Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-68/2021 08.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndə və vəkili Vəkil iştrakı ilə, İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886 A nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin, müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılaraq, kadastr məlumat bazasındakı məlumatların (koordinatların) sözügedən torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş koordinatlara uyğunlaşdırılması (hər iki koordinatların eyniləşdirilməsi) vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqavıt şəhəri. Saray bağlar massivi, 3886 A nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsi İddiaçı qızının xüsusi mülkiyyətindədir və onun adına xx.xx.2007-ci il tarixdə torpaq sahəsinə dair müvafiq çıxarış, torpaq sahələrinin planı və ölçüsü verilmişdir. Həmin vaxtdan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. DƏDRX-in 2 saylı Ərazi İdarəsinin xx xxxx 2016-cı il tarixli arayışından müəyyən olunmuşdur ki: ”... Keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən Sumqayıt şəhəri, Saray bağlar massivi ünvanında yerləşən 3891 nömrəli 0,12 ha ölçüsündə olan bağ sahəsinə dair xx xxxxxx 2013-ci il tarixdə X3 adına verilmiş A ******* saylı torpaq sahəsinin planı və ölçüsü, eyni zamanda həmin ünvanda yerləşən B-3S91 nömrəli 0,12 ha ölçüsündə olan bağ sahəsinə dair xx xxxxxx 2013-ci il tarixdə X5 adına verilmiş A 470556 saylı torpaq sahəsinin planı və ölçüsü ilə göstərilən koordinatlar daşınmaz əmlakın dövlət reyestrində iddiaçıların adlarına qeydiyyata alınmış torpaq sahələrinin koordinatları üst-üstə düşdüyündən Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhər şöbəsinə xx xxxxxx 2013-cü il tarixdə sorğu göndərilmişdir. Sorğuya əsasən keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin WGS-84 şəbəkəsi üzrə koordinatları Ərazi idarəsinə göndərilmiş və İdarə tərəfindən bu koordinatlar arasında iddiaçılara məxsus torpaq sahəsinə dair İdarənin istifadəsində olan kadastr xəritəsində müvafiq düzəlişlər aparılmışdır. Bundan sonra X10 və X5 torpaq sahələrinin koordinatlarına uyğun olaraq xx xxxx 2014-cü il tarixdə onlara çıxarışlar, torpaq sahəsinin planı və ölçüsü verilmişdir. ” Bir müddət sonra iddiaçı özünə məxsus torpaq sahəsini satmaq istəyərkən ona məlum olmuşdur ki, ona məxsus torpaq sahəsinə dair verilmiş plan və ölçüdə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqlər vardır. Buna görə də iddiaçı torpaq sahəsini sata bilməmişdir. Bununla bağlı iddiaçı bazadakı həmin fərqlərin sənədlərə uyğun düzəldilməsi ilə bağlı AR ƏMDK yanında DƏDRX-in 2 saylı X8 müraciət etsə də, İdarə xx xxxxxx 2019-cu il tarixli cavab məktubu ilə iddiaçının müraciətinin təmin edilmədiyini bildirmişdir.Buna görədə iddiaçı verilmiş iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı cavabdehin əsl cavabdehlə əvəz olunması və qeyd olunan öhdəliyin Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinin üzərinə qoyulmasının məhkəmədən xahiş etmişdir. Cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair iddiaçının arqumenti ondan ibarət olmuşdur ki, ona verilmiş torpaq sahəsinin müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılaraq, kadastr məlumat bazasındakı məlumatların (koordinatların) sözügedən torpaq sahalarinin planı vo ölçüsündə göstərilmiş koordinatlara uyğunlaşdırılması (hər iki koordinatların eyniləşdirilməsi) vəzifəsinin DƏDRX-in 2 saylı X6 üzərinə qoyulması qanuna ziddir. Belə ki, DƏDRX-in 2 saylı Sumqayıt Ərazi idarəsı iddia ərizəsinə etirazında, eləcə də nümayəndəsi keçirilmiş Məhkəmənin iclasında bildirmişdir ki, torpaq sahəsinin koordinatlarının, mərz nişanlarının müəyyən edilməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinin səlahiyyətlərinə aid məsələdir və kadastr məlumat bazası onlarda olur. DƏDRX-in Ərazi İdarələri müvafiq baza məlumatlarını məhz Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətindən əldə edirlər. Buna görə də o Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinə müraciət edərək ona verilmiş torpaq sahəlarinin müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügədən torpaq sahələrinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılaraq, kadastr malumat bazasındakı məlutmatları (koordinatların) sözügedən torpaq sahəlarinin planı və ölçüsündə göstarilmiş koordinatlara uyğunlaşdırılmasının-hər iki koordinatların eyniləşdirilməsinin olunması xahiş olunmuşdur. Lakin cavbdeh onu müraciətinin təmin olunmasından imtina etmişdir. Həmçinin məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DƏDRX-ın 2 saylı Sumqayıt Ərazi idarəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidməti ilə əvəz olunmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin İddiaçı qızının cavabdeh Daşınmaz Əmalkın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılaraq koordinatların eyniləşdirilməsi” tələbinə dair iş üzrə Sərəncamının icra olunması barədə xx xxxxxxxx 2020-ci il tarixli, 2- 1(118)-394/2020 nömrəli müraciətinizə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. İddia tələbinə etiraz edərək nəzərinizə çatdırırq ki, Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 0,2350 ha 3886 saylı bağ torpaq sahəsi JN-1092B KOD 30800086 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X4 məxsus olmuşdur. Torpaq sahəsinə mülkiyyət hüququna dair sənədlərdən göründüyü kimi həmin bağ torpaq sahəsi 2007-ci ildə bölünərək sahəsi 0,115 ha olmaqla 3886 nömrəli bağ torpaq sahəsi X1, sahəsi 0,06 ha olmaqla 3886 B nömrəli bağ torpaq sahəsi X2 və sahəsi 0,06 ha olmaqla 3886 A nömrəli bağ torpaq sahəsi İddiaçı qızının adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla rəsmiləşdirilmiş və torpaq sahələrinin döngə nöqtələrinin koordinatları müəyyən olunaraq Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu”nun 2.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu”na uyğun olaraq daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin xx xxx 2015-ci il tarixli 516 nömrəli fərmanı ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.15-ci bəndinə uyğun olaraq hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri aradan qaldırmaq və hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə yazılı məlumat vermək; 3.0.23-cü bəndinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; 3.0.29-cu bəndinə uyğun olaraq vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək; 3.0.31-ci bəndinə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin vəzifələrinə aid edilmişdir. Bununla da bildirirk ki, İddiaçı qızına məxsus Sumqayıt şəhəri Saray bağlar massivi, 3886 A nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququ rəsmiləşdirilərkən həmin torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş koordinatlarla kadastr məlumat bazasında yaranmış uyğunsuzluğun aradan qadirilməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətlərinə daxil deyildir. Yuxarıda qeyd olunanları və iş üzrə cavabdehin düzgün müəyyən olunmadığını nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə ,əsasən İddiaçı qızı tərəfindən cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı irəli sürülən “torpaq sahəsinin döngə nöqtələri arasında fərqin aradan qaldırılaraq koordinatların eyniləşdirilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərar çıxarmağı məhkəmədən xahiş edirik. Qeyd edilənlərə əsasən iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazır ki, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, **********75 reyestr nömrəli çıxarış, Daşınmaz Əmlakın Kadastrı və Ünvanı Reyestri Xidmətinin etiraz ərizəsi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886A nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2007-ci ildən İddiaçı qızının xüsusi mülkiyyətindədir. Qeyd olunan torpaq sahəsinin texniki pasportu,yəni torpaq sahəsinin plan və ölçüsü zaman etibarı ilə fəaliyyət göstərmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Həmin torpaq sahəsi mülkiyyətçi tərəfindən başqa şəxsə satılarkən müəyyən olunmuşdur ki, torpaq sahəsinə dair xx.xx.2007-ci ildə tərtib edilmiş AA 00536 saylı texniki pasportda göstərilmiş koordinatlar ilə kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nögtələrinin koordinatları arasında fərq mövcuddur.Bu səbəbdən torpaq sahəsinin rəsmiləşdirilməsi həyata keçirilə bilməmişdir. Qeyd olunanlara əsasən iddiaçı məhkəməyə müraciət edərək, torpaq sahəsinin koordinatları ilə kadastr məlumat bazasındakı döngə nöqtələri arasında olan fərqin aradan qaldırılması öhdəliyinin DƏDRX-nin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək, qeyd olunan öhdəliyin ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir. Qeyd olunan Xidmət iddia tələbinə etiraz edərək, bildirmişdir ki, torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilmiş koordinatlarla kadastır məliumat bazasında yaranmış uyğunsuzluğun aradan qaldırılması Xidmətin səlahiyyətlərinə aid deyil və Daşınmaz Əmlakın Dövlət Reyester Xidməti haqqında Əsasnamənin 3.0.15, 3.0.23, 3.0.29, 3.0.31-ci bəndlərinə əsasən tələb edilən öhdəlik DƏDRX-in üzərinə qoyulmalıdır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslanır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (bundan sonra — Xidmət) Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır.Həmin Əsasnamənin 2.0.1-ci bəndinə əsasən Ximət Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının və onun tərkib hissəsi olan torpaq reyestrinin tərtib edilməsini və aparılmasını həyata keçirir. Həmin Əsasnamənin 2.0.7-ci bəndinə əsasən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaradır. Həmin Əsasnamənin 3.0.8, 3.0.9 və 3.0.11-ci bəndlərə əsasən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq və onlardan istifadəni təmin etmək, mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq, torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini təmin etmək Xidmətin vəzifələrinə aiddir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemidir. Həmin Qanunun 5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Həmin Qanunun 8-ci maddəsinə əsasən torpaqların texniki uçotu Azərbaycan Respublikasının hər bir inzibati-ərazi vahidi üzrə kompleks ölçmələr əsasında bütün torpaq sahələrinin və yaşayış məntəqələrinin yerləşməsini, həndəsi ölçülərini, sərhədlərini və konfiqurasiyasını müəyyən etmək məqsədilə həyata keçirilir.Torpaqların texniki uçotunun nəticələri torpaq-kadastr sənədlərində əks olunur. Torpaqların texniki uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Qanunun 10-cu maddəsinə əsasən torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması yerquluşu işləri hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 6 sentyabr tarixli, 576 nömrəli Fərmanı ilə təsdiq edilmiş və xx xxxxxx 2015-ci ildə qüvvədən düşmüş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən komitə yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 10.3-cü,10.19,10.20,10.38 və 10.43-cü bəndlərinə əsasən dövlət torpaq kadastrının, torpaqların monitorinqinin aparılması, habelə yerquruluşunun həyata keçirilməsi üzrə işlərin və tədbirlərin təşkil edilərək həyata keçirməsi, müvafiq inzibati rayon vahidlərində torpaq kadastrının aparılması məqsədilə lazımi kadastr-planalma işlərini həyata keçirməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə işlərini aparılması, habelə müvafiq texniki sənədləri tərtib edərək həmin torpaq sahəsi üzərində hüquq əldə edənə verməsi, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, yerquruluşu, geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində normativ texniki sənədlərin hazırlanması və tətbiqinin vahid rejim və normativ texniki sənədlər əsasında həyata keçirilməsinin təmin edilməsi, Azərbaycan Respublikasının ərazisindəki dəyişikliklərə uyğun olaraq topoqrafik, inzibati, coğrafi və məlumat xəritələrində olan dəyişiklikləri yeni nəşr olunan xəritələrdə əks etdirmək üçün müntəzəm olaraq operativ-məlumat xəritəsinin müasirliyini təmin edilməsi Xidmətin funksiyalarına aid edilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən "Torpaq sahəsinin planı və ölçüsünün təsviri” haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 8 fevral tarixli 536 nömrəli Fərmanının 4.5-ci bəndinə əsasən torpaq sahəsi planının kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı), əsas döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilən "Torpaq sahəsinin planı və ölçüsü" təsvir edilir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Nəzərə alınmalıdır ki, Sumqayıt şəhəri,Saray bağlar massivi, 3886 A nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları xx.xx.2007-ci ildə daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınarkən torpaq sahələrinin döngə koordinatrını zaman etibarı ilə qüvvədə olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin plan və ölçüsü”ndə” göstərilmiş məlumatlar əsasında qeyd etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək, onu bəzi səlahiyyətləri Əmlak Məsələri Dövlət Komitəsinə verilmişdir. Qeyd olunan səlahiyyətlər içərisində həmçinin torpaq sahələrinin yerquruluşun, yəni torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sisteminində ƏMDK-yə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qeyd olunan səlahiyətlərinin həyata keçirilməsi Komitənin yanında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti (bundan sonra — Xidmət) öz Əsasnaməsinə görə Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrı, ünvan reyestrinin, dövlət torpaq kadastrının, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparır. Göründüyü kimi torpaq sahələri ilə bağlı vahid dövlət kadastırının aparılması, ünvan reyesterinin,o cümlədən torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli qeyd olunan Xidmət tərəfindən həyata keçirilir. Başqa sözlə desək vaxtı ilə fəaliyyət göstərmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli Fərmanında qeyd olunan səlahiyətlərinin aparılması məhz ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilmişdir. Nəzərə alınmalıdır ki, zaman etibarı ilə qüvvədə olmuş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında” Əsasnaməsinin 10.38-ci bəndinə əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dövlət torpaq kadastrını, torpaqların monitorinqini, yerquruluşu, geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində normativ texniki sənədlərin hazırlanmasını və tətbiqinin vahid rejim və normativ texniki sənədlər əsasında həyata keçirilməsinin təmin edilməsini həyata keçirirdi. Bu baxımdan məhkəmə hesab edir ki, vaxtı ilə Dövlət Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən səhv verilmiş döngə koordinatların düzəldilməsi vəzifəsi müvafiq səlahiyyətləri verilmiş qurum tərəfindən həyata keçirilməlidir. Məhkəmə cavabdeh təşkilatın verdiyi etirazına gətirdiyi arqumentə dair qeyd etməyi zəruri bilir ki, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti haqqında Əsasnamənin 3.0.15, 3.0.23-ci bəndlərinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyester Xidməti hüquqların dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvlərin aradan qaldırılması, torpaq sahəsinin planının və ölçüsünün tərtib edilərək verilməsi öhdəliyini daşıyır. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.11-ci bəndinə əsasən mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq, torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini təmin etmək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin vəzifələrinə aid edilmişdir. Hər iki Əsasnaməyə diqqət yetirilərkən müəyyən olunur ki, torpaq sahəsi ilə bağlı hər iki qurumun oxşar səlahiyyətləri var. Lakin hazır ki, iddia tələbi üzrə mübahisə predmeti torpaq sahəsinə dair xx.xx.2007-ci ildə tərtib edilmiş AA 00536 saylı texniki pasportda göstərilmiş koordinatlar ilə kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nögtələrinin koordinatları arasında fərqin aradan qaldırılmasından ibarətdir. Yuxarıda qeyd olunanlardan məlum olmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin 1) özü tərəfindən hüquqların dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvlərin aradan qaldırılması və 2) torpaq sahəsinin planının və ölçüsünün tərtib edilərək verilməsi öhdəliyi vardır. Burada qeyd olunmalıdır ki, torpaq sahəsinin plan və ölçüsünə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələrin qeyd olnmasından başqa 1) torpaq sahəsi üzərində hüquq sahibi haqqında məlumat, 2) torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı), 3) torpaq sahəsinin mülkiyyət növü, 4) torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan hüququn növü, 5) torpaq sahəsinə daşınmaz əmlak obyekti kimi verilən reyestr nömrəsi və digər məlumatlar göstərilir. Ona görədə DƏDRX-nin Əsasnaməsinə görə Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən plan və ölçülərin tərtib edilməsi öhdəliyinin olması səbəbindən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarınında DƏDRX tərəfindən həyata keçirilməsinə dəlalət edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən etirazının əsası kimi gətirilən arqument əsassızdır. Qeyd olunanları rəhbər tutaraq məhkəmə hesab edir ki, vaxtı ilə fəaliyyət göstərmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən səhvən verilmiş döngə nöqtələrinin koordinatları hal-hazırda onun hüquqi sələfi olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən kadastr məlumat bazasındakı yaranmış uyğunsuzluq aradan qaldırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı qızına məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, 3886 A nömrəli ünvanda yerləşən 0,06 ha torpaq sahəsinin, müvafiq planı və ölçüsündə göstərilmiş koordinatlarla kadastr məlumat bazasındakı sözügedən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları arasında fərqin aradan qaldırılaraq, kadastr məlumat bazasındakı məlumatların (koordinatların) sözügedən torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş koordinatlara uyğunlaşdırılması (hər iki koordinatların eyniləşdirilməsi) vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-68/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-68/2021
08.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver