Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-677/2023 02.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Quba rayonu Qəçrəş Bələdiyyəsinə qarşı “ona məxsus Quba rayonu, Qəçreş Bələdiyyəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin cavabdeh tərəfindən xəbəri olmadan digər fiziki şəxsə verilməsini nəzərə alaraq, həmin torpaq sahəsinin əvəzinə Quba rayonu, Qəçreş Bələdiyyəsi ərazisində ona 0,12 ha torpaq sahəsinin ayrılması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə qərar çıxarılması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Quba rayonu X3 torpaqların alqısatqısına dair 27 iyun 2005-ci il tarixli akta və 05 iyun 2005-ci il tarixli 08 saylı Qərara əsasən Qımıl-Qazma Bələdiyyəsi ərazisində fərdi ev tikmək üçün 0,12 ha torpaq sahəsi almışdır. Həmin vaxt bələdiyyənin sədri Bağır Rəhimov olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən, bələdiyyə tərəfindən məsələyə baxılmış, mənim alacağım torpaq sahəsinin satışına icazə verilmiş və mən bundan sonra Bələdiyyənin təqdim etdiyi hesaba ödəniş etmiş, bu barədə ona ödənişə dair mədaxil orderi verilmişdir. Sonra torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət olan akt tərtib edilmiş, həmin akt Bələdiyyənin möhürü ilə təsdiqlənmiş, aktın 1 nüsxəsi ona təqdim olunmuşdur. Göründüyü kimi onun qanunvericiliyin bu sahə üzrə tələblərinə tam riayət etməklə qeyd etdiyi torpaq sahəsini almışdır. Yuxarıda qeyd etdiyi torpaq sahəsi eyni ərazidə yerləşən qonşu torpaq sahəsi ilə bir paraleldə olmuşdur. Qeyd etdiyi torpaq sahəsini aldıqdan sonra həmin sahəyə hasar çəkmiş, onu abadlaşdırmış, bu işlərin görülməsinə və s. xeyli miqdarda pul vəsaiti sərf etmiş, mütəmadi olaraq aldığı torpaq sahəsinə gəlib- getmiş, sonradan onun xəbəri olmadan aldığı torpaq sahəsi digər bir vətəndaşa Bələdiyyəyə yeni seçilmiş sədri X2 tərəfindən satılmışdır. iddiaçı torpaq sahəsinə gələrkən görmüş ki, həmin sahədə fərdi yaşayış evi inşa edilir, bir hissəsindən həmin yaşayış sahəsinə yol çəkilib, bir hissəsi isə boş qalıb. O, bələdiyyəyə getmiş, hansı səbəbdən ona məxsus torpaq sahəsinin xəbəri olmadan digər vətəndaşa satılması ilə maraqlanmış və sədr ona bildirmiş ki, “sizin torpağınızı saxlamağa gücümüz çatmadı. 0,20 ha torpaq sahəsi boşdur, onu sizlərin arasında bölək”. İddiaçı məcburiyyət qarşısında qaldığına görə razılaşmışdır. Bələdiyyə sədri bildirmiş ki, “mənə zəng edib bildirəcəklər ki, nə vaxt gəlim, torpağa dair yeni sənədləri götürüm”. Bələdiyyədən zəng gəlmədiyinə görə iddiaçı dəfələrlə bələdiyyəyə gəlmiş, növbəti dəfə gəldiyi zaman məlum olmuş ki, Qımıl- Qazma kənd bələdiyyəsi Qəçreş kənd bələdiyyəsi ilə birləşdirilib və hazırda Qəçreş bələdiyyəsi adlanır. O yenə də bir neçə dəfə, ən azı 20 dəfə Qəçreş bələdiyyəsinin yeni sədri Vüqar Kərimovla görüşmüş. Yeni sədr ona bildirmiş ki, “hazırda Qımıl-Qazma kənd ərazisində boş torpaq sahəsi yoxdur, əgər torpaq sahəsi ayrılsa onda məsələyə baxarıq”. Bu səbəbdən iddiaçı haqqını tələb etmək və pozulmuş hüquqlarının bərpası məqsədilə Quba Rayon İcra hakimiyyətinə, bələdiyyəyə və AR Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinə ərizə ilə müraciət etmişdir. Quba rayon Qəçreş bələdiyyəsi tərəfindən ona ünvanlanan xx.xx.2022-ci il tarixli, eyni məzmunlu məktublarla bildirilir ki, torpaq sahəsi ilə bağlı Qəçreş bələdiyyəsinin uçot-qeydiyyatında heç bir məlumat yoxdur. Baxmayaraq ki, iddiaçı yuxarıda qeyd etdiyi hər üç quruma ünvanladığı ərizələrə bütün sənədlərin surətlərini əlavə etmiş, bu səbəbdən tam əmindir ki, cavabdehin ərizəsilə əlaqədar ona verdiyi cavab formal xarakter daşıyır və real vəziyyəti əks etdirmir. Çünki aldığı torpaq sahəsinə dair bütün sənədlərin əsilləri ondadır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Cavabdeh təşkilat iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, ümumiyyətlə bələdiyyənin arxiv sənədlərində İddiaçı torpaq sahəsinin ayrılması ilə əlaqədar məlumat aşkar edilməmişdir. Bu barədə Bələdiyyə iclasının qərarı, həmin torpaq sahəsinin ayrılmasına əsas olmuş sənədlər, torpağın harada yerləşməsi barədə xəritə və onların baza məlumatları mövcud deyildir. Həmçinin, mülkiyyətçinin xəbəri olmadan bələdiyyə tərəfindən daşınmaz əmlakın digər şəxsə verilməsi texniki cəhətdən mümkün deyildir.Əgər iddiaçı iddia edirsə ki, mükiyyətində olan torpaq sahəsindən başqa şəxs istifadə edir və .s bununla əlaqədar həmin məsələni mülki qaydada məhkəmədə mübahisələndirə bilər. Lakin, iddiaçının bələdiyyəyə qarşı hazırkı tələbini isə əsassız hesab edirlər. Qeyd olunanlara əsasən iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazır ki, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 24 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubu, etiraz ərizəsi, Quba rayonu X4 05 iyun 2005-ci il tarixli 08 saylı Qərarı, Torpaqların alqı-satqısına dair 27 iyun 2005-ci il tarixli akt, ödəniş qəbzi, Quba rayonu X4 yerquruluşu plandan çıxarış, rəy və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun Quba rayonu X4 05 iyun 2005-ci il tarixli 08 saylı Qərarını aldığı vaxtdan yaranmış olur. Quba rayonu Qəçrəş Bələdiyyəsi iddia tələbi üzrə həmin iddiaya cavab veribverməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Bələdiyyə hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının əldə etmək istədiyi olan torpaq sahəsi Quba rayonu Qəçrəş Bələdiyyəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə torpaq sahəsinin ayrılması səlahiyyəti Qəşrəş Bələdiyyəsinə aiddir. Belə olduğu tədqirdə Quba rayonu Qəçrəş Bələdiyyəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Quba rayonu Qəçrəş Bələdiyyəsi müraciət etmiş və inzibati orqanın 24 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubu ilə iddiaçının müraciəti müsbət həll edilməmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Quba rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X1 rayonu X7 tərəfindən ona 0.12 ha torpaq sahəsi ayrılmasını əsas gətirərək, həmin bələdiyyənin varisi Quba rayonu Qəçrəş Bələdiyyəsinin mülkiyyətindən başqa ərazidə 0.12 ha torpaq sahəsinin ona verilməsini cavabdehdən xahiş etmiş, lakin cavabdeh torpaq sahəsinin ona verilməsinin qanunvericiliyin tələblərinə uyğun olmadığını əsas gətirərək iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Həmçinin, bildirmişdir ki, iddiaçının əldə etdiyi Quba rayonu X4 05 iyun 2005-ci il tarixli 08 saylı Qərarı və ona əsas olmuş sənədlər bələdiyyə arxiv və baza məlumatlarında mövcud deyildir. Həmçinin iddiaçı iddia tələbinin əsası kimi onu da göstərmişdir ki, ona Quba rayonu X4 05 iyun 2005-ci il tarixli 08 saylı Qərarı və ona əsas olmuş sənədlər əsasında 0.12 ha torpaq sahəsi verildiyinə görə və həmin torpağın əvəzinə bələdiyyə ərazisində eyni ölçüdə torpaq sahəsinin ayrılması niyyətindədir. Məhkəmə işin faktiki hallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinə əsasən, torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. ........Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər......Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Nəzərə alınmalıdır ki, bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəalarına əsasən nəzərdən keçirərək ona müraciət edən şəxsə ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədəuyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Yəni qeyd olunan normaları müqayisə edərkən müəyyən edilir ki, qeyd olunan Qanunun 9.1-ci maddəsi torpaq sahələri ayrılarkən prosedurun ikinci mərhələsinə aiddir. Bələdiyyə Torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verməkdir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. Həmin Qanunun 5.4-cü maddəsinə müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyri-hökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər. Bundan başqa o da nəzərə alınmalıdır ki, Quba rayonu Qəçrəş Bələdiyyəsi inzibati orqan olmaqla yanaşı “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından diskression səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətə görə onun torpaq sahəsinin ayrılması məqsədə uyğun olmadığı tədqirdə həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ var. Digər tərəfdən istər beynalxalq qanunvericiliyin tələbləri baxımından istərsə də Azərbaycan Respublikası Konstitusiyası və digər hissəvi qanunvericilik aktlarına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kim mülkiyyətindən əsassız yerə məhrum edilə bilməz. Hesab edilir ki, bələdiyyə özünə məxsus olan torpaq sahəsinin ayrılmasında xüsusi hüquqa malikdir və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununda göstərilmiş torpaq sahəsinin ayrılmasına zamanı imperativ xarakterli normaları yalnız bələdiyələr tərəfindən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin müddəaları ilə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu müəyyən edildikdən sonra məcburi xarakter daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçıya ilkin olaraq ayrılmış torpaq sahəsinin yerinə başqa şəxsə torpaq sahəsinin verilməsi iddiaçıya başqa yerdə torpaq sahəsinin ayrılması üçün deyil başqa şəxsə torpaq sahəsinin ayrılması haqqında qərarın mübahisələndirilməsinə əsas verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81, 85-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Quba rayonu Qəçrəş Bələdiyyəsinə qarşı “ona məxsus Quba rayonu, Qəçreş Bələdiyyəsi ərazisində yerləşən 0,12 ha torpaq sahəsinin cavabdeh tərəfindən xəbəri olmadan digər fiziki şəxsə verilməsini nəzərə alaraq, həmin torpaq sahəsinin əvəzinə Quba rayonu, Qəçreş Bələdiyyəsi ərazisində ona 0,12 ha torpaq sahəsinin ayrılması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və Azərbaycan Respublikası MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi barədə qərar çıxarılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-677/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-677/2023
02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver