Məhkəmə qərarları › İş №2-1(118)-673/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-673/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-673/2020 25.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Hakim köməkçisi Ağasıyeva Ülviyyə Şəmşir qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 a ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı xx.xx.2014-cü il tarixli 186 saylı qərarında “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci maddəsinin “ç” bəndinin həmin Əsasnamənin 7.2-ci maddəsinin “c” bəndi ilə əvəz edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməsi barədə iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2014-cü il tarixli 186 saylı qərarında “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci maddəsinin “ç” bəndinin həmin Əsasnamənin 7.2-ci maddəsinin “c” bəndi ilə əvəz edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göstərilən iddia Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərar ilə mümkün sayılmamışdır. Belə ki, məhkəmə həmin iddianı mübahisələndirmə növündə baxılan iddialara aid edərək iddia müddətinin ötürülməməsi səbəbi ilə mümkün saymamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə həmin qərardad ləğv edilmiş və iş yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. İddia tələbi onunla əsaslandırılmıdır ki, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Az\rbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissədə heyət nəfəri aytıcı, sonralar isə sürücü vəzifələrində xidmətdə olmuşdur. xx.xx.2006-cı il tarixdə “Döyüş hazırlığı planına əsasən” təlimə çıxış vaxtı avtomobil texnikasının üzərindən yıxılaraq bel nahiyyəsindən ağır travma almışdır. Onun idarə etdiyi avtomobil hərbi hissə komandirinin xidməti avtomobili olduğu üçün həmin gün məcbur olaraq ağrılı vəziyyətdə şəxsi heyət tərkibi ilə birlikdə təlimə çıxmışdır. Təxminən iki aya yaxın müddət ərzində çox çətinliklə xidmətini davab etdirmişdir. Lakin ağrıları artdığından xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək N saylı hərbi hissədə “Vertebrogen mənşəli, soltərəfli lumbaişalgiya mülayim ağrı sindromu ilə ” stasionar müalicəyə götürülmüşdür. Lakin bu müalicə yanlış istiqamətdə aparıldığı üçün ona heç bir faydası olmamış və artıq xidmətinin sonuna iki ay qaldığından xx.xx.2006-cı il tarixdə ambulator müalicəyə göndərilmişdir. Ehtiyata təxris olunduqdan sonra aldığı stasionar müalicələr zamanı aşkar edilmişdir ki, müalicələri yanlış aparılmışdır. O, ilk dəfə mərkəzi Hərbi Hkim komissiyasına müraciət etdikdə ona hərbi komissiyanın xx.xx.2014-cü il tarixli 186 saylı qərarı ilə “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” kimi diaqnoz qoyulmuşdur. O, həmin qərarla razılaşmayaraq, dəfələrlə xidmət etdiyi hərbi hissəyə müraciət etmişdir. Lakin hər dəfə müxtəlif bəhanələr gətirilərək ona imtina cavabları verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2017-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı Kənan Vəliyev hərbi hissənin əsgəri kimi xx.xx.2009-cu il tarixdə MN-nin Mərkəzi Hərbi Klinik Hospitalın cərrahiyyə profilli hərbi- həkim komissiyası tərəfindən şəhadətləndirilmiş, onda təyin edilmiş, “Baş beynin sağ yarımkürəsinin xroniki subdural hematoma ilə sıxılmasına görə aparılmış sağ alın-təpə nahiyyəsində trefinasiya, subdural hematomanın boşaldılması əməliyyatının nəticəsində kəllə tağının örtülməmiş 5,0 sm sümük defekti; Baş beynin sağ yarımkürəsinin xroniki subdural hematoma ilə sıxılmasına görə aparılmış (xx.xx.2009) subdural hematomanın boşaldılması əməliyyatının soltərəfli piramid çatışmazlığı və vegetativ damar davamsızlığı ilə müşayiət olunan nəticəsi, mərkəzi sinir sistemi funksiyanın mülayim dərəcədə pozulması ilə” diaqnozuna əsasən travmanın hərbi xidmətlə səbəb əlaqəsi “ Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi təyin edilmiş və o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə qüvvədə olmuş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” “Xəstəliklər cədvəlinin 81b, 23b maddəsinin İİ qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” sayılmışdır. Qeyd edilən Əsasnamənin 7.3-cü bəndinin tələblərinə əsasən hərbi-həkim komissiyası xəsarətin səbəbli əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Kənan Vəliyev xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək MN-nın Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olduğu vaxt hospital rəisi tərəfindən N saylı hərbi hissə komandirinə K.Vəliyevin hansı şəraitdə xəsarət almasına dair xx.xx.2009-cu il tarixli 1627 nömrəli sorğu göndərilsə də, N saylı hərbi hissə komandiri tərəfindən imzalanmış travma haqqında arayış MN-nın Mərkəzi Hərbi Klinik Hospitalına təqdim edilməmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan : - X2 aid AO N0711915 saylı hərbi biletdən görünür ki, o, xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək N saylı hərbi hissədə xidmət etmişdir. -xx.xx.2006-cı il tarixli xətəlik tarixçəsindən görünür ki, İddiaçı bel nahiyyəsində ağrıların hərbi xidmət zamanı avtomobildən tullandıqdan sonra başlandığını və son 1 ay ərzində ağrıların daha da artdığını bildirmişdir. -N saylı hərbi hissə tərəfindən verilmiş N saylı xx.xx.2018-ci il tarixli travma haqqında arayışdan görünür ki, X4 xx.xx.2006-cı il tarixdə döyüş hazırlığı təlimi zamanı avomobil üzərindən yıxılaraq “bel fəqərəsinin çatı və sürüşməsi” xsarətini almışdır. -Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2014-cü il tarixli 186 saylı qərarından görünür ki, İddiaçı “Vertebrogen mənşəli, soltərəfli lumbaişalgiya mülayim ağrı sindromu ilə ” diaqnozu ilə “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” rəyi verilmişdir. İddiaçı Məmmədovun müraciətindən görünür ki, o, cavabdeh inzibati orqana müraciət edərək düzgün qərar verilməini və “Hərbi travmadır” hərbi xidmət vəzifələrini yerinə yetirərkən” kimi şəhadətləndirilməsini xahiş etmişdir. Lakin onun müraciətinə cavabdeh tərəfindən hər hansı cavab verilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsinə əsasən isə vətəndaşlar Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışa çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusunu əldə edir və Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Keçmiş hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi barədə təlimatın 3.3-cü bəndinə əsasən hərbi xidmətlə əlaqədar əlillik, hərbi xidmət zamanı alınmış yaralanmanın (travma, kontuziya, zədələnmə) və ya xəstəliyin bilavasitə nəticələrinə görə, yaxud da bunların fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli Qərarı ilə “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” təsdiq edilmişdir. Həmin Əsasnamənin: - 1.5-ci bəndinə görə tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbiuçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür; - 1.8-ci bəndinə görə Hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur. Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbihəkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür; - 1.9-cu bəndinə görə vətəndaş hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbi-həkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir; - 5.1-ci bəndinə görə hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. - 7.1-ci bəndinə görə hərbi qulluqçuların, orqanlarda xidmət keşən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbihəkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir; - 7.2-ci bəndinə görə hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: “a” yarımbəndi – “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “b” yarımbəndi – “Hərbi travmadır. SSRİ-nin müdafiəsi zamanı alınmışdır”, “c” yarımbəndi – “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, “ç” yarımbəndi – “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır”, “d” yarımbəndi – “Xəstəlikdir, 6 Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”, “e” yarımbəndi – “Ümumi xəstəlikdir”. Əgər şəhadətləndirilən şəxs xəsarəti “a” yarımbəndində (“Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı üzrə) göstərilən hallar istisna olmaqla, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən almışsa hərbi həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” qərarını çıxarır; - 7.3-cü bəndinə görə hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olubolmaması göstərilir; - 7.4-cü bəndinə görə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə almış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnməsinin aldığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şahədətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq edilir. Yuxarıda qeyd olunan normaların məzmunundan aydın olur ki, hərbi həkim komissiyalarının vəzifələrindən biri də hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini düzgün təyin etməkdir. Sadalanan hüquq normalarından da görünür ki, hərbi həkim komissiyalarının vəzifələrindən biri də hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini düzgün təyin etməkdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur. Həmin Qanunun 24.1-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qeyd olunan Qanunun 24.2-cü və 24.3-cü maddələrinə görə isə, inzibati orqan maraqlı şəxsin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq, aşağıdakı məzmunda geniş arayışın təqdim olunması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəyə sorğu məktubu göndərmişdir: - İddiaçı 2006-cı ilinavqust ayının 10-da müvafiq hərbi hissədə xidmət edərkən yıxılması və travma alıb- almaması ilə bağlı məlumat verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, məhkəmənin sorğusuna hər hansı cavab verilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi “Travma haqqında” arayış da mötəbər sübut kimi qiymətləndirilməlidir. Çünki onun sübut kimi inzibati icraatda mötəbərliyinin müəyyən edilməsi üçün tədbir görülməmiş, onda olan məlumatların həqiqətə uyğun olmadığı təsdiqlənməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın imtina cavabını əsaslandıran yetərli sübutlar təqdim etməməsi, habelə məhkəmə araşdırması zamanı da məhkəmənin sorğusuna cavab olaraq zəruri materiallar barədə məlumat alınmaması onu deməyə əsas verir ki, inzibati orqanda aparılan icraat zamanı işin bütün halları, o cümlədən iddiaçının xeyrinə ehtimal olunan hallar araşdırılmamışdır. Bununla da “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin tələbləri pozulmuşdur. Digər tərəfdən, məhkəmə icraatı çərçivəsində qərarın iddiaçının arzuladığı şəkildə qeyd aparılmaqla qəbul olunmasını birmənalı əsaslı sayan yetərli sübutların da toplanması mümkün olmamışdır. Halbuki, sözügedən sübutların, habelə, onu inkar edən sübutların inzibati orqan tərəfindən əldə olunmasının mümkünlüyü daha ehtimallıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . Eyni Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı şəhadətləndirilməsi haqqında xx.xx.2014-cü il tarixli 870 saylı qərarda “Xəstəlikdir” hərbi xidmət dövründə almışdır” qeydinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” qeydinə dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı şəhadətləndirilməsi haqqında xx.xx.2014-cü il tarixli 870 saylı qərarda “Xəstəlikdir, hərbi xidmət dövründə almışdır” qeydinin “Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmışdır” qeydinə dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar