Məhkəmə qərarları › İş №2-1(118)-6884/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-6884/2025

23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-6884/2025 23.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: nikahın pozulması haqqında akt qeydinin ləğv edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “Cavabdeh tərəfindən İddiaçı2 ilə İddiaçı1 adına xx.xx.2023-cü ildə qeydə alınmış 487 nömrəli nikahın pozulması haqqında akt qeydinin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh tərəfindən İddiaçı2 ilə İddiaçı1 adına xx.xx.2023-cü ildə qeydə alınmış 487 nömrəli nikahın pozulması haqqında akt qeydinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, xx.xx.2009-cu ildə Abşeron rayon qqeydiyyat şöbəsində 746 nömrəli aktla nikaha daxil olmuşdurlar. Bu nikahdan 2 övladı var. X4 xx.xx.2010-cu ildə Bakı şəhərində doğulmuşdur. Onun doğumu xx.xx.2011-ci ildə Cavabdehndə 1149 nömrəli aktla qeydə alınmışdır. X2 xx.xx.2012-ci ildə Bakı şəhərində doğulmuşdur. Onun doğumu 29.01,2013-cü ildə 151 nömrəli aktla qeydə alınmışdır. Nikahın pozulması və aliment tələbi ilə bağlı Abşeron rayon məhkəməsinə müraciət etsə də prosesin gedişində öz tələbinə dəqiqləşmə verərək, yalnız aliment tələb etdiyini bildirmişdir. Abşeron rayon məhkəməsi xx.xx.2023-cü il tarixli 2(012)-1907/2023 saylı qətnaməsinə əsasən tələbi yalnız aliment tələbi ilə bağlı təmin edilib. Lakin Cavabdehndə yalnışlıqla həmin qətnamə əsasında nikahın pozulması haqqında 30 09.2023-cü il tarixli, 487 nömrəli akt qeydi tərtib edilib. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçılar məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalara əsasən ərizə verən şəxsin seçdiyi qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aklarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1 maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında qeydiyyat şöbələri tərəfindən icra edilir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-1907/2023 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı2 Məmmədli oğlundan İddiaçı1 xeyrinə birgə nigahdan doğulmuş 11 avqust 2010-cu il təvəllüdlü X10 və 20 iyul 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. xx.xx.2009-cu il tarixli **********3112009 №li nikahın pozulması haqqında akt qeydinə əsasən İddiaçı2 ilə İddiaçı1 arasında Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-1907/2023 saylı qətnaməsi əsasında ləğv edilmiş nikahı qeydə alınmışdır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X8 ilə Zamanova (Babayeva) Zahidə Tağı qızı olan xx.xx.1968-d İl təvəllüdlü Mayisə Zamanovanın (Aydın Zamanovun bacısı) doğumunun Quba rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. X1 (Aydın Zamanovun qardaşı) ilə Zamanova (Əsədova) Gülcan Rozman qızı (Aydın Zamanovun qardaşı arvadı) olan xx.xx.1997-ci il təvəllüdlü Murad Zamanovun (Aydın Zamanovun qardaşı oğlu) və xx.xx.1999-cu il təvəllüdlü Zahidə Zamanovanın (Aydın Zamanovun qardaşı qızı) doğumu Quba rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Eyni zamanda informasiya sistemində Rusiya Federasiyasında doğulmuş Sevil Zamanovanın doğumunun qeydə alınması haqqında məlumat aşkar edilmədiyindən onun Aydın Zamanovla qohumluq əlaqəsinin müəyyən edilməsi mümkün olmamışdır. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmır. Həmçinin informasiya sistemində İddiaçı2 və Zairova (Ağamalıyeva) Leyla Azad qızının doğumu, onların nikahı, nikahının pozulması, sonuncunun övladlığa götürülməsi, həmçinin övladları Gülnaz Zairli ilə Məhəmməd Zairlinin doğumu haqqında məlumat aşkar edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-1907/2023 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı2 Məmmədli oğlundan İddiaçı1 xüeyrinə birgə nigahdan doğulmuş 11 avqust 2010-cu il təvəllüdlü X10 və 20 iyul 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat olmaqla cəmi 440 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. xx.xx.2009-cu il tarixli **********3112009 №li nikahın pozulması haqqında akt qeydinə əsasən İddiaçı2 ilə İddiaçı1 arasında Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-1907/2023 saylı qətnaməsi əsasında ləğv edilmiş nikahı qeydə alınmışdır. İddiaçılar Cavabdeh tərəfindən İddiaçı2 ilə İddiaçı1 adına xx.xx.2023-cü ildə qeydə alınmış 487 nömrəli nikahın pozulması haqqında akt qeydinin ləğv edilməsini istəyir. Məhkəmə hesab edir ki, iddiaçılar tələbində haqlıdır. Belə ki, işin hallarından görünür ki, iddiaçılar barəsində nikahın pozulması haqqında akt qeydinin tərtib edilməsinə əsas Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-1907/2023 saylı qətnaməsi qeyd edilsə də həmin qətnamə alimentin tutulması ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalara əsasən: İİİ. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğvi qaydası

23. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

24. Ölmüş elan edilən və ya itkin düşmüş hesab edilən ər (arvad) gəlib çıxdıqda, məhkəmənin müvafiq qətnamələri ləğv olunmaqla, nikahın pozulması haqqında qeydin ləğv olunması onların birgə ərizəsinə əsasən nikahı pozmuş qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

25. Bərpa və ya təkrar tərtib edilmiş qeyd, həmçinin ilk qeydi aşkara çıxarmış qeydiyyat şöbələrinin və konsulluq idarələrinin təşəbbüsü ilə ləğv oluna bilər.

26. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv olunması haqqında ərizələr maraqlı şəxslər tərəfindən məhkəməyə, müvafiq hallarda isə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Qeydiyyat şöbələri və konsulluq idarələri lazım gəldikdə ərizə verən şəxsdən və müvafiq orqanlardan əlavə sənədlər və məlumatlar tələb edə bilər.

27. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğvi məsələsinə bu əsas müddəaların 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş müddətdə baxılır.

28. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur.

29. Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğvi barəsində qeydiyyat şöbələrinin və konsulluq idarələrinin toplanmış bütün materialları birlikdə icra üçün müvafiq qeydin olduğu yerdəki qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.

30. Qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin ləğvi məsələsi bu əsas müddəaların 10-cu, 11-ci və 12-ci bəndində nəzərdə tutulmuş qaydada həll edilir. Qeyd. Bu əsas müddəalara uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsinə və onda dəyişikliklər edilməsinə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpasına əsas verən sənədlər (ləğv edilməli şəhadətnamələr istisna olmaqla) barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən: Maddə 163. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğvi 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 163.2. Bu Məcəllənin 24.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallarda nikahın pozulması haqqındakı qeydin ləğv olunması nikahı pozmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 163.3. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin ləğv edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə hesab edir ki, aparılan araşdırma iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı2 ilə İddiaçı1 adına xx.xx.2023-cü ildə qeydə alınmış 487 nömrəli nikahın pozulması haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar