Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-680/2021 01.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X9 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən Qusar rayonun Əcəxur kənd sakinləri İddiaçı1 və X5 Qusar rayon AİK-nın xx.xx.1998 il tarixli, 15 saylı və məhkəmənin 11.05.06-cı il tarixli 2-175 saylı Qətnaməsi ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə Qusar rayon Əcəxur kəndi ərazisindən 1,05 hektar torpaq sahəsi verilməsi barədə tərtib olunmuş, tarixi göstərilməyən JN : 3xx xxx 30104018 №-li “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” tam şəkildə, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən X8 Qusar rayon Məhkəməsinin xx xxxxx 2006-cı il tarixi 2-7l6-2292a 2006-cı il nömrəli Qətnamələri ilə kənd təsərrüfatı məhsulları İstehsalı məqsədilə Qusar rayonu Əcəxur kəndi ərazisindən 221.88 hektar torpaq sahəsi verilməsi barədə tərtib olunmuş xx xxx 2006-cı il tarixli JN : 4xx xxx 30104018 №-li “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən X6 mülkiyyətinə Qusar rayonun Əcəxur kəndi ərazisindən kənd təsərrüfatı təyinatlı 1.4527 hectar torpaq sahəsinin verilməsinə dair qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018 olan RX seriyalı ******* №-li və 5,389 hektar torpaq sahəsinin verilməsinə dair qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 08.06,2018 olan RX seriyalı ******* №-li Çıxarışlar qismən, yəni İddiaçı1 və X4 adına olan 22.03,1999-ctı il tarixli JN:1xx xxx 30104018 №-li “Torpağa mülkiyyət hüququna dair Dövlət aktında göstərilən 3,34 hektar torpaq sahəsinə daxil 2,29 ha hissəsində etibarsız hesab edilməsi və iddiaçılara Qusar rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 10 aprel tarixli 15 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsal məqsədi ilə 3,34 hektar torpaq sahəsi verilməsinə dair xx.xx.1999-cu il tarixli JN:1xx xxx 30104018 №-li “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ında göstərilən 3,34 hektar torpaq sahəsi üzərində Qusar rayonunun Əcəxur kənd sakinləri olan iddiaçıların mülkiyyət hüquqlarının bərpa olunması, İddiaçı1 və ailə üzvlərinə 3,34 ha torpaq sahəsi verilməsinə dair DT və XK Qusar rayon şöbəsi tərəfindən yerilmiş 22,03.1999-cu il tarixli JN : 1xx xxx 301040İS №-li “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının dəyişdirilərək ona və ailə üzvlərinin adına 1.05 ha torpaq sahəsi verilməsinə dair yeni JN:3xx xxx 30104018 №-li “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” işləndikdən sonra yerdə qalan 2.29 ha torpaq sahəsinə dair kimin adına, hansı əsasla, hansı tarix və nömrəli Dövlət aktının işlənməsi, həmin torpaq sahəsinin hazırda kimin adına dövlət qeydiyyatında olması, mülkiyyət Çıxarışının verilib-verilməməsi barədə dəqiq məlumat və bu barədə olan sənədlərin təsdiq olunmuş surətləri DƏDRX-nin 5 saylı “Xaçmaz Ərazi İdarəsindən tələb olunaraq iş materiallarına əlavə edilməsi və DT və XK Qusar rayon şöbəsinin və DƏDRX 5 sayı Xaçmaz Ərazi idarəsinin, iddia predemeti olan akt və Çıxarışları tərtib edərək vəzifə saxtakarlıqlarına yol vermiş əməkdaşlarının əməllərinə hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılaraq prokurorluğa göndərilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı yuxarıda qeyd edilən iddia ilə Məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X7 iştirak etmiş, məhkəmə tərəfindən hüquqi yardım edilərək izah edilmişdir ki, iddiaçıların tələblərini cavabdeh inzibati orqan kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə yönəltmiş olsa və inzibati orqana müraciət olsada, həmin tələblə inzibati orqana müraciət müəyyən edilmir. İdiaçılar digər şəxslərə aid mülkiyyət sənədlərini mübahisələndirir. Bu iddia öhdəliyin icrası hesab edildiyi üçün bu səbəbdən iddiaçıların ilkin olaraq bununla bağlı cavabdeh inzibati orqana müraciət etməlidirlər. İddiaçıların nümayəndəsi və vəkili X7 iddiaya baxılaraq müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İddia ərizəsindən görsənir ki, iddiaçılar digər şəxslərin mülkiyyət sənədlərini mübahisələndirirlər. Lakin cavabdeh inzibati orqana müraciət isə məlumat alınması ilə bağlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx xxx 2014-cü il tarixli qərarı ilə DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi inzibati akt kimi yox, hüquqi akt kimi qiymətləndirilmiş və mübahisənin xarakterinin işə baxacaq məhkəmənin müəyyən olunmasında əsas amil kimi nəzərə alınmalı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iş üzrə iddiada iddiaçılar digər şəxslərə aid mülkiyyət sənədlərini mübahisələndirirlər və hesab edirlər ki, cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində onların hüquqları pozulmuşdur. Göründüyü kimi iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmiş, iddiaçının müraciəti başqa tələblə bağlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, digər şəxslərə aid mülkiyyət sənədlərinin verilməsinin cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində olmasını və nəticədə onun hüquqlarının pozulduğunu hesab edirlərsə və məhkəmədən həmin sənədlərin ləğvini istiyirlərsə, bunula bağlı ilkin olaraq rəsmi qaydada inzibati orqana müraciət edilməlidir. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-680/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-680/2021
01.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver