Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-68/2022 07.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, Üçüncü şəxs X16, onun nümayəndəsi və vəkilləri Vəkil və X20, digər üçüncü şəxslər Cavabdeh4, X12 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər – X34 və qeyriləri) “X16, X13, X35 adlarına verilmiş JN:623 KOD 30100018 saylı Dövlət Aktının, X21, X14 və onların vəfat etmiş ailə başçısı X1 adlarına verilmiş JN:622 KOD 30100018 saylı Dövlət Aktının, X12, X5, X22, Cavabdeh2, Cavabdeh3, habelə onların vəfat etmiş ailə başçısı X6 adlarına verilmiş JN:627 KOD 30100018 saylı Dövlət Aktının, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 adlarına verilmiş JN:628 KOD 30100018 saylı Dövlət Aktının etibarsız hesab edilməsi, JN:622 KOD 30100018 saylı Dövlət Aktına əsasən X21, X14 və onların vəfat etmiş ailə başçısı X1 adlarına verilmiş 01 noyabr 2018-ci il tarixli **********66 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, X21, X14 və onların vəfat etmiş ailə başçısı X1 Cavabdeh9 ilə Qusar rayon Notariat Kontorunda bağladıqları 12 noyabr 2018-ci il tarixli 4ə-1936 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh9 adına verilmiş 10 dekabr 2018-ci il tarixli **********66 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun sentyabr 1998-ci il tarixli 10/07 saylı qərarına əsasən iddiaçılara və ailə üzvlərinə, habelə onalrın mərhum validynləri X23 və X15 Qusar rayonunun Aşağı Ləgər kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı pay torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə onların mülkiyyət hüquqları Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş İddiaçı1 və ailə üzvlərinə məxsus JN:383 KOD 30100018 saylı, İddiaçı2 və ailə üzvlərinə məxsus JN:384 KOD 30100018 saylı Dövlət Aktı və bizim mərhum validynləri X23 və X10 məxsus JN:382 KOD 30100018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktları ilə təsdiq edilir. X4 22 iyun 2008-ci il tarixdə, anaları X24 isə 07 noyabr 2015-ci il tarixdə vəfat etmişlər.Onların vəfatından sonra onlara məxsus torpaq sahələrini də onlar faktiki miras qəbul edib istifadə edirlər. Bu yaxınlarda onlar valideynlərindən miras qalmış həmin torpaq sahələrinə vərəsəlik hüquqlarını həyata keçirmək, habelə Dövlət Aktlarına əsasən onlara məxsus torpaq sahələrinə daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar almaq üçün cavabdeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə müraciət etmişik. DƏDRX-nin 5 saylı Ərazi İdarəsi onalra bildirmişdir ki,iddiaçılara JN:383 KOD 30100018 saylı, JN:384 KOD 30100018 saylı Dövlət Aktı və onların mərhum validynlərinə məxsus JN:382 KOD 30100018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktları cavabdehlər X25, X17, X40 məxsus JN:623 KOD 30100018 saylı Dövlət Aktı, cavabdehlər X26, X18 və onların vəfat etmiş ailə başçısı X7 məxsus JN:622 KOD 30100018 saylı Dövlət Aktı, cavabdehlər X19, X8, X27, Cavabdeh2, Cavabdeh3, habelə onların vəfat etmiş ailə başçısı X9 məxsus JN:627 KOD 30100018 saylı Dövlət Aktı, cavabdehlər Cavabdeh4, Cavabdeh5 qızma, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 məxsus JN:628 KOD 30100018 saylı Dövlət Aktı ilə kəsişir. Cavabdehlər X41, X28 və onların hal-hazırda vəfat etmiş ailə başçısı X11 özlərinə məxsus JN:622 KOD 30100018 saylı Dövlət Aktmdakı torpaq sahəsinə 01 noyabr 2018-ci il tarixdə cavabdeh DƏDRX-in 5 saylı Ərazi İdarəsindən öz adlarına **********66 saylı daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışlar. 12 noyabr 2018-ci il tarixdə onlar həmin Çıxarışa əsasən həmin torpaq sahəsini Cavabdeh9 satmışlar və bu barədə olan alqı-satqı müqaviləsi cavabdeh Qusar rayon Notariat Kontoru tərəfindən 12 noyabr 2018ci il tarixdə təsdiqlənərək 4ə-1936 saylı reyestr nömrəsi ilə qeydə alınmışdır. Həmin torpaq sahəsinə cavabdeh DƏDRX-in 5 saylı Ərazi İdarəsi tərəfindən 10 dekabr 2018- ci il tarixdə Cavabdeh9 adına **********66 saylı daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən cavabdehlər X16 və qeyrilərinin adlarına olan JN:623 KOD 30100018 saylı, cavabdehlər X21 və qeyrilərinin adlarına olan JN:622 KOD 30100018 saylı, cavabdehlər X12 və qeyrilərinin adlarına olan JN:627 KOD 30100018 saylı, cavabdehlər Cavabdeh4 və qeyrilərinin adlarına olan JN:628 KOD 30100018 saylı Dövlət Aktlarının, habelə cavabdehlər X21 və qeyrilərinin adlarına olan 01 noyabr 2018-ci il tarixli **********66 saylı, Cavabdeh9 adma olan 10 dekabr 2018-ci il tarixli **********66 saylı Dövlət reyestrindən Çıxarışların, Qusar rayon Notariat Kontoru tərəfindən 12 noyabr 2018-ci il tarixdə təsdiqlənərək 4ə-1936 saylı reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin surətləri bizə təqdim edilmişdir. Cavabdehlər X16 və qeyrilərinin adlarına olan JN:623 KOD 30100018 saylı, cavabdehlər X21 və qeyrilərinin adlarına olan JN:622 KOD 30100018 saylı, cavabdehlər X12 və qeyrilərinin adlarına olan JN:627 KOD 30100018 saylı, cavabdehlər Cavabdeh4 və qeyrilərinin adlarına olan JN:628 KOD 30100018 saylı Dövlət Aktlarından görünür ki, həmin Dövlət Aktları cavabdehlərin adlarına müvafiq olaraq Qusar rayon Notariat Kontorunun 14 yanvar 2006-cı il tarixli 4ə-İ- 13 saylı, 14 yanvar 2006-cı il tarixli 4ə-İ-16 saylı, 14 yanvar 2006-cı il tarixli 4ə-İ-12 saylı və 14 yanvar 2006-cı il tarixli 4ə-İ-14 saylı alqı-satqı müqavilələri əsasında verilmişdir. İddiaçılar, vəkil sorğusu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə müraciət edərək Qusar rayon Notariat Kontorunun 14 yanvar 2006-cı il tarixli 4ə-İ- 13 saylı, 14 yanvar 2006-cı il tarixli 4ə-İ-16 saylı, 14 yanvar 2006-cı il tarixli 4ə-İ-12 saylı və 14 yanvar 2006-cı il tarixli 4ə-İ- 14 saylı alqı-satqı müqavilələri ilə bağlı notariat işlərinin surətlərini almışlar. Həmin notariat işlərində saxlanılan cavabdehlərin adlarına olan ilkin torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarından görünür ki, alqı-satqı müqavilələrinə əsasən satdıqları torpaq sahələri çıxıldıqdan sonra cavabdehlərin adlarında qalan torpaq sahələri tamam başqa yerlərdə yerləşir və JN:383 KOD 30100018 saylı, JN:384 KOD 30100018 saylı, JN:382 KOD 30100018 saylı Dövlət Aktlarına əsasən iddiaçılara və valideynlərinə məxsus torpaq sahələri ilə heç bir kəsişmələri yoxdur. Lakin Qusar rayon Notariat Kontorunun 14 yanvar 2006-cı il tarixli 4ə-İ-13 saylı, 14 yanvar 2006-cı il tarixli 4ə- İ-16 saylı, 14 yanvar 2006-cı il tarixli 4ə-İ-12 saylı və 14 yanvar 2006-cı il tarixli 4ə-İ-14 saylı alqı-satqı müqavilələri cavabdeh DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hüquqi sələfi olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən düzgün icra olunmamış və cavabdehlərin adlarına onlara və valideynlərinə məxsus Dövlət Aktlarındakı torpaq sahələri ilə kəsişən, qanunsuz JN:623 KOD 30100018 saylı, JN:622 KOD 30100018 saylı,JN:627 KOD 30100018 saylı, JN:628 KOD 30100018 saylı Dövlət Aktları verilmişdir. Hazırkı iddia üzrə mülki iş Qusar Rayon Məhkəməsinin icraatında olarkən iş üzrə təyin olunmuş məhkəmə mühəndis-texniki ekspertizasının 27 oktyabr 2020-ci il tarixli rəyi ilə də təsdiq olunur ki, cavabdehlərin adlarına verilmiş JN:623 KOD 30100018 saylı, JN:622 KOD 30100018 saylı, JN:627 KOD 30100018 saylı, JN:628 KOD 30100018 saylı Dövlət Aktları texniki səhv olaraq biz iddiaçılara və valideynlərinə məxsus JN:383 KOD 30100018 saylı, JN:384 KOD 30100018 saylı və JN:382 KOD 30100018 saylı Dövlət Aktlarındakı torpaq sahələrinin üzərində işlənmişdir. Ona görə də JN:623 KOD 30100018 saylı, JN:622 KOD 30100018 saylı, JN:627 KOD 30100018 saylı, JN:628 KOD 30100018 saylı Dövlət Aktları məhkəmə qaydasında etibarsız hesab edilməli, JN:622 KOD 30100018 saylı Dövlət Aktına əsasən cavabdeh X21 və qeyrilərinin adlarına verilmiş 01 noyabr 2018-ci il tarixli **********66 saylı daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış etibarsız hesab edilməli, cavabdeh X21 və qeyrilərinin Cavabdeh9 ilə Qusar rayon Notariat Kontorunda bağladıqları 12 noyabr 2018-ci il tarixli 4ə-1936 reyestr nömrəli alqısatqı müqaviləsi etibarsız hesab edilməli və Cavabdeh9 adına verilmiş 10 dekabr 2018-ci il tarixli **********66 saylı daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış etibarsız hesab edilməlidir. Bununla bağlı cavabdehə müraciət etmiş, lakin müraciəti müsbət həll edilmədiiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar bir neçə dəfə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim etmiş, son olaraq iddia tələbini dəqiqləşdirərək bildirmişdirlər ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən üçüncü şəxslər X16, X13, X35 adlarına verilmiş JN:623 KOD 30100018 saylı Dövlət Aktının, üçüncü şəxslər X21, X37mm və onların vəfat etmiş ailə başçısı X1 adlarına verilmiş JN:622 KOD 30100018 saylı Dövlət Aktının, üçüncü şəxslər X12, X5, X44mın, Cavabdeh2, Cavabdeh3, habelə onların vəfat etmiş ailə başçısı X6 adlarına verilmiş JN:627 KOD 30100018 saylı Dövlət Aktının, üçüncü şəxslər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 adlarına verilmiş JN:628 KOD 30100018 saylı Dövlət Aktının ləğv edilməsinə; JN:622 KOD 30100018 saylı Dövlət Aktına əsasən üçüncü şəxslər X21, X14 və onların vəfat etmiş ailə başçısı X1 adlarına verilmiş 01 noyabr 2018-ci il tarixli **********66 saylı daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsinə; JN:623 KOD 30100018 saylı Dövlət Aktına əsasən üçüncü şəxslər X16, X13, X35 adlarına verilmiş 05 yanvar 2021-ci il tarixli, **********58 reyestr nömrəli və 05 yanvar 2021-ci il tarixli, **********59 reyestr nömrəli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışların ləğv edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə prosesində iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmənin ötən iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili X45 iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində qeyd edilən JN:623 KOD 30100018 saylı, JN:622 KOD 30100018 saylı, JN:627 KOD 30100018 saylı, JN:628 KOD 30100018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmişdir.X1, X29, X2 adlarına verilmiş xx.xx.2018-ci il tarixli **********66 reyestr nömrəli dövlət reyestrindən çıxarış JN:622 KOD 30100018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında, X3 adına verilmiş xx.xx.2018-ci il tarixli **********66 reyestr nömrəli dövlət reyestrindən çıxarış Qusar rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli, 4Ə-1936 reyestr nömrəli alqı- satqı müqaviləsi əsasında hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1 -ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır."-“Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri hüquqları təsdiq edən aktlar ” daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər.Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”.Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirməmiş və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X16 nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, mütəxəssis rəyi ilə razı deyil. Belə ki, qeyd olunan torpaq sahəsi təmsil etdiyi şəxsin mülkiyyətindədir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X16 digər vəkili X42 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, işə yeni qoşulub və verilmiş mütəxəssis rəyi ilə tanış olmaq üçün məhkəmə iclasını təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mütəxəssis rəyini tərəflərin iştirakı ilə müzakirə etdikdən sonra iddia tələbinin uzun müddət məhkəmənin icraatında olmasını, daxil olan sənədlərin elektron məhkəmə informasiya sisteminə yerləşdirildiyini və iş üzrə 2 dəfə ekspertizanın təyin edilməsini nəzərə alaraq məhkəmə prosesində qısa müddətli (2 saat) fasilə elan edildi. Üçüncü şəxs X34 iddia tələbinə etiraz edərək, bildirdi ki, qeyd olunan torpaq sahələri onun və ailə üzvlərinin xüsusi mülkiyyətindədir. İddiaçıların ona ayrılmış torpaq sahəsinin kəndin başqa yerində yerləşməsi ilə bağlı gətirdiyi arqument əsassızdır. Xüsusi mülkiyyətində olan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestr xidmətində yoxlanıldıqdan sonra ona müvafiq çıxarış verilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Digər üçüncü X30 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, onun faktiki sahibliyində olan torpaq sahəsi iddiaçıların göstərdikləri yerdə, qanuni sənədlərlə ayrılmış torpaq sahəsi mübahisə olunan yerdə yerləşir.Həmin torpaq sahəsi ona avə ailə üzvlərinə qanuni əsaslarla ayrılmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Digər üçüncü şəxs Cavabdeh4 iddia tələbinə etiraz edərək, bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi ona X59 Komissiaysının qərarı əsasında ayrılmışdır. Torpaq sahəsinə dair verilmiş sənədlər qanunun tələblərinə tam uyğundur. Ona görə də məhkəmədən iddia tələbinin rədd edilməsi haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfindən verilmiş fasilədən sonra üçüncü şəxs X16 nümayəndəsi və vəkili Vəkil vəsatət verərək təkrar kompleks ekspertiza təyin edilməsi məhkəmədən xahiş etdi. Belə ki, Cavabdeh4la onun təmsil etdiyi Qafar Qafarovun qonşu olmasını DƏDRX-in təsdiq etdiyi halda həmin torpaqların müxtəlif istiqamətlərdə yerləşməsi ilə bağlı rəyində gətirdiyi əsaslar arasında ziddiyət var. Məhkəmə tərəfindən Vəkil vəsatəti təmin edilmədiyi üçün ətraflı çıxış ilə əlaqədar məhkəmədən vaxt tələb edildi, lakin məhkəmə çıxış üçün 2 saat vaxt verdiyinə (fasilə) əsaslanaraq əlavə vaxt verilməsinə lüzum bilmədi. X16 nümayəndəsi və vəkili Vəkil çıxışında bildirdi ki, verilən mütəxəssis rəyi əsassızdır və həmin rəyə əsaslanaraq iddia tələbinin təmin edilməsi düzgün deyil. Belə ki, maraqlarını müdafiə etdiyi Qafar Qafarov həmin torpaq sahəsindən uzun müddətdir ki, istifadə edir. Bu isə bir daha ona dəlalət edir ki, Qafar Qafarovun adına verilmiş dövlət aktı düzgün işlənmişdir. Qeyd olunanlara əsasən X16 nümayəndəsi və vəkili Vəkil iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə digər üçüncü şəxslərin iştirakı olmadan baxmışdır. Məhkəmə tərəfindən verilmiş fasilədən sonra çıxış edən iddiaçılar 3-cü şəxsin vəkili Vəkil gətirdiyi arqumentlərlə razılaşmayaraq bildirdilər ki, mübahisə predmeti olan torpaq sahələri 28 ildən artıqdır ki, onların sahibliyindədir və həmin torpaq sahələrində onlar tərəfindən əkin biçin işləri aparılır. Qafarov Qafar keçən il onların xəbəri omadan həmin torpaq sahəsinə taxıl səpmiş və bunu həmin torpaq sahəsinə müvafiq çıxarışının olması ilə əsaslandırmışdır. Onlara və valideyinlərinə ayrılmış torpaq sahəsinin eyni ərazidə yerləşməsinə səbəb ondan ibarətdir ki, 1991-ci ildə həmin torpaq kəndli fermer təsərrüfatına məxsus olmuş və 15 nəfər üzvü olan təsərrüfatın bütün üzvlərinə o, cümlədən valideyinlərinə də həmin yerdən torpaq sahələri ayrılmışdır. Qeyd olunanlara əsasən iddiaçılar iddia tələbinin təmin edilməsini və mütəxəssis rəyi üçün ödədikləri pulun onlara qaytarılmasını məhkəmədən xahiş etdilər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçı tərəfindən cavabdeh DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmiş pretenziya məktubu, cavabdehin etiraz ərizəsi, Aqrar İslahat Komissiyasının Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:383 KOD 30100018 saylı, JN:384 KOD 30100018 saylı, JN:382 KOD 30100018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”larının surəti, DT və XK-nın Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:623 KOD 30100018 saylı Dövlət Aktının, JN:622 KOD 30100018 saylı Dövlət Aktının, JN:627 KOD 30100018 saylı Dövlət Aktının, JN:628 KOD 30100018 saylı Dövlət Aktının surətləri, 01 noyabr 2018-ci il tarixli **********66 saylı çıxarışın, 05 yanvar 2021-ci il tarixli, **********58 reyestr nömrəli çıxarışın surəti, 05 yanvar 2021-ci il tarixli, **********59 reyestr nömrəli çıxarışın surəti, **********66 nömrəli, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçıların hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onların mübahisə predmeti olan torpaq sahəsinə dair DTXK-nın Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:383 KOD 30100018 saylı, JN:384 KOD 30100018 saylı, JN:382 KOD 30100018 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”larının verildiyi vaxtdan və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinin tələbləri baxımından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan daşınmaz əmlak DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçılar DƏDRX-in 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqan iddiaçının müraciətinə cavab verməmiş, bununla da cavabdehin hərəkətsizliyinə görə iddiaçı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Qusar rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun sentyabr 1998-ci il tarixli 10/07 saylı qərarına əsasən iddiaçılara və ailə üzvlərinə, habelə onların mərhum valideynləri X23 və X15 Qusar rayonunun Aşağı Ləgər kəndi ərazisindən pay torpaq sahələri verilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən İddiaçı1 və ailə üzvlərinə məxsus JN:383 KOD 30100018 saylı, İddiaçı2 və ailə üzvlərinə məxsus JN:384 KOD 30100018 saylı Dövlət Aktı və mərhum valideynləri X23 və X15 məxsus JN:382 KOD 30100018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktları verilmişdir. İddiaçılar çıxarışlar almaq üçün cavabdeh DƏDRX-in 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh onalara bildirmişdir ki, iddiaçılara JN:383 KOD 30100018 saylı, JN:384 KOD 30100018 saylı, JN:382 KOD 30100018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktları üçüncü şəxslər X25, X17, X40 məxsus JN:623 KOD 30100018 saylı Dövlət Aktı ilə, üçüncü şəxslər X26, X18 və onların vəfat etmiş ailə başçısı X7 məxsus JN:622 KOD 30100018 saylı Dövlət Aktı ilə, digər üçüncü şəxslər X19, X8, X27, Cavabdeh2, Cavabdeh3, habelə onların vəfat etmiş ailə başçısı X9 məxsus JN:627 KOD 30100018 saylı Dövlət Aktı ilə, üçüncü şəxslər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 məxsus JN:628 KOD 30100018 saylı Dövlət Aktı ilə kəsişir. Üçüncü şəxslər X41, X28 və onların vəfat etmiş ailə başçısı X11 özlərinə məxsus JN:622 KOD 30100018 saylı Dövlət Aktındakı torpaq sahəsinə 01 noyabr 2018-ci il tarixdə öz adlarına **********66 saylı daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışlar. 12 noyabr 2018-ci il tarixdə onlar həmin Çıxarışa əsasən torpaq sahəsini Cavabdeh9 satmışlar və bu barədə olan alqı-satqı müqaviləsi Qusar rayon Notariat Kontoru tərəfindən 12 noyabr 2018-ci il tarixdə təsdiqlənərək 4ə- 1936 saylı reyestr nömrəsi ilə qeydə alınmışdır. Həmin torpaq sahəsinə cavabdeh DƏDRX-in 5 saylı Ərazi İdarəsi tərəfindən 10 dekabr 2018-ci il tarixdə Cavabdeh9 adına **********66 saylı Çıxarış verilmişdir. Üçüncü şəxslər X16 və qeyrilərinin adlarına olan JN:623 KOD 30100018 saylı, cavabdehlər X21 və qeyrilərinin adlarına olan JN:622 KOD 30100018 saylı, üçüncü şəxslər X12 və qeyrilərinin adlarına olan JN:627 KOD 30100018 saylı, üçüncü şəxslər Cavabdeh4 və qeyrilərinin adlarına olan JN:628 KOD 30100018 saylı Dövlət Aktlarından görünür ki, həmin Dövlət Aktları cavabdehlərin adlarına müvafiq olaraq Qusar rayon Notariat Kontorunun 14 yanvar 2006-cı il tarixli 4ə-İ-13 saylı, 14 yanvar 2006-cı il tarixli 4ə-İ-16 saylı, 14 yanvar 2006-cı il tarixli 4ə-İ-12 saylı və 14 yanvar 2006-cı il tarixli 4ə-İ-14 saylı alqı-satqı müqavilələri əsasında verilmişdir. İddiaçılar müvafiq dövlət aktları və onlar əsasında verilmiş çıxarışları ləğv etmək üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh onların tələblərini təmin etmədiyindən məhkəməyə müraciət etmişlər. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan və iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Cavabdehin imtinası aşağıdakı əsaslara görə qanunsuzdur. Belə ki, məhkəmə tərəfindən mövcud mübahisənin ədalətli həll edilməsi məqsədilə mübahisə əraziyə yerli baxış keçirilmiş və DƏDRX-ən müvafiq mütəxəssis rəyi alınmışdır. Yerli baxış keçiriərkən iddiaçıların iddia etdikləri torpaq sahələrinə, iddiaçıların bildirdiyinə görə 3-cü şəxslərə ayrılmış torpaq sahələrinə baxış keçirilmiş, 3-cü şəxslərin adlarına verilmiş dövlət aktlarına və həmin həmin aktların verilməsinə əsas olmuş sənədlərin surətləri tədqiq edilmişdir. Sənədlərin tədqiqatı zamanı müəyyən edilmişdir ki, X6 və onun ailə üzvlərinin adlarına verilmiş JN-0627 saylı dövlət aktının verilməsi üçün əsas JN-129 saylı dövlət aktı və həmin aktın əsasında bağlanmış xx.xx.2006-cı il tarixli 4Ə-İ-12 saylı alqı-satqı müqaviləsi,X1 və onun ailə üzvlərinin adlarına verilmiş JN-0622 saylı dövlət aktının verilməsi üçün əsas JN-130 saylı dövlət aktı və xx.xx.2006-cı il tarixli 4Ə-İ-16 saylı alqısatqı müqaviləsi, X16 və onun ailə üzvlərinin adlarına verilmiş JN-0623 saylı dövlət aktının verilməsi üçün əsas JN-131 saylı dövlət aktı və xx.xx.2006-cı il tarixli 4Ə-İ-13 saylı alqısatqı müqaviləsi və Cavabdeh4 və onun ailə üzvlərinin adlarına verilmiş JN-0628 saylı dövlət aktının verilməsi üçün əsas JN-132 saylı dövlət aktı və xx.xx.2006-cı il tarixli 4Ə-İ- 14 saylı alqı-satqı müqaviləsi olmuşdur. Qusar Rayon Məhkəməsində hazırkı iddia tələbinə baxılan zaman təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 27 oktyabr 2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, hazırkı iddia tələbi üzrə iddiaçıların adlarına verilmiş JN-383, JN-384 və JN-382 saylı dövlət aktlarında öz əksini tapmış torpaq sahələrinin koordinatları üçüncü şəxslərin adlarına verilmiş JN-0627, JN-0622, JN-0623 və JN-0628 saylı dövlət aktlarında göstərilmiş koordinatlar ilə üst-üstə düşür. Hazırkı iddia tələbi üzrə iddiaçılar mərhum valideyinlərindən miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı Qusar rayon notariat ofisinə müraciət etmişlər, lakin valideyinlərinin adına verilmiş dövlət aktları itirildiyinə və torpaq sahəsinin koordinatları 3-cü şəxslərin adlarına verilmiş dövlət aktında öz əksini tapmış torpaq sahəslərinin koordinatları ilə üstüstə düşdüyünə görə həmin torpaq sahəsinin vərəsəlik qaydasında adlarına rəsmiləşdirə bilməmişdilər. Hesab olnur ki, notariat kontoruna müraciət etməklə iddiaçılar valideyinlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin müdafiəsini məhkəmədə həyata keçirmək üçün subyektiv hüquqlara malikdirlər. Bundan başqa iş materaillarına əlavə edilmiş sənədlərin araşdırılması zamanı o da müəyyən edilmişdir ki, 3-cü şəxslərə ayrılmış torpaq sahələrinin bir hissəsi 2006-cı ildə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirilmiş və yerdə qalan torpaq sahələrinə hazırkı iddia tələbi üzrə mübahisə predmeti olan JN-0627, JN-0622, JN-0623 və JN-0628 saylı dövlət aktları verilmişdir. JN-0622 saylı dövlət aktı əsasında 01 noyabr 2018-ci il tarixli **********66 saylı daşınmaz əmlakın dövlət reyesterindən çıxarış X21, X14, X1 adlarına verilmiş. JN-0623 saylı dövlət aktı əsasında 05 yanvar 2021-ci il tarixli **********58 və **********59 saylı daşınmaz əmlakın dövlət reyesterindən çıxarışlar X16,X13 və X35 adlarına çıxarışlar verilmişdir. Alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra yerdə qalan torpaq sahələrinə verilmiş JN-0627, JN-0622, JN-0623 və JN-0628 saylı dövlət aktlarında əks olunmuş koordinatların həmin şəxslərin adlarına verilmiş ilkin dövlət aktlarında əks olunmuş koordinatlarla eynilik təşkil edib-etməsi ilə bağlı müvafiq mütəxəssi rəyi alınmışdır. Alınmış rəyin nəticəsindən bəlli olmuşdur ki, JN: 627 (KOD ********), JN: 623 (KOD ********) və JN: 622 (KOD ********) nömrəli dövlət aktlarında olan sxem və koordinatlar xx.xx.1999- cu ildə verilmiş JN:129 (KOD ********), JN;131 (KOD ********) və JN;130 (KOD ********) nömrəİ dövİət aktlarındakı koordinatlarla eynilik təşkil etmir. Belə ki, alqı- satqı müqavilələrinə dair arxiv sənədləri araşdırılarkən məlum olmuşdur ki, satılmamış (yerdə qalan) torpaq sahələrinin koordinatları xx.xx.2006-cı ildə verilmiş dövlət aktlarının koordinatları ilə eyni deyil, başqa əraziyə işlənmişdir. Lakin, JN:132 (KOD ********) torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən koordinatlar isə alqı-satqıdan sonra yerdə qalan 1.38 ha torpaq sahəsinə verilmiş JN: 628 (KOD ********) “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən koordinatlarla eynidir. Göründüyü kimi iddiaçıların ləğvi tələb etdiyi 4 aktdan 3 dövlət aktı, yəni JN: 627 (KOD ********), JN: 623 (KOD ********) və JN: 622 (KOD ********) nömrəli dövlət aktlarında göstərilmiş koordinatlar başqa əraziyə işlənmiş, lakin JN: 628 (KOD ********) dövlət aktında göstərilmiş koordinatlar düzgün əraziyə işlənmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, başqa əraziyə qanunsuz olaraq işlənmiş JN: 627 (KOD ********), JN: 623 (KOD ********) və JN: 622 (KOD ********) nömrəli dövlət aktları və onların əsasında verilmiş 01 noyabr 2018-ci il tarixli **********66 saylı, 05 yanvar 2021-ci il tarixli **********58 və **********59 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar ləğv edilməlidir. Cavabdeh4 və onun ailə üzvlərinin adlarına verilmiş JN-628 dövlət aktında qeyd oluna koordinatlar ilkin dövlət aktı olan koordinatlarla eynilik təşkil etdiyinə görə həmin hissədə iddia tələbi təmin edilə bilməz. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.Həmin Məcəllənin 67.6.2-ci maddəsinə əsasən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. Bundan başqa məhkəmə, cavabdehin iddia ərizəsinə etirazda əsaslandığı dəlillərinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati prosessual Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən 617,95 (altı yüz on yeddi manat doxsan beş qəpik) manat məbləğində pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN:0623 KOD 30100018 saylı, JN:0622 KOD 30100018 saylı, JN:0627 KOD 30100018 saylı Dövlət Aktlarının, JN-0622 saylı dövlət aktı əsasında X21, X14, X1 adlarına verilmiş 01 noyabr 2018-ci il tarixli **********66 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, JN-0623 saylı dövlət aktı əsasında X16, X13 və X35 adlarına verilmiş 05 yanvar 2021-ci il tarixli **********58 və **********59 saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsindən 617,95 (altı yüz on yeddi manat doxsan beş qəpik) manat məbləğində pul alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-68/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-68/2022
07.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver