Məhkəmə qərarları › İş №2-1(118)-6781/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6781/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6781/2025 13.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, İddiaçı xx.xx.1965-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Hal-hazırda işləmir. xx.xx.2025-ci il tarixində güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün Sumqayıt şəhər ASAN xidmət vasitəsilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17/1/2-1-150011/2025 saylı xx.xx.2025-ci il tarixli məktubu ilə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir və imtina səbəbi kimi işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf'nda nəzərdə tutulmuş peşəyə aid olmaması göstərilmişdir. İmtina məktubunu xx.xx.2025-ci il tarixdə almışdır. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, onun xx.xx.2003-cü il tarixindən xx.xx.2008-ci il tarixinədək (4 il 7 ay 10 gün) "xxxx" ASC- nin Nəzarət ölçü cihazları və avtomatika sexində işlədiyi qaz və su sahəsi üzrə çilingər- elektrik peşəsi "xxxx" ASC-nin xx.xx.2025-ci it tarixli AZB 01/122 saylı arayışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nm 3-cü Metallurgiya istehsalatı 3.8-ci Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri bəndinin a) fəhlələr yarımbəndinin “nəzarət-ölçü cihazları və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət- ölçü cihazları və avtomatika üzrə çilingərlər. Həmin sahələrdə texnoloji prosesi aparan əsas fəhlələr bu Siyahı üzrə güzəştli pensiya hüququna malikdir.” peşəsi ilə eynilik təşkil etməklə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verir. Sözügedən arayışda işlədiyi çilingər- elektrik peşəsi ilə bağlı işəgötürən tərəfindən xüsusi qeyd əlavə olunmuş və bildirilmişdir ki: ‘‘Nəzarət ölçü cihazları və avtomatika sexində çalışan çilingərlər müəssisənin əsas sexlərinin isti iş sahələrində (soba və dəzgahlarda) quraşdırılmış istilik, hava (atmosfer), su, qaz və s.-nin təzyiqini ölçən nəzarət-ölçü cihazlarının fasiləsiz işinin düzgün təmin edilməsi məqsədilə həmin cihazlara xidmət göstərmiş və təmir işlərini həyata keçirmişlər. Nəzarət ölçü cihazları və avtomatika sexinin “qaz və su sahəsi üzrə çilingər-elektriki” su və qazın təzyiqini ölçən nəzarət ölçü cihazlarına (manometrlər) xidmət göstərmiş və təmir işlərini həyata keçirmişlər.” İddiaçının işlədiyi sahə, yəni Metallurgiya İstehsalatı (Qara metallar) sahəsi ümumilikdə əmək şəraiti ağır və zərərli sahədir. Belə ki, "xxxx" ASC polad boru istehsalı üzrə ölkəmizin ən böyük metallurgiya müəssisəsidir və onun əsas sexlərində çalışan demək olar ki, bütün işçilər güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Eyni zamanda çalışdığı “qaz və su sahəsi üzrə çilingər-elektriki” peşəsinin icra olunduğu iş yeri, yəni nəzarət-ölçü cihazlarının və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində texnoloji prosesi aparan əsas fəhlələr güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Buna baxmayaraq cavabdeh onun 4 il 7 ay 10 gün güzəştli iş stajını nəzərə almayaraq, güzəştli iş stajını cəmi 8 il 10 ay 9 gün hesablamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, N.lsmayılovun güzəştli iş stajının 12 il 6 aydan az olması səbəbindən müraciətin müsbət həllinin mümkün olmayacağı Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli 3-17-1/2-1-150011/2025 nömrəli məktubu ilə yazılı şəkildə bildirilmişdir. Bundan sonra İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci İ118 noyabr tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. Ali Məhkəmənin sözügedən icmal məktubuna əsasən məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM- in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Eyni zamanda Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X2 qərarlarını, X2 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metallurgiya istehsalatı bölməsinin (3) boru istehsalı (boruyayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri bəndinin (3.8) fəhlələr yarımbəndində (a) nəzarət-ölçü cihazları və avtomatikanın bilavasitə qurulduğu sahələrdə (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər (həmin sahələrdə texnoloji prosesi aparan əsas fəhlələr Siyahı üzrə güzəştli pensiya hüququna malikdirlər) vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən “Azərboru" şirkətinin iddiaçıya dair 29 may 2025-ci il tarixli AZB 01/122 nömrəli arayışında xx.xx.2003-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində Nəzarət ölçü cihazları və avtomatika sexinə qaz və su sahəsində çilingər-elektrik vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi nəzarət ölçü cihazları və avtomatika sexində qaz və su sahəsində çilingər-elektrik vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər vəzifəsinə uyğun deyil. Göstərilən səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 10 ay 9 gün (xx.xx.1986-xx.xx.1988-cı il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.2008xx.xx.2009- cu İİ, xx.xx.2009-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2012-ci il, xx.xx.2012xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X1 və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsili Mərkəzinin 04 aprel 2025-ci il tarixli 73 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1980-ci ildə Sumqayıt şəhər 49 №-li Orta Texniki Peşə Məktəbinə (indiki Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinə) daxil olaraq xx.xx.1983-cü ildə Sumqayıt şəhər 49№-li Orta Texniki Peşə Məktəbinin (indiki Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin) "'Kran maşinisti’’ ixtisasını əyani oxumuşdur. İddiaçının diplomunun, hərbi biletinin, əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. Azərboru ASC-nin 29 may 2025-ci il tarixli araşdırıcı arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.1983-cü il tarixində istehsalat təcrübəsi dövründə Azərbaycan Boruyayma zavodunun Mexaniki Alət sexinin mexanika şöbəsinə kran maşinisti peşəsinə işə qəbul edilmiş, xx.xx.1983-cü il tarixində daimi olaraq həmin sexdə kran təsərrüfatı sahəsinin mexanika şöbəsinə kran maşinisti keçirilmiş və xx.xx.1984-cü il tarixində işdən azad edilmişdir. İddiaçı xx.xx.1986-cı il tarixində yenidən X4 sexinin qazma boruları şöbəsinə soyuq boru kəsicisi peşəsinə işə qəbul edilmiş, xx.xx.1988-ci il tarixində Boruyayma-2 sexində qazma boruları şöbəsinin boruların qaynaq sahəsinə idarəetmə postunun operatoru keçirilmiş və xx.xx.1988-ci il tarixində işdən azad edilmişdir. İddiaçı 01,09.1998-ci il tarixində yenidən Nəzarət qrupuna nəzarətçi vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1998-ci il tarixində Daxili mühafizə qrupuna nəzarətçi keçirilmiş. xx.xx.2003-cü il tarixində zavod mühafizə dəstəsinə mühafizəçi keçirilmiş. xx.xx.2003-cü il tarixində Nəzarət ölçü cihazları və avtomatika sexinə qaz və su sahəsi üzrə çilingər-elektrik keçirilmiş, xx.xx.2008-ci İl tarixində Boruyayma sexinin yivaçma sahəsinə metal çeşidləyicisi və təhvil vericisi keçirilmiş, xx.xx.2015-ci il tarixində həmin sexə növbətçi keçirilmiş və xx.xx.2016-cı il qanunvericiliyin tələblərinə əməl olunmaqla əmək müqaviləsinə xitam verilmişdir. İşlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. "Metallurgiya” Dövlət Şirkətinin sərəncamına əsasən xx.xx.1993-cü ildə Azərbaycan Boruyayma zavodunun bazasında "Azərboru” İstehsalat Birliyi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 998 saylı xx.xx.1998-ci il tarixli sərəncamı ilə xx.xx.1998-ci il tarixdə “Azərboru" İstehsalat Birliyinin bazasında “Azərboru*’ ASC yaradılmışdır. Əsas: Vətəndaşın əmək kitabçası. T-2 kartı. Qeyd edilmiş peşələr "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çahşan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin İ nömrəli Siyahısının 3-cü Metallurgiya istehsalatı bölməsinin 4-cü Boru istehsalı: boruyayma, boruqaynağı. elektrik boru qaynağı, boruçəkmə. borutökmə, fitinq, balon, termiki və sinkləmə; metalın hazırlanması və doğranması bəndinin a) fəhlələr yarımbəndinin “isti işlərdə məşğul olan idarəetmə postlarının operatorları”— (1030400а- 15880): həmin Qərarın "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısf'nın 3-cü Metallurgiya istehsalatı bölməsinin 4- cü Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq. balon) və sinkləmə sexləri bəndinin a) fəhlələr yarımbəndinin "boru və pəstahların kəsiciləri”-(2040400а-17968) "nəzarət-ölçü cihazları və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, ...” - (2040400а-18494), "metalın və hazır məhsulun düzəldilməsi və çeşidlənməsi ilə məşğul olan fəhlələr və briqadirlər” - (2040400a-1753b) və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 3-cü Metallurgiya istehsalatı bölməsinin 3.4-cü Boru istehsalı: boruyayma. boruqaynağı. elektrik boru qaynağı, boruçəkmə, borutökmə. fitinq, balon, termiki və sinkləmə: metalın hazırlanması və doğranması bəndinin a) fəhlələr yarımbəndinin "isti işlərdə məşğul olan idarəetmə postlarının operatorları”; 3,8-ci Boru istehsalı (boru yayma, boru qaynaqetmə. elektrik boru qaynaqetmə. boru çəkmə, borutökmə. fitinq, balon) və sinkləmə sexləri bəndinin a) fəhlələr yarımbəndinin "boru və pəstahların kəsiciləri”, "nəzarət-ölçü cihazları və avtomatikanın bilavasitə qurulduğu yerlərin sahələrində (iş yerlərində) xidməti və təmiri ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, ...”, “metalın və hazır məhsulun düzəldilməsi və çeşidlənməsi ilə məşğul olan fəhlələr və briqadirlər’’ peşələri ilə eynilik təşkil edir. Qeyd: Müəssisənin əsas istehsalat sahələrində, o cümlədən. Boruyayma-2 sexində qazma boruları şöbəsinin boruların qaynaq sahəsində iş şəraiti ağır və zərərlidir, Bu sahədə çahşan "idarəetmə postunun operatorları" iş vaxtlarını isti, ağır və zərərli iş şəraitində keçirmişlər. Nəzarət ölçü cihazları və avtomatika sexində çalışan çilingərlər müəssisənin əsas sexlərinin isti iş sahələrində (soba və dəzgahlarda) quraşdırılmış istilik, hava (atmosfer), su, qaz və s.-nin təzyiqini ölçən nəzarət-ölçü cihazlarının fasiləsiz işinin düzgün təmin edilməsi məqsədilə həmin cihazlara xidmət göstərmiş və təmir işlərini həyata keçirmişlər. Nəzarət ölçü cihazları və avtomatika sexinin “qaz və su sahəsi üzrə çilingər-elektriki" su və qazın təzyiqini ölçən nəzarət ölçü cihazlarına (manometrlər) xidmət göstərmiş və təmir işlərini həyata keçirmişlər. Məhkəmə sorğusuna cavab olaraq Azərboru ASC-nin 24 noyabr 2025-ci il tarixli AZB/01/220 saylı arayışı iş materiallarına əlavə edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Mərkəzi Filiala təqdim edilən “Azərboru" şirkətinin iddiaçıya dair 29 may 2025-ci il tarixli AZB 01/122 nömrəli arayışında xx.xx.2003xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində Nəzarət ölçü cihazları və avtomatika sexinə qaz və su sahəsində çilingər-elektrik vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi nəzarət ölçü cihazları və avtomatika sexində qaz və su sahəsində çilingər-elektrik vəzifəsi sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan nəzarətölçü cihazları və avtomatika üzrə çilingərlər vəzifəsinə uyğun deyil. Göstərilən səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 10 ay 9 gün (xx.xx.1986-xx.xx.1988-cı il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.2008-xx.xx.2009- cu İİ, xx.xx.2009-xx.xx.2009-cu il, xx.xx.2009-xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2012-ci il, xx.xx.2012-xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin tələbinə görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 12 il 6 ay güzəştli, 25 il ümumi iş stajı tələb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. İddiaçının ümumi iş stajının mövcudluğu işin mübahisələndirilməyən halıdır. Hazırki mübahisənin yaranma səbəbi iddiaçının 12 il 6 ay güzəştli iş stajının tamamlanmaması ilə əlaqədardır. Məhkəmə cavabdehin qeyd edilən mövqeyi ilə razılaşmır. Məhkəmə sorğusuna cavab olaraq Azərboru ASC-nin 24 noyabr 2025-ci il tarixli AZB/01/220 saylı arayışında qeyd edilmişdir ki, "Azərboru ASC (keçmiş Azərbaycan Boruyayma zavodu) Azərbaycan Respublikasında polad boru istehsalında aparıcı rol oynayan ən böyük metallurgiya müəssisələrindən biridir. Müəssisənin istehsalat sahələrində iş şəraiti ağır və zərərlidir. İddiaçı işlədiyi Nəzarət ölçü cihazları və avtomatika sexinin əsas fəaliyyəti müəssisənin əsas istehsalat sahələrində quraşdırılmış cihaz və qurğuların fasiləsiz iş rejimini təmin etmək, dövlət standartlaşdırma orqanlarının texniki şərt və təlimatlarına əsasən müəyyən edilmiş istismar qaydalarına uyğun olaraq həmin cihaz və qurğuların düzgün istismar edilməsinə nəzarət etmək, yaranmış nasazlıqların aradan qaldırılması üçün müvafiq xidmət və təmir işlərinin həyata keçirməkdən ibarət olmuşdur. İddiaçı da bütün iş vaxtında müəssisəmizin əsas istehsalat sahələrində quraşdırılmış su və qazın təzyiqini ölçən nəzarət ölçü cihazlarının (manometrlər) fasiləsiz iş rejimini təmin etmək məqsədilə həmin cihazlara xidmət göstərmiş və təmir işlərini həyata keçirmişdir. İş şəraiti ağır və zərərli olduğundan işlədiyi müddətdə İddiaçı tarif (vəzifə) maaşları artımlar müəyyən edilməklə ödənilmiş, zərərli iş şəraitinə görə ona əlavə məzuniyyət günləri verilmiş və bundan əlavə o, iş şəraiti ağır və zərərli olduğu üçün gündəlik olaraq süd məhsulları ilə təmin edilmişdur. Həmçinin, nəzarət ölçü cihazları və avtomatika sexində (sonradan Nəzarət ölçü cihazları və avtomatlaşdırma və mexanikləşdirmə sexi) nəzarət ölçü cihazlarına xidmət göstərmiş və təmir işlərini həyata keçirmiş çilingərlərin peşə adlarında zaman-zaman dəyişikliklər edilərək "çilingər”, "çilingər-elektrik, "təmirçi-çilingər” adlandırılsa da, əmək funksiyaları eyni olaraq qalmışdır. Bununla bağlı olaraq nəzarət ölçü cihazları və avtomatlaşdırma və mexanikləşdirmə sexi üzrə “təmirçi-çilingər” peşəsinin vəzifə təlimatı məhkəməyə təqdim edilmişdir. “Nəzarət ölçü cihazları və Avtomatlaşdırma-Mexanikləşdirmə sexi üzrə təmirçiçilingər” peşəsinin vəzifə təlimatı məhkəməyə təqdim edilmişdir. Vəzifə təlimatından müəyyən olunur ki, işçi cərəyan keçən və izolyasiyalı materialların elektrik xassələrini, mürəkkəb nəzarət ölçü elektromaqnit, elektrodinamik və optik cihazların təmirini, yığılmasını, tənzimlənməsini, sınağın dəqiqliyinin yoxlanılmasını, elektro avtomatika, telemexanika və rele mühafizə qurğularının köklənməsini və sazlanmasını bilməlidir. Elektro avtomatika, telemexanika və rele mühafizə qurğularının köklənməsini və sazlanmasını bilmək peşə tələbi olaraq qeyd edilmişdir. Qeyd edilən arayışdan göründüyü kimi, çilingərlərin peşə adlarının "çilingər”, "çilingər-elektrik, "təmirçi-çilingər” adlandırılması onların əmək funksiyalarında hər hansı dəyişlik yaratmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün kifayət qədər əsas təşkil edir. Belə ki, iddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcudluğu iş materialları ilə sübut edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2025-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar