Məhkəmə qərarları › İş №2-1(118)-69/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-69/2022

11.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-69/2022 11.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi X3 (fərdi qaydada fəaliyyət göstərən vəkil, İmişli şəhəri, Vidadi küçəsi, 12 ünvanında qeydiyyatda olan) Cavabdehin nümayəndəsi X5 (2 saylı Ərazi Vergilər Baş İdarəsində hüquqşünas işləyən, Bakı şəhəri, Xətai prospekti, ev 33, mənzil 20-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 06.10.2020-ci il tarixli **********396500 saylı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək 06.10.2020-ci il tarixli **********396500 saylı qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 30.03.2010-cu il tarixdə fərdi sahibkar kimi dövlət qeydiyyatına alınaraq VÖEN almış, üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirmişdir. Vergi orqanı tərəfindən kameral vergi yoxlaması ilə 2019-cu il üzrə 33617,89 manat gəlir vergisi hesablanaraq barəsində 06.05.2020-ci il tarixdə qəbul edilmişdir. Həmin qərarla bağlı 2018-ci ilin 4-cü rübü və 2019-cu ilin 1-ci və 2-ci rübləri üçün dəqiqləşmiş vergi bəyannamələri təqdim etmişdir. Bəyannamələrə əsasən vergi orqanı tərəfindən 2019-cu il üzrə 33288.05 manat gəlir vergisi hesablanaraq barəsində 06.10.2020-ci il tarixli qərar qəbul edilmişdir. Bununla bağlı Dövlət Vergi Xidmətinə etdiyi inzibati şikayət 15.01.2021-ci il tarixli qərarla rədd edilmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçınn nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X8 iddianı qəbul etməyərək izah etdi ki, vergi ödəyicisi 08.05.2020-ci il tarixli müraciətində beton istehsalı zamanı istifadə olunan 121.111 manat dəyərində qum və qırma daş xammalının, istehsal sexinin yerləşdiyi ərazidə su xəttinin olmaması ilə əlaqədar olaraq beton qarışığında istifadə edilən 1095.0 manat dəyərində suyun, istehsal olunan betonin daşınması və nasosla pompalanması ilə bağlı 42511,40 manat dəyərində xidmətin alınması üçün ödənilmiş vəsaitin gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid etmiş və alış aktları araşdırmaya təqdim etmişdir. Bundan başqa vergi ödəyicisi “malların alış aktları”ndakı məlumatlara əsasən vergi orqanında qeydiyyatda olmayan fiziki şəxslərdən “Malların alış aktları” ilə rəsmiləşdirməklə alınan 121.111,0 manat dəyərində qum və daş xammal materiallarının həm də fərdi sahibkar tərəfindən eyni qiymətə elektron qaiməfaktura əldə etməklə vergi ödəyicisindən aldığı müəyyən edilmişdir ki, bununla da həmin malları elektron qaimə-faktura ilə əldə etmək mümkün olduğu halda “malların alış aktı” ilə alındığı müəyyən edilmişdir. Bundan əlavə iddiaçı tərəfindən təqdim edilmiş malların alış aktlarındakı məlumatlara əsasən vergi orqanında qeydiyyatda olmayan fiziki şəxslər tərəfindən göstərilən daşıma və pompa xidmətlərinin bir günlük faktiki iş həcminin reallığa uyğun olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş : - Kameral vergi yoxlaması üçün zəruri olan sənədələrin (məlumatların) tələb edilməsi haqqında 12.03.2020-ci il tarixli məktubdan görünür ki, 2 saylı ƏVBİ tərəfindən İddiaçı sənədlərin təqdim edilməsi tələb olunmuşdur. -2 saylı Ərazi Vergilər Baş İdarəsinin 06.10.2020-ci il tarixli **********396500 saylı qərarından görünür ki, İddiaçı barəsində kameral qaydada yoxlama keçirilmiş və 2019-cu il dövrü üzrə 33288,05 manat məbləğində gəlir vergisi hesablanmışdır. - 15 yanvar 2021-ci il tarixli **********104200 saylı inzibati şikayətin təmin edilməməsi haqqında qərardan görünür ki, fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldırlması barədə Dövlət Vergi Xidmətinə daxil olmuş19.10.2020-ci il tarixli və 17.11.2020-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06.10.2020-ci il tarixli **********396500 nömrəli qərarı qüvvədə saxlanılmışdır. - İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 9/7608 saylı 15.12.2021-ci il tarixli ekspert rəyindən görünür ki, müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan vergi borcunun məbləği 33288.05 manat müəyyən olunur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -37.1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2-ci maddəsinə əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamə, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.2-1-ci maddəsinə əsasən, kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. -37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. -37.4-cü maddəsinə əsasən, kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -37.6-cı maddəsinə əsasən, kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. -67.1-ci maddəsinə görə bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən göndərilmiş məktuba əsaslı müasibət bildirilmədiyi üçün vergi orqanı kameral vergi yoxlaması aparmış və 2019-cu ilin gəlir vergisi üzrə 33617,89 manat vergi məbləği hesablamış və 06.05.2020-ci il tarixli qərar qəbul etmişdir. Daha sonra iddiaçı tyərəfindən 18.05.2020+-ci il tarixdən başlayaraq dəqiqləçşdirilmiş sadələşdirilmiş vergi bəyannamələri təqdim etməklə çəkilmiş xərclərini qeyd etmiş, lakin bəyannamədə uyğunsuzluqlar aşkar edildiyi üşün vergi orqanı tərəfindən 2019-cu il üzrə 33288,05 manat gəlir vergisi hesablanaraq 06.10.2020-ci il tarixli qərar qəbul edilmişdir. Belə ki, ididaçı 08.05.2020ci il tarixli müraciətində beton istehsalı zamanı istifadə olunan 121111,0 manat dəyərində qum və qırma daş xammalının, istehsak sexinin yerləşdiyi ərazidə su xəttinin olmaması ilə əlaqədar olaraq beton qarışığında istifadə edilən 4095,0 manat dəyərində suyun, istehsal olunan betonun daşınması və nasosla pompalanması ilə bağlı 42511,40 manat dəyərində xidmətin alınması üşün ödənilmiş vəsaitin gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid etmiş və alış aktlarını araşdırmaya təqdim etmişdir. Bundan başqa təqdim edilmiş alış aktlarındakı məlumatlardan görünür ki, vergi orqanında qeydiyyatda olmayan fiziki şəxslərdən malların alınması alış aktı ilə rəsmişlədirilməklə alınan 121111,0 manat dəyuərində qum və daş xammal materiallarının həm də fərdi sahibkar tərəfindən eyni qiymətə elektron qaimə faktura əldə etməklə vergi ödəyicilərindən aldığı müəyyən edilmişdir ki, bununla da həmin malları elektron qaimə-faktura ilə əldə etmək mümkün olduğu halda “malların alış aktı”ilə alındığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlrilərin və xərclrin uçotununun aparılması Qayda”sına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinə uyğun olaraq istehsal sahəsində fəaliyyət göstərənvergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, həmin Məcəlləyə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirin və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanılmasını, gedişini və başa çatmasını müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etməyə borcludurlar. Qaydanın 3.-ci bəndinə əsasən istehsal ehtiyatları vergi orqanında uçotda olmayan şəxslıərdən alındıqda, “İstehsal ehtiyatlarının alış aktı” tərtib edilir. “İstehsal ehtiyatlarının alış aktı”nda satıcınınşəxsiyyətini təsdiq edən sənədin məkumatlarının (FİN sertiyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə istehsal ehtiyatlarının anbara təhvil verilməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir. Beləliklə, məhkəmə hesab edir ki, vergi orqanınını qərarı qanuni və əsaslı olduğundan iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilən Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Hazırki işə baxılarkən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizanın dəyəri olaraq 150 manat məbləğində pul vəsaiti iddiaçı “X4 tərəfindən Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SFİFT BİK CTREAZ22 olan X2, VÖEN **********, Hesab AZ34CTRE******************** olan Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Ekspertizanın keçirilməsinə dair aparılmış tədqiqatın dəyəri olaraq 150 manat məbləğində pul vəsaiti iddiaçı X1 tutularaq Kod 21005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ********************, SFİFT BİK CTREAZ22 olan X2, VÖEN **********, Hesab AZ34CTRE******************** olan Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar