Məhkəmə qərarları › İş №2-1(118)-6857/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-6857/2025

27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6857/2025 27.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədli Qəşəm Fərhad oğlunun sədrliyi, Həzibəyli Elturan Elşən oğlunun katibliyi, İddiaçı ilə, İddiaçı cavabdeh X2nə qarşı “əmrə düzəliş edilməsi” tələbinə dair iddiası üzrə işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X2nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2nin N nömrəli hərbi hissə komandirinin 0N dekabr N992-ci il tarixli, N saylı və N nömrəli hərbi hissə komandirinin 2N avqust N993-cü il tarixli, 233 nömrəli əmrlərində düzəliş edilərək, soyadının Məmmədəliyev, adının Adil, ata adının isə Məmmədəli kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx N966-cı ildə anadan olmuşdur. N-ci Qarabağ müharibəsində N () saylı hərbi hissəsində hərbi xidmətdə olmuşdur. Bunu X2nin Mərkəzi Arxivinin xx.xx.2025-ci il tarixli arxiv arayışı təsdiq edir. Həmin arayışa görə iddiaçı N4 noyabr N992-ci il tarixli, N7N saylı əmrə əsasən N4 noyabr N992-ci il tarixdən N-ci batalyonun şəxsi heyətinin siyahısına daxil edilmişdir. N saylı hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, N saylı əmri ilə N-ci PDM taborunun siyahısına daxil edilmişdir. İddiaçı N-ci Qarabağ müharibəsinin iştirakçısı kimi müharibə veteranı adı və vəsiqəsi alınması xahişi ilə X2nə müraciət etmişdir. Onun müraciətinə cavab olaraq bildirilmişdir ki, “X2nin N nömrəli hərbi hissə komandirinin 0N dekabr N992-ci il tarixli, N saylı və N nömrəli hərbi hissə komandirinin 2N avqust N993-cü il tarixli, 233 saylı əmrlərində atanızın adı “Məmməd” kimi göstərilmişdir. Əslində isə iddiaçının atasının adı “Məmmədəli”'dir. Bunu ona məxsus AA64869ÜN seriyalı şəxsiyyət vəsiqəsi təsdiq edir. İddiaçı hesab edir ki, cavabdeh X2nin N nömrəli hərbi hissə komandirinin 0N dekabr N992-ci il tarixli, N saylı və N nömrəli hərbi hissə komandirinin 2N avqust N993-cti il tarixli, 233 saylı əmrlərində düzəliş edilərək, soyadının Məmmədəliyev, adının Adil, ata adının isə Məmmədəli kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddia tələbi qüvvədə olan mülki-prosessual qanunvericiliyin tələblərinə zidd olduğundan qeyd olunan səbəblərdən iddia tələbi mümkün sayılmamalıdır. İddia tələbi əsassız olmasının prosessual əsası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsində birmənalı olaraq təsbit edilmişdir. Həmin Məcəllənin, 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Təcrübədə bu kateqoriya işlərin ümumiləşdirilməsi və rəhbər tövsiyələrin verilməsi zərurəti olduğundan ali məhkəmə instansiyası olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən N2 aprel 20N9-cu il tarixli 03 saylı qərar qəbul edilmişdir. Belə ki, Plenum qərarının N.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.Həmçinin, Plenum qərarının N4-cü bəndində deyilir: “Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.” Beləliklə də, hazırki iş üzrə iddiaçının məqsədi başqa qaydada əldə edə bilməsi mümkün olmayan faktın xüsusi icraat qaydasında məhkəmə tərəfindən tanınması deyil, hərbi xidmət keçməsini təsdiq edən müvafiq sənədlərdə (hazırki vəziyyətdə hərbi biletdə) natamam olan qeydlərin məhkəmə tərəfindən tam fakt kimi tanınmasına və beləliklə də iş üzrə yekun məhkəmə qərarının gələcəkdə inzibati icraat zamanı preyudisial əhəmiyyətə malik qərar kimi istifadə etməkdən ibarətdir. Bu isə qüvvədə olana mülkiprosessual qanunvericiliyin 26N.0.N-ci maddəsinin və Plenum qərarının qeyd edilən rəhbər göstərişlərinə zidd olduğundan iddia mümkün hesab edilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: N3-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair N0 aprel 20N5-ci il, 5 nömrəli Qərarında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (N.N-ci bənd). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (N.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (N.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.N-ci bənd). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.N-ci bənd). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd). İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7 -ci bənd). Məhkəmə hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsi seçməmişdir. Belə ki, iddiaçının hüquqi marağı müharibə veteranı adının və vəsiqəsinin verilməsi olsa da, o, “X2nin N nömrəli hərbi hissə komandirinin 0N dekabr N992-ci il tarixli, N saylı və N nömrəli hərbi hissə komandirinin 2N avqust N993-cü il tarixli, 233 nömrəli əmrlərində düzəliş edilərək, soyadının Məmmədəliyev, adının Adil, ata adının isə Məmmədəli kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi iddiaçıya təklif edilmiş, iddiaçı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbi ilə məhkəməyə müraciət etdiyini və həmin 2-N(NN8)-5649/2025 nömrəli inzibati işin Sumqayıt İnzibati Məhkəməsinin icraatında olduğunu bildirmişdir. Odur ki, hazırkı iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Belə ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyil. İddiaçı çatmaq istədiyi məqsədə uyğun səmərəli hüquqi müdafiə vasitəsi kimi “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbi ilə inzibati məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N6.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı : İddia tələbi mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən N0 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Hakim Qəşəm Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar