Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-677/2024 24.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçı X2 və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X5 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, diaqnozlarının tam bərpa olunması üçün müvafiq qərar çıxarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirklməsi barədə ərizə verərək əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı qapalı kəllə-beyin travmasına görə xx.xx.2010-cu il tarixdən ll qrup hərbi əlildir. Həmin ildən başlayaraq ona hər il 1 il, 2016-cı ildə isə 5 il müddətinə “Hərbi xidmət dövrü ilə əlaqədar” ll dərəcəli əlillik təyin edilmişdir. 2017-ci ildə əlilliyin səbəbli əlaqəsi dəyişdirilərək “hərbi xidmət vəizfələrini yetirməklə əlaqədar” 5 il müddətinə ll dərəcəli əlillik təyin edilmişdir. 2022-ci ilin dekabr ayında əlilliyin müddəti başa çatdıqda əyani müayinədən keçmiş, lakin ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinaya səbəb kimi “Diaqnoz əlillik əlamətlərini təyin etmir” göstərilmişdir. Halbuki, ona 10 il müddətinə fasiləsiz əlillik təyin edildiyindən artıq müddətsiz əlillik təyin edilməli olmuşdur. Bununla bağlı o, cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, əlilliyini müddəti başa çatdıqdan sonra iddiaçı müayinə olunarkən ona təyin edilmiş diaqnozun əlilliyin təyin olunması üçün əsas olmaması qənaətinə əlinmiş və bu əsasla imtina cavabı verilmişdir. Belə ki, iddiaçının əlillik vəziyyətinə Qobustan rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar, “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə beyin travmasının qalıqları. Postravmatik ensefalopatiya tez-tez baş verən qıcolma tutmaları ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.16. Epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.Qobustan rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar, “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə beyin travmasının qalıqları. Postravmatik ensefalopatiya tez-tez baş verən qıcolma tutmaları ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.16. Epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.Qobustan rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar, “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S09 - Başın digər və dəqiqləşdirilməmiş travmaları => S09.9 - Başın dəqiqləş...; Diaqnozun mətni: Başın dəqiqləşdirilməmiş travması, keçirilmiş qapalı kəllə-beyin travmasının qalıqları, Dəqiqləşdirilməmiş nevrotik pozuntular, asteno-nevrotik vəziyyət; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir.Qobustan rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik, “X1: XİX Sinif - Travmalar. zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 - Başın ..Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmasının qalıqları.Qamış sinirinin baldır səviyyəsində travması, sol qamış sümüyünü cisminin sol oturaq sümüyünün sol incik sümüyünün başının və boyunun sınığı,Hərəkətin və yerişin pozulmaları, yeriş funksiyasının pozulması ilə.Dəqiqləşdirilməmiş ensefalopatiya, posttravmatik ensefalopatiya; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir.Şamaxı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasından baş beyinin əzilməsindən sonrakı vəziyyət, Mərkəzə göndərilmənin- imtina edilmənin səbəbi göndərişin natamam doldurulması sıbıbi ilə imtina verilmişdir. Şamaxı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyinj travması baş beyinin silkələnməsindən sonrakı vəziyyət, xroniki beyin işemiyası, Dəqiqləşdirilməmiş ensefalopatiya, posttravmatik ensefaloptiya Eşitmənin konduktiv və neyrosensor itirilməsi, ikitərəfli yüngül İ dərəcəli ağıreşitmə, Revmatik miokardit, revmatizm qeyri-fəal faza mitral çatmamazlıq İ dər trikuspidal çatmamazlıq İ dərəcə, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması, Səbəb: Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan və əlillik təyinatına əsas verən ağırlaşmaları dəqiqləşdirilsin, ətraflı qeyd olunsun” və sonuncu xx.xx.2022-ci il tarixli göndəriş əsasında baxılaraq “Diaqnoz əlillik əlamətləri təyin etmir” əsası ilə imtina edilmişdir. İş materiallarında olan : - Ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Məlikov adına 6 saylı BXK-da, xx.xx.2021-xx.xx.2021-ci il və xx.xx.2022xx.xx.2022-ci il, xx.xx.2023-cü il-xx.xx.2023-cü il tarixlərdə Məlikov adına X7 müalicə alımışdır. - TSEK tərəfindən verilmiş qərarlardan görünür ki, X3 xx.xx.2010-cü il tarixdən xx.xx.2011-ci il tarixədək, xx.xx.2014-cü ildən xx.xx.2015-ci il tarixədək, xx.xx.2015xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-xx.xx.2021-ci il tarixədək 1 il müqddətinə və xx.xx.2017-xx.xx.2022-ci il tarixədək 5 il müddətinə ll dərəcəli əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası MN Mərkəzi Hərbi Həkim Komissiyasının 1059 saylı xx.xx.2017-ci il tarixli qərarından görünür ki, İddiaçı diaqnozu “Hərbi travmadır. Hərbi Xidmət vəzifələrini yerinə yetirərəkən alınmışdır” qeyd edilmişdir. - TSEK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli , xx.xx.2022-ci il, 26.0.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, “diaqnozun əlillik əlaməti təyin etməməsi” və “göndərişin natamam doldurulması” səbəbindən X3 əlilliyin təyinindən imtina edilmişdir. - iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının T695/2023 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, İddiaçı iş materiallarında olan adına tərtib edilmiş göndərişlərdə qeyd edilmiş “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beynin silkələnməsindən sonrakı vəziyyət” xəstəliklərindən əziyyət çəkir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun : 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2-ci bəndində əlilliyin müəyyən olunması meyarları göstərilmişdir. Həmin Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkət etmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli, 36 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında”Əsasnamə: 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası : 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan electron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. İş materiallarından müəyyən edilir ki, iddiaçıya 2010-cu ilin oktyabr ayından başlayaraq hər il 1 il müddətinə, 2017-ci ildə isə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin müddət bitdikdən sonra iddiaçı təkrar müayinələrdən keçirilərək Şamaxı rayon Mərkəzi xəstəxanası tərəfindən Tibbi-sosial Ekspert Komissiyasına dəfələrlə Forma-088 göndərişləri verilmişdir. Həmin göndərişlərdə iddiaçının xəstəliyinin əsas diaqnozu kimi “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyinj travması baş beyinin silkələnməsindən sonrakı vəziyyət” göstərilmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qeyd olunan diaqnoz əsasında iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı bundan narazı qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iş mateiallarından iddiaçının uzun illərdir əsasən həmin diaqnozla müalicə olunması və xəstəliyin “hərbi xidmət dövrü ilə əlaqədar” olması, hər il, o cümlədən sonuncu dəfə 2017-ci ildə ona əsas diaqnozu eyni olmaqla ll dərəcəli əlilliyin təyin edilməsi müəyyən edilir. Qeyd olunmalıdır ki, iş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyi ilə iddiaçıya təyin edilmiş həmin diaqnoz öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə mövcud qanunvericilikdə (“Əlilliyin müəyyən olunması meyarları”nın təsdiq edilməsi və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na “Əlavə”) iddiaçıya əlillik dərəcəsinin imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud olmadığından, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Buna görə də iddia təmin edilərək, cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələbi üzrə öhdəlik qoyulmalıdır. İddiaçıya əlillik dərəcəsinin təyin olunmasından imtinanın əsası kimi aşağıdakılar qeyd olunmuşdur: “Göndəriş natamam doldurulmuşdur”, diaqnoz əlillik əlamətlərini təyin etmir”. Lakin məhkəmə araşdırması zamanı, müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya uzun illərdir eyni diaqnozla ikinci dərəcə əlillik təyin edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən əsas diaqnoz və ağırlaşmalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.7-ci bəndinə, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 6.1-ci və 6.7.1-ci bəndlərinə əsasən əsasən ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçıya 10 ildən artıq müddət ərzində fasiləsiz olaraq ll dərəcəli əlillik təyin edildiyindən ona əlillik dərəcəsi müddətsiz təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı X3 2022-ci ilin iyul ayından İİ dərəcəli müddətsiz əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-677/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-677/2024
24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver