Məhkəmə qərarları › İş №2-1(118)-688/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-688/2021

02.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-688/2021 02.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X15 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X12rşı “Şamaxı rayon X7 xx.xx.2001-ci il tarixli 05 saylı iclas qərarının ləğv edilməsi və yeni qərar verilməsinə” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X12rşı iddia qaldıraraq “Şamaxı rayon X7 xx.xx.2001-ci il tarixli 05 saylı iclas qərarının ləğv edilməsi və yeni qərar verilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Şamaxı rayonunun Keçmədin kəndində anadan olmuşdur. Hazırda ünvan 1 qeydiyyatdadır və həmin ünvanda yaşayır. Şamaxı rayonunun Qəleybuğurd kəndində yaşayan yaxın qohumu X5 xx.xx.2010cu ildə vəfat etmişdir. O, əmlakı olan torpaq sahəsini, evini, yəni miras əmlakı tam hissədə iddiaçıya vəsiyyət etmişdir. Vəsiyyətnamə Şamaxı rayon İHB-nın Qəleybuğurd kənd ərazisi üzrə icra nümayəndəsi tərəfindən xx.xx.2008- ci il tarixdə təsdiq edilmiş və reyestrdə 03 nömrəsi ilə qeyd olunmuşdur. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 14 saylı X17 tərəfindən iddiaçıya verilən Çıxarışda mərhum X2 mülkiyyətində olan torpaq sahəsinin 0.05 ha olması göstərilmişdir. Guya ona vəsiyyət edilmiş torpaq sahəsi 0.05 ha olmuşdur. Bununla iddiaçı razı deyildir. Ona görə ki, qohumu X2 torpaq sahəsi 0.11 ha olmuş və tam hissədə evlə birlikdə miras əmlakı kimi iddiaçıya vəsiyyət edilmişdir. Bu fakt Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialı tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 175 nömrəli arxiv arayışı ilə bir daha təsdiq edilmişdir. Şamaxı RİH-nin Qəleybuğurd kənd ərazi dairəsi üzrə nümayəndəliyinin 1977- 1979cu illərə aid Qaytanlanmış kitabında da göstərilmişdir ki, X2 təsərrüfatda həyətyanı torpaq sahəsi 0.11 ha olmuşdur ki, onun da 0.01 hektarı tikinti altında olmuşdur (Əsas: Fond-106siyahı-l, sv-41). X1 vəsiyyətnaməsində göstərilmişdir ki, miras payı torpaq sahəsi tam hissədə ona vəsiyyət edilmişdir. Orada torpaq sahəsinin miqdarı göstərilməmişdir. Yuxarıda qeyd edilən Arxiv arayışından da görünür ki, onun adına 0.11 ha torpaq sahəsi olmuşdur. Çıxarışda düzəliş edilməsi, torpaq sahəsinin 0.11 ha olmasının qeyd edilməsini tələb etsə də, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 14 saylı X17 bundan imtina etmişdir. Bildirmişlər ki, arxiv sənədlərində mərhum X2 torpaq sahəsi 0.11 ha göstərilsə də, aqrar islahatı zamanı Şamaxı rayon X7 xx.xx.2001-ci il tarixli 5 saylı iclasının qərarı ilə onun mülkiyyətində olan torpaq sahəsinin 0.05 ha olması göstərildiyi üçün X2 adına torpaq sahəsinin 0.11 ha olması barədə çıxarış verilməsi mümkün deyildir. İddiaçı hesab edir ki, bu düzgün deyildir. Qaytanlanmış kitabda və arxiv sənədlərində X2 torpaq sahəsinin 0.11 ha göstərildiyi halda, sonradan həmin torpaq sahəsinin 0.05 ha yazılması düzgün deyildir. Odur ki, Şamaxı rayon X7 xx.xx.2001-ci il tarixli 05 saylı qərarı ləğv edilməlidir. Odur ki, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş və iddianı müdafiyə etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, İddiaçı Babakışı qızının cavabdeh ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 14 saylı X12rşı Şamaxı Rayon X7 xx.xx.2001-cı il tarixli 05 saylı qərarının ləğv edilməsi haqqında" iddia ərizəsini əsassız hesab edir. Cavabdeh məlumat üçün bildirir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X17 tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövləi reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci və 10-cu maddələrində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında’ Azərbaycan Respublikası qanununun 23-ciı maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı Babakışı qızının 14 saylı X16 Şamaxı rayonu Qaleybuğurd kəndi ərazisində yerləşən 0.11 ha torpaq sahəsi üzərində mərhumə X2 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və texniki sənədlərin verilməsindən ibarət olmuşdur.Qeydiyyat üçun təqdim olunmuş sənədlər cavabdeh tərəfindən araşdırılarkən məlum olmuşdur ki, Milli Arxiv İdarəsi Dövlət X14 tərəfindən verilmiş 03 12.2019-cıı ıl tarixli 841 nömrəli arxiv çıxarışında 1977-1979-cu illər üzrə qaytanlanmış kitabda X2 şəxsi hesabında 0.11 ha həyətyanı torpaq sahəsinin olması qeyd olunsa da Respublikamızda aparılan Aqrar islahatlar zamanı Şamaxı rayon X7 xx.xx.2001-cı il tarixli 05 saylı iclasının qərarı ilə onun mülkiyyətinə yalnız 0.05 ha torpaq sahəsi verilmiş. DTXK-nın Şamaxı rayon şöbəsi tərəfindən həmin 0.05 ha sahəyə torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. İslahat Komissiyası tərəfindən mülkiyyətə yalnız 0.05 ha həyətyanı torpaq sahəsi verildiyinə görə, 0.11 ha torpaq sahəsinə mərhumə X2 adına reyestrdən çıxarışın verilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, iddiaya etirazı müdafiə etmişdir. Məhkəmə iclasında tərəflərə hüquqi yardım edilmiş və iddiaçıya izah edilmişdir ki, cavabdeh inzibati orqana qarşı daşınmaz əmlakın qeydiyyatı ilə bağlı tələblər irəli sürə bilər. Bu halda iddianın uğurluluq ehtimalı və prosessual qənaət prinsipinin nəzərə alınması məqsədəmüvafiq hesab edilə bilər. Bundan başqa aqrar islahat zamanı X2 qanuni istifadəsində 0,11 ha olubsa və texniki səhv olaraq 0,05 ha qeydiyyat aparılıbsa, mülki məhkəmə icraatı qaydasında fakt təsdiqi formasında hüquqi müdafiyə vasitəsindən istifadə edilə bilər. Məhkəmə qaydasında hüquqi müdafiyə vasitələri uğurlu olmadığı halda, faktiki istifadə edilən torpaq sahəsinin müvafiq bələdiyyədən hərrac keçirilmədən satın alınması imkanıda düşünülə bilər. İddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı “Şamaxı rayon X7 xx.xx.2001-ci il tarixli 05 saylı iclas qərarının ləğv edilməsi və yeni qərar verilməsini” məhkəmədən xahiş edir. Məhkəmə ilk növbədə qeyd edir ki, Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. “Sovxoz və Kolxozların İslahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər yerli aqrar islahat komissiyalarının çıxardığı qərarla razılaşmadıqda 10 gün müddətində rayon X8 şikayət edə bilərlər. Rayon X11 20 gün müddətində həmin müraciətə baxıb qərar çıxarır. Şikayətçi həmin qərarla razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət X8 və ya Naxçıvan Muxtar Respublikası X8 müraciət edə bilər. Azərbaycan Respublikası Dövlət X11 və ya Naxçıvan Muxtar Respublikası X11 bir ay müddətində müraciətə baxıb qəti qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət X7 və ya Naxçıvan Muxtar Respublikası X7 qəti qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Dövlət X11 Azərbaycan Respublikası Prezidentinin 1995ci il 14 aprel tarixli, 313 №-li Fərman ilə təsdiq edilmiş Əsasnamə əsasında fəaliyyət göstərmiş, həmin əsasnamə Azərbaycan Respublikası prezidentinin xx xxxxx 2005-ci il tarixli № 226 fərmanı ilə qüvvədən düşmüşdür. Göründüyü kimi iddiaçı hal-hazırda mövcud olmayan orqan Şamaxı rayon X7 qərarını mübahisələndirir ki, həmin iddiaya da inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayıla bilməz. Bundan əlavə məhkəmə qeyd edir ki, inzibati icraat haqqında qanunvericiliyin mahiyyəti və məqsədi vətəndaş və dövlət orqanları arasında yaranmış mübahisənin həllindən ibarətdir. Şəxsin inzibati icraat qaydasında hüquq və qanuni maraqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etməsi üçün ilk növbədə onunla inzibati orqan arasında mübahisənin yaranması, inzibati orqanın hərəkət və hərəkətsizliyi nəticəsində şəxsin hüququ və azadlıqlarının pozuntusu hallarının mövcud olması, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsindən əsassız olaraq imtina edilməsi və bu kimi digər şərtlərin yaranması zəruridir. Lakin hazırki işdə iddiaçının ləğv olunmasını tələb etdiyi qərar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X17 tərəfindən deyil, Şamaxı rayon X11 tərəfindən qəbul edilmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X15 ləğv edilmiş Şamaxı rayon X7 hüquqi varisi olması ilə bağlı hər hansı bir hüquqi tənzimləmə mövcud deyil. Belə olan halda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X17 mübahisələndirilən qərar ilə bağlı məsuliyyət daşımır və bu iş üzrə cavabdeh ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X17 tərəfindən qəbul edilməmiş bir qərarla bağlı ona yönəldilən tələbə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün hesab edilə bilməz. Bundan əlavə məhkəmə eyd edir ki, Respublikamızda aparılmış aqrar islahatla bağlı qərarların həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən mübahisələndirilməsi imkanı mövcud olmuşdur. Bu halda qaldırıla biləcək iddialara iddia müddətinin tətbiqidə iddianın mümkünlüyü məsələsini ortaya çıxara bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X12rşı “Şamaxı rayon X7 xx.xx.2001-ci il tarixli 05 saylı iclas qərarının ləğv edilməsi və yeni qərar verilməsinə” dair iddiası qeyri mümkün hesab edilməlidir. İddiaçıya izah edilsin ki, digər hüquqi müdafiyə vasitələrindən istifadə edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (ünvan: ünvan 4 şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar