Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-69/2020 04.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X9 iştrakı ilə, X1 cavabdeh 2 X2rşı “xx.xx.2018-ci il tarixli **********7505 nömrəli, xx.xx.2018-ci il tarixli **********0129 nömrəli və xx.xx.2018-ci il tarixli **********0135 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarların ləğv edilməsi və həmin qərarlara əsasən tətbiq edilmiş ümumilikdə 4439.70 manat məbləğində maliyyə sanksiyasının silinməsi tələbinə” dair iddiasınaSumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı bildirmişdir ki, cavabdeh vergi orqanı tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli VN-11 seriyalı 008355 nömrəli akta əsasən operativ vergi nəzarəti zamanı iddiaçı tərəfindən 2 nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmiş və həmin akt əsasında qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2018-ci il tarixli **********0135 nömrəli qərara əsasən ona 2.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.Cavabdeh vergi orqanı tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli VN-17 seriyalı 001830 nömrəli akta əsasən operativ vergi nəzarəti zamanı iddiaçı tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması aşkar edilmiş və həmin akt əsasında qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2018-ci il tarixli **********0129 nömrəli qərara əsasən iddiaçıya 400 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.Cavabdeh vergi orqanı tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli VN-16 seriyalı 007520 nömrəli akta əsasən operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus 2039,80 manat məbləğində malların alışını təsdiq edən sənədlərin (qaimə-faktura, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturanm) olmaması aşkar edilmiş və həmin akt əsasında qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2018-ci il tarixli **********7505 nömrəli qərara əsasən ona 2039,80 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.Aşağıda qeyd olunanlara əsasən cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli **********7505 nömrəli, xx.xx.2018-ci il tarixli **********0129 nömrəli və xx.xx.2018-ci il tarixli **********0135 nömrəli "Vergi ödəyicisinin vergiqanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərarları qanunsuz və əsassız hesab edirlər:İlk öncə bildirdi ki, sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə guya əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 2 fiziki şəxs əslində mağazada satıcı işləyən şəxsin yaxın iki rəfiqəsi olmuş və həmin iki şəxs mağazada satıcı kimi fəaliyyət göstərməmişdir. Həmin iki fiziki şəxsə vergi orqanının əməkdaşları təzyiq göstərərək izahat yazdırmışlar. Bunu obyektdə quraşdırılan videokameranın görüntüləri də sübut edir.Nəzarət kassa aparatına vəsaitin mədaxil edilməməsi ilə bağlı isə bildirdi ki, tərəflərindən satılan bütün mallara görə alıcılara hər zaman NKA çeki təqdim edilir və ödənilən məbləğ tam həcmdə və dərhal NKA-ya mədaxil edilir. Buna baxmayaraq vergi orqanı əsassız şəkildə mağazada alıcıya çekin təqdim edilməməsi səbəbindən ona 400 manat maliyyə sanksiyası tətbiq etmişdir.Alış sənədi olmayan mallar ilə bağlı isə bildirdi ki, sahibkarlıq fəaliyyəti göstərdiyi mağazada satılan bütün malların alış sənədi mövcuddur. Buna dair təsdiqedici sənədləri məhkəməyə təqdim edə bilərlər.Göründüyü kimi, vergi orqanı ona məxsus mağazada operativ vergi nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozmuş və onun barəsində qanunsuz inzibati aktlar qəbul etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdeh 2 saylı X6 xx.xx.2018-ci il tarixli **********8008 nömrəli Qərarına əsasən iddiaçıya məxsus Sumqayıt şəhəri, 30-cu məhəllə, 6/10, 2 ünvanında yerləşən ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı xidmətlərin göstərilməsi kimi fəaliyyət göstərən “Zozan” geyim mağazası obyektində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən idən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ının aşkar edilməsi məsələsi üzrə xx.xx.2018-ci il tarixdən operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmış, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 2018-ci il tarixli **********8008 nömrəli Qərarın, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2018-ci il tarixli KY********** nömrəli çıxarışın və “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2018-ci il tarixli **********8259 nömrəli Tələbnamə ilə tanış olunması üçün iddiaçıya təqdim edilmiş, iddiaçı tərəfindən sənədlər imzalanaraq tanış olmuşdur. Keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 2 (iki) nəfər fiziki şəxsin Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iddiaçıya məxsus obyektdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi aşkar edilmişdir. Qeyd olunan operativ vergi nəzarətinin nəticələri xx.xx.2018-ci il tarixli VN-11 seriyalı 008355 nömrəli aktla rəsmiləşdirilmiş və aktın bir nüsxəsi həmin tarixdə imza etdirilməklə iddiaçıya təqdim edilmişdir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Beləliklə, 2 nəfər fiziki şəxs iddiaçı tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə görə cavabdeh vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2018-ci il tarixli **********0135 nömrəli Qərarına əsasən iddiaçıya 2000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş və həmin Qərar, o cümlədən Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********0136 nömrəli Tələbnamə xx.xx.2018-ci il tarixli **********722200 nömrəli məktubla ona təqdim edilmişdir. Həmçinin cavabdeh 2 saylı X6 xx.xx.2018-ci il tarixli **********8008 nömrəli Qərarına əsasən iddiaçıya məxsus Sumqayıt şəhəri, Məhəllə 30 6/10 2 ünvanında yerləşən, ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı xidmətlərin göstərilməsi kimi fəaliyyət göstərən “Zozan” geyim mağazası obyektində nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması hallarının aşkar edilməsi məsələsi xx.xx.2018-ci il tarixdən operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmış, “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********8008 nömrəli Qərarın, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2018-ci il tarixli KY********** nömrəli Çıxarışın və “Operativ nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” xx.xx.2018ci il tarixli **********8259 nömrəli Tələbnamə ilə tanış olması üçün iddiaçıya təqdim edilmiş, iddiaçı tərəfindən sənədlər imzalanaraq tanış olmuşdur. Keçirilmiş operativ nəzarəti tədbiri zamanı uşaq corabına görə 4 (dörd) manat ödənilsə də nəzarət kassa aparatına ödəniş qəbzi vurulmadığının və müştəriyə təqdim edilmədiyi halı aşkar edilmişdir. Həmin məbləğ xx.xx.2018-ci il tarixdə saat 13:50-də X13 fiskal yaddaşına bərpa edilmişdir. Qeyd olunan operativ vergi nəzarətinin nəticələri xx.xx.2018-ci il VN-11 seriyalı 001830 nömrəli aktla rəsmiləşdirilmiş və aktın bir nüsxəsi həmin tarixdə etdirilməklə iddiaçıya təqdim edilmişdir. Beləliklə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali pul hesablaşmalarının aparılması qaydalarının pozulması halına təqvim ili ərzində birinci byol verdiyinə görə cavabdeh vergi orqanının “Vergi ödəyicisinin vergi qanunvericiliyinin imasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********80129 nömrəli Qərarına əsasən iddiaçıya 400,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş və həmin Qərar, o cümlədən “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pPBartuların aradan qaldırılması barədə” **********0130 nömrəli Tələbnamə xx.xx.2018-ci **********721500 nömrəli məktubla ona təqdim edilmişdir. Həmçinin cavabdeh 2 saylı X6 xx.xx.2018-ci il tarixli **********8008 nömrəli Qərarına əsasən iddiaçıya məxsus Sumqayıt şəhəri, Məhəllə30 6/10 2 ünvanında yerləşən, ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı xidmətlərin göstərilməsi kimi fəaliyyət göstərən “Zozan” geyim mağazası obyektində pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına və malların Vergi Məcəlləsi ilə müəyyən edilən qaima-faktura və ya elektron hesab-fakturası əsasında alınmasına nəzarət edilməsi məsələsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək operativ vergi nəzarəti həyata keçirilməsi qərara alınmış və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış imza etdirilməklə iddiaçıya təqdim edilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən vergi ödəyicisinə məxsus olan malların təsdiq edən qaimə-faktura və ya elektron hesab-faktura və ya elektron hesab-faktura, mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə Vergi Məcəlləsinin 130-1 -ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib olunan sənədlər yoxlanılmışdır. Qeyd olunan operativ vergi nəzarətinin nəticələri xx.xx.2018-ci il tarixli VN-16 seriyalı 007520 nömrəli aktla rəsmiləşdirilmiş və aktın bir nüsxəsi iddiaçıya təqdim edilmiş və onun tərəfindən hər hansı etiraz bildirilmədən imzalanmışdır. Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya »u- hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akt və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində nüsxən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasəm səyyar vergi yoxlaması və operativ vergi ıszarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, taceSə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya aecron qaimə-faktura və ya elektron vergi hesab-faktura, idxal mallarına münasibətdə idxal fömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu ltecəllənin 130.1 -1 -ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı olmadıqda: -58.8.1 pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə - 1000 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala akrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; -58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Beləliklə, təqdim edilmiş sənədlər üzrə müvafiq araşdırma aparılaraq, vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin tələbləri pozulmuş, xx.xx.2018-ci il tarixli VN-16 seriyalı 007520 nömrəli aktda qeyd edilmiş 20398,0 manat məbləğində mallara aid heç bir sənəd təqdim edilməmişdir. Buna görə də “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********505 nömrəli Qərarına əsasən iddiaçıya 2039,80 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş və həmin Qərar, o cümlədən “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə" **********506 nömrəli Tələbnamə xx.xx.2018-ci il tarixli **********422700 nömrəli məktubla ona təqdim edilmişdir. Cavabdeh 2 saylı X8 aşağıda göstərilənlərə əsasən iddia :əsassız hesab edir: İddia ərizəsində iddiaçı sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə əmək müqaviləsi hüquqi ayə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 2 nəfər fiziki şəxsin əslində mağazada satıcı işləyən şəxsin rəfiqəsi olduğunu qeyd etmiş, satılan mallara görə hər zaman alıcıya qəbzin təqdim edildiyini göstərmiş, cavabdeh tərəfindən qəbul edilmiş “xx.xx.2018-ci il **********7505 nömrəli, xx.xx.2018-ci il tarixli, **********0129 nömrəli və "2.11.2018-ci il tarixli, **********0135 nömrəli qərarları qanunsuz və əsassız hesab edildiyindən ləğv edilməli olması göstərilmişdir.Bununla bağlı ilk öncə bildirik ki, cavabdeh 2 saylı X6 xx.xx.2018-ci il tarixli **********8008 nömrəli Qərarına əsasən iddiaçıya məxsus Sumqayıt Məhəllə 30 6/10 2 ünvanında yerləşən, ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı xidmətlərin göstərilməsi kimi fəaliyyət göstərən “Zozan” geyim mağazası obyektində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" xx.xx.2018-ci il tarixli **********8008 nömrəli qərarın icrası məqsədilə operativ vergi nəzarəti tədbiri zamanı 2 nəfər fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının olması aşkar edilmişdir. Əmək müqaviləsi olmayan işçilərdən ünvan 5 ünvanda qeydiyyatda olan və yaşayan X11 verdiyi izahatında həmin obyektdə satıcı vəzifəsində işlədiyini, əmək haqqının 200 manat olduğunu, onunla əmək müqaviləsi və ya xidməti müqavilənin bağlanmadığını qeyd etmişdir. Həmçinin izahatı alınmış X15 “Zozan” geyim mağazası satıcı vəzifəsində işlədiyini, gündəlik əmək haqqının 200 manat olduğunu, onunla əmək müqaviləsi və ya xidməti müqavilənin bağlanmadığını qeyd etmişdir.Həmçinin X3 xx.xx.2018-ci il tarixli izahatında Sumqayıt şənəri, Məhəllə 30 6/10 2 ünvanında yerləşən, ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı xidmətlərin göstərilməsi kimi fəaliyyət göstərən “Zozan” geyim mağazasını fərdi sahibkar olaraq işlətdiyini, obyektdə operativ vergi nəzarəti tədbiri zamanı 3 fiziki şəxsin əmək müqaviləsi (kontraktı) və ya xidməti müqaviləsinin olmadığını göstərmişdir. X3 əlavə olaraq qeyd etmişdir ki, operativ vergi nəzarəti zamanı ona məxsus obyektdə müştəri tərəfindən alınmış 1 ədəd uşaq corabı ödənilmiş 4 manat pulun müqabilində onun tərəfindən nəzarət kassa aparatına çek vurulmamışdır.Göründüyü kimi, izahatları alınmış 2 (iki) nəfərin hər biri izahatlarında Sumqayıt şəhəri, 30 6/10 2 ünvanında yerləşən, ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı xidmətlərin göstərilməsi kimi fəaliyyət göstərən “Zozan” geyim mağazası obyektində işlədiklərini, onlarla əmək müqaviləsinin bağlanmadığını bildirmişdirlər və iddiaçı X10 da verdiyi izahatında yuxarıda qeyd olunan qanun pozuntularını etmişdir. Ona görə də, iddiaçı tərəfindən cavabdehin qəbul etdiyi qərarlarda onun tərəfindən qanunvericiliyin pozuntusu halının sübut edilmədiyini qeyd etməsi əsassızdır.İddia ərizəsində cavabdeh vergi orqanı tərəfindən tərtib edilən xx.xx.2018-ci il tarixli, ********** nömrəli qərarın da qanunsuz olduğundan ləğv edilməli olduğu göstərmişdir. Bununla əlaqədar olaraq bildiririk ki, operativ vergi nəzarətinin nəticəsinə dair xx.xx.2018-ci il tarixli VN-16 seriyalı 007520 nömrəli akt iddiaçının iştirakı ilə tərtib edilmiş və onun tərəfindən hər hansı etiraz bildirilmədən imzalanmışdır.Halbuki, Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır.Həmçinin xx.xx.2018-ci il tarixli izahatında Sumqayıt şəhəri, Məhəllə 30 6/10 2 invanında yerləşən, ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı xidmətlərin göstərilməsi kimi fəaliyyət göstərən “Zozan” geyim mağazasında mövcüd olan malların ona məxsus olduğunu qeyd etmişdir.Göründüyü kimi, vergi ödəyicisi yoxlamanın nəticəsində tərtib edilmiş akt iddiaçının rəhbərinin iştirakı ilə tərtib edilmiş və onun tərəfindən hər hansı etiraz bildirilmədən imzalanmışdır və izahatında da həmin aktda qeyd edilən malların ona məxsus olduğunu qeyd etmişdir. Bu da iddiaçının yoxlamanın nəticələri ilə razı olduğunu göstərir.Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləriməhkəməyə təqdim etməyə borcludurlar. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsi haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İş materialları məhkəməyə təqdim edilmişdir. Vergi orqanı tərəfindən tərtib edilmiş qərarlar, aktlar, cavabdehin etiraz ərizəsi və digər sənədlər. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli **********7505 nömrəli, xx.xx.2018-ci il tarixli **********0129 nömrəli və xx.xx.2018-ci il tarixli **********0135 nömrəli qərarlar qəbul edilmiş və vergi ödəyicisinə ümumilikdə 4439.70 manat manat maliyyə sanksiyası hesablanmışdır.İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və həmin qərarları mübahisələndirmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır.Həmin Məcəllənin 58.8-ci maddəsinə əsasən Səyyar vergi yoxlaması və operativ vergi nəzarəti zamanı vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılmasına görə, habelə vergi ödəyicisinin sahibliyində olan malların alışını təsdiq edən qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesabfaktura, idxal mallarına münasibətdə idxal gömrük bəyannaməsi, həmin mallar vergi ödəyicisinin özü tərəfindən istehsal edildikdə isə bu Məcəllənin 130-1-ci 130.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərdən ən azı biri olmadıqda: 1. 58.8.1 pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 5 faizi, il ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 10 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; 2. 58.8.2. malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda – alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında; Məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, vergi odəyicisi tərəfindən Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinin tələbləri pozulmuş, xx.xx.2018-ci il tarixli VN-16 seriyalı 007520 nömrəli aktda qeyd edilmiş 4439.70 manat məbləğində mallara aid heç bir sənəd təqdim edilməmişdir. Buna görə də “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına qörə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********7505 nömrəli, xx.xx.2018-ci il tarixli **********0129 nömrəli və xx.xx.2018-ci il tarixli **********0135 nömrəli qərarlarına əsasən iddiaçıya 4439.70 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş və həmin qərar, o cümlədən “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” **********0136 nömrəli tələbnamə xx.xx.2018-ci il tarixli **********259 nömrəli məktubla ona təqdim edilmişdir. Alış sənədləri olmayan 4439.70 manat məbləğində malların müəyyən olunması isə iddiaçının öz yazılı izahatı alınmaqla siyahısı tərtib olunmuş, tərəflərin imzası ilə təsdiq olunmuşdur. Göründüyü kimi, vergi orqanı tərəfindən keçirilən vergi yoxlaması və bununla bağlı bütün prosedur hərəkətlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə müvafiq qaydada həyata keçirilmiş və bu hərəkətlərin həyata keçirilməsi zamanı vergi orqanı tərəfindən heç bir qayda (qanun) pozuntusuna yol verilməmişdir. Məhkəmə iddiaçının dəlillərini də əsaslı hesab etmir. İddiaçı qeyd edir ki, iddiaçıya məxsus obyektdə 2 fiziki şəxs onun rəfiqəsidir, halbuki iş materiallarında həmin fiziki şəxslərin yazılı izahatları əlavə olunmuşdur. İddiaçının həmin şəxslər tərəfindən izahatların təzyiq altında yazılması ilə əlaqədar heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, hazırda iddiaçıya məxsus obyekdə malların olmaması, operativ vergi nəzarəti yoxlaması keçirilən zamanda malların olmamasının sübutu kimi qiymətləndirilə bilməz. Adından da göründüyü kimi operativ vergi nəzarəti yoxlaması, yoxlama zamanı mövcud vəziyyətin müəyyən olunmasına xidmət edir. İddiaçı qeyd edir ki, aktda göstərilən qaimə faktura, elektron qaimə faktura və ya elektron vergi hesab faktura əsasında alınmayan malların faktiki olaraq mövcud olmasını inzibati orqan sübut etməlidir. Məhkəmə hesab edir ki, vergi ödəyicisinin izahatı əsasında malların qiymətinin müəyyən olunmasını vergi qanunvericiliyinə ziddiyət təşkil etmir. İddiaçı tərəf vergi ödəyicisinin aldadılaraq izahatının alındığını və müvafiq imzalar edildiyni bildirir. İddiaçının istinad etdiyi bu halı sübut etmək vəzifəsi ona aiddir. Lakin bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə iddianın təmin olunması üçün hər hansı bir əsas müəyyən olunmur və iddia əsassız olduğundan rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 cavabdeh 2 X2rşı “xx.xx.2018-ci il tarixli **********7505 nömrəli, xx.xx.2018-ci il tarixli **********0129 nömrəli və xx.xx.2018-ci il tarixli **********0135 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarların ləğv edilməsi və həmin qərarlara əsasən tətbiq edilmiş ümumilikdə 4439.70 manat məbləğində maliyyə sanksiyasının silinməsi tələbinə” dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 8 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-69/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-69/2020
04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver