Məhkəmə qərarları › İş №2-1(118)-671/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-671/2023

27.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-671/2023 27.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “İddiaçı əmək kitabçasında və müvafiq arayışlarda göstərilən iş stajını nəzərə alaraq ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi”nə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edimişdir. İddiaçı razılaşmayaraq, məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961-ci ildə Yardımlı rayonunda anadan olmuşdur. 1979-cu il mart ayının 15-dən Yardımlı rayonunda Sovxozda çalışmışdır. 1992-ci fevral ayının 29-da həmin Sovxoz bağlanmış və adı dəyişərək yenidən “Yardımlı Zevin kəndi adına Kolxoz” olmuşdur. 1996-cı il aprel ayının 25-nə kimi həmin kolxozda fəaliyyətini davam etdirmişdir. Daha sonra xx.xx.1996-cı il tarixdən xx.xx.2022-ci il tarixədək “X6 LTD”-də müxtəlif vəzifələrdə fasiləsiz çalışmışdır. Əmək kitabçasında bütün müvafiq qeydlər öz əksini tapmışdır. Qeyd etdiyi idarədə işləyib əmək haqqı almağı müvafiq arayışlarında da öz təsdiqini tapır. Həmçini xəstə olduğundan ona sol süd vəzinin Cr-i,T2NM0İİ(B) mərhələli diaqnozu qoyulmuşdur. Cərrahi müdaxiləyə ehtiyac yaranmış və xx.xx.2021-ci il tarixdə Soltərəfli radikal mastektomiya əməliyyatı olmuş və hal-hazırda əlil kimi qeydiyyatdadır. Göstərilənləri nəzərə alaraq cabadeh orqan Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 6 saylı “DOST” Mərkəzinə ona əlilliyə görə əmək pensiyanın təyin edilməsi üçün rəsmi şəkildə müraciət etmiş və müraciəti oradan aidiyyatı üzrə Mərkəzi Filiala göndərilmişdir. Lakin cavabdeh xx.xx.2022ci il tarixli **********5 saylı cavab məktubu ilə müraciətinin təmin olunmasından imtina etmişdir. Pensiyanın təyin edilməsindən imtina olunması barədə məktubda qeyd edilmişdir ki,“X6 LTD” müəssisəsinin arayışına əsasən sığorta stajı 35 il 2 ay 14 gün olmasına baxmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış kapital 61 yaşa uyğun olaraq qanunvericilikdə tələb olunan məbləğdən azdır. Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması qaydalarının 3.1.1-ci maddəsində qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. Hesab edir ki, cavabdehin sözügedən imtinası qanuni və əsaslı olmamışdır. Çünki onun sığorta stajı qanunvericilikdə nəzərdə tutulan müddətdən 15 il 4 ay çoxdur. Həmçinin tələb olunan pensiya kapitalıda qanunvericiliklə tələb olunan məbləğdən çoxdur. Bütün müvafiq qeydlər əmək kitabçasında və arayışlarda öz əksini tapır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir.Lakin İddiaçı təqdim etdiyi sənədlərə əsasən onun əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan sosial sığorta stajı olmasına baxmayaraq fərdi hesabının sığorta hissəsində mövcud pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən müraciətinin müsbət həlli mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, İİ və İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərtin mövcud olması mütləqdir: 1) Ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olması; 2) Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması. Bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir. Ona görə də əlilliyə görə pensiya təyin edilməsi üçün bu şərtlərin hər ikisinin mövcudluğu araşdırılmalıdır. Adı çəkilən Qanunun 12.1-ci maddəsində göstərilən "əmək qabiliyyətli yaş dövrü” ifadəsi şəxsin qanunla əmək fəaliyyət qabiliyyətli yaşa çatdıqdan sonrakı dövrü əhatə edir. AR Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" xx.xx.2018-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması hesab edilir. Sözügedən Qanunun 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti TSEK tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Sözügedən Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs TSEK tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnaməsinin 4,26ci bəndinə əsasən, əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Bu halda iddiaçının xx.xx.1961-ci il təvəllüdlü olması və ona xx.xx.2021-ci il tarixdə İİİ dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 15 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində 25920 manat pensiya kapitalı tələb olunur. "Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir: 60 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 45 il (əmək qabiliyyətli yaş dövrü) 45 il x 4 ay (əmək qabiliyyətli yas dövrünün hər tam ili üçün) - 180 ay 180 ay : 12 ay = 15 il Qeyd edilən hesablamadan da göründüyü kimi İddiaçı əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən ganuna müvafiq olaraq tələb olunan sosial sığorta stajı 15 ildir. “Əmək pensiyaları haqqında" Qanunun 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 saylı qərarının 4.3.4-cü bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Sözügedən Qaydaların 4.3.5-ci bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxıl olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; К - sığorta davamiyyəti əmsalıdır. Həmin Qaydaların müvafiq normasının tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə tələb olunan pensiya kapitalı: 60 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 45 il (əmək qabiliyyətli yaş dövrü) 45 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 180 ay Tələb olunan sığorta stajı 192-ə bölünməklə sığorta davamiyyəti əmsalı tapılır: 180/200= 0,9 Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur: 0,9 x144=129,6 129,9 ay x 200 manat (2019-cu ildə əmək pensiyasının minimum məbləği) = 25920 iddiaçının İİİ dərəcəli əlil kimi əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalının məbləği. Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. iddiaçının əmək kitabçasında qeyd edilən bütün dövrlər nəzərə alındığı halda belə 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı aşağıdakı qaydada hesablanır: İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə və “X6 LTD” müəssisəsinin arayışına əsasən sığorta stajı 35 il 2 ay 14 gün olmaqla qanunvericiliklə ona münasibətdə tələb olunan müddətdən çoxdur. Lakin, fərdi hesabının sığorta hissəsində qeydə alınmış 22599,84 manat pensiya kapitalı 60 yaşa uyğun olaraq qanunvericiliklə İddiaçı münasibətdə tələb olunan 25920 manat pensiya kapitalından az olduğundan əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirirlər ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Yardımlı rayon “Təbriz” kolxozunda işlədiyi dövrün araşdırılması zərurəti yaranmış, işin tam, hərtətərəfli və obyektiv araşdırılması üçün tərəfimizdən müvafiq qurumlara sorğular ünvanlanmışdır. Yardımlı rayon Dövlət Arxivində qarşılıqlı yoxlama keçirilmiş, tərtib edilən akta əsasən bildirilmişdir ki. İddiaçı 1992-ci il mart ayında 89,06 manat, aprel ayında 368,20 manat, may ayında isə 115,34 manat olmaqla cəmi 572.60 manat əməkhaqqı müəyyən edilmişdir. Lakin həmin ilin uçot kitablarında qazanılmış adamgünü norması göstərilməmişdir. Eyni zamanda iddiaçının soyadı isə Qarayeva kimi göstərilmişdir. Həmçinin, Yardımlı rayon Dövlət Arxindən sorğumuza ünvanlanan cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı 1993-1996-cı illər üzrə “Təbriz” kolxozundakı əmək fəaliyyətinə dair məlumatlar aşkar olunmamışdır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsində də nəzərdə tutulmuşdur. Lakin vətəndaşın əmək kitabçasından göründüyü kimi işlədiyini iddia etdiyi illər üzrə minimum əmək iştirakı norması öz əksini tapmamışdır. Bu halda həmin illər üzrə iş stajını hesablamaq qeyri-mümkündür. İddiaçının "X6 LTD” müəssisəsində işlədiyi və əməkhaqqı aldığı dövrlər işin mübahisələndirilməyən tərəfidir. Lakin həmin müəssisənin təqdim etdiyi arayışdan məlum olur ki. İddiaçı bəzi aylar əməkhaqqı almamışdır. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində əmək pensiyası anlayışının açıqlaması verilir. Belə ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. İddiaçının əməkhaqqı alması sübuta yetirilmədiyindən, həmin illərin iş stajına daxil edilərək iddiaçıya DSMF tərəfindən əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1 və 12.2-ci maddələrinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə. onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etiraza uyğun izahat vermiş məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, 35 il 2 ay 14 gün qəbul edirlər. Digər dövrləri qəbul etmirlər. Pensiya kapitalı çatmır. 25920 manat pensiya kapitalı tələb olunur. Mübahisəli dövrlər nəzərə alınarsa pensiya kapitalı çatmış olar. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh isə pensiya kapitalı çatışmaması səbəbilə iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina edir. Cavabdeh qeyd edir ki, iddiaçının xx.xx.1961-ci il təvəllüdlü olması və ona xx.xx.2021-ci il tarixdə İİİ dərəcə əlillik müəyyən edilməsi nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası hüququ yaranması üçün 15 il sığorta stajı və fərdi hesabın sığorta hissəsində 25920 manat pensiya kapitalı tələb olunur. "Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir: 60 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 45 il (əmək qabiliyyətli yaş dövrü) 45 il x 4 ay (əmək qabiliyyətli yas dövrünün hər tam ili üçün) - 180 ay 180 ay : 12 ay = 15 il Qeyd edilən hesablamadan da göründüyü kimi İddiaçı əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən ganuna müvafiq olaraq tələb olunan sosial sığorta stajı 15 ildir. “Əmək pensiyaları haqqında" Qanunun 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalan”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 saylı qərarının 4.3.4-cü bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. Sözügedən Qaydaların 4.3.5-ci bəndinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH=PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixədək qeydə alınmış pensiya kapitalıdır (Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxıl olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; К - sığorta davamiyyəti əmsalıdır. Həmin Qaydaların müvafiq normasının tələblərinə müvafiq olaraq İddiaçı münasibətdə tələb olunan pensiya kapitalı: 60 il (yaş) - 15 il (əmək qabiliyyəti olmadığı yaş dövrü) = 45 il (əmək qabiliyyətli yaş dövrü) 45 il x 4 ay (əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün) = 180 ay Tələb olunan sığorta stajı 192-ə bölünməklə sığorta davamiyyəti əmsalı tapılır: 180/200= 0,9 Sığortaolunanın sığorta davamiyyəti əmsalı gözlənilən pensiya ödənişi müddəti aylarının sayına vurulur: 0,9 x144=129,6 129,9 ay x 200 manat (2019-cu ildə əmək pensiyasının minimum məbləği) = 25920 iddiaçının İİİ dərəcəli əlil kimi əlilliyə görə əmək pensiyasının təyin olunması üçün tələb olunan pensiya kapitalının məbləği. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. iddiaçının əmək kitabçasında qeyd edilən bütün dövrlər nəzərə alındığı halda belə 2006-cı il yanvarın 1-dək olan dövrə aid ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı aşağıdakı qaydada hesablanır: İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə və “X6 LTD” müəssisəsinin arayışına əsasən sığorta stajı 35 il 2 ay 14 gün olmaqla qanunvericiliklə ona münasibətdə tələb olunan müddətdən çoxdur. Lakin, fərdi hesabının sığorta hissəsində qeydə alınmış 22599,84 manat pensiya kapitalı 60 yaşa uyğun olaraq qanunvericiliklə İddiaçı münasibətdə tələb olunan 25920 manat pensiya kapitalından az olduğundan əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirirlər ki, iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Yardımlı rayon “Təbriz” kolxozunda işlədiyi dövrün araşdırılması zərurəti yaranmış, işin tam, hərtətərəfli və obyektiv araşdırılması üçün tərəfimizdən müvafiq qurumlara sorğular ünvanlanmışdır. Yardımlı rayon Dövlət Arxivində qarşılıqlı yoxlama keçirilmiş, tərtib edilən akta əsasən bildirilmişdir ki. İddiaçı 1992-ci il mart ayında 89,06 manat, aprel ayında 368,20 manat, may ayında isə 115,34 manat olmaqla cəmi 572.60 manat əməkhaqqı müəyyən edilmişdir. Lakin həmin ilin uçot kitablarında qazanılmış adamgünü norması göstərilməmişdir. Eyni zamanda iddiaçının soyadı isə Qarayeva kimi göstərilmişdir. Həmçinin, Yardımlı rayon Dövlət Arxindən sorğularına ünvanlanan cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı 1993-1996-cı illər üzrə “Təbriz” kolxozundakı əmək fəaliyyətinə dair məlumatlar aşkar olunmamışdır. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsində də nəzərdə tutulmuşdur. Lakin vətəndaşın əmək kitabçasından göründüyü kimi işlədiyini iddia etdiyi illər üzrə minimum əmək iştirakı norması öz əksini tapmamışdır. Bu halda həmin illər üzrə iş stajını hesablamaq qeyri-mümkündür. İddiaçının "X6 LTD” müəssisəsində işlədiyi və əməkhaqqı aldığı dövrlər işin mübahisələndirilməyən tərəfidir. Lakin həmin müəssisənin təqdim etdiyi arayışdan məlum olur ki. İddiaçı bəzi aylar əməkhaqqı almamışdır. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində əmək pensiyası anlayışının açıqlaması verilir. Belə ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. İddiaçının əməkhaqqı alması sübuta yetirilmədiyindən, həmin illərin iş stajına daxil edilərək iddiaçıya DSMF tərəfindən əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehin etirazı əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Qeyd edilən konstitusion müddəadan çıxış etməklə Azərbaycan Respublikasının qanunvericiliyi sosial təminat hüququnun əldə edilməsi və həyata keçirilməsi qaydalarını müəyyənləşdirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Əmək Pensiyaları haqqında Qanunun 12.1-ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Cavabdeh orqan qeyd edir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə və “X6 LTD” müəssisəsinin arayışına əsasən sığorta stajı 35 il 2 ay 14 gün olmaqla qanunvericiliklə ona münasibətdə tələb olunan müddətdən çoxdur. Lakin, fərdi hesabının sığorta hissəsində qeydə alınmış 22599,84 manat pensiya kapitalı 60 yaşa uyğun olaraq qanunvericiliklə İddiaçı münasibətdə tələb olunan 25920 manat pensiya kapitalından az olduğundan əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Bundan əlavə cavabdeh imtinasında qeyd edir ki, X6 LTD müəssisəsinin arayışına 1998-ci ildə 3 ay, 1999-cu ildə 5 ay, 2000-ci ildə 3 ay, 2001-ci ildə 1 ay, 2003-cü ildə 3 ay, 2004-cü ildə 2 ay, 2005-ci ildə 3 ay əmək haqqı ödənilmədiyindən həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, mübahisəli dövlərin cavabdeh tərəfindən nəzərə alınmaması əsaslı olmamışdır. Belə ki, əmək kitabçasından göründüyü kimi iddiaçı 1996-cı il tarixdən 2022-ci il tarixədək X6 LTD müəssisəsində işləmişdir. Cavabdehin iddiaçının 2006-cı il tarixədək əmək haqqı almadığı dövrləri nəzərə almaması əsaslı deyil. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən, əmək stajını təsdiqedici sənəd kimi arayışlara, əmrlərdən çıxarışlara, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəllərinə, vəsiqələrə, xasiyyətnamələrə, yazılı əmək müqavilələrinə, icrası barədə qeydlər edilməklə razılaşmalara, əmək xidmət siyahılarına, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə, qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Qaydaların 3.2.1-ci maddəsində "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi, xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü təsbit edilmişdir. Qeyd olunmalıdır ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh inzibati orqanın tərəfindən nəzərə alınmayan dövrlər (1998-ci ildə 3 ay, 1999-cu ildə 5 ay, 2000-ci ildə 3 ay, 2001-ci ildə 1 ay, 2003-cü ildə 3 ay, 2004-cü ildə 2 ay, 2005-ci ildə 3 ay) pensiya kapitalı kimi nəzərə alınarsa iddiaçının tələb olunan pensiya kapitalı yaranmış olur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı (əmək kitabçasında və müvafiq arayışlarda göstərilən iş stajını nəzərə alaraq) əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar