Məhkəmə qərarları › İş №2-1(118)-679/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-679/2025

11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-679/2025 11.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “4308V bağ sahəsinə dair X9 adına verilmiş texniki pasportun ləğv edilməsi və həmin sənəd əsasında da cavabdeh tərəfindən tam mülkiyyət üzrə 0.0991 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə X10 verilmiş **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “atası X18 məxsus torpaq sahəsi üzrə cavabdeh tərəfindən tam mülkiyyət üzrə 0,0991 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə X10 verilmiş **********82 reyestr nömrəli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın və həmin çıxarış əsasında verilmiş bütün hüquqverici sənədlərin ləğv edilməsi” na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-1029/2021 saylı qərardadı ilə Rüstəmov Əliabbas Fəxrəddin oğlu zəruri qaydada məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-32/2023 saylı qərardadı ilə X13, X11, X6, X22 zəruri qaydada məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-32/2023 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Daha sonra iddiaçı və üçüncü şəxs Rüstəmov Əliabbas Fəxrəddin oğlu tərəfindən məhkəmənin həmin qərardadından apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(105)-465/2023 saylı qərardadı ilə Rüstəmov Əliabbas Fəxrəddin oğlunun üçüncü şəxs qismində cəlb edilməsi barədə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)- 1029/2021 saylı qərardadı ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(105)-465/2023 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-32/2023 saylı qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(105)-465/2023 saylı qərardadından üçüncü şəxs Rüstəmov Əliabbas Fəxrəddin oğlu tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(102)-1675/2023 saylı qərardadı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(105)-465/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2567/2024 saylı qərardadı ilə Rüstəmov Əliabbas Fəxrəddin oğlunun üçüncü şəxs qismində cəlb edilmək barədə təkrar vəsatəti təmin edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2567/2024 saylı qərardadı ilə X7 zəruri qaydada məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili ərizə təqdim edərək, “4308V bağ sahəsinə dair X9 adına verilmiş texniki pasportun ləğv edilməsi və həmin sənəd əsasında da cavabdeh tərəfindən tam mülkiyyət üzrə 0.0991 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə X10 verilmiş **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı ilə atası- X24 arasında bağlanmış 21 avqust 1985-ci il tarixli 5000 saylı icarə Müqaviləsinə əsasən Novxanı bağlar masivindəki 0,22 ha torpaq sahəsi bağçılıq təsərrüfatı üçün iddiaçının ailəsinin istifadəsinə və sahibliyinə verilmiş və müqavilə 10 il müddətinə bağlanmışdır. Bundan sonra, atası tərəfindən verilmiş 20 fevral 1990-cı il tarixli razılıq ərizəsinə əsasən istifadəsində və sahibliyində olan 0,22 ha torpaq sahəsinin 0,11 ha hissəsinə X19 adına 14 iyun 1990-cı il tarixli icarə müqaviləsi verilmiş və həmin vaxtdan da bağın həmin hissəsi onun ailəsinin sahibliyinə və istifadəsinə keçmiş, eyni zamanda iddiaçılara verilmiş bağ sahəsinin icarə müqaviləsi də qeyd olunan tarixdən yenilənərək müqavilənin üzərində də müvafiq qeyd aparılmışdır. Beləliklə, 1985-ci il tarixli müqavilə üzrə, 0,22 ha bağ sahəsi 14 iyun 1990-cı il tarixədək iddiaçının ailəsinin sahibliklərində və istifadələrində olmuş, qeyd olunan tarixdən 2020-ci ilin avqust ayınadək isə, həmin bağın 0,11 ha hissəsi ailəsinin sahibliyində və istifadəsində olmuşdur. 1996-cı və 1997-ci illərdən başlayaraq atası tez-tez xəstələndiyindən və 2006-cı ilin mart ayında vəfatı ilə əlaqədar olaraq, həmçinin maliyyə çətinliyi ilə əlaqədar olaraq, istifadələrində və sahibliklərində olan bu torpaq sahəsinin adlarına dövlət qeydiyyatına alınması üzürlü səbəblərdən mümkün olmamışdır. Nəhayət 15 oktyabr 2019-cu il tarixdə, Sumqayıt şəhəri, Sumqayıt Bələdiyyəsinin Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsindən istifadəsində və sahibliyində olan 3706 saylı bağ sahəsinin Texniki Pasportu əldə edilmiş və bu bağın vərəsəlik qaydasında adına keçirilməsi üçün müvafiq prosessual hərəkətlər həyata keçirilməyə başlanılmış və bu məqsədlə, iddiaçının atasından miras əmlakın qəbulu üçün Sumqayıt şəhəri 3 saylı Notariat ofisinə ərizə ilə müraciət edilmişdir. Bununla yanaşı, 2020-ci ilin iyul ayında bağda olarkən iddiaçıya məlum olmuşdur ki, bağın bir hissəsi X6 tərəfindən zəbt edilərək həmin sahədə tikinti işləri aparılmaqdadır. Bununla əlaqədar olaraq, tərəfindən dərhal Sumqayıt şəhər Məhkəməsinə müraciət olunaraq, cavabdeh X4 həyata keçirdiyi tikililəri öz hesabına sökməklə, zəbt etdiyi və iddiaçıya məxsus bağ sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edilməklə yanaşı, eyni zamanda, iddianın təmini tədbiri kimi, ərizə ilə məhkəməyə müraciət olanaraq, iddiaçıya məxsus, ünvan 1 ünvanında yerləşən bağ sahəsində, tikinti işlərinin aparılmasının cavabdeh X5 və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmiş və Sumqayıt şəhər Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qərardadı ilə, tərəflərindən təqdim edilmiş ərizə təmin edilərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək ünvan 2 ünvanda yerləşən bağ sahəsində tikinti işlərinin aparılması cavabdeh X5 və digər şəxslərə qadağan edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin bu qərardadından apellyasiya şikayəti verilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə, Cavabdeh S.N.Qardaşxanovun verdiyi şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 05 avqust 2020-cı il tarixli, 2(060)-4611/2020 saylı qərardadı cavabdeh S.N.Qardaşxanova münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Elə bu ərəfədə də, cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi və Sumqayıt şəhəri, 4 saylı notariat ofisində həyata keçirilən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən məlum olmuşdur ki, "Satıcı, Sumqayıt şəhəri, Saray bağlar massivi, 4308V ünvanda yerləşən ümumi sahəsi 0,0991 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0,03 ha torpaq sahəsini 7000 manata X1 və bu torpaq sahəsi- ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X10 verilmiş **********82 reyest nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0,0991 ha Satıcıya məxsusdur. Bununla yanaşı, Vəkilimiz X20 tərəfindən Sumqayıt şəhəri 4 saylı notariat ofisinə ünvünlanmış müraciəti əsasında, ona göndərilmiş 27 noyabr 2020- ci il tarixli, 3456 saylı cavab məktubundan məlum olmuşdur ki, eynilə X8oğlu ilə aparılan alqı-satqı müqavilələri üzrə olduğu kimi, birinci alqı-satqıdan sonra, X2 qalan 0,0691 ha torpaq sahəsinin 0,04 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 10500 manata X12 və yerdə qalan 0,0291 ha hissəsi isə, 30.03,2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında, ünvan 4 ünvanda qeydiyyatda olan X3 və bu alqı satqı üzrə də X9 adından həmin X23 çıxış etmişdir. X9 adına dövlət reyestrindən çıxarış alınmış və törətdikləri bu cinayət əməlinin izinin itirilməsi məqsədi ilə də, həmin torpaq sahəsinin ayrı-ayrı şəxslərə olmaqla dərhal özgəninkiləşdirilməsi həyata keçirilmişdir. Ona görə də hesab edir ki, ona məxsus torpaq sahəsi koordinatlarında, X9 tam mülkiyyət hüququnu təsdiq edən 0,0991 ha torpaq sahəsi üzrə adına verilmiş reyestrdən çıxarış ləğv edilməli və həmin çıxarış əsasında həyata keçirilmiş bütün əməliyyatlar etibarsız hesab edilməklə, X15 vərəsəsi kimi, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 0,11 ha ölçüdə olan 3706 saylı bağ sahəsinin dövlət qeydiyyatına alınması və həmin sahəyə onun adına reyestrdən çıxarışın verilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması bərədə məhkəmə qərarı çıxarılmalıdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdeh orqanın iddiaya qarşı yazılı münasibətində bildirilmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Rüstəmov Əliabbas Fəxrəddin oğlu Sumqayıt şəhəri, Saray bağları massivi, 4308V ünvanında yerləşən bağ sahəsinə dair X9 adına verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması və həmin bağ sahəsi üzərində X16 yeganə vərəsəsi olan İddiaçı hüquqlarının qeydiyyata alınması barədə 17 mart 2021-ci il tarixli ərizə ilə Daşınma Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar İddiaçı etibarnamə üzrə nümayəndəsi Rüstəmov Əliabbas Fəxrəddin oğluna bildirilmişdir ki, Sumqayıt şəhəri, Saray bağları massivi 4308V ünvanda yerləşən 0.0991 ha torpaq sahəsi üzərində hüquqlar Sumqayıt Şəhər İcra Hakimiyyətinin nəzdində Bağ Təsərrüfatı İdarəsinin verdiyi 20 avqust 2004-cü il tarixli, 462 nömrəli bağ sahəsinin uzun müddətli icarəyə verilməsi barədə müqavilə və Sumqayıt Bələdiyyəsi tərəfindən 29 avqust 2019-cu il tarixdə tərtib olunmuş vətəndaşın istifadəsində olan bağ təsərrüfatının texniki pasportu əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq 26 noyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Bildirilmişdir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü və 2.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Odur ki, sözügedən torpaq sahəsi üzərində qeydiyyata alınmış hüquqların mübahisələndirilməsi ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi İddiaçı etibarnamə üzrə nümayəndəsi Rüstəmov Əliabbas Fəxrəddin oğluna tövsiyyə olunmuş və bu barədə ona 06 aprel 2021-ci il tarixli **********99 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazır ki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının İdarəyə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinə etirazlarını bildirərək, iddianın mümkün sayılmaması haqqında qərardad qəbul edilməsini xahiş edirlər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan səndələrə: Sumqayıt İnziibati Məhkəməsinin 2-1(118)-642/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 06 aprel 2021-ci il tarixli imtina məktubu və məhkəmə sorğusu əsasında əldə edilən digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 2 saylı Ərazi İdarəsinin hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 2 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 2 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 2 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRX-in 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 06 aprel 2021-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Sumqayıt şəhəri ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə tərəfləri dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisə predmeti olan Sumqayıt şəhəri, Novxanı bağları ərazisində yerləşən 3706 saylı bağ sahəsi “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi” haqqında 21 avqust 1985-ci il tarixli müqavilə əsasında mərhum X16 icarəsinə verilmişdir. Buna dair onun adına “Vətəndaşların istifadəsində olan bağ təsərrüfatının texniki pasportu”da tərtib edilmişdir. AZ-İ № 187719 saylı “Ölüm haqqında şəhadətnamə”dən aydın olur ki, X24 17 mart 2006-cı il tarixdə ölmüşdür. Sumqayıt şəhəri 3 saylı Notariat Ofisi tərəfindən verilmiş 11 mart 2023-cü il tarixli məktubun məzmunundan görünür ki, xx.xx.2006-cı il tarixdə ölmüş atası X15 miras əmlakının qəbulu üçün Sumqayıt şəhəri 3 saylı notariat ofisinə ərizə ilə müraciət etmiş və X15 vərəsəsi kimi tanınmışdır. Hal-hazırda iddiaçı mərhum atasına ayrılan 3706 saylı bağ sahəsinə dair X9 adına verilmiş texniki pasportun və xx.xx.2019-cu il tarixli, **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv edilməsini məhkəmədən xahiş edir. İddiaçı cavabdeh orqana da eyni müraciəti etmiş və müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-642/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından müəyyən edilir ki, cavabdeh tərəfindən mübahisə predmeti olan torpaq sahəsinə baxış keçirildikdən sonra əldə olunan məlumatların xidməti istifadədə olan kadastr məlumat bazasında yoxlanılması zamanı qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinə dair Sumqayıt şəhər İcra Hakimiyyətinin Bağ təsərrüfatı İdarəsi tərəfindən verilmiş 20 avqust 2004-cü il tarixli, 462 nömrəli “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi” haqqında müqavilənin olması aşkarlanmış və Sumqayıt bələdiyyəsinin tərtib etdiyi xx.xx.2019-cu il tarixli texniki pasport əsasında vətəndaşın istifadəsində olan bağ sahəsinin X9 adına qeydiyyata alınması müəyyən olunmuşdur. İnzibati işin araşdırılması zamanı məhkəmə qeyd edilən halın aydınlaşdırılması məqsədilə məqsədilə sorğular ünvanlanmışdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin 06 iyul 2021-ci il tarixli məktubuna əlavə edilmiş sənədlərdən aydın olur ki, 462 saylı, 20 avqust 2004-cü il tarixli “Bağ sahəsinin uzun müddətli icarəyə verilməsi üçün” müqaviləsi əsasında Saray qəsəbəsində yerləşən 4308V saylı bağ sahəsi X9 icarəsinə verilmişdir. Buna dair sonuncunun adına Sumqayıt bələdiyyəsi tərəfindən ümumi sahəsi 1000 kv.metr olan “Vətəndaşların istifadəsində olan bağ təsərrüfatının texniki pasportu” tərtib edilmişdir. Daha sonra X9 4308V saylı bağ sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, adına ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” tərtib edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyində aşağıdakılar qeyd edilmişdir: X10 məxsus Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 26 noyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışda qeyd olunan Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 4308V saylı torpaq sahəsinin koordinatları ilə faktiki istifadə olunan torpaq sahəsinin koordinatları eynidir; Sumqayıt İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı ilə X24 arasında bağlanmış 21 avqust 1985-ci il tarixli 5000 saylı icarə müqaviləsi ilə X21 icarəyə verilmiş torpaq sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 26 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X10 məxsus Sumqayıt şəhəri, Saray bağları massivində yerləşən 4308V saylı torpaq sahəsi ilə bütövlükdə üst-üstə düşür; Bu ərazidə sərhədlər dəqiq məlum olmadığı üçün torpaq sahəsinin hansı bağlar massivinə aid olmasını təyin etmək mümkün deyil. Sözügedən torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri həm Saray, həm də Novxanı bağları massivi kimi qeydiyyatdan keçmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxsin adına tərtib edilmiş texniki pasportun və ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın verilməsinə əsas olmuş ilkin hüquqmüəyyənedici sənəd 462 saylı, 20 avqust 2004-cü il tarixli “Bağ sahəsinin uzun müddətli icarəyə verilməsi üçün” müqaviləsidir. Yəni iddiaçı hal-hazırda X9 adına tərtib edilmiş texniki pasportun və ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ı deyil, onun verilməsinə əsas olmuş 462 saylı, 20 avqust 2004-cü il tarixli “Bağ sahəsinin uzun müddətli icarəyə verilməsi üçün” müqaviləsini mübahisələndirməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı üçüncü şəxsin adına tərtib edilmiş texniki pasportun və ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın verilməsinə əsas olmuş müqaviləni mübahisələndirdiyi və buna nail olduğu halda həmin şəhadətnamənin ləğvini tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “4308V bağ sahəsinə dair X9 adına verilmiş texniki pasportun ləğv edilməsi və həmin sənəd əsasında da cavabdeh tərəfindən tam mülkiyyət üzrə 0.0991 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə X10 verilmiş **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “4308V bağ sahəsinə dair X9 adına verilmiş texniki pasportun ləğv edilməsi və həmin sənəd əsasında da cavabdeh tərəfindən tam mülkiyyət üzrə 0.0991 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə X10 verilmiş **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 9 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar