Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-68/2020 23.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində vergilərin hesablanmasına dair xx.xx.2019cu il tarixli, **********653600 saylı qərarın ləğv edilməsi”nə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı ““Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində vergilərin hesablanmasına dair xx.xx.2019cu il tarixli, **********653600 saylı və qərarın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək 2-1(118)-68/2020; 2-1(118)- 211/2020; 2-1(118)-322/2020; 2-1(118)-499/2020 saylı işlərin bir icraatda birləşdirilməsini məhkəmədən xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, qeyd olunan işlərin bir-birilə əlaqəli olduğunu, bir iddiaçı tərəfindən eyni cavabdehə qarşı yönəldiyini və eyni məhkəmənin icraatında olduğunu nəzərə alaraq həmin işlərin bir icraatda birləşdirilməsini zəruri hesab edirlər. Bundan əlavə iddia predmetini təşkil edən qərarlarla vergilərin hesablanmasınının mahiyyət etibarilə eynilik təşkil etməsini, bir icraatda baxılması mümkün olan işlərin bir neçə məhkəmə icraatında baxılması ilə məhkəmənin iş yükünün və xərclərin artmasını, həmçinin məhkəmə və cavabdehin hüquqi ünvanının müxtəlif şəhərlərdə yerləşməsini nəzərə alaraq, yuxarıda qeyd olunan işlərin bir icraatda birləşdirilməsi məqsədəmüvafiqdir. İnzibati prosesual Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Qeyd edilənləri nəzərə alaraq işlərin bir icraatda birləşdirilməsini xahiş edirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsidə işlərin bir icraatda birləşdirilməsini məqsədəmüvafiq olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, 2-1(118)-68/2020 saylı inzibati iş bir-birilə əlaqəli olduğunu, bir iddiaçı tərəfindən eyni cavabdehə qarşı yönəldiyini və eyni məhkəmənin icraatında olduğunu nəzərə alaraq 2-1(118)-499/2020 saylı işlə bir icraatda birləşdirilməli və 2- 1(118)-68/2020 saylı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati prosesual Məcəlləsinin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Azərbaycan Respublikası İnzibati prosesual Məcəlləsinin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı ““Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində vergilərin hesablanmasına dair xx.xx.2019-cu il tarixli, **********653600 saylı qərarın ləğv edilməsi”nə dair 2-1(118)-68/2020 saylı inzibati iş X1 icraatında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində vergilərin hesablanması barədə xx.xx.2019cu il tarixli, **********511800 saylı qərarının ləğv edilməsi”nə dair 2-1(118)-499/2020 saylı inzibati işlə bir icraatda birləşdirilməli , 2-1(118)-68/2020 saylı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində vergilərin hesablanmasına dair xx.xx.2019cu il tarixli, **********653600 saylı qərarın ləğv edilməsi”nə dair 2-1(118)-68/2020 saylı inzibati iş X1 icraatında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində vergilərin hesablanması barədə xx.xx.2019-cu il tarixli, **********511800 saylı qərarının ləğv edilməsi”nə dair 2-1(118)-499/2020 saylı inzibati işlə bir icraatda birləşdirilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə qarşı ““Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC barəsində vergilərin hesablanmasına dair xx.xx.2019cu il tarixli, **********653600 saylı qərarın ləğv edilməsi”nə dair 2-1(118)-68/2020 saylı inzibati işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-68/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-68/2020
23.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver