Məhkəmə qərarları › İş №2-1(118)-686/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-686/2025

15.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-686/2025 15.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X5 Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2023-cü il tarixindən 30 aprel 2025-ci ilədək ödənilməmiş pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib xx.xx.2023-cü il tarixindən etibarən onun pensiyasından tutulmaların dayandırılması və həmin tarixdən tutulmuş pensiyasının ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Dəqiqləşdirilmiş iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ona xx.xx.2023-cü il tarixindən 30 aprel 2025-ei ilədək ödəmlnıəmış pensiya fərqi ödənilməlidir.Belə ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi ona münasibətdə istehsalat zədəsı səbəbindən xx.xx.2002-ci il tarixində təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin ləğvi barədə qərar qəbul etmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentlisinin xx.xx.2023-cü il tarixli, 3-17-42-B-29025/2023 saylı bildirişini xx.xx.2023-cü il tarixində qəbul etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının 23 okyabr 2024-cü il tarixli 3-17-1/2-/3- 259728/2024 məktubunda o inzibati icraat aparılmaq üçün Mərkəzi Filial tərəfindən araşdırılma zamanı yaşa görə əmək pensiyasının məbləğində xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 7699.48 manat artıq ödəmə aşkar olunmuş və həmin vəsaitin geri qaytarılması zərurəti yaranmışıdr. 01.1 1.2023-cü il tarixindən xx.xx.2023-cü h tarixinədək ödənilməli olan 329 manat artıq vermə ilə əvəzləşdirilmişdir. Bütün hesablamalar nəzərə alındıqdan sonra artıq vermə məbləğiniz 7370. 03 manat təşkil edir. Eyni zamanda onun cavabdeh Dövlət Sosial Müdafiə Fondu tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixindən etibarən onun pensiyasından tutulmalar başlamışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli. 2-1(1 İ8)-2230/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona əlillik təyinatı barədə qərarın ləğv edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2023-cü il tarixdən etibarən istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Agentliyin üzərinə qoyulması qərara alınmışdır(hakim Ceyhun Məmmədov).Cavabdeh qərardan apellyasiya şikayəti şerərək, qərarın ləğs edilməsi sə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1 (105)-823/2024 nömrəli xx.xx.2024-eü il tarixli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-2230/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Onun əlilliyinin mübahisələndirildiyi dövrdə o məcburiyyətdən yaşa görə pensiya növünə sonradan məhkəmə qərarından sonra əlillik növündə pensiya bərpa edilmişdir. O, 23 avqust 2023-cü il tarixindən 30 aprel 2025-ci ilədək hər ay 150 manat az məbləğdə pensiya almışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək ödənilməmiş pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.Belə ki Ə.X4 müraciət edərək əlilliyə görə əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsini xahiş etmişdir. Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli 3-17-1/2-B- 143429/2025 nömrəli məktub ilə ona müraciət etdiyi tarixdən (xx.xx.2025) əlilliyə görə əmək pensiyası təyin edildiyi, ötən dövr üzrə hesablanmış məbləğin cari ayın iyun ayında əmək pensiyasının üzərinə əlavə edilməklə ödənildiyi barədə məlumat verilmişdir.Bundan narazı qalan Ə.X3rşı “xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək ödənilməmiş pensiya fərqinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinə dəqiqləşmə təqdim etmişdir.Bununla əlaqədar iddia ərizəsinə etiraza əlavəni təqdim edirik və icraatınıza qəbul edib, hüquqi qiymət verməyi xahiş edir. Belə ki, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir:İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2002ci il tarixli qərarı ilə əlillik səbəbi - “İstehsalat zədəsi” olmaqla əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli müayinəsi zamanı əlillik əlamətləri müəyyən edilməmişdir. Bu səbəbdən əlilliyin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra iddiaçının əlilliyi ləğv edildiyi üçün pensiya ödənişi dayandırılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə müraciət etmiş və İddiaçı hüququ yarandığı tarixdən (xx.xx.2022) yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə qərarı əsasında İddiaçı barəsində əlilliyin etibarsız hesab edilməsi barədə qərar ləğv edilmiş və xx.xx.2023-cü il tarixdən etibarən istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyi bərpa edilmişdir. Hazırda İddiaçı həmin tarixdən əlilliyə görə əmək pensiyasının bərpa edilməsini və ödənilməmiş pensiya fərqinin ödənilməsini tələb edir. Lakin bildirir ki, “Əmək pensiyaları haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İddiaçı yaşa görə əmək pensiyası onun xx.xx.2023-cü il tarixli ərizəsi əsasında təyin edilmiş, xx.xx.2025-ci il tarixədək ödənilmişdir. Yenidən əlilliyə görə əmək pensiyası İddiaçı yenidən müraciət etdiyi tarixdən təyin edilmişdir. Göründüyü kimi iddiaçının iddia etdiyi dövrlərdə öz ərizəsi əsasında yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən ona həmin dövrlər üzrə əmək pensiyası təyin edilməsi mümkün deyildir. Belə ki, əmək pensiyaları haqqında qanunvericiliyə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir.Həmçinin əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Əvvəllər qüvvədə olan qanunvericiliyə deyil, iddiaçının müraciət etdiyi tarixdə, yəni hüquqdan istifadə etmək istədiyi tarixdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərin mövcudluğu yoxlanılmalıdır. Göründüyü kimi iddiaçının müraciət etdiyi tarixdən pensiya təyinatı aparılmalıdır. Qanunvericiliklə tələb olunduğu kimi Mərkəzi Filial tərəfindən İddiaçı müraciət etdiyi tarixdən əlilliyə görə əmək pensiyası təyin edilmişdir.Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/2-B-143429/2025 nömrəli məktubun surəti, cavabdehin etiraz ərizəsi, iddiaçıya aid pensiya işinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun pensiya məbləğinə azalmaların etdildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq mərkəzi filialının hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun xidmət göstərdiyi ərazinin sakinidir və əmək pensiyalarının təyin edilməsi, sosial müavinətlərin, təqaüdlərinin verilməsi DSMF-nin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehin xx.xx.2025-ci il tarixli 3-17-1/2-B-143429/2025 nömrəli məktubunu qəbul etdikdən sonra məhkəməyə vaxtında müraciət etmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Suqmayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmuş və iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin qanunun 34.1-ci maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Təqdim edilmiş iş materiallarından görünür ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (TSEK) xx.xx.2002-ci il tarixli qərarı ilə əlillik səbəbi - “İstehsalat zədəsi” olmaqla əlillik müəyyən edilmiş və iddiaçı əlillik statusu əldə etmişdir. İddiaçının xx.xx.2023-cü il tarixli müayinəsi zamanı əlillik əlamətləri müəyyən edilməmiş və müvafiq orqan tərəfindən onun əlilliyin ləğv edilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra iddiaçının əlilliyi ləğv edildiyi üçün pensiya ödənişi dayandırılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixli yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş və ona hüququ yarandığı tarixdən (xx.xx.2022) yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə qərarı əsasında iddiaçı barəsində əlilliyin etibarsız hesab edilməsi barədə qərar ləğv edilmiş və xx.xx.2023-cü il tarixdən etibarən istehsalat zədəsi səbəbindən təyin edilmiş müddətsiz üçüncü dərəcə əlilliyi bərpa edilmişdir. İddiaçının hüquqi marağı ona xx.xx.2023-cü il tarixindən 30 aprel 2025-ci il tarixinədək ödənilməmiş pensiya fərqinin ödənilməsindən ibarət olsa da, cavabdeh təşkilat imperativ xarakter daşıyan qanunvericilik normalarını nəzərə alaraq iddiaçıya düzgün tarixdən, yəni onun cavabdehə müraciət etdiyi vaxtdan həmin pensiya növünü təyin etmişdir. Yəni, iddiaçı yaşa görə əmək pensiyası onun xx.xx.2023-cü il tarixli ərizəsi əsasında təyin edilmiş, xx.xx.2025-ci il tarixədək həmin məbləğ həmin növdə olan pensiyaya görə ödənilmişdir. Yenidən əlilliyə görə əmək pensiyası iddiaçının cavabdehə yenidən müraciət etdiyi tarixdən təyin edilmişdir.Belə olan halda cavabdeh təşkilatın üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2023-cü il tarixindən 30 aprel 2025-ci ilədək ödənilməmiş pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar