Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-689/2021 10.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndə və vəkili X11 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron Rayon Polis İdarəsinə qarşı “üçüncü şəxs-X10, xx.xx.2013-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 ilə birlikdə mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri , məhəllə 22 ünvanda yerləşən 115 saylı evdən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX-in X19 tərəfindən verilmiş 37966 saylı (inventar N-5870) xx.xx.2001-ci il tarixli Çıxarışa əsasən , Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22 ünvanda yerləşən 115 saylı ev hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində iddiaçı-İddiaçı mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Hazırda sözügedən evdə o, ailə üzvləri və üçüncü şəxs-X12, habelə onunla yaşayan azyaşlı uşaqları-xx.xx.2013-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 pasport qeydiyyatında olsalar da, faktiki həmin mənzildə o, ailə üzvlərilə birlikdə yaşayır. Hazırki iddia üzrə üçüncü şəxs-X12 oğlu-X1 həyat yoldaşıdır. Məlumat üçün bildirir ki, üçüncü şəxs-X12 ilə oğlu-X8 arasında nikah münasibətləri xx.xx.2012-ci ildə Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmiş və bu əsasdan iddiaçı onu mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22 , ev 115 ünvanda yerləşən yaşayış sahəsinə pasport qeydiyyatına salmışdır. Üçüncü şəxs-X12 toydan sonra ilkin olaraq Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, ev 1, blok 13, mənzil 199 ünvanda yerləşən qardaşına məxsus yaşayış sahəsinə gəlin köçmüş, daha sonra isə 2015-ci ilin sentyabr ayından tərəflərin birgə vəsaiti hesabına alınmış ünvan 3 ünvanda yerləşən 66 saylı mənzildə azyaşlı uşaqları ilə birlikdə yaşamış və bu əsasdan onların hazırda qeydiyyatda olduğu yaşayış sahəsi ilə bağlı istifadə hüquqları yaranmamışdır. Üçüncü şəxs-X12 xx.xx.2018-ci il tarixdə birgə nikahdan anadan olmuş xx.xx.2013-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 ilə birlikdə ünvan 4 , mənzil 210 ünvanda yerləşən valideynlərinə məxsus yaşayış sahəsinə daimi yaşamaq məqsədi ilə köçmüş və hazırda da həmin yaşayış sahəsində yaşayır. Bildirdi ki, üçüncü şəxs-X12 “nikahın pozulması və aliment tələbinə dair” iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət etmiş və onun iddia tələbinin qismən təmin edilməsi barədə həmin məhkəmə 2(005)-1234/2019 saylı xx.xx.2019-cu il tarixli qətnamə qəbul etmişdir. Bu qətnamə ilə birgə nikahdan anadan olmuş xx.xx.2013-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 üçüncü şəxs- X10 yanında qalması qət edilmişdir.Yuxarıda qeyd edilən faktları nəzərə alaraq, üçüncü şəxs-X10 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22 ünvanda yerləşən 115 saylı yaşayış sahəsindən pasport qeydiyyatından çıxarılması ilə bağlı xx.xx.2020-ci il tarixli ərizə ilə Abşeron RPİ-ə müraciət etmiş, lakin həmin idarə 128- 89416P saylı xx.xx.2020-ci il tarixli məktubu ilə xahişini təmin etməmişdir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndə və vəkili X18 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmiş, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. 3-cü şəxs X10 adına olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılmış, üçüncü şəxs məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmiş və müvafiq mənzildən övladları ilə birlikdə qeydiyyatdan çıxarılmasına etirazının olmadığını bildirmişdir. Ona görədə məhkəmə iclasının üçüncü şəxsin iştirakı olmadan baxılmasını məhkəmə mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 12889416P nömrəli imtina məktubu, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(105)-541/2020 saylı qərardadın surəti, Daşınmaz Əmlakın Dövlət Reyesteri tərəfindən verilmiş 37966 saylı (inventar N-5870) xx.xx.2001-ci il tarixli Çıxarışın surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 2966/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi haqqında Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(105)-541/2020 saylı qərardadının əsaslandırılma hissəsində, X10 övladalrı ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22, ev 115 ünvanda yerləşən yaşayış sahəsində pasport qeydiyyatında olmasına baxmayaraq, mənzildə əşya hüququnun olmaması göstərilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron rayon Məhkəməsinin 2(012)-2966/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinin təsviri hissəsindən məlum olmuşdur ki, hazır ki, iddia tələbi üzrə iddiaçı X3 3-cü şəxs olan X2 qaynanasıdır. İddiaçı övladı X9 ilə X12 arasında nikah xx.xx.2012-ci ildə bağlanmış və Zeynəb Paşazadə mənzilin mülkiyyətçisi olan Gülzadə Paşazadənin notarial qaydada təsdiq edilmiş ərizəsinə əsasən həmin mənzilə pasport qeydiyyatına düşmüşdür. Nəzərə alınmalıdır ki, Zeynəb Paşazadənin sözü gedən mənzilə pasport qeydiyyatına düşməsi onun həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz. Qeyd olunan məzil Zeynəb Paşazadənin keçmiş əri olan Seyran Paşazadənin mülkiyyətində olduğu tədqirdə Zeynəb Paşazadənin həmin mənzildə istifadə hüququ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaranmış olardı. X17 pasport qeydiyyatına düşdüyü mənzil keçmiş ərinin deyil, qaynanası İddiaçı mülkiyyətində olduğuna görə onun həmin mənzilə istifadə hüququ Mülki Məcəllənin 228.1ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İşin araşdırılan hallarından məlum olmuşdur ki, istifadə hüququnun yaranması üçün tələb edilən razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmamışdır. Ona görədə məhkəmə hesab edir ki, Zeynəb Paşazadənin mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalması yolverilməzdir. Bundan başqa oda nəzərə alınmalıdır ki, Süleyman Paşazadə ilə Zeynəb Paşazadənin birgə nikahlarından olan övladları 14 yaşına çatmadığına və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(005)-1234/2019 saylı qətnaməsi ilə həmin uşaqlar analarının himayəsinə verildiyinə görə xx.xx.2013-cü il təvəllüldlü X6 və xx.xx.2014-cü il təvəllüldlü X7 mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılmalıdır. Belə ki, Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X12 övladları xx.xx.2013ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22 ünvanda yerləşən 115 mənzil üzərində hər hansı hüquqa malik olmadığı tədqirdə İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. X12, övladları xx.xx.2013-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 ilə birlikdə İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 22 ünvanda yerləşən 115 saylı mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsi Abşeron Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-689/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-689/2021
10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver