Məhkəmə qərarları › İş №2-1(118)-687/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-687/2021

04.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-687/2021 04.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi, X1 Mövlətxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Pasport və Qeydiyyat bölməsinə qarşı “Sumqayıt şəhər Polis İdarəsinin Pasport və Qeydiyyat bölməsinin qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilib, İddiaçı yaşadığı ünvanda qeydiyyata alınması üçün qarşı tərəfin üzərinə öhdəlik qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı yaşadığı ünvanda qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdehin xx.xx.2020-ci il tarixli, 123-42218Q-3220 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Anadan olduğu tarixdən bu günə qədər Sumqayıt şəhərində yaşamışdır. 2016-cı ilə qədər isə Sumqayıt şəhər qeydiyyatında olmuş, 2016- cı ildən keçmiş qayınatasının təkidli tələbi ilə Cəbrayıl rayonu Mahmudlu kəndinə qeydiyyata düşmək məcburiyyətində olmuşdur. 2018-ci ildən keçmiş həyat yoldaşından boşanmışdır. Keçmiş evliliyindən üç övladı var. Övladları azyaşlıdırlar. Hal-hazırda Sumqayıt şəhəri 42ci məhəllə bina 14, mənzil 58-də övladları ilə birlikdə yaşayır. Bütün qeyd etdiyi nüanslar, eyni zamanda onun məcburi köçkün olmamağı və qeydiyyat haqqında qəbul edilmiş qanunlar imkan verir ki, istənilən halda yaşadığı yerə görə qeydiyyatını dəyişsin. Bu səbəbdən də aidiyyəti üzrə Sumqayıt şəhər Polis idarəsinin pasport və qeydiyyat bölməsinə və Azərbaycan Respubliksaı Daxili İşlər Nazairliyinin Baş Pasort, Qeydiyyat və Miqrasiya şöbəsinə müraciət etmişdir. Müraciətinə baxmayaraq qarşı tərəf iddiaçını qeydiyyata almaqdan imtina etmişdir, İddiaçı hesab edir ki: Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsinə əsasən Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası "yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası "yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanunun 5-ci maddəsinə əsasən Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 4-cü maddəsi (4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.) Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş və iddianı müdafiə etmişdir. Cavabdeh etirazında qeyd edir ki, DİN-in müvafiq göstərişlərinə əsasən, işğaldan azad olunmuş şəhər və rayonlarda qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin digər ərazi vahidlərində yaşayış yeri üzrə qeydiyyata alınması həmin şəhər və rayonlarda məskunlaşma başa çatanadək dayandırılmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. . Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə hesab edir ki, İddiaçı yaşadığı ünvanda qeydiyyata alınması üçün əsaslar mövcud deyildir. Belə ki, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsində təsbit edilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. Göründüyü kimi qanunverici şəxsin yaşayış yeri üzrə qeydiyyatda alınması şərtlərini konkret olaraq müəyyən etmişdir. İddiaçının isə yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) mövcud deyil. İş materiallarına əlavə edilmiş MKS arayışında İddiaçı 42-ci məhəllə yat.14 otaq 58 də qeydiyyatsız olaraq 2004-cü ildən yaşadığı qeyd edilsədə, bu sənəd yuxarıda qeyd edilən və qanunvericiliklə qeydiyyata alınma üçün əsas verən sənəd deyil. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi Pasport və Qeydiyyat bölməsinə qarşı “Sumqayıt şəhər Polis İdarəsinin Pasport və Qeydiyyat bölməsinin qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilib, İddiaçı yaşadığı ünvanda qeydiyyata alınması üçün qarşı tərəfin üzərinə öhdəlik qoyulması”na dair iddiası rədd edilməlidir. İddiaçıya izah edilsin ki, mülki məhkəmə icraatı qaydasında mövcud olan hüquqi müdafiyə vasitələrindən istifadə edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia rədd edilsin. Qərar təqdim olunan gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar