Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-673/2021 29.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (SOCAR-da qaynaqçı işləyən, ünvan 1 ünvanında yaşayan ) və onun vəkili X2 (ünvan 2 vəkil işləyən, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 48, mənzil 28-də yaşayan iştirakı ilə, İddiaçı cavabdeh ünvan 3 ünvanında yerləşən mənzilə orderin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, mənzil 25 ünvanında yerləşən mənzilin iddiaçının adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, mənzil 25 ünvanında yerləşən mənzilə dair orderin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhəmədən xahiş etdi. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı ğlu iddia tələbini müdafiə edərək izah etdi ki, «Azərikimyatikinti» Trestinin Həmkarlar Komitəsinin və MMK-nin keçirdiyi birgə iclasın 02 may 1995-ci il tarixli 37 saylı Protokol-Qərarına əsasən ona Sumqayıt şəhəri, 47ci məhəllə, ev 12, mənzil 25 ünvanda yerləşən sahəsi 39,6 kv.metr olan 3 otaqlı mənzil verilmiş və həmin protokol təsdiq edilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə göndərilmişdir.Lakin bu günə qədər də həmin protokolun təsdiq edilməsi barədə sərəncam qəbul edilməmişdir. Cavabdeh cavab olaraq bildirmişdir ki,mənzildə məcburi köçkünlər yaşadığı üçün həmin mənzilə dair sərəncam verilməsi yalnız məcbur köçkünlər mənzillə təmin edildikdən sonra mümkün olacaqdır. Həmin mənzildə qanunsuz olaraq qaçqınların məskunlaşması onun mənzilinə dair orderin verilməsindən imtina edilməsi üçün əsas ola bilməz və cavabdehin bu hərəkəti(hərəkətsizliyi) qanunsuzdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, yaşayış sahəsi 39,60 kvm olan 3 otaqlı 47-ci məhəllə, ev 12, mənzil 25 dövlət mənzii fonduna aid olmaqla 1993-cü ildən məcburi köçkün ailəsi tərəfindən tutulmuşdur. Mənzil iddiaçi İddiaçı «Azərkimya Tikinti» trestinin 02.05.1995-ci il tarixli 37 nömrəli protokoluna əsasən ayrılmışdır. Mübahisəli mənzilin məcburi köçkün ailəsi tərəfindən tutulduğu səbəbdən iddiaçının ailəsi onlara aid mənzilə köçə bilməmişdir.Azərbaycan Respublikası Prezidentinin məlum hadisələrlə əlaqədar ölkədaxili siyasətinə uyğun olaraq məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə məskunlaşdırılması nəzərdə tutulmuşdur. Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq, başqalarına məxsus mənzillərdə məskunlaşmış məcburi köçkün ailələri köçürüldükdən sonra qaldırılan məsələyə qanuna uyğun olaraq baxıla bilər. İş materiallarına əlavə edilmiş : - “Azərkimyatikinti” tresti tərəfindən verilmiş 01.12.1997-ci il tarixli 76 saylı arayışından görünür ki, İddiaçı trestin müdiriyyətinin, HİK-nin və MİK-nin keçirdiyi birgə iclasın 02 may 1995-ci il tarixli 07 saylı protokolunun qərarına əsasən Sumqayıt şəhəri 47-ci məhəllə ev 2,mənzil 23 sahəsi 39.6 kv m olan 3 otaqlı mənzil verilmişdir. - -Sumqayıt şəhər İcra Hakimiyyətinin imntina məktubundan görünür ki, mübahisli mənzil məcburi köçkünlər tərəfindən zəbt edildiyindən məsələyə mənzil boşaldıldıqdan sonra baxıla bilər. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 20.03.1952-ci il tarixdə imzalanmış 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycan”a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında həmin məhkəmə iddiaçının mənzilə dair yaşayış orderinin qanuni sahibi olması faktını və bu fakta əsasən onu gələcəkdə “sosial kirayə müqaviləsi” bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onun xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının “mülkiyyət”i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçıya mənzil ayrılmadına dair protokol 1995-ci ilə aid olduöundan hazırki mübahisə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilərək həll edilməlidir. Azərbaycan SSR 1982-ci il 08 iyul tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsinin 45-ci maddəsinə ıəsasən idarə mənzil fondu evlərində yaşayış sahəsini vətəndaşlara, müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə verilir və köşürmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xslq deputatları sovetinin icraiyyə komitəsinə məlumat verir. Həmin Məcəllnin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Məhkəmə hesab edir ki, sözügedən mənzilin məcburi köçkünlər tərəfindən zəbt edilməsi mənzilə dair orderin verilməsi üçün maneə yarada bilməz. Cavabdehin bu səbəblə iddiaçıya imtina cavabı verməsi əsassızdır və onun hüquqlarını məhdudlaşdırır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, mənzil 25 ünvanında yerləşən mənzilə dair “Azərkimya” Tikinti Reestinin 02.05.1995-ci il tarixli 37 nömrəli protokolunun təsdiq edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, mənzil 25 ünvanında yerləşən mənzilə dair “Azərkimya” Tikinti Reestinin 02.05.1995-ci il tarixli 37 nömrəli protokolunun təsdiq edilməsi öhdəliyi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-673/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-673/2021
29.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver