Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-671/2020 17.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Rami qızının katibliyi ilə, İddiaçı Şahmuad oğlunun (işləməyən, Şamaxı şəhəri, A.Səhhət küçəsi, ev 6-da yaşayan) Cavabdehin nümayəndəsi X1 (DSMF-nin Şamaxı rayon şöbəsinin pensiya sektorunun məsləhətçi işləyən, Şamaxı şəhəri, Z.Hacıyev küçəsi ev 50-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinə qarşı DSMF-nin Şamaxı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********3 saylı imtinasının əsassız hesab olunması və onun 1971- 1975-ci il, 1977-1979-cu illərdə Hacıqabul rayonu M.Müşfiq adına kolxozda, 1981-1984-cü illərdə Saatlı rayonu M.F.Axundov adına kolxozda, 1985-1996-cı illərdə Hacıqabul rayonu “1 May” kolxozunda və xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək Hacıqabul rayonu Navahi maldarlıq sovxozundaişlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıtİnzibati Məhkəməsinə müraciət edərək, DSMF-nin Şamaxı rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********3 saylı imtinasının əsassız hesab olunması və onun 1971-1975-ci, 1977-1979-cu illərdə Hacıqabul rayonu M.Müşfiq adına kolxozda, 1981-1984-cü illərdə Saatlı rayonu M.F.Axundov adına kolxozda, 1985-1996-cı illərdə Hacıqabul rayonu “1 May” kolxozunda və xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək Hacıqabul rayonu “Navahi” maldarlıq sovxozundaişlədiyi müddətin sosial sığorta stajına hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək onun 1971-1975-ci il, 1977-1979-cu illərdə Hacıqabul rayonu M.Müşfiq adına kolxozda, 1981-1984-cü illərdə Saatlı rayonu M.F.Axundov adına kolxozda, 1985-1996-cı illərdə Hacıqabul rayonu “1 May” kolxozunda və xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək Hacıqabul rayonu Navahi maldarlıq sovxozundaişlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinin üzərinə qoyulmasıbarədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbini müdafiə etdi və izah etdi ki, o, 1955-ci ildə anadan olmuşdur. 1971-1975-ci il və 1977-1979-cu illərdə Hacıqabul rayonu M.Müşfiq adına kolxozda, 1981- 1984-cü illərdə Saatlı rayonu M.F.Axundov adına kolxozda, 1985-1996-cı illərdə Hacıqabul rayonu “1 May” kolxozunda və xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək Hacıqabul rayonu “Navahi” maldarlıq sovxozundaişləmişdir. Bu dövrlər onun əmək kitabçasında öz əksinini tapmamışdır. Yaşa görə əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Şamaxı rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən ona ünvanlanan imtina məktubunda bildirilmişdir ki, işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmadığına görə ona yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır.Bununla bağlı iddiaçı iddianın təmin edilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçı yaşa görə pensiya təyin edilməsi üçün şöbəyə müraciət etmişdir. Lakin araşdırma zamanı onun 1971- 1975-ci, 1977-1979-cu illərdə Hacıqabul rayonu M.Müşfiq adına kolxozda, 1981-1984-cü illərdə Saatlı rayonu M.F.Axundov adına kolxozda ,1985-1996-cı illərdə Hacıqabul rayonu “1 May” kolxozunda və xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək Hacıqabul rayonu “Navahi” maldarlıq sovxozundaişlədiyi dövlərin əmək kitabşçasında əks olunmadığı müəyyən edilmişdir. Buna görə də «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə uyğun olaraq iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. İş materiallarında olan : -AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. - X4 filialı tərəfindən verilmiş 117 saylı xx.xx.2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı Şahmuad oğlu 1971-1975-ci, 1977-1979-cu illərdə Hacıqabul rayonu M.Müşfiq adına kolxozda, 1985-1996-cı illərdə Hacıqabul rayonu “1 May” kolxozunda və xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək Hacıqabul rayonu, “Navahi” maldarlıq sovxozundaişləmiş və əmək haqqı alımışdır. - X5 filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışında görünür ki, İddiaçı 1981-1984-cü illərdə Saatlı rayonu M.F.Axundov adına kolxozda işləmiş və əmək haqqı almışdır. -İddiaçının adına açılmış əmək kitabçasından görünür ki, İddiaçı Şahmuad 1979-cu ildən 1984-cü ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. -iddiaçının hərbi biletindən görünür ki, o, 1975-1977-ci illərdə hərbi xidmətdə olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Şahmuad oğlu ona yaşa görə əmək pensiyası təyin olunması ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçının istinad etdiyi müddətin əmək kitabçasında qeyd olunmadığından həmin dövrün onun sığorta stajına daxil edilməsindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 30.1-ci maddəsinə əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Göstərilən maddənin “Qeyd” hissəsinə göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə hesab edir ki, İddiaçı Şahmuad oğlunun təqdim etdiyi X4 filialı tərəfindən verilmiş 117 saylı xx.xx.2019-cu il tarixli arxiv arayışı ilə onun 1971-1975-ci, 1977-1979cu illərdə Hacıqabul rayonu M.Müşfiq adına kolxozda, 1981-1984-cü illərdə Saatlı rayonu M.F.Axundov adına kolxozda ,1985-1996-cı illərdə Hacıqabul rayonu “1 May” kolxozunda və xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək Hacıqabul rayonu Navahi maldarlıq sovxozundaişləməsi təsdiq edilir və beləliklə, onun cəmi 26 il 9 aydan yuxarı sosial sığorta stajına malik olması sübuta yetirilir. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin Siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə - pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi); ümumi iş stajını təsdiq edən sənədləri; əlilliyə görə pensiya növü üzrə isə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər, Tibbi-Sosial Ekspert Komissiyasının əlilliyi (sağlamlıq imkanlarının məhdudluğu) təsdiq edən müayinə aktından çıxarış və s. sənədlər təqdim olunur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı Şahmuad oğlunun 22 oktyabr 1971-1975-ci, 1977-1979-cu illərdə Hacıqabul rayonu M.Müşfiq adına kolxozda, 1981-1984-cü illərdə Saatlı rayonu M.F.Axundov adına kolxozda ,1985-1996-cı illərdə Hacıqabul rayonu “1 May” kolxozunda və xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək Hacıqabul rayonu, Navahi maldarlıq sovxozundaişlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69,75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Şahmuad oğlunun 1971-1975-ci, 1977-1979-cu illərdə Hacıqabul rayonu M.Müşfiq adına kolxozda, 1981-1984-cü illərdə Saatlı rayonu M.F.Axundov adına kolxozda ,1985-1996-cı illərdə Hacıqabul rayonu “1 May” kolxozunda və xx.xx.1997-ci ildən xx.xx.1999-cu ilədək Hacıqabul rayonu, Navahi maldarlıq sovxozunda işlədiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Şamaxı rayon şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-671/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-671/2020
17.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver