Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-680/2024 22.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Ramiz qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 və İddiaçı2 vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Quba rayon Quba bələdiyyəsinə qarşı Quba rayon Quba bələdiyyəsinin 29 noyabr 2005-ci il tarixli 58/4 saylı qərarının 100 kv m hissədə ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Quba rayon Quba bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Quba rayon Quba bələdiyyəsinin 29 noyabr 2005-ci il tarixli 58/4 saylı qərarının ləğv edilməsinə dair qərarın çıxarılmasını xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək Quba rayon Quba bələdiyyəsinin 29 noyabr 2005-ci il tarixli 58/4 saylı qərarının 100 kv m hissədə ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X11 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 1987-ci ildən Quba şəhəri, C.Cabbarlı küçəsi 72a saylı evin 2 saylı mənzilində yaşayırlar. Həmin binanın yaxınlığında zibilxana kimi sitifadəsiz olan 378 kv m olan torpaq sahəsini İddiaçı1 mərhum əri Balaqadaş Məmmədov abadlaşdıraraq yararlı hala gətirmiş, çoxlui meyvə ağacları əkmiş və illər ərzində qulluq etmişdir. Mərhum ərinin müraciətinə əsasən istifadəsində olan torpaq sahəsindən Quba rayon XDS İK-nın xx.xx.1994-cü il tarixli 12 saylı qərarı ilə həmin ərazdiə dövlət tərəfindən tikinti aparılanadək müvəqqəti olaraq 100 kv m torpaq sahəsi onun adına ayrılmış və cizgiləri müəyyən edilmişdir. xx.xx.2017-ci il tarixdə B.Məmmədov vəfat etmiş və xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmışdır. Mülkiyyət hüquqlarının qeydə alınması üçün müraciət etdidə məlum olmuşdur ki, X11 özünə aid olan 0.06 ha torpaq sahəsi ilə birlikdə onların istifadəsində olan 0.03 ha da öz adına sənədləşdirmişdir. Belə ki, Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 58/4 saylı qərarı ilə həmin torpaq sahəsi onunla alqı-satqı edilmişdir. Daha sonra onun adına çıxarış verilmişdir. Bur neçə ay bundan əvvəl R.Əskərov onların əkdiyi meyvə ağaclarını kəsmiş, torpaq sahəsinin ətrafını daş hasara almışdır. Bundan sonra iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs X11 məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, o, 2004cü ildə Quba şəhəri, C.Cabbarlı küçəsində 6 saylı mağazanı alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Daha sonra Quba bələdiyəsinə müraciət edərək həmin maöazanın ətrafında olan 0.09 ha torpaq sahəsinin pona satılmasını xahiş etmiş və bələdiyyənin noyabr 2005-ci il tarixli qərarı ilə 0.09 ha torpaq sahəsi ona qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə tərəfindən satılmışdır. O, 0.03 ha torpaq sahəsindən istifadə etməyə iddiaçılara və mərhum B.Məmmədova icazə vermişdir, daha sonra aralarında torpaqdan istifadə ilə bağlı mübahisə yaranmış və o, torpaq sahəsindən çıxarma barədə iddia qaldırdıqda cavabdehlər hansı yolla isə əldə etdikləri XDS İK-nın qərarını təqdim etmişlər. Artıq məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə Məmmədovların torpaq sahəsindən çıxarma barədə iddiası təmin, B.Məmmədovun ona qarşı verdiyi bələdiyyə ilə bağladığı alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair qarşılıqlı iddiası isə rədd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, Quba rayon Quba bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 58/4 saylı qərarı ilə 0.09 ha torpaq sahəsi X1. Hazırda iddiaçılar həmin qərar satılmış torpaq sahəsinin 100 kv m mərhum X4 ayrılmış torpaq sahəsi olduğunu iddia edərək qərarın həmin hissədə ləğv edilməsini tələb edirlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X5 cavabdeh X4 qarşı torpaq sahəsindən çıxarma barədə iddiası təmin edilmiş, X2 X7 qarşı Quba blədiyyəsi ilə arasında bağlanan 0.09 ha torpaq sahəsinin alqı-satqısına dair müqavilənin 378 kv m torpaq sahəsinə dair hissədə etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiası Quba rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(027)-15/2009 saylı qətnaməsi ilə rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2-1(102)- 3874/98 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Təqdim edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2-1(102)-3874/98 saylı qərarından görünür ki, “apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli torpaq sahəsi Quba bələdiyyəsinin mülkiyyətində olduöuna görə onun hüquqi müqəddəratını təyin etmək, yəni R.Əskərova satılması barədə qərar verçək səlahiyyəti Quba bələdiyyəsinin müstəsna hüququdur və həmin torpaq sahəsi Quba bələdiyyəsi tərəfindən “Bələdiyyə torpaqlarıın idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq X1”. Azərbaycan Respublilası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Bundan başqa məhkəmə hesab edir ki, iddiaçılar tərəfindən hazlrki iddianı qaldırmaq üçün iddia müddəti ötürülmüşdür. Əvvəla iddiaçılar hüquq varisi olduqları X3 da tərəf odluğu məhkəmə mübahisəsindən və çıxarılmış qərardan xəbərdar olmuşlar. Hansı ki, həmin qərarda birbaşa bələdiyyə qərarı mübahiəsləndirilməsə də, bələdiyyə ilə Əskərov Ramiz arasında bağlanmış alqı-satqı müqaviləsi müabhsiələndirilmişdir. Həmin məhkəmə qərarı barədə məlumatlı olmasalar belə, onlar məhkəmə ilasında verdikləri izahatlarında 2 il bundan əvvəl mübahisələndirilən bələdiyyə qərarından xəbərdar olduqlarını izah etmişlər. Bununla bağlı məhkəmə hesab edir ki, iddia müddətinin bərpa edilməsi ilə bağlı hüquqi yardımın göstərilməsi məqsədəuyğun deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. «E.Həkimovun şikayəti ilə əlaqədar» 03 noyabr 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üstüstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nomrəli Qərarında gostəlir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması ucun zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti uzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona gorə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Quba rayon Quba bələdiyyəsinə qarşı Quba rayon Quba bələdiyyəsinin 29 noyabr 2005-ci il tarixli 58/4 saylı qərarının 100 kv m hissədə ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-680/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-680/2024
22.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver