Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-68/2023 09.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X2rşı “cavabdehdən iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 1 ha torpaq sahəsindən dövlət ehtiyacları üçün alınmış 2041,5 kv.metrdən ibarət torpaq sahəsinə görə vurulmuş ziyanla əlaqədar, həmin torpaq sahəsinin hazırki bazar qiymətləri ilə dəyəri 262104 (iki yüz altmış iki min bir yüz dörd) manat pulun alınıb iddiaçıya verilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X2rşı “cavabdehlərdən iddiaçının xüsusi mülkiyyətində olan sahədən dövlət ehtiyacları üçün alınmış 2041,5 kv.metrdən ibarət torpaq sahəsinə görə vurulmuş ziyanla əlaqədar 795000 (yeddi yüz doxsan beş min) manat pulun alınıb iddiaçıya verilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, cavabdeh qismində yalnız «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X4 saxlanılmasını və “cavabdehdən iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 1 ha torpaq sahəsindən dövlət ehtiyacları üçün alınmış 2041,5 kv.metrdən ibarət torpaq sahəsinə görə vurulmuş ziyanla əlaqədar, həmin torpaq sahəsinin hazırki bazar qiymətləri ilə dəyəri 262104 (iki yüz altmış iki min bir yüz dörd) manat pulun alınıb iddiaçıya verilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH ******* №-li Çıxarış (Reyestr nömrəsi **********05, Qeydiyyat nömrəsi 160702393, Qeydiyyat tarixi xx.xx.2007) əsasında İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 1 ha torpaq sahəsinin 2041,5 kv.metrdən ibarət hissəsi, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ("xxxx" ASC) tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür. Ərazidə aparılan tikinti işləri 2009-cu ildə başlamaqla 2014-cü ilə kimi olan dövrdə tamamlanıb başa çatmış, lakin həmin torpaq sahəsinə görə İddiaçı kompensasiya ödənilməmiş və bu barədə Azərbaycan Cavabdehnə ünvanlanmış müraciətlərin də heç bir nəticəsi olmamışdır. Bununla bağlı "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə xx.xx.2017-ci il tarixli 3/16-848 №-li məktub göndərilmiş və həmin məktubda da göstərilir ki, həqiqətən qeyd olunan avtomobil yolunun tikintisi ilə əlaqədar İddiaçı məxsus torpaq sahəsinin 2041,5 kv.metrdən ibarət hissəsi yolun tikintisi altına düşmüş, torpaq sahəsinə görə 102891,60 (yüz iki min səkkiz yüz doxsan bir manat 60 qəpik) manat kompensasiya hesablanmış, 0,35 % bank xidməti də nəzərə alınmaqla ümumilikdə 103251,72 (bir yüz üç min iki yüz əlli bir manat yetmiş iki qəpik) manat kompensasiyanın ödənilməsi üçün köməklik göstərilməsi Maliyyə Nazirliyindən xahiş edilmiş, lakin nəticəsi olmamışdır. Halbuki, qüvvədə olan qanunvericiliyin tələbinə əsasən torpaqlar dövlət ehtiyacları üçün alınarkən onun dəyəri, bazar qiyməti ilə müəyyən olunaraq əvvəlcədən ödənilməli idi. Bundan başqa 2007-2008-ci illərdə həmin torpaq sahəsində aparılacaq tikinti işlərinin layihələndirilməsi, elektrik xəttlərinin çəkilməsinə görə texniki şərtin alınması və s. üçün də 47000 (qırx yeddi min) manata yaxın xərc çəkilmişdir. Belə ki, xx.xx.2007-ci ildə “Azərinşaatlayihə” DBLKTİ ilə Elmi-texniki məhsulun yaradılması barədə müqavilə bağlanaraq müvafiq Smetalar tərtib olunmaqla 2674,70 manat; xx.xx.2007-ci ildə Sumqayıtelektrikşəbəkə” ASC-nə ərizə yazılmaqla həmin sahəyə elektrik xəttlərinin çəkilib quraşdırılması üçün Texniki şərt alınmaqla bunun üçün 15000 manat; xx.xx.2008ci ildə TİLİ “Azkooperativlayihə” İnstituna ərizə yazılaraq hazır məhsul anbarının tikintisi layihələndirilərək 1805,40 manat; Masazır Bələdiyyəsinə torpaq vergisi kimi 2008-2014cü illər üçün ödənilmiş 5600 manat və nəqliyyat, digər gözə görünməz xərclər üçün də ən azı 23500 manat xərclənmişdir. Xərclənmiş həmin 47000 (qırx yeddi min) manata yaxın və torpağın dəyəri də 103251,72 (yüz üç min iki yüz əlli bir manat 72 qəpik) manatla bərabər "xxxx" ASC tərəfindən 2009-cu ildə həmin torpaq sahəsi üçün mülkiyyətçiyə 150000 (bir yüz əlli min) manat pul ödənilməli idi. Və təbii ki, 2009-cu il üçün 150000 (bir yüz əlli min) manat böyük məbləğ idi və həmin pulla torpaq sahəsinin qalan hissəsində başqa işlər görülə bilərdi. Həmin pul vaxtında ödənilmədiyinə görə də torpaq sahəsi boş qalaraq orada heç bir iş görülməmiş, əksinə həmin 1 ha torpaq sahəsinə görə hər il üçün 1600 manat olmaqla 2015-ci ilə kimi vergi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. MM-nin 449.2-ci maddəsinə görə bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. MM-nin 449.4-cü maddəsinə görə də özgə vəsaitindən istifadə üçün faizlər, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Uçot dərəcəsinin 15 % səviyyəsində dəyişməz saxlanılması haqqında Azərbaycan Respublikası Mərkəzi X6 18 sentyabr 2017-ci il tarixli qərarı ilə uçot dərəcəsinin digər parametrlərinin dəyişməz saxlanılması (uçot dərəcəsi 15%, dəhlizin aşağı həddi 10%, yuxarı həddi 18%) qərara alınmışdır. Bundan başqa Azərbaycan Respublikasında xx.xx.2015-ci il tarixə kimi ABŞ dollarının kursu 0,78 manat olmuş, bundan sonra Mərkəzi Bank tərəfindən ABŞ dollarının kursu 2015-ci ilin dekabr ayına kimi 1,05 manat, ondan sonra 2016-cı ildə 1,55 manat, 2017-ci ildən də 1,70 manat müəyyən edilməklə həmin məzənnə hazıra kimi qüvvədədir və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İddiaçı xüsusi mülkiyyətindən dövlət ehtiyacları üçün alınmış torpaq sahəsinə görə vurulmuş ziyan aşağı qaydada hesablanmalıdır: 2009-cu ilə kimi layihələndirmə və s. işlərin dəyəri ilə torpağa qoyulmuş torpağın qiyməti - 150000 (bir yüz əlli min) manat + 2015-ci ilə kimi olan dövr üçün bank uçot dərəcəsi 1 il üçün 22500 x 6 il = 135000 (bir yüz otuz beş yüz min) manat = 285000 (iki yüz səksən beş min) manat : 0,78 = 365385 manat x 1,7 - 621154 (altı yüz iyirmi bir min bir yüz əlli dörd) manat; - 2015-ci il üçün bank uçot dərəcəsi 22500 manat: 1,05 = 21428,5 manat x 1,70 = 36428,5 (otuz altı min dörd yüz iyirmi səkkiz manat 50 qəpik); - 2016-cı il üçün bank uçot dərəcəsi 22500 manat : 1,55 = 14516 manat x 1,70 = 24677,5 (iyirmi dörd min altı yüz yetmiş yeddi manat 50 qəpik); - 2017-2021-ci illər üçün bank uçot dərəcəsi 22500 manat x 5 il = 1 12500 manat (bir yüz on iki min beş yüz manat) olmaqla cəmi 795000 (yeddi yüz doxsan beş min) manat. Bununla əlaqədar, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İddiaçı xüsusi mülkiyyətindən dövlət ehtiyacları üçün alınmış torpaq sahəsinə görə vurulmuş ziyanla əlaqədar, digər gözə görünməz xərclər də nəzərə alınmaqla 820000 (səkkiz yüz iyirmi min) manat pul ödənilməsindən ötrü xx.xx.2021-ci il tarixdə həmin Agentliyə, eləcə də Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məktublar göndərilmiş, lakin bu günə kimi bununla bağlı heç bir tədbir görülməmiş və İddiaçı müraciətlərinə cavab belə verilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 8.1.1-cİ maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-nİn 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Ona görə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən İddiaçı xüsusi mülkiyyətində olan sahədən dövlət ehtiyacları üçün alınmış 2041,5 kv.metrdən ibarət torpaq sahəsinə görə vurulmuş ziyanla əlaqədar 795000 (yeddi yüz doxsan beş min) manat pul alınıb İddiaçı verilməsi barədə qərar çıxarılmalıdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri İş üzrə təyin edilmiş əvvəlki şifahi məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının iddia tələbi aşağıdakılara görə əsassızdır: “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 07 dekabr 2007-ci il tarixli, 50 İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 689 nömrəli xx.xx.2007-ci il tarixli Fərmanının 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. İddiaçının və onunla yanaşı Abşeron rayonu Masazır kəndinin yol tikintisi altına düşən bütün mülkiyyətçilərə məxsus olan torpaqların və tikililərin qiymətləndirilməsi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında aparılmış, bu məqsədlə qiymətləndirici tərəfindən mülkiyyətin ümumi bazar qiyməti 20 faiz əlavə ilə edilərək müəyyənləşdirilmişdir. Beləliklə həmin ərazidə layihə çərçivəsində yolun tikintisi altına düşən torpaq sahəsinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 (bir) kv.metr torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahiblərinə əlavələrlə birlikdə 50,4 manat məbləğində kompensasiya hesablanmış və əmlakın qiymətləndirməsinə dair hesabat hazırlanmışdır. Yəni həmin ərazidə hamıya eyni əsaslarla kompensasiyalar hesablanmış və mülkiyyətçilər həmin qiymətlə tamamilə razılaşmışdır. Hesab edirik, tədbirlər planının icrası ilə əlaqədar iddiaçıya məxsus olmuş əmlaka görə və ona dəymiş maddi ziyanla bağlı 102891.6 manat kompensasiya ədalətli şəkildə hesablanmışdır. Beləliklə qiymətləndirmə sahəsində ixtisaslaşmış müstəqil qiymətləndirici tərəfindən aparılmış iddiaçının əmlakın qiymətləndirilməsi və qiymətləndirilməsinin rəyi qüvvədədir və iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. İddiadan göründüyü kimi, iddiaçıya məxsus olan Abşeron rayonu Masazır kəndində yerləşən 2041,5 torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2018ci il, sərəncamı ilə təsdiq edilmiş “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi” üzrə yol tikintisinin ərazisinə düşməsi və torpağın cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət ehtiyacları məqsədilə alınmağı tərəflər arasında işin mübahisələndirilməyən hallarını təşkil edir və torpaq sahəsində aparılan tikinti işlərinin layihələndirilməsi, elektrik xəttlərinin çəkilməsinə görə texniki şərtin alınması ilə bağlı çəkilmiş xərclərin ödənilməsinin iddiaçı tərəfindən Agentliyə müraciət olunmamışdir. Eyni zamanda qeyd etmək istəyirik ki, əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparilmalıdır, o cümlədən torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyənləşdirilməklə. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - MH seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 1.0 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. - «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X4 iddiaçıya ünvanlandığı M-4/16- 6181 saylı, 13 oktyabr 2014-cü il tarixli məktubunda qeyd edilmişdir ki, hal-hazırda tikintisi aparılan “Bilgəh-Sumqayıt” avtomobil yolunun km 28+000m-km 36+800 m-lik hissəsində iddiaçıya məxsus torpaq sahəsinin 1407 kv.metr hissəsi yolun tikintisi altına düşür. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiaçıya ünvanladığı 25 noyabr 2015-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən iddiaçıya məxsus 1402 kv.metr torpaq sahəsinə görə müvafiq kompensasiya məsələsinin həlli üçün Cəmiyyət tərəfindən işlər aparılır. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Maliyyə nazirinə ünvanladığı 10 fevral 2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya məxsus 2041.5 kvadrat metr torpaq sahəsi yolun tikintisi altına düşür, ilkin hesablamaya əsasən vətəndaşa məxsus torpaq sahəsinə dəymiş ziyana görə 102891.60 manat kompensasiya hesablanmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X4 10 yanvar 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mülkiyyətçiyə məxsus 10000 kvadrat metr torpaq sahəsindən 2041.5 kvadrat metr hissəsi yolun tikintisi zolağına düşmüşdür, dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən tikinti altına düşən torpaq sahəsinə görə vətəndaşa 102891.6 manat kompensasiya hesablanmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X4 29 aprel 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya məxsus (çıxarış № **********05) torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçüün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən həyata keçirilən (hal-hazırda dayandırılmış) layihə çərçivəsində tikinti altına düşür, qeyd edilən torpaq sahəsinin 1402.66 kv.metr hissəsi yeni tikilən avtomobil yolunun tikintisi altına düşür və bununla əlaqədar dəymiş ziyana görə kompensasiya ödənilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq sənədləşmə işləri aparılmışdır və layihə üzrə vəsait ayrılan zaman kompensasiya ödəniləcəkdir. Qeyd olunan torpaq sahəsinin 644.8 kv.metr hissəsi üzrə sözügedən layihə çərçivəsində kommunikasiya xəttlərinin köçürülməsi zolağına düşür, lakin sözügedən layihə üzrə işlər dayandırıldığına görə kommunikasiya xəttlərinin köçürülməsi layihəsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən öz təsdiqini tapmışdır və bu səbəbdən vətəndaşa məxsus 644.8 kv.metr torpaq sahəsi üzrə kompensasiya ödənişi ilə əlaqədar sənədləşmə işləri tam başa çatmamışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X4 14 iyun 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsi dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçilərinə hesablanmış qiymətinin 20% miqdarında əlavə nəzərə alınmaqla 1 sotu 5040 manat qiymətləndirilmişdir. - Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş ƏEMİ/İ42-506/22 saylı mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsinin bazar qiyməti 255.000 (iki yüz əlli beş min) manat dəyrində qiymətləndirilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 4 saylı Abşeron Ərazi İdarəsinin 26 avqust 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının adına qeydiyyata alınmış 1 ha torpaq sahəsinin 0.0985 ha hissəsi “Bilgəh-Sumqayıt” avtomobil yolunun tikintisi altına düşür; 1 ha torpaq sahəsinin 0.0410 ha hissəsi “Bilgəh-Sumqayıt yolu”nun mühafizə zolağına düşür. - Məhkəməyə sorğu əsasında daxil olmuş «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X4 20 dekabr 2022-ci il tarixli və 23 yanvar 2023-cü il tarixli məktublarında qeyd edilmişdir ki, iddiaçıya məxsus 1 ha torpaq sahəsinin 1402.66 kv.metr hissəsi yolun təhkim zolağına düşür. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 4 saylı Abşeron Ərazi İdarəsinin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” 01/69210 saylı arayışında qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan 1.0 ha torpaq sahəsinin Bakı-Sumqayıt avtomobil yolunun tikinti altına düşən 0.1402 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixinə bazar qiyməti 180000 (yüz səksən min) manat təşkil edir.
4. İddianın növü və mümkünlüyü İddianın növü İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. İddianın mümkünlüyünü istisna edən şərt yoxdur. İddia mümkündür. 5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddiadır. İnzibati iş materialları ilə müəyyən edilir ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 1.0 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuşdur. Qeyd olunan faktı MH seriyalı, ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surəti də təsdiq edir. Cavabdeh tərəfindən Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti işlərinin aparılması zamanı qeyd edilən iddiaçıya məxsus torpaq sahəsi üzərində söküntü işləri aparılmış və nəticədə iddiaçının torpaq sahəsi yararsız hala düşmüşdür. İddiaçı ona dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi» X3 müraciətini təmin etməmişdir. İddiaçı hal-hazırda ona kompensasiya ödənişinin edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya dəymiş zərərin ödənilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə gəldiyi nəticəni aşağıdakı hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.1-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Məcəllənin 203.3-cü maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, müsadirə. Həmin Məcəllənin 203.5-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikasıü Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Mülki Məcəllənin 210-cu maddəsinə əsasən mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əməlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Məcəllənin 246.3-cü maddəyə əsasən torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Məcəllənin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. Məcəllənin 246.7-ci maddəsinə görə torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Məcəllənin 1100-cü maddəsində qeyd edilmişdir ki, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən alınma — dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Qanunun 2.1-ci maddəsinə əsasən torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Torpaq Məcəlləsindən, Mülki Məcəllədən, Mənzil Məcəlləsindən, bu Qanundan, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından və tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Qanunun 3.1-ci maddəsinə əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. Qanunun 3.2-ci maddəsinə görə torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alına bilər. Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Qanunun 4.2-ci maddəsinə görə Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Qanunun 5.1-ci maddəsinə görə istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; 5.1.2. bələdiyyə mülkiyyətində olan torpaqlar. 5.2-ci maddəyə əsasən dövlət mülkiyyətində olan torpaqlar üzərində istifadə və icarə hüquqları dövlət ehtiyacları üçün geri alınır. Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Qanunun 7.2-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən edilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və mərhumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdirlər. Qanun 73-cü maddəsinə görə bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11-ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: 7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; 7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); 7.3.3. ikinci əldən icarəyə verən qismində icarəçi, üçüncü şəxslərə istifadəyə verən qismində istifadəçi və ya istifadəçi ilə şifahi və ya yazılı həqiqi sübutla təsdiq edilən razılaşma əsasında torpağı qısa müddətli istifadə edən şəxslər; 7.3.4. torpağa hüququnun yaranmasına səbəb olan, qanun tərəfindən tanınan uzun müddətli istifadə əsasında torpaqda yaşayan şəxslər; 7.3.5. yaşadıqları torpaqla bağlı qanuni hüquqları olmayan şəxslər. Qanunun 23-cü maddəsinə əsasən Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.2. alınan torpağın və onunla yanaşı yerləşən torpağın, həmin torpaqlarda olan tikililərin və daşınar əmlakın bərpa qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; 23.1.3. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiya ilə bağlı danışıqlarda köməklik göstərir; 23.1.4. alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir; 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; 23.1.6. zəruri hesab etdiyi hallarda bu Qanunun 75.8-ci maddəsinə uyğun olaraq təqdim edilmiş nəzarət orqanının təklifləri əsasında alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləğində dəyişikliklər edilməsi barədə qərar qəbul edir; 23.1.7. alınmanın təsirinə məruz qalan şəxslərə ödəniləcək kompensasiyanın məbləği barədə qərarını alan orqana göndərir. Qeyd edilən Qanunun 54.1-ci maddəsinə görə alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2-ci maddəsinə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Qanunun 55.1-ci maddəsinə görə bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. Qanunun 55.2-ci maddəsinə əsasən Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. İnzibati işin tam və hərtərəfli araşdırılmasının təmin edilərək, iddiaçının mülkiyyətində olan, Abşeron rayonu, Masazır kəndində yerləşən 1 ha torpaq sahəsinin Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə hansı hissədə düşməsinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 4 saylı Abşeron Ərazsində mütəxəssis rəyinin verilməsi ilə bağlı məktub ünvanlanmışdır. Qeyd edilən İdarənin 26 avqust 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının adına qeydiyyata alınmış 1 ha torpaq sahəsinin 0.0985 ha hissəsi “Bilgəh- Sumqayıt” avtomobil yolunun tikintisi altına düşür; 1 ha torpaq sahəsinin 0.0410 ha hissəsi “Bilgəh-Sumqayıt yolu”nun mühafizə zolağına düşür. Göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin “Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsinə tam şəkildə düşməsi mütəxəssis rəyi ilə təsdiq olunur. Həmçinin qeyd olunan hallar yuxarıda iş materiallarında sadalanan cavabdeh orqanın özünün məhkəmə sorğusuna ünvanladığı 29 aprel 2022-ci il tarixli məktubu ilə də təsdiq olunur. Belə ki, həmin məktubda qeyd edilmişdir ki, iddiaçıya məxsus (çıxarış № **********05) torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçüün əlavə Tədbirlər Planı”nın müvafiq bəndinə əsasən həyata keçirilən (hal-hazırda dayandırılmış) layihə çərçivəsində tikinti altına düşür, qeyd edilən torpaq sahəsinin 1402.66 kv.metr hissəsi yeni tikilən avtomobil yolunun tikintisi altına düşür və bununla əlaqədar dəymiş ziyana görə kompensasiya ödənilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq sənədləşmə işləri aparılmışdır və layihə üzrə vəsait ayrılan zaman kompensasiya ödəniləcəkdir. Qeyd olunan torpaq sahəsinin 644.8 kv.metr hissəsi üzrə sözügedən layihə çərçivəsində kommunikasiya xəttlərinin köçürülməsi zolağına düşür, lakin sözügedən layihə üzrə işlər dayandırıldığına görə kommunikasiya xəttlərinin köçürülməsi layihəsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən öz təsdiqini tapmamışdır və bu səbəbdən vətəndaşa məxsus 644.8 kv.metr torpaq sahəsi üzrə kompensasiya ödənişi ilə əlaqədar sənədləşmə işləri tam başa çatmamışdır. Məhkəmə qeyd edilən torpaq sahəsinə görə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“Bilgəh-Sumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Vurulmuş ziyanın müəyyən edilməsinin əsas meyarlardan biri kimi inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə iddiaçıya dəymiş zərərə görə ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı qeyd edir ki, məhkəmə icraatı zamanı cavabdeh orqanın özü tərəfindən məhkəməyə sorğu əsasında daxil olmuş yuxarıda adıçəkilən məktubda qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin 644.8 kv.metr hissəsi sözügedən layihə çərçivəsində kommunikasiya xəttlərinin köçürülməsi zolağına düşür, lakin sözügedən layihə üzrə işlər dayandırıldığına görə kommunikasiya xəttlərinin köçürülməsi layihəsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən öz təsdiqini tapmamışdır və bu səbəbdən vətəndaşa məxsus 644.8 kv.metr torpaq sahəsi üzrə kompensasiya ödənişi ilə əlaqədar sənədləşmə işləri tam başa çatmamışdır. Məhkəmə tərəfindən iddiaçıya dəymiş zərərə görə ödənilməli olan kompensasiyanın məbləğinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X4 4 saylı Abşeron Ərazi İdarəsinə müvafiq sorğu verilmişdir. Adıçəkilən İdarənin “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” 01/69210 saylı arayışında qeyd edilmişdir ki, iddiaçının mülkiyyətində olan 1.0 ha torpaq sahəsinin Bakı- Sumqayıt avtomobil yolunun tikinti altına düşən 0.1402 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixinə bazar qiyməti 180000 (yüz səksən min) manat təşkil edir. Göründüyü kimi, orqan tərəfindən 1 hektar torpaq sahəsinin 0.1402 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixinə bazar qiyməti 180000 (yüz səksən min) manat müyyən edilmiş, yerdə qalan 644.8 kv.metr (layihə çərçivəsində kommunikasiya xətlərinin köçürülməsi zolağına düşdüyündən) hissənin qiyməti müəyyən edilməmişdir. Orqan tərəfindən aparılan qiymətləndirmədən müəyyən edilir ki, torpaq sahəsinin bir kvadrat metrinin bazar qiyməti 128.388017 manat (180.000:1402=128.388017 manat) müəyyən edilmişdir. Belə olan halda 2041.5 ha torpaq sahəsinin bazar qiymətinin dəyəri 262.104 (iki yüz altmış iki min yüz dörd) manat (2041.5x128.388017=262.104.137) edir. Hər şeydən əvvəl qeyd edilməlidir ki, iddiaçının daşınmaz əmlakının geri alınmasının qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədən aparılmasına baxmayaraq, ona ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Məhkəmə qeyd edir ki, torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt deyil, siyahıya alınma tarixinə olduğu vaxt olan qiymət götürülməlidir. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı məhkəmə təcrübəsinə əsasən, torpağın siyahıya alınma tarixini müəyyən etməyin mümkün olmadığı halda, torpağın və üstündə olan daşınmaz əmlakın bazar qiyməti torpaq sahəsinin geri alındığı (daşınmaz əmlakın söküldüyü) zaman mövcud olan bazar qiyməti əsasında müəyyən olunmalıdır. Bu zaman, məhkəmələr əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar. İnzibati işin araşırılması zamanı məhkəmə tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə uyğun olaraq torpaq sahəsi ilə bağlı alqı-satqını həyata keçirən orqanlara müvafiq sorğular verilmişdir. Məhkəməyə sorğu əsasında Abşeron rayon 1 saylı Notariat ofisinin 2013- 2015-ci illərə dair alqı-satqı müqavilələri təqdim edilməmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-ci maddəsinə əsasən torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Göründüyü kimi Avropa Məhkəməsi mülkiyyət hüququndan istifadə edilməsində məhdudiyyətlər yaranmasını Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Qeyd edilənlərə əsasən məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin 1 kvadrat metrinin qiyməti 128.388017 manat (180.000:1402=128.388017 manat), ümumilikdə torpaq sahəsinin dəyəri isə 262.104 (iki yüz altmış iki min yüz dörd) manat (2041.5x128.388017=262.104.137) hesablanmışdır. Dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin layihə çərçivəsində tikinti işləri başlanan zaman öz həllini tapacağına dair cavabdeh tərəfindən bildirilənləri əsassız sayan məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququna edilmiş müdaxilə nəticəsində vurulmuş zərərin əvəzinə görə ədalətli kompensasiya mümkün olan ən qısa müddətlərdə ona ödənilməlidir. Bununla bağlı dövlət orqanları tərəfindən həll edilməli olan məsələlərin yükü iddiaçının üzərinə qoyula bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 1 ha torpaq sahəsindən dövlət ehtiyacları üçün alınmış 2041,5 kv.metrdən ibarət torpaq sahəsinə görə vurulmuş ziyanla əlaqədar, həmin torpaq sahəsinin hazırki bazar qiymətləri ilə dəyəri 262104 (iki yüz altmış iki min bir yüz dörd) manat pulun alınıb iddiaçıya ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 1 ha torpaq sahəsindən dövlət ehtiyacları üçün alınmış 2041,5 kv.metrdən ibarət torpaq sahəsinə görə vurulmuş ziyanla əlaqədar, həmin torpaq sahəsinin hazırki bazar qiymətləri ilə dəyəri 262104 (iki yüz altmış iki min bir yüz dörd) manat pulun alınıb iddiaçıya ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva