Məhkəmə qərarları › İş №2-1(118)-684/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-684/2020

02.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-684/2020 02.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştrakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X3 2 saylı regional ərazi filialınaqarşı “onun 1975-ci ilin aprel ayından xx.xx.1991-ci il tarixə kimi Quba rayonu “Dimitrov” adına qoyunçuluq sovxozunda fəhlə və xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Quba rayonu, “Xınalıq” adına kolxozda çoban işlədiyi dövrləri pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə”dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx xxxx 1954-cü ildə Quba rayonu, Xınalıq kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə aprel 1975-ci il tarixdə Quba rayonu, Dimitrov adına qoyunçuluq sovxozunda başlamış və xx.xx.1991-ci ilə kimi orada fəhlə işləmişdir. xx xxxx 1991-ci ildə həmin sovxozun əvəzinə yaradılmış Xınalıq kolxozuna çoban vəzifəsinə qəbul edilmiş, xx.xx.1993-cü il tarixdə həmin işdən azad edilmişdir. Lakin işlədiyi müddət əmək kitabçasına qeyd edilmədiyindən həmin müddəti onun sığorta stajına əlavə etmirlər. Bu faktlar arxiv arayışı və çıxarışları ilə də öz əksini tapmışdır. Hesab edir ki, cavabdehin ona pensiya təyin etməkdən imtinası əsassızdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesinə lazimi qaydada dəvət olunan iddiaçı proseslərdə iştrak etməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə qanunvericiliyin tələbləri baxımından işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı öz tələbinin əsası kimi məhkəməyə onun sovxozdakı və kolxozdakı əmək fəaliyyətinə dair arxiv arayışı təqdim etmişdir. Bununla yanaşı, həmin arxiv arayışında iddiaçının 1975-1993-ci illərdə əmək haqqı aldığının qeyd edildiyinə baxmayaraq, minimum əmək iştirakı norması və həmin normaya əməl olunduğuna dair məlumat yoxdur. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Əmək və X2 Nazirliyi Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli 17 N-İi qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 3.1.1-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stain əmək kitabçasına əsasən müəyyən edilir. 1964–cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965– ci il 1 yanvar tarixdən qüvvəyə minmiş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 N–İi Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965–ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək itirakı adam günü minimumunu üzrlü səbəb olmadan yerinə etirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malık olmadığı illər staj müddətinə daxil edilmir. "SSRİ-də vətəndaşların pensıya təminatı haqqında" 1990–cı il 15 may tarixli SSRİ Qanununun 67-cı maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965–cı ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olnumüş minimum əmək iştrakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyniməzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respubilkası Qanununun 67-ci maddəsındə də nəzərdə tutulmuşdur. İş materiallarından Azərbaycan Respublıkasının Dövlət X4 tərəfindən verılmış arayışda iddıaçının kolxozda işlədıyı faktiki müddət və minimum əmək iştırak norması göstərilməmişdir. Bununla yanaşı, "Əmək pensiyaları haqqında" Qanunun 12–ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası l dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Qeyd etmək lazımdır ki, iddiaçıya 30.07 2019-cu il tarixində X6 Komissiyası tərəfindən 1–ci dərəcə əlillik təyin olunmuşdur. Şəxsə əlilliyə görə əmək pensiyası təyin olunması üçün tələb olunan sosial sığorta stajı 16 il 8 aydır. İddıaçının təqdim etdiyı arxiv arayışındakı əmək haqqı cədvəllərınə əsasən onun 1975-1993-cu illərdəki ümumi iş stajı 15 il 8 aydır. Beləliklə, İddiaçı əlıllıyə görə əmək pensiyası təyin edilməsı üçün tələb olunan sosial sığorta stajınının olmaması səbəbindən ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş edilir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. “Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi yanında Dövlət X7 nazirlik tabeliyində Publik Hüquqi şəxs olmuşdur. Bu səbəbdən də, Məhkəmə zərurət yarandığından, cavabdehi Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X3 2 saylı regional ərazi filialı ilə əvəz etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Quba rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********4 saylı imtina məktubu, etiraz ərizəsi, Quba rayon Dövlət Arxivinin verdiyi arxiv arayışları və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçıya dəfələrlərlə məhkəmə prosesi ilə əlaqədar bildiriş göndərilməsinə baxmayaraq proseslərdə iştrak etməmişdir. Həmçinin iş materiallarında olan cavabdehin imtina və etiraz məktublarından müəyyən olunur ki, iddiaçı İ qrup əlildir. Ancaq iddiaçı məhkəməyə iddia tələbi ilə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mübahisəyə verilmiş iddia tələbi çərçivəsində, yəni İddiaçı əlilliyə görə deyil, yaşa görə əmək pensiyası təyin edilib-edilməməsi məsələsinə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin xx.xx.2019-cu il tarixli **********4 nömrəli imtina məktubundan görünür ki, iddiaçıyaəmək pensiyası təyin edilməsi üçün tələb olunan sosial sığorta stajının olmaması, iddiaçıya əmək pensiya hüququnun yaranması qanunvericiliyin tələbi kimi mümkün deyildir. İddiaçı hazırda yuxarıda əmək stajının arxiv arayışlarına əsasən daxil edildiyi təqdirdə pensiya yaşına çıxmaq hüququnu tələb etmiş, cavabdeh isə bundan imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçıya qeyd olunan qanunun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ yaranacaqdır. Azərbaycan Respublikası Əmək və X2 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissəndə ibarət olduğu müəyyən edilmişdir: xx xxxxxx 2006-ci il tarixinə qədər - ümumi iş stajı, xx xxxxxx 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin xx xxxxxx 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı xx xxxxxx 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Bununla isə müəyyən edilir ki, iddiaçının təhsil aldığı müddətin onun “ümumu iş stajına” daxil edilməsi məsələsinə xx xxxxxx 2006-cı il tarixli Qanunla deyil, həmin Qanundan əvvəl müvafiq qanunvericiliyin müddəalarına əsasən qiymət verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi arxiv arayışına əsasən ona yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Belə ki, arxiv arayışlarına əsasən həmin müddətə onun 25 illik sığorta stajı yaranmamışdır . Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2020-ci ilin iyul ayınadək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 64 il 6 aydır. Belə olduğu tədqirdə hesab olunur ki, İddiaçı əmək pensiyası hüququ yaşa görə yaransa da sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddia rədd edilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X3 2 saylı regional ərazi filialına qarşı onun 1975-ci ilin aprel ayından xx.xx.1991-ci il tarixə kimi Quba rayonu “Dimitrov” adına qoyunçuluq sovxozunda fəhlə və xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Quba rayonu, “Xınalıq” adına kolxozda çoban işlədiyi dövrləri pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi tabeliyində Dövlət X3 2 saylı regional ərazi filialına qarşı onun 1975-ci ilin aprel ayından xx.xx.1991-ci il tarixə kimi Quba rayonu “Dimitrov” adına qoyunçuluq sovxozunda fəhlə və xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Quba rayonu, “Xınalıq” adına kolxozda çoban işlədiyi dövrləri pensiya təyin edilməsi üçün sığorta stajı kimi nəzərə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar