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi era hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamənin 3-cü bəndinə əsasən Nazirlik Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə görə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim olunmasına dair sərəncam verir, iddia ərizəsini təqdim edərkən məhkəməyə bildirir. Yuxarıda cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə mək tələb olunur. Məhkəmə bu məqsədlə ağlabatan müddət təyin edir, qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 47-di maddəsinə əsaslanaraq, iddia ərizəsində göstərilənlərlə bağlı 3 saylı Ərazi Vergilər idarəsi bildirir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndəril bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzrələri göstərilməlidir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vpxtı ərzində keçirilir. İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən ə vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın məsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialar mübahisələndirılnə haqqında iddia hesab olunur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsi ilə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin, 24.0.1 -ci maddəsi ilə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi X13 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh təşkilatın digər nümayəndəsi X11 etirazda yazılanlara uyğun izahat verərək, bildirmişdir ki, müvafiq ekspert tərəfindən verilmiş rəy həqqəti özündə əks etdirmir. Belə ki, həmin ekspertin qarşısında qoyulmuş 6-11-ci suallara ekspert tərəfindən ümumiyətcə qiymət verilməyib, sosial məcburi ödənişlər ilə bağlı suala ekspert tərəfindən qiymət verilməsinə baxmayaraq məhkəməyə yönləndirici istiqamət göstərilməklə vəzifə səlahiyyətlərindən kənara çıxıb. Belə ki, müvafiq qanunvericiliyin tələbləri baxımından ekspert onun qarşısına qoyulmuş suallara cavab verməkdən imtina etdikdə rəy verməkdən imtina etməlidir. Bundan başqa mübahisəli rəydə ekspert tərəfindən Vergi Məcəlləsinin 67ci maddəsində nəzərdə tutulmuş ardıcıllığa riayət olunmadan Nazirlər Kabinetinin 55 saylı qərarının tətbiq edilməsinin yolverilməməzliyi ilə bağlı gətirdiyi arqument sassızdır. Hesab edir ki, Vergi Məcəlləsinin 67, 83.9-cu maddələrinin tələbləri Nazirlər Kabinetinin 55 saylı qərarı ilə birgə təhlil edildikdən sonra yolverilməsi mümkündür. Ona görə də cavabdeh təşkilatın nümayəndəsi Vasif Rzayev ekspert rəyini əsassız hesab edərək, məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən müvafiq ekspert rəyinə əsaslanmamasını və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Məhkəmə Ekspertiza Mərkəzinin eksperti X12 onun təqdim etdiyi rəylə bağlı verilmiş sulları onunla əsaslandırmışdır ki, qarşısına qoyulmuş 6-11-ci suallar iş materiallarına əlavə edilmiş sənədlər ilə öz təsdiqini tapdığına görə həmin hissədə rəy verməmiş, lakin bu barədə rəydə müvafiq qeyd aparmağı yadından çıxartmışdır. ƏDV-nin hesablanması ilə bağlı hesab edir ki, Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş müddəalara riayət olunmadan Nazirlər Kabinetinin 55 saylı qərarına istinad olunması düzgün deyil. Vergi orqanının nümayəndəsi tərəfindən verilmiş 3-cü sualla bağlı qeyd etmişdir ki, məcburi dövlət sığorta ödənişləri ilə bağlı rəydə qeyd etdiyi fikirlər məhkəmənin diqqəti həmin məsələyə cəlb edilməsi məqsədi daşımayıb. Belə ki, adətən məhkəmələrə bu səpkidə cavab verilir ki, iddia tələbinə baxılarkən məsələyə obyektiv qiymət verilmiş olsun. Ümumilikdə hesab edir ki, vergi orqanı tərəfindən mübahisə predmeti olan qərar qəbul edilərkən qanun pozuntusuna yol verilib. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın etirazı və 23.12.2020-ci il tarixli **********142911 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının surəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07.09.2021-ci il tarixli, 9/3659 nömrəli ekspert rəyi və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyatının müəyyən edilməsi də vacib meyyarlardan biidir. İddiaçının hazırkı, iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun barəsində vergi orqanı tərəfindən 23.12.2020-ci il tarixli **********142911 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının qəbul edildiyi vaxtdan yaranmışdır. Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər idarəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, mübahisə predmeti olan 23.12.2020-ci il tarixli **********142911 saylı qərar Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər idarəsi tərəfindən qəbul edilmişdir. Belə olduğu tədqirdə Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər idarəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də iddiaçı tərəfindən qərarın ləğv edilməsi ilə bağlı prosessual müddətlərə riayət edib etməməsi ilə bağlıdır. Belə ki, Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər idarəsi tərəfindən qəbul edilmiş 23.12.2020-ci il tarixli qərar 22.01.2021-ci ildə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi verilməklə mübahisələndirilmişdir.Göründüyü kimi inzibati aktın mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 30 günlük prosessual müddətə riayət olunmuşdur. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı hissəsinə dair məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qərar Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər idarəsi tərəfindən qəbul edildiyinə və həmin İdarənin yerləşdiyi ərazi Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyası aid olduğuna görə hazır ki, iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Digər tərədən o da nəzərə alınmalıdır ki, X19 və ona aid olan qurumlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların təsnifatı”nda inzibati orqan hesab olunurlar. Bunula bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, “İnizbati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqanlar hesab edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazır ki, iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə iş materiallarını, tərəflərin təqdim etdikləri sübutları və verdikləri izahatları tam və hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və mübahisələndirilən 23.12.2020-ci il tarixli **********142911 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qismən ləğv edilməlidir. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, iddia tələbi üzrə iddiaçı olan İddiaçı1 MMC avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşınması, avtomobilər üçün hissələrin, qovşaqların və ləvazimatların topdansatışı ilə məşğul olan hüquqi şəxsdir. 2017-ci ildən 2019-cu ilədək 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən 2017-2018-2019-cu illər üzrə həmin MMC-də səyyar vergi yoxlaması həyata keçirilmiş, İddiaçı1 MMC barəsində 13.11.2020-ci il tarixdə **********197467 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş və həmin akt əsasında 23.12.2020-ci il tarixli **********142911 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Qeyd olunan qərara əsasən İddiaçı1 MMC-yə mənfəət vergisi, ƏDV, mülki xarakterli müqavilələrlə işləyənlərə görə MDSS və maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı1 MMC həmin qərardan narazı qalaraq vergi orqanına müraciət etmiş, lakin vergi orqanından müsbət cavab almadığına görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı vergi orqanı tərəfindən İddiaçı1 MMC-nin vergi orqanına təqdim edilmiş xərc sənədləri əsas götürülərək, Nazirlər Kabinetinin 01.03.2001ci il tarixli 55 saylı qərarı ilə təstiqlənmiş Qaydaların 6.1.3-cü bəndinə əsasən İddiaçı1 MMC-nin məhfəətinin müəyyən etmişdir. Halbuki, İddiaçı1 MMC tərəfindən 2017, 2018 və 2019-cu illər üzrə xərc sənədləri ilə birlikdə həmçinin müəssisənin gəlirləri barədə məlumat verilmişdir. Belə olduğu tədqirdə vergi orqanının nəyə görə İddiaçı1 MMC xərclərinin həqiqiliyinə şübhə ilə yanaşmaması, həmin xərclərə dair mənfəət barədə verilmiş məlumatların həqiqətə uyğun olmamasının bəyan edilməsi anlaşılan deyil. Belə ki, adından da göründüyü kimi Nazirlər Kabinetinin 55 saylı 01.03.2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qaydalar-vergi ödəyiciləri tərəfindən əldə edilən mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda tətbiq edilir. Vergi orqanı tərəfindən gətirilən arqument ondan ibarət olmuşdur ki, Dövlət Gömrük Komitəsindən əldə edilmiş video görüntülərlə İddiaçı1 MMC-nin mülkiyyətində olan nəqliyyat vasitələrinin ölkə ərazisinə giriş-çıxışının sayı nəzərə alınarsa, İddiaçı1 MMC tərəfindən bəyamnamələrdə təqdim edilmiş mallardan artıq malların idxal edilməsi və buna görədə İddiaçı1 MMC tərəfindən əlavə mənfəətin əldə edilməsini müəyyən etmək olar. Lakin məhkəmə qeyd olunan arqumenti əsaslı hesab etmir. Belə ki, İddiaçı1 MMC ilə Gürcüstan Respublikası vətəndaşları arasında bağlanmış xidmət müqaviləsinin tələblərinə əsasən İddiaçı1 MMC-yə məxsus yük avtomobillərinin sürücülərin sahibliyində olmasını və sürücünün yalnız İddiaçı1 MMC fəaliyyəti ilə əlaqədar verilmiş tapşırığın yerinə yetirilməsi zamanı dəymiş ziyana görə məsuliyyət daşıması göstərilmişdir. Qeyd olunan müqavilədə sürücün İddiaçı1 MMC-dən başqa digər şəxslərə xidmətin göstərməsinə hər hansı bir qadağanın mövcud olmasını müəyyən etmək olmur. Ona görədə məhkəmə hesab edir ki, vergi orqanının İddiaçı1 MMC-nin mülkiyyətində olan yük avtomobillərinin ölkə ərazisinə giriş çıxış sayının çox olması onun tərəfindən bəyannamələrdə göstərilmiş idxal məhsularından artıq məhsulların ölkə ərazisinə gətirilməsinə dəlalət edə bilməz. Belə ki, İddiaçı1 MMC ləvazimatların topdan satışından başqa həmçinin yükdaşıma fəlaiyyəti ilə məşğul olan hüquqi şəxsdir. Ona görədə İddiaçı1 MMC-yə məxsus yük avtomobillərinin digər hüquqi şəxslərə yükdaşıma xidmətlərinin göstərilməsi, o cümlədən həmin nəqliyyat vasitəsinin sürücüləri tərəfindən digər şəxslərə yükün daşınması zamanı ölkə ərazisinə yenidən daxil olması istisna deyil. Ona görə də vergi orqanı tərəfindən gətirilən hazırkı arqumenti əsaslı hesab etmək düzgün deyil. Bundan başqa məhkəmə tərəfindən qeyd olunan halların araşdırılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspert rəyinə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə yoxlama ilə əlavə olaraq hesablanmış 351156,62 manat mənfəət vergisinin düzgünlüyü müəyyən olunmaması, həmçinin təqdim edilmiş sənədlərə əsasən də vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi üzrə bəyannamələrdən artıq dövriyyəsinin müəyyən olunmaması qeyd olunmuşdur. Qeyd olunan rəydə hazırkı tədqiqatla təqdim edilmiş iş materiallarında olan sənədlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 30405,34 manat məbləğində ƏDV-nin, 50943,76 manat məbləğində ÖMV-nin az hesablanması müəyyən olunmasıda göstərilmişdir. Göstərilənlərdən əlavə qeyd edilmişdir ki, Gürcüstan Respublikası vətəndaşları olan fiziki şəxslər müəssisəyə məxsus yük avtomobilləri ilə müəssisəyə sürücü xidməti göstərməsi müqabilində müəssisə qeyri-rezident fiziki şəxslərə ödədiyi vəsaitdən ödəmə mənbəyində “Sosial sığorta haqqında" Qanunun 14.5.2-ci maddəsinə (Mülki hüquqi xarakterli müqavilərlərlə işləyənlər (fərdi sahibkarlar istisna olmaqla) əsasən hesablanmış 42229,68 manat sosial sığorta haqları düzgün hesablanmamışdır. İddiaçı1 MMC-yə hesablanmış 42229,68 manat sosial sığorta haqları ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində rezident və qeyrirezidentin kim olması anlayışı verilmişdir. Belə ki, təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxsin Azərbaycan Respublikasında daimi yaşayış yeri,həyati mənafelərinin mərkəzi, adətən yaşadığı yeri olduqda və şəxs Azərbaycan Respublikasının vətəndaşı olduqda o rezident, qeyd olunanlara aid edilməyən şəxslər isə qeyri-rezident hesab edilirlər. Vergi orqanı tərəfindən xidmət müqaviləsində adları göstərilmiş Gürcüstan Respublikası vətəndaşlarının xidmət müqaviləsinin 3 il müddətinə bağlanması və buna görə də həmin şəxslərin rezident hesab edilməsi ilə bağlı gətirdiyi arqumenti əsaslı hesab etmək olmaz. Qeyd olunan xidmət müqaviləsinin 3 il müddətinə qüvvədə olması Gürcüstan Respublikası vətəndaşlarının 182 gündən artıq ölkə ərazisində yaşamasına dəlalət etmir. Belə ki, həmin şəxslər daimi əsaslarla Azərbaycan Respublikasında yaşamış olsaydılar Dövlət Miqrasiya Xidmətində müvvəqqəti qeydiyyata düşərək müvafiq şəxsiyyət vəsiqəsinin almış olardılar. Nəzərə alınmalıdır ki, səyyar vergi yoxlamasının əhatə etdiyi və yoxlamanın aktının tərtib olunduğu tarixdə qüvvədə olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 18.11.2014-cü il tarixli 4 N-li Qərarı ilə Məcburi Dövlət Sosial Sığorta Haqlarının toplanması qaydalarının 2.3-cü bəndində aşağıdakılar göstərilmişdir: - Təqvim ilində üst-üstə 182 gündən artıq vaxta sahibkarlıq fəaliyyətindən gəlir əldə edən əcnəbilər məcburi dövlət sosial sıöörtasına cəlb olunan şəxslər hesab olunurlar. Təqdim olunmuş iş materiallarında isə Gürcüstan Respublikasının rezidentlərinin 182 gündən artıq vaxta sahibkarlıq fəaliyyətindən gəlir əldə etməsi ilə bağlı hər hansı bir məlumat öz əksini tapmamışdır. Bununla yanaşı qeyd edilir ki, sosial sığorta haqqı ilə bağlı hesablanma aparılması Vergi Məcəlləsində 2019-cu ildən nəzərdə tutulmuşdur. Yəni Vergi Məcəlləsinə qeyd olunan dəyişikliyə əsasən vergi orqanlarına sosial sığorta haqlarını tələb etmək hüququ verilmişdir. Lakin, vergi orqanı tərəfindən 2018-ci ilin 1-ci rübü üzrə müəssisəyə sosial sığorta haqqı hesablanmışdır. Yəni qeyd olunan sığorta ödənişləri Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablanmalı olduğu tədqirdə həmin ödənişlər vergi orqanı tərəfindən geriyə şamil edilməklə İddiaçı1 MMC-ən tələb edilmişdir. Bundan başqa oda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 304-cü maddəsinin 1-ci bəndinə əsasən sosial sığorta — müvafiq normativ hüquqi aktlarda nəzərdə tutan hallarda işçilərin əmək münasibətləri prosesində itirdikləri gəlirlərinin — əmək haqlarının, əmək haqqına əlavələrin, başqa ödənclərin, həmçinin digər xərclərin müəyyən olunmuş qaydada və məbləğdə əvəzinin ödənilməsi, habelə onların itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununun Sosial sığorta — bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Həmin Qanunun 12-ci maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. Göründüyü kimi İddiaçı1 MMC ilə Gürcüstan Respublikasının vətəndaşları arasında bağlanmış saziş əmək deyil mülki hüquq münasibətlərindən irəli gələn xidmət müqaviləsidir. Yəni qeyd olunan əcnəbi vətəndaşlarının gələcəkdə itirə biləcəkləri əmək haqlarının qarşının alınması məqsədi ilə ödənilməli olan kompensasiyanın təmin edilməsi məqsədi ilə işəgötürən ilə əmək müqaviləsini bağlanması zəruridi. Lakin adları xidmət müqaviləsində göstərilən şəxslərin İddiaçı1 MMC ilə işçi kimi əmək müqaviləsinin tərəfi olması müəyyən edilmədi. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, “İkiqat vergitutmanın aradan qaldırılmasına dair” Azərbaycan Höküməti ilə Gürcüstün Höküməti arasında bağlanmış və 01.01.1998-ci ildən tətbiq edilən sazişin 18-ci bəndinə əsasən sazişin tərəfləri olan dövlətlərin ərazisində pensiya təminatının həyata keçirilməsi üçün tətbiq edilən vergilər yalnız bir ölkənin ərazisində tutula bilər. Qeyd olunan Sazişin tələblərindən məlum olur ki, şəxsin gələcəkdə pensiya təminatının həyata keçirilməsi üçün vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən vergiyə cəlb edilməsi (yəni MDSSH-rı) onun qeyri-rezident olduğu ölkə tərəfindən vergiyə cəlb edilməsi məsuliyyətindən azad edir. Vergi orqanı tərəfindən Gürcüstan Respublikası vətəndaşlarına Dövlət Sosial Müdafiə Fondu tərəfindən sosial sığorta haqlarının hesablanması öz təsdiqini tapmadı. Ona görə də məhkəmə hesab edir ki, xidmət müqaviləsində göstərilmiş Gürcüstan Respublikasının vətəndaşlarına görə hesablanmış 42.229,68 manat sosial sığorta haqları qanunsuzdur. Lakin digər tərəfdən oda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07.09.2021-ci il tarixli, 9/3659 nömrəli ekspert rəyində səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan 30.405,34 manat məbləğində ƏDVnin, 50943,76 manat məbləğində ÖMV-nin az hesablanması müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, 23.12.2020-ci il tarixli **********142911 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” vergi orqanının qərarı bu hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu məcəllə ilə müəyyən edilməyən, yaxud bu məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Həmin qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə tərəfindən ləğv oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 avqust 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konsiritusiyasına vo qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Konstitusiya Məhkəməsinin 11 oktyabr 2016-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir; Təsadüfi deyil ki, Ali Məhkəməsinin Plenumun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqımda” 27 noyabr 2003-cü il tarixli qərannda məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyinin bütiin ziddıyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin riyayəı edilməməsində vergi ödəyicisİnin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisİnin xeyrinə şərh olunmalıdır. Ona görə də göstərilən hal aydılaşdırılması mümkün olmayan məqamlar kimidə vergi ödəyicisİnin xeyrinə şərh edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, vergi orqanı tərəfindən keçirilən vergi yoxlaması və bununla bağlı keçirilən prosedur hərəkətlər qanunvericiliyin tələblərini qismən pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati prosessual Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının 145 (yüz qırx beş) manatlıq dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsindən 72,50 (yetmiş iki manat əlli qəpik) manat, İddiaçı1 MMC -dən 72,50 (yetmiş iki manat əlli qəpik) məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati akt qəbul edilərkən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar cavabdeh vergi orqanı tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmadığından, vergi qanunvericiliyinin tələbləri düzgün tətbiq edilmədiyindən və məhkəmə baxışı zamanı da həmin inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmədiyindən, iddia qismən təmin edilməli, 23.12.2020-ci il tarixli **********142911 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar 30.405,34 manat məbləğində ƏDV, 50943,76 manat məbləğində ÖMV hissəsi istisna olunmaqla, digər hissədə ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin 23.12.2020-ci il tarixli **********142911 saylı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 30.405,34 manat məbləğində ƏDV, 50943,76 manat məbləğində ÖMV hissəsi istisna olunmaqla, digər hissədə ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatının 145 (yüz qırx beş) manatlıq dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsindən 72,50 (yetmiş iki manat əlli qəpik) manat, İddiaçı1 MMC -dən 72,50 (yetmiş iki manat əlli qəpik) məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar