Məhkəmə qərarları › İş №2-1(118)-6762/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6762/2025

24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6762/2025 24.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi) GİRİŞ HİSSƏ X6-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 oktyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Qobu bələdiyyəsinin 12 iyun 2007-ci il tarixli, 02 saylı qərarı ilə fərdi mənzil tikintisi məqsədilə satılmış Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Qobu bələdiyyəsinin 12 iyun 2007ci il tarixli, 02 nömrəli qərarına əsasən, Qobu qəsəbəsində yerləşən, ümumi sahəsi 0,08 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Bundan sonra, torpaq sahəsinin alqı-satqısına dair akta əsasən torpaq sahəsinin dəyəri tərəfindən "xxxx" ASC-nin Abşeron filialında bələdiyyənin hesabına köçürülmüş və torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. Faktiki olaraq həmin tarixdən 0,08 ha torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. Hər il torpaq vergisini vaxtlı-vaxtında bələdiyyəyə ödəmiş və bələdiyyəyə torpaq vergisinə görə heç bir borcu yoxdur. Qobu bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinə dair yerquruluşu planından çıxarış da verilmişdir. AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2010-cu il tarixli rəyinə əsasən, Qobu bələdiyyəsi tərəfindən alqı-satqı edilmiş torpaq sahəsində fərdi ev tikmək üçün torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz edilməmişdir. Qeyd olunan sənədlər əsasında ayrılmış torpaq sahəsi üzərində 2007-ci ildən tərdi yaşayış evi tikərək ailə üzvləri ilə bərabər yaşayır. Tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, Torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsini xahiş etmişdir. Cavabdeh İnzibati orqan tərəfindən xx.xx.2025-ci il tarixdə imtina cavabı verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbi iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməlidir. Belə ki, 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli bildiriş məktubunda Abşeron rayonu, Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarı illə ayrıldığı halda arxiv arayışının və eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyət vəsiqəsinin surətini iş materiallarına əlavə edilmədiyini qeyd etmişdir. Torpaq sahsəinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin arxivdən çıxarışının təqdim edilməməsi və eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyət vəsiqəsinin surətinin təqdim edilməməsi ilə bağlı cavabdeh qurum tərəfindən gətirilən birinci arqumenti formal əsas kimi qanunsuz və əsassız hesab edir. Qeyd edir ki, şəxsiyyət vəsiqəsinin surəti tərəfimdən müraciətə əlavə olunmuşdur. Cavabdeh tərəfindən yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiq edilməməsi ilə bağlı gətirilən arqumenti əsassız və qanunsuz hesab edir. Belə ki, yerquruluşu planından çıxarışın təsdiq edilməməsi müvafiq bələdiyyənin nöqsanıdır. Müvafiq sənədləşmə Bələdiyyə tərəfindən aparılmalı idi. Cavabdeh tərəfindən sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında fərq olduğu, yerin dəyişdirildiyi, həmçinin torpaq sahəsinin **********0530 nömrəli torpaq sahəsinin sənəd ilə üst-üstə düşməsi ilə bağlı gətirilən üçüncü arqumentdə əsassız və qanunsuzdur. Belə ki, cavabdeh imtina məktubunda toıpaq sahəsinin digər torpaq sahəsi ilə üst-üstə düşməsini sübut edəcək hər hansı bir sübut təqdim etməmiş və imtina məktubunda əsaslandırma aparmamışdır. Cavabdeh tərəfindən sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərüfatı təyinatlı (örüş) torpaqlara aid edilməsi ilə bağlı gətirdiyi arqumenti də əsassız və qanunsuz hesab edir. İlk əvvəl qeyd edir ki, toıpaq sahəsinin alqı-satqı edilməsinə dair qərardan və digər hüquqmüəyyənedici sənədlərdən aydın görünür ki, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və bələdiyyənin prespektiv inkişaf fondunun alqı-satqı predimeti olan torpaq sahəsindən fərdi ev tikmək məqsədi ilə mənə alqı-satqı edilmişdir. Bundan əlavə, təqdim etdiyi sənədlərlə Qobu bələdiyyəsi tərəfindən iddiaçı ilə bərabər torpaq sahəsi ayrılmış bütün qonşulara məxsus torpaq sahəsi həmin şəxslərin adma mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyesterindən qeydiyyatından keçmiş və həmin şəxslərə mülkiyyət hüququna dair çıxarışlar verilmişdir. Qobu bələdiyyəsi təıəfindən həmin ərazidə torpaq sahəsi ayrılmış yeganə şəxs iddiaçıdır, ayrılmış torpaq sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyyatından keçməmişdir. Hesab edir ki, başqa şəxslərin eyni ərazidə yerləşən eyni əsaslarla sahibliyində və istifadəsinə olan torpağa dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə konstitusion hüququbu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın həmin əmlakın mülkiyyət hüququnun dövvlət qeydiyyatından keçirməkdən imtinası əsassız olmuşdur.

3. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş Abşeron rayon Qobu bələdiyyəsinin 12 iyun 2007-ci il tarixli, 2 nömrəli qərarı ilə ayrılsa da, müvafiq qərarın arxiv arayışının, həmçinin eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyəti təsdiq edən sənədin surətinin müraciətə əlavə olunmadığı; Sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyi, Abşeron rayonu Qobu Bələdiyyəsi tərəfindən təsdiq olunmuş ver quruluşu planınından çıxarışda qanunamüvafiq qaydada təsdiq edilmədiyi, sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında fərq olduğu, verinin dəyişdirildiyi, torpaq sahəsinin **********0530 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin olunmamasını xahiş etdi.

ƏSASLANDİRMA HİSSƏSİ

II. İddianın növü və mümkünlüyü

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

9. İddia tələbi çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

10. Beləliklə, iddia mümkündür.

İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:

11. Abşeron rayonu X4 xx.xx.2007-ci il tarixli, 02 nömrəli qərarından görünür ki, bələdiyyənin perspektiv inkişaf fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında vətəndaş İddiaçı fərdi mənzil tikmək məqsədilə 0,08 ha 0,12 ha torpaq sahəsinin satılması qərara alınmışdır.

12. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, 1231 nömrəli rəydən görünür ki, Qobu bələdiyyəsinin 12 iyun 2007-ci il tarixli 02 saylı qərarı ilə İddiaçı Səfayıl oğluna ev tikmək məqsədilə satılmış 800 kv.m. torpaq sahəsi qanuna müvafiqdir və DR və XK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verməsinə etiraz etmir.

13. Abşeron rayonu Qobu bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, Abşeron rayonu, Qobu bələdiyyəsi ərazisində İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsinə dair tərtib edilmişdir.

14. xx.xx.2010-cu il tarixli, torpaqların alqı-satqısına dair aktdan görünür ki, Abşeron rayonu Qobu bələdiyyəsi ərazisindən 0,08 ha torpaq sahəsi İddiaçı satılmışdır.

15. 29.06.20013-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Abşeron rayonu Qobu bələdiyyəsinin hesabına 800 manat torpağın dəyəri ödənilmişdir.

16. Abşeron rayonu Qobu bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 96 nömrəli arayışdan görünür ki, İddiaçı Abşeron rayonu Qobu qəsəbəsi yeni yaşayış massivində qeydiyyatsız yaşayır.

17. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3- 32/2-14050/2025 nömrəli məktubdan görünür ki, naturada tanıdılan 0.0821 ha torpaq sahəsinin, **********0530 nömrəli topraq sahəsinin planı və ölçüsü sənədi ilə tam olaraq üstüstə düşür. Həmin torpaq sahəsinə dair müqayisəli ortofoto görüntüsü təqdim edilmişdir. Müraciət olunan torpaq sahəsinin, göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi TEKUİS (X2 X5) məlumatlarında dövlət mülkiyyətində olan kənd təsərrüfatı (örüş) kateqoriyalı torpaqlara aid olduğu aşkar edilmişdir. Müraciətdə qeyd olunan torpaq sahəsinə dair müayinə aktının surəti, ortofoto və qonşuluqlarına dair məlumat təqdim edilmişdir.

18. Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, torpaq sahəsi faktiki 0,0821 hektardır. Torpaq sahəsi yol ilə sərhəddir. Torpaq sahəsinin daxilində 1 ev tikilisi var. Faktiki torpaq sahəsi ilə sxem üzrə koordinatlar arasında 1238 m məsafə var. Torpaq sahəsi ümumi daş hasar daxilində yerləşir. Torpaq sahəsinin faktiki koordinatları əlavə edilmişdir.

19. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-60/2-3286/2025 nömrəli məktubdan görünür ki, təqdim edilmiş koordinatlarda yerləşən torpaq sahəsi Abşeron rayonu Qobu bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aiddir.

20. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3- 32/2-17300/2025 nömrəli məktubdan görünür ki, **********0530 nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin surəti məhkəməyə təqdim edilmişdir.

21. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3- 32/2-17022/2025 nömrəli məktubdan görünür ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinə dair çıxarışların və onların verilməsinə dair sənədlərin surətləri təqdim edilmişdir.

IV. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

24. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 47-ci maddəsinin 7-ci bəndinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. 56-cı maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. 56-cı maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 56-cı maddəsinin 3-cü bəndinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

25. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.

26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur). 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

27. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.5-ci maddəsinə əsasən, torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. 9.1-ci maddəsinə əsasən, bələdiyyəin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyada olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq hərrac torpaqları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

28. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanın əvvəlki redaksiyasına əsasən, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” səlahiyyətlərini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

29. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin: 5-ci bəndinə əsasən, bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq, hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.

31. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.

IV. Məhkəmənin mövqeyi

32. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

33. Məhkəmə tərəfindən müəyyən edildi ki, Abşeron rayonu, Qobu bələdiyyəsinin 12 iyun 2007ci il tarixli, 02 nömrəli qərarına əsasən, Qobu qəsəbəsində yerləşən, ümumi sahəsi 0,08 ha torpaq sahəsi iddiaçıya satılmışdır. Bundan sonra, torpaq sahəsinin alqı-satqısına dair akta əsasən, torpaq sahəsinin dəyəri tərəfindən "xxxx" ASC-nin Abşeron filialında bələdiyyənin hesabına köçürülmüş və torpaq sahəsi iddiaçıya təhvil verilmişdir. Faktiki olaraq həmin tarixdən 0,08 ha torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. Qobu bələdiyyəsi tərəfindən həmin torpaq sahəsinə dair yerquruluşu planından çıxarış verilmişdir. AR Dövlət Torpaq və Xəıitəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2010-cu il tarixli rəyinə əsasən, Qobu bələdiyyəsi tərəfindən alqı-satqı edilmiş torpaq sahəsində fərdi ev tikmək üçün torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz edilməmişdir. Qeyd olunan sənədlər əsasında ayrılmış torpaq sahəsi üzərində 2007-ci ildən tərdi yaşayış evi tikərək ailə üzvləri ilə bərabər yaşayır. Tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarış və plan ölçü sənədinin verilməsini xahiş etmiş, cavabdeh İnzibati orqan tərəfindən xx.xx.2025-ci il tarixdə imtina cavabı verilmişdir.

34. Cavabdehin imtinanın dəlilləri ondan ibarət olmuşdur ki, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş Abşeron rayon Qobu bələdiyyəsinin 12 iyun 2007-ci il tarixli, 2 nömrəli qərarı ilə ayrılsa da, müvafiq qərarın arxiv arayışının, həmçinin eyniləşdirmə əməliyyatının aparılması üçün şəxsiyyəti təsdiq edən sənədin surətinin müraciətə əlavə olunmadığı, sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyi, Abşeron rayonu Qobu Bələdiyyəsi tərəfindən təsdiq olunmuş yerquruluşu planınından çıxarışda qanunamüvafiq qaydada təsdiq edilmədiyi, sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında fərq olduğu, yerinin dəyişdirildiyi, torpaq sahəsinin **********0530 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

35. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-32/2-14050/2025 nömrəli məktuba əsasən, naturada tanıdılan 0.0821 ha torpaq sahəsinin, **********0530 nömrəli topraq sahəsinin planı və ölçüsü sənədi ilə tam olaraq üst-üstə düşür. Həmin torpaq sahəsinə dair müqayisəli ortofoto görüntüsü təqdim edilmişdir. Müraciət olunan torpaq sahəsinin, göstərilən koordinatlar daxilində yerləşən torpaq sahəsi TEKUİS (X2 X5) məlumatlarında dövlət mülkiyyətində olan kənd təsərrüfatı (örüş) kateqoriyalı torpaqlara aid olduğu aşkar edilmişdir. Müraciətdə qeyd olunan torpaq sahəsinə dair müayinə aktının surəti, ortofoto və qonşuluqlarına dair məlumat təqdim edilmişdir.

36. Torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktından görünür ki, torpaq sahəsi faktiki 0,0821 hektardır. Torpaq sahəsi yol ilə sərhəddir. Torpaq sahəsinin daxilində 1 ev tikilisi var. Faktiki torpaq sahəsi ilə sxem üzrə koordinatlar arasında 1238 m məsafə var. Torpaq sahəsi ümumi daş hasar daxilində yerləşir. Torpaq sahəsinin faktiki koordinatları əlavə edilmişdir.

37. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-60/2- 3286/2025 nömrəli məktuba əsasən, təqdim edilmiş koordinatlarda yerləşən torpaq sahəsi Abşeron rayonu Qobu bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqların yerquruluşu sxeminə əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aiddir.

38. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin olunması üçün qanuni əsas müəyyən edilmədiyindən iddia təmin edilməməlidir.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

40. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3).

41. Hazırki işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır.

42. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Buna görə də, hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).

43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

NƏTİCƏVİ HİSSƏ

44. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X6-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar