Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-688/2023 18.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh 2 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” mərkəzi qeydiyyat şöbəsinə qarşı xx.xx.2022-ci il təvəllüdlü X1 “Məmmədlidən” “İlqarlı”ya dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ Ərizəçi İddiaçı maraqlı şəxs 2 saylı Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, övladı xx.xx.2022-ci il təvəllüdlü X1 “Məmmədli”dən “İlqarlı”ya keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onu iddiaçı, 2 saylı Sumqayıt “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsini cavabdeh kimi qəbul edilməsini və övladı xx.xx.2022-ci il təvəllüdlü X1 “Məmmədli” –dən “İlqarlı”-ya dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, xx.xx.2021-ci il tarixdə X5 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X6 anadan olmuşdur. xx.xx.2022-ci il tarixli doğum haqqında şəhadətnaməsində onun soyad qrafikasında Məmmədli kimi qeyd edilmişdir. hazırda övladının soyadının “Məmmədli” soyadından “İlqarlı” soyadına keçirilməsini istəyir. Bununla bağlı Sumqayıt 2 saylı “ASAN Xidmət” mərkəzinə müraciət etmişdir. Lakin Mərkəzdən ona imtina məktubu verilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir.Həmin Məcəllənin 54-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Eyni zamanda Məcəllənin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Bu səbəbdən iddiaçının soyadın dəyişdirilməsi ilə bağlı müraciətinin təmin edilməsi qanunvericiliyə əsasən mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş : - Sumqayıt “Asan Xidmət“ Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X5 həmin tarixdə rəsmi nikaha daxil olmuşlar. -AZ-İV N763786 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2022-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı və X3 övladlarının soyadının “İlqarlıya”ya dəyişmək üçün cavabdeh Sumqayıt “Asan Xidmət” Mərkəzininin qeydiyyat şöbəsinə müraciət etmiş, lakin sonuncu tərəfindən 12 sentyabr 2022-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-ci maddəsinə görə uşağın soyadı valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Qeyd olunan müddəa Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 saylı Qərarı ilə təsdiq olunmuş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”n 4.1-ci bəndində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 54.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyi nəzərə alınaraq icazə verilə bilər. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da görünür ki, uşağın soyadı yalnız valideynlərin soyadı ilə müəyyən edilir, yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən uşaq 18 yaşına çatana qədər onun soyadının dəyişdirilməsinə icazə verilməsi isə yalnız soyad digər valideynin soyadına dəyişdirilərsə yol verilir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı iddia tələbinin təmin olunmasından imtina edilməsi qanunauyğun olmuşdur. İş materiallarından göründüyü kimi soyadının dəyişdirilməsi tələb olunan uşağın hər iki valideyninin soyadı müvafiq olaraq «Məmmədov» və «Məmmədova» kimi qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının uşağının soyadının dəyişdirilməsi üçün əsas olan yuxarıda sadalanan hallardan heç biri mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası müəyyən edilmədiyindən iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh 2 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” mərkəzi qeydiyyat şöbəsinə qarşı övladı xx.xx.2022-ci il təvəllüdlü X1 “Məmmədlidən” “İlqarlı”ya dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-688/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-688/2023
18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver