Məhkəmə qərarları › İş №2-1(118)-6879/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-6879/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-6879/2024 04.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ X5 Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sabirabad regional “ASAN” xidmət mərkəzində Notariat Konturuna qarşı “cavabdehin imtinasını əsassız hesab etməklə ümumi birgə mülkiyyətində olan və Sabirabad rayonu Kürkəndi kəndində 0,5 ha torpaq sahəsi üzərində yerləşən, sahəsi 88,2 kv.m. olan evdən mərhum valideynləri-X2 və X3ma çatası paya dair onun adına vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Sabirabad regional “ASAN” xidmət mərkəzində Notariat Konturuna qarşı “cavabdehin imtinasını əsassız hesab etməklə ümumi birgə mülkiyyətində olan və Sabirabad rayonu Kürkəndi kəndində 0,5 ha torpaq sahəsi üzərində yerləşən, sahəsi 88,2 kv.m. olan evdən mərhum valideynləri-X2 və X3ma çatası paya dair onun adına vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə prosesində iddiaçıya hüquqi yardım göstərilmiş, lakin iddiaçı iddia tələbinə mahiyyəti üzrə baxıb qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Elektron Notariat məlumatlardan görünür ki, Sabirabad regional “ASAN” xidmət mərkəzində Notariat Konturu Xüsusi notariat təşkilatıdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarına əsasən Ədliyyə Nazirliyi və onun yerli qurumları (o cümlədən dövlət notariusları) inzibati orqan sayılırlar. Hazırkı iddia tələbinə mübahisənin mahiyyəti baxımından inzibati icraat qaydasında baxılması mümükün deyil. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə sonuncunun inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2). Göründüyü kimi inzibati aktın xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, akt idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olunması üçün qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı, habelə hakimiyyət tədbiri olmalıdır. Xüsusi notarius tərəfindən edilməsi tələb edilən hüquqi hərəkətlərin həllinə dair hüquqi tənzimləmə məsələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.Azərbaycan Respublikasının Mülki Məcəlləsi isə ümumi hüququn deyil xüsusi hüququn tənzimləmə dairəsinə aid olan hüquqi məsələləri tənzim edir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi Xüsusi notariusa qarşı olduğundan, həmin notariusa qarşı iddiaçının iddia tələbinə inzibati icraat qaydasında deyil, mülki mühakimə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. İddiaçı cavabdeh Sabirabad regional “ASAN” xidmət mərkəzində Notariat Konturuna qarşı qaldırdığı iddia tələbinə cavabdehin olduğu yerin ümumi (rayon, şəhər) məhkəməsinə müraciət etmə hüququnun olması tövsiyyə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar